Qanunvericilik › “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.11.2008) › Tam mətn

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.11.2008)

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.11.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 27 noyabr 2008-ci il

1.1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na (bundan sonra - Dövlət Proqramı) uyğun olaraq, ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafının təmin edilməsi məqsədi ilə prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil müəssisələrində təhsil alacaq gənclərin təhsil səviyyələri və proqramlar (ixtisasartırma, dil və baza hazırlığı kursları, bakalavriat, magistratura, rezidentura və doktorantura) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən namizədlərin siyahısı təsdiq edilir.

1.2. Xaricdə təhsil alanların (bundan sonra - təhsil alan) təhsili ilə bağlı bütün xərclərin ödənilməsi (təhsil haqqı, vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış-yataqxana və digər xərclər, gündəlik qida, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri, təşkilati xərclər daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi) tərəfindən həyata keçirilir.

1.3. Komissiyanın qərarı, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır.

2.1. Təhsil alanların xaricdə təhsili ilə bağlı xərclərin məbləği (təhsil haqqı, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri, viza, qeydiyyat, tibbi sığorta və s.) hər il təqdim edilmiş ödəmə sənədləri əsasında Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim olunur. Təhsil alanın yaşayış (yataqxana və digər xərclər), gündəlik qida və tədris materialları xərclərinin ödənilməsi üçün müəyyən edilmiş məbləğ isə hər bir ölkə üzrə bu Qaydalara əlavə olunan “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə (bundan sonra - cədvəl) əsasən həyata keçirilir (1 nömrəli əlavə).

2.2. Xaricdə təhsil alanların təsdiq olunmuş siyahısına əsasən müvafiq qaydada xaricdə təhsil alanların özləri və yaxud onların xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurum tərəfindən təqdim olunmuş sənədlər (müvafiq ölkənin təhsil müəssisəsinə qəbul olunmasına dair rəsmi sənəd, dəvət sənədi, təhsil, yataqxana, gündəlik yaşayış, tibbi sığorta və digər xərclərin ödənilməsini təsdiq edən sənəd və s.) və ya müvafiq təhsil müəssisəsi ilə Təhsil Nazirliyi, yaxud tələbə arasında bağlanılmış fərdi müqavilə əsasında rəsmiləşdirmə aparılır.

2.3. Xaricdə təhsil alanlar haqqında müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra, onların hər birisi ilə Təhsil Nazirliyi arasında fərdi qaydada hər iki tərəfin öhdəliklərini əks etdirən müqavilə bağlanılır (2 nömrəli əlavə). Həmin müqavilədə tələbənin xarici ölkənin təhsil müəssisəsində təhsil alması ilə bağlı bütün xərclər (təhsil haqqı, viza və qeydiyyat xərcləri, yaşayış xərci - yataqxana, yerli nəqliyyat, internet xidməti, telefon danışıqları, yaşayış üçün tələb olunan cari xərclər, qidalanma, tədris materialları, tibbi sığorta xərcləri; ildə bir dəfə təhsil yerinə getmək və vətənə dönməklə bağlı yol xərcləri və s.) öz əksini tapır (1 və 2 nömrəli əlavələr).

2.4. Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür.

2.5. Təhsil alanların xarici ölkələrin təhsil müəssisələrinə şərti qəbul olunması ilə bağlı müvafiq sənəd təqdim edildiyi və təhsillə bağlı bəzi zəruri xərclərin tələb olunduğu bildirildiyi təqdirdə, bu təhsil müəssisəsinin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən qabaqcadan (depozit olaraq) müəyyən ödənişlər həyata keçirilə bilər.

3.1. Təhsilalanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyələşdirilir:

3.1.2. viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;

3.1.3. yaşayış (yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları) xərcləri;

3.1.4. zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri;

3.1.5. tibbi sığorta xərcləri;

3.1.6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri.

3.2. Təhsil haqqı ilə bağlı xərclərə zəruri hallarda müvafiq təhsil səviyyələri üzrə - dil və baza hazırlıq kursları, bakalavriat, magistratura, rezidentura, stajkeçmə və digər təhsil səviyyəsində təhsil alanlara oxuduğu müddət ərzində təhsil dövrü üçün xarici təhsil müəssisələri və ya tərəfdaş qurumlar tərəfindən hesablanan təhsil haqqı, doktorantura təhsil səviyyəsində təhsil alanlar üçün isə təhsil dövrü üçün hesablanan təhsil və elmi tədqiqat xərcləri aiddir.

3.3. Təhsil alanın ali təhsil müəssisəsinə şərtsiz daxil olması haqqında xarici ali təhsil müəssisəsinin rəsmi təsdiqləyici sənədi təqdim olunduğu təqdirdə, təhsil alanın dil və baza hazırlıq kursu üzrə xərcləri maliyyələşdirilə bilər.

3.4. Viza xərclərinə və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərclərinə təhsil alanların təhsil aldığı ölkənin Azərbaycandakı səfirliyi və yaxud konsulluqları (qəbul edən ölkənin Azərbaycanda nümayəndəliyi olmadığı təqdirdə, bu ölkənin digər ölkələrdəki səfirlik və konsulluqları) tərəfindən vizanın rəsmiləşdirilməsi ilə bağlı xərcləri və təhsil alanın xarici ölkədə və təhsil müəssisəsində qeydiyyata alınması xərcləri aiddir.

3.5. Yaşayış xərclərinə təhsilalanların yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları aiddir və bu xərclər təhsilalanın ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Təhsilalan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçirilir.

3.6. Təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdirilir.

3.6-1. Əlavə müddət üçün yaşayış xərcləri hesablanarkən, bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məktubda qeyd edilən tədris ilinin başa çatma tarixinə qədər olan müddət əsas götürülür. Bu zaman tədris ilinin sonuncu ayı üçün yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini təhsil müddətinin müvafiq ay üzrə başa çatma tarixinə qədər olan günlərin sayına vurmaqla müəyyən edilir.

3.6-2. İxtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə təhsilalanların yaşayış xərcləri bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlar əsasında ödənilir.

3.6-3. Tərəfdaş qurumlarla bağlanan müqavilələr çərçivəsində təhsilalanların yaşayış xərcləri bu qurumların təqdim etdiyi məlumatlar əsasında ödənilir.

3.6-4. Təhsil müəssisəsində tədrisin başlama tarixinə nisbətən təhsilalan hər hansı səbəbə görə gec qeydiyyatdan keçdiyi təqdirdə, təhsilalanın yaşayış xərci üçün nəzərdə tutulmuş təqaüdün məbləği gecikmə müddətinə uyğun olaraq azaldılır.

3.7. Zəruri tədris ədəbiyyatı ilə təminat dedikdə, təhsil alan üçün bir tədris ilində zəruri tədris ədəbiyyatının alınmasına tələb olunan vəsait nəzərdə tutulur.

3.8. Tibbi sığorta xərclərinə təhsil alanın təhsil aldığı ölkədə yaşadığı müddət ərzində tibbi sığortası üçün tələb olunan vəsait aiddir.

3.9. İldə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinə təhsil alanın ildə bir dəfə təhsil aldığı ölkəyə gediş-gəlişi üçün tələb olunan vəsait aiddir və həmin vəsait təhsil alanın təqdim etdiyi bilet və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri əsasında müəyyən edilir.

4.1. Təhsilalanların xaricdə təhsili ilə bağlı xərclər bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir.

4.2. Təhsil alanların təhsili müvafiq razılaşma əsasında tərəfdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, tərəfdaş qurumun təşkilati xərclərinin hesablanması Təhsil Nazirliyi ilə tərəfdaş qurum arasında bağlanmış Saziş əsasında həyata keçirilir. Tələbələrin yaşayış (yataqxana və digər xərcləri), gündəlik qida və tədris materialları ilə bağlı xərclərinin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normalar əsasında həyata keçirilir.

4.3. Alınmış məlumatlar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hər bir ölkə üzrə təhsil alanların aylıq xərclərinin cədvəli tərtib edilir və həmin cədvəl ildə bir dəfə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Yeni cədvəl təsdiq olunmayana qədər mövcud cədvəldəki normalar qüvvədə qalır.

4.4. Təhsil Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş cədvəl əsasında təhsil alanların illik (tədris ili) və ya yarımillik xərclərini hesablayır və bu xərclərin ödənilməsi üçün Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim edir.

5.1. Təhsil alanların təhsili ilə bağlı bütün xərclərin ödənilməsi proseduru barədə Təhsil Nazirliyi tərəfindən hər bir tələbə məlumatlandırılır və bu prosedurlar Təhsil Nazirliyi və tələbə arasında bağlanılmış müqavilədə öz əksini tapır.

5.2. Təhsilini başa vurduqdan sonra təhsil alanın təhsilin növbəti təhsil səviyyəsinə keçdiyi təqdirdə, onun ərizəsi əsasında müvafiq sənədlər Təhsil Nazirliyi tərəfindən baxılır və məqsədəuyğun hesab edildikdə, müvafiq qərarın qəbul edilməsi üçün Komissiyaya təqdim edilir. Komissiyanın müsbət cavabı Təhsil Nazirliyinə daxil olduğu halda təhsil alan ilə yenidən müqavilə bağlanılır və onun təhsil xərcləri yeni təhsil səviyyəsinin normativləri əsasında ödənilir.

5.3. Təhsil alanların xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

5.3.1. təhsil alanların vizası və qəbul edən ölkədə qeydiyyata alınması ilə bağlı xərclər təhsil alanlar tərəfindən ödənilir və bu xərclər üzrə vəsait təqdim edilən qaimələr əsasında dövlət tərəfindən təhsil alana qaytarılır;

5.3.2. təhsil haqqı ilə bağlı xərclər xarici təhsil müəssisələrinin və yaxud təhsil alanın xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurumların təqdim etdikləri rəsmi məktublar, hesab - fakturalar (invoyslar), bu təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında bağlanılmış müqavilələr əsasında illik (tədris ili) və ya semestrlər üzrə ödənilir. Təhsil haqlarının ödənilməsi Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa təhsil müəssisəsinin və ya təhsil alan təhsil haqqını özü ödədiyi təqdirdə (təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında), tələbənin bankdakı müvafiq hesabına köçürülməsi yolu ilə həyata keçirilir;

xarici ölkələrin ali təhsil müəssisələrinin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bu təhsil müəssisələrinin hesablarına əvvəlcədən depozit ödənişlər həyata keçirilə bilər.

5.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi cədvəldə nəzərdə tutulmuş xərclər üzrə hər bir ölkə üçün müəyyən edilmiş məbləğə əsasən təhsil alanın aylıq xərcləri onun bankdakı müvafiq hesabına ödənilir;

5.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi cədvələ uyğun olaraq, hər bir ölkə üçün müəyyən edilmiş məbləğə əsasən zəruri tədris ədəbiyyatı ilə təminata aid xərclər tədris ilinin əvvəlində təhsil alanın bankdakı müvafiq hesabına köçürülür;

5.3.5. təhsil alanların tibbi sığortası ilə bağlı xərclər təhsil alanın təhsil aldığı şəhərdə sığorta olunduğu şirkətin, təhsil müəssisəsinin və tələbənin təqdim etdiyi sənədlər əsasında ödənilir;

5.3.6. ildə bir dəfə təhsil alanların təhsil aldığı ölkəyə gediş-gəliş xərcləri təhsil alanın və ya müvafiq nəqliyyat şirkətinin təqdim etdiyi təsdiqedici gediş-gəliş sənədləri əsasında ödənilir;

5.3.7. təhsil alanların təhsili müvafiq razılaşmalarda nəzərdə tutulan şərtlərə uyğun olaraq, tərəfdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, onların təhsili ilə bağlı bütün xərclər həmin qurum tərəfindən təqdim olunan müvafiq hesaba köçürülür.

5.3.8. təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilir.

6.1. Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır.

6.2. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülməsi tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müvəkkil bank arasında imzalanmış müqaviləyə əsasən bank xərcləri olaraq tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürülmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.

7.1. Təhsil alan və ya tərəfdaş qurum tərəfindən Təhsil Nazirliyinə müvafiq hesabat sənədləri təqdim olunur. Təhsil müəssisələri tərəfindən təhsil alanların təhsil xərcləri barədə təqdim olunmuş ödəniş üçün sənədlər (hesab-fakturalar, invoyslar və s.) tədris ilinin sonunda hesabat sənədləri kimi yetərli hesab edilir. Yol xərci, tibbi sığorta, viza və qeydiyyata aid xərclər təhsil alan tərəfindən ödənildiyi təqdirdə, onlar bu ödənişi təsdiq edən müvafiq sənədlərə əsasən yazılı hesabatı Təhsil Nazirliyinə təqdim edirlər. Hesabatın forması Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Təhsil alanların şəxsi hesablarına Təhsil Nazirliyi tərəfindən köçürülmüş aylıq xərclər barədə heç bir hesabat alınmır.

7.2. Dövlət Proqramı çərçivəsində ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi ilə bağlı ildə bir dəfə və yaxud tələb olunduğu təqdirdə, Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələºdirən quruma hesabat təqdim edilir.

ABŞ (Nyu-York, Boston, Çikaqo, Mayami, Vaşinqton, San-Fransisko, Los-Anceles)

Almaniya (rezidentura və PhD təhsil səviyyələri üzrə)

Çin (Honkonq və Şanxay)

Qeyd. Ölkələr üçün hesablanmış yaşayış xərclərinin məbləği tədris ili üçün nəzərdə tutulmuşdur.

Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə № ____________

“____” ___________ 2008-ci il

Bir tərəfdən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi) və digər tərəfdən gələcəkdə təhsil alan adlanacaq Azərbaycan Respublikasının vətəndaşı

__________________________________________________________________________

birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi təhsil alanın

_____________________________________________________________________________

(bundan sonra - təhsil müəssisəsi) _______________________________________________

ixtisası üzrə 200_ ildən 200_ ilə kimi tədrisini təşkil edir.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Təhsil Nazirliyi aşağıdakıları öhdəsinə götürür:

2.1.1. bu Müqaviləyə 1 nömrəli əlavəyə müvafiq olaraq xidmətlər göstərmək;

2.1.2. bu Müqavilənin 4-cü bəndinə müvafiq olaraq ödənişləri həyata keçirmək.

2.2. Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:

2.2.1. təhsil alandan təhsil aldığı müddət ərzində qəbul edən təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək;

2.2.2. Təhsil Nazirliyi bağlanılmış Müqavilə əsasında təhsil alanların təhsilinin təşkili üzrə Təhsil Nazirliyinə xidmət göstərən xarici tərəfdaş qurumun xidmətlərindən yararlana bilər;

2.2.3. bu Müqavilənin 6-cı bölməsində qeyd olunan əsaslarla Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək;

2.2.4. təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək.

2.3. Təhsil alan aşağıdakı öhdəlikləri qəbul edir:

2.3.1. müəyyən edilmiş müddətlərdə bu Müqavilənin 4.2-ci bəndində göstərilən sənədləri təqdim etmək;

2.3.2. bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.3.3. Azərbaycan Respublikasının və təhsil aldığı ölkənin qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və davranış qaydalarını pozmamaq;

2.3.4. qəbul edən təhsil müəssisəsinin daxili intizam və yaşayış qaydalarına riayət etmək;

2.3.5. təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.3.6. semestr bitdikdən sonra 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə elektron şəkildə Təhsil Nazirliyinin təyin etdiyi forma üzrə aralıq semestr hesabatlarını və tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində təhsil alanın illik təhsilinin nəticələrinə dair təhsil müəssisəsinin rəsmi çıxarışları və şəhadətnamələri (əsilləri) əlavə olunmaqla illik hesabatı, aldığı bilik və ixtisasın Azərbaycan Respublikasının maraqları naminə ən yaxşı halda istifadə edilməsi üzrə rəy və təkliflərini təqdim etmək;

2.3.7. öz hərəkətləri ilə təhsil müəssisəsinə maddi zərər vurduqda, təhsil aldığı ölkənin qanunvericiliyinə müvafiq olaraq təhsil müəssisəsinə dəymiş maddi zərəri vaxtında ödəmək;

2.3.8. əlaqə məlumatlarının dəyişildiyi təqdirdə, 10 (on) təqvim günü ərzində ünvanların, e-mail və telefonların dəyişilməsi haqqında məlumat vermək;

2.3.9. Təhsil Nazirliyindən şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) təqvim günü ərzində Təhsil Nazirliyinə bu Müqavilənin icrası üçün tələb olunan sənədləri, o cümlədən təhsil alanın iş yeri haqqında sənədləri təqdim etmək;

2.3.10. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar olduqda, Təhsil Nazirliyinə 20 (iyirmi) təqvim günü ərzində məlumat vermək;

2.3.11. təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək.

2.3.12. Azərbaycan Respublikasının təhsil aldığı xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı və digər ictimai-mədəni tədbirlərdə iştirak etmək.

2.4. Təhsil alanın Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Müqavilənin ümumi xərcləri

3.1. Təhsilin təşkili üzrə Müqavilənin ümumi xərclərinə bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən xərclər daxildir.

3.2. Ödənişlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili prosesinin maliyyələşdirilməsi Qaydaları”na və “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normaları”na əsasən müəyyən olunur.

4. Xərclərin ödəniş qaydası

4.1. Xərclərin ödənişi Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi qaydalarında nəzərdə tutulan prosedurlar əsasında Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə, tərəfdaş quruma və ya təhsil alana xidmətin təqdim edildiyi ölkənin qanunvericiliyinə müvafiq olaraq rəsmiləşdirilmiş müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.

4.2. Bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən cədvəldə (2, 3, 6 və 7-ci sütunu istisna olmaqla) nəzərdə tutulan və təhsil alan tərəfindən faktiki çəkilmiş xərclər onları təsdiq edən ödəniş sənədlərinin - qəbzlərin, çeklərin, biletlərin (nəqliyyat xərcləri ödəndikdə) və s. əsilləri Təhsil Nazirliyinə təqdim olunduqda ödənilir.

4.3. Təhsil haqqı ilə bağlı xərclər xarici təhsil müəssisələrinin və yaxud təhsil alanın xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurumların təqdim etdikləri rəsmi ödəniş sənədləri, hesab - fakturalar (invoyslar), bu təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilələr əsasında illik (tədris ili) və ya semestrlər üzrə ödənilir. Təhsil haqlarının ödənilməsi Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa təhsil müəssisəsinin və ya təhsil alan təhsil haqqını özü ödədiyi təqdirdə (təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında), tələbənin bankdakı müvafiq hesabına köçürülməsi yolu ilə həyata keçirilir.

4.4. Xarici ölkələrin ali təhsil müəssisələrinin və ya tərəfdaş qurumların tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xərclər üzrə qabaqcadan ödəniş həyata keçirilə bilər. Bu ödəniş təhsil alan tərəfindən ödənildiyi təqdirdə, notariat qaydasında təsdiq edilmiş ödəniş sənədləri 10 gün müddətində təqdim edilməlidir.

4.5. Bu Müqaviləyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təhsil alana aid bütün pul ödəmələri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.

5. Tərəflərin məsuliyyəti

5.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

5.2. Təhsil alan Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır.

5.3. Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqramı ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır.

5.4. Bu Müqavilənin 2, 3, 9-cu bəndlərini yerinə yetirmədikdə, təhsil alan Təhsil Nazirliyinin onun axtarışına çəkdiyi xərci ödəyir.

5.5. Təhsil alanın Tibbi-sosial Ekspert Komissiyasının (TSEK) arayışı ilə təsdiqlənmiş xəstəliyi nəticəsində təhsil müəssisəsində təhsilini davam etdirməsi mümkünsüz olduğu halda, Komissiyanın qərarı əsasında təhsil alan o müddətə qədər çəkilmiş xərclərin ödənilməsindən azad edilə bilər.

6. Müqavilənin ləğv edilməsi qaydası

6.1. Təhsil alan üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur.

6.2. Təhsil alan təhsilini davam etdirməkdən könüllü imtina etdiyi halda, Müqavilə Təhsil Nazirliyinin qərarı ilə ləğv edilir.

6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə yazılı bildiriş göndərir. Müqavilənin ləğvi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində digər tərəfə cavab ünvanlamalıdır.

6.4. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dəyişdirilə bilər.

7.1. Bu Müqaviləyə uyğun olaraq üzərlərinə götürülmüş öhdəliklərin Müqavilə imzalandıqdan sonra baş vermiş müəyyən fövqəladə, qarşısıalınmaz hadisələr nəticəsində yerinə yetirilmədiyi hallarda tərəflər məsuliyyətdan azad edilirlər.

7.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

7.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

7.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu haqda digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Əgər bildiriş göndərilməyibsə və ya vaxtında göndərilməyibsə, onda məlumat verməməyə və ya vaxtında məlumat verməməyə görə xərcləri onu yaradan tərəf ödəməlidir.

7.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qarşısıalınmaz qüvvə halların qüvvədə olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edirsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

8. Mübahisələrin həlli qaydası

8.1. Bu Müqavilədən irəli gələn və ya onunla bağlı istənilən mübahisə danışıqlar yolu ilə həll edilməlidir.

8.2. Tərəflər arasında razılıq əldə edilmədikdə, təhsil alan Komissiyaya müraciət edə bilər və ya mübahisəyə məhkəmə qaydasında baxılır.

9. Müqavilənin qüvvədə olma müddəti

Bu Müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir.

Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsil alana, digər nüsxəsi isə Təhsil Nazirliyinə verilir.

11. Tərəflərin rekvizitləri və imzaları

Yerləşdiyi yer: Azərbaycan Respublikası, Bakı şəhəri

Ünvan: AZ1008, Bakı ş., Xətai pr., 49

Tel: (+99412) 496-35-55

Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı

SWİFT BİK - İBAZAZ 2X

Bankın VÖENi 9900001881

___________ M.Mərdanov

_____________________________________

Yaşadığı yer: Azərbaycan Respublikası _____________________________________

Ünvanı:________küçəsi, ev № ___, mənzil № ____, tel: ___________

Pasport/şəx.vəsiqəsi/ _____________ Seriya __________________

______________________

Təhsil Nazirliyinin təqaüdçünün təhsilinin təşkili üzrə göstərdiyi xidmətlərin siyahısı

_______________________________________________________________________________

məqsədi ilə təhsil alması üçün xarici təhsil müəssisəsinin seçilməsi (xarici təhsil müəssisələrinə müstəqil daxil olmuş şəxslər istisna olunmaqla).

2. Xarici təhsil müəssisəsində tədris proqramının seçilməsi (xarici tədris müəssisələrinə müstəqil daxil olmuş şəxsləri istisna etməklə).

3. Təhsil alanın dil və baza hazırlığı üçün xarici təhsil müəssisəsinin seçilməsi.

4. Dövlət Proqramı üzrə təqaüdçüyə təhsil müəssisəsində təhsil müddətində təşkilati yardımın göstərilməsi.

5. Təhsil alanın təhsil müəssisəsində maraqlarının təmin edilməsi, lazım gəldikdə mübahisələrin, münaqişələrin və fikir ayrılıqlarının həllində ona kömək göstərilməsi.

6. Qaydalarda nəzərdə tutulan təşkilati-texniki tədbirlərin həyata keçirilməsi.

___________________________

_______________________________

Təhsil alanın soyadı, adı, atasının adı

________ ___________ 200 ____ il

Təhsil müddəti: ___________

Təhsil ölkəsi: ______________

Partnyor/ATM _____________

Təhsil haqqı xərcləri

Yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi)

Digər yaşayış xərcləri

Qəbul edən ölkədə qeydiyyat xərcləri

Gündəlik yemək xərcləri

Zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri

Tibbi sığorta xərcləri

Azərbaycanda yaşayış yerindən tədris yerinə və geriyə gediş-gəliş xərcləri

Qeyd. Nəqliyyat xərcləri üzrə ödəniş Azərbaycanın xaricində avianəqliyyat (“ekonom” klasdan yuxarı olmamaqla, baqajın daşınması ödənilməməklə) biletinin qiymətinə əsasən həyata keçirilir.

___________________________

_______________________________

Təhsil alanın soyadı, adı, atasının adı

________ ___________ 200 ____ il

1. 15 fevral 2010-cu il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 157)

2. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3. 19 oktyabr 2010-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 911)

4. 17 avqust 2012-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 08, maddə 833)

5. 13 mart 2014-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2014-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 309)

6. 4 iyul 2014-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 909)

7. 21 iyul 2015-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 899)

8. 22 iyun 2016-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1211)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver