Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il mayın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çexiya Respublikası tərəfini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2011-ci il
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi,
- Avropa və beynəlxalq prinsiplər, reqlamentlər və standartlar əsasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsini arzulayaraq;
- insan həyatı və sağlamlığının təhlükəsizliyinin əhəmiyyətini nəzərə alaraq və ətraf mühitin qorunması məqsədilə;
- dövlətlərin iqtisadi maraqlarını rəhbər tutaraq, Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. Tərəflər səlahiyyətləri çərçivəsində öz milli qanunvericiliyini rəhbər tutaraq aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
- Azərbaycan Respublikasında qəbul olunmuş standartlar və texniki
- reqlamentlər və Çexiya Respublikasında tətbiq olunmuş Avropa Birliyinin direktivləri barədə məlumatın təqdim olunması;
- Azərbaycan Respublikasının sertifikatlaşdırma orqanları və sınaq
- laboratoriyaları və Çexiya Respublikasında səlahiyyətləndirilmiş və notifikasiya olunmuş orqanlar haqqında məlumat mübadiləsi;
- Tərəflər arasında öz milli qanunvericiliyinə uyğun olaraq sınaqların
- nəticələrinin tanınması imkanlarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları və Çexiya Respublikasının səlahiyyətləndirilmiş və notifikasiya olunmuş orqanları arasında uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq və Avropa İttifaqının vahid bazarına çıxanları Azərbaycan məhsullarının uyğunluğunun qiymətləndirilməsində Çexiya Respublikasının notifikasiya olunmuş orqanlarının imkanlarından istifadə edilməsi;
- ekspertlərə ixtisasartırma ilə bağlı peşəkar sistemlərdə Tərəflərin
- mütəxəssislərinə təlim keçmək imkanlarının yaradılması;
- müqayisəli sınaqların aparılması;
- kəmiyyət vahidlərinin milli etalonlarının tutuşdurulması;
- maddə və materialların tərkibi və xassələrinin standart
- nümunələrinin, fiziki sabitlər, maddə və materialların xassələri barədə sorğu məlumatlarının tətbiqi;
- qarşılıqlı əsasda tədarük edilən ölçmə vasitələrinin növünün,
- yoxlanmasının və kalibrlənməsinin təsdiqi məqsədi ilə sınaqların nəticələrinin razılaşdırılmış şərtlərlə tanınması.
2. Tərəflər bu Memorandumun 1-ci hissəsində göstərilən sahələr üzrə əməkdaşlığı aşağıdakı formada həyata keçirəcəklər:
- milli qanunvericilik aktları, texniki reqlamentlər və həmçinin digər
- normativ sənədlərin mübadiləsi;
- qarşılıqlı maraq doğuran birgə layihələr;
- ekspertlərin görüşləri, seminarlar və simpoziumların təşkili;
- birgə layihələrin həyata keçirilməsi üçün alimlərin, mühəndislərin,
- texniki ekspertlərin və digər mütəxəssislərin mübadiləsi;
- mütəxəssislərin təcrübə keçməsi və təlim səfərləri;
- təhsil sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan mütəxəssisləri və müəllimlərinin təhsil almaq üçün Çexiya Respublikasına ezam olunması, çex kadrlarının Azərbaycan Respublikasının müvafiq təhsil müəssisələrində təhsil alması;
- rəylərin, təcrübələrin, nəşrlərin, hesabatların və qarşılıqlı maraq
- doğuran digər məlumatların mübadiləsi.
3. Tərəflər qarşılıqlı maraq doğuran təqdirdə səlahiyyətləri çərçivəsində və öz milli qanunvericiliklərinə uyğun olaraq əməkdaşlığın müəyyən sahələrini konkretləşdirə bilərlər.
Bu Anlaşma Memorandumu Bakı şəhərində, 2011-ci il “17” may tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, çex və rus dillərində imzalanmışdır. Rus dili üstünlük təşkil edir.
1. 4 avqust 2022-ci il tarixli 1804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 864)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI