AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI
“Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması” Qaydalarının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
2. Hüquq şöbəsinə (Y.Məmmədov) tapşırılsın ki, bu Qaydaları 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Ümumi şöbəyə (S.Dadaşova) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
4. QKDK sədrinin 08 noyabr 1999-cu il tarixli 65 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlarla alqı-satqı əqdlərinin qiymətli kağızlar bazarının peşəkar iştirakçıları vasitəsi ilə bağlanma və qeydiyyatı qaydaları haqqında” və 26 iyul 2002-ci il tarixli 114 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanma qaydaları haqqında” Əsasnamələr qüvvədən düşmüş hesab edilsin.
5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.
21 yanvar 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601210002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2016-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI