Qanunvericilik › 1997-ci il yanvarın 1-nə olan vergi borclarının ödənilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu
1997-ci il yanvarın 1-nə olan vergi borclarının ödənilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu
5 maddə · hər maddənin tam mətni
- 1Dövlət müəssisə, idarə və təşkilatlarının 1997-ci il yanvarın 1-nə olan vergi borclarının və maliyyə sanksiyalarının (peniyalarla birlikdə) ödənilməsinə 2000-ci il yanvarın 1-dək möhlət verir.
- 21997—1999-cu illərdə cari vergiləri tam ödəyən dövlət müəssisə, idarə və təşkilatların 1997-ci il yanvarın 1-dək yaranmış vergi borcları 50 faiz azaldılır və həmin tarixə tətbiq olunmuş maliyyə sanksiyalarının (peniyalarla birlikdə) məbləğləri tamami
- 3Bu qanunun tətbiqi ilə bağlı normativ-hüquqi aktlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanıb təsdiq edilir.
- 4«Azərbaycan Respublikasında vaxtı ötmüş vergi borclarının ödənilməsinin tənzimlənməsi haqqında» 1996-cı il 8 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.
- 5Qanunun 1-ci və 2-ci maddələrində göstərilən borclara görə 2000-ci il yanvarın 1-dək «Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər haqqında», «Əlavə dəyər vergisi haqqında», «Aksizlər haqqınd