“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 27 fevral 2006-cı il
1.1. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (bundan sonra - AKT) üzvünə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – EKTİS) vasitəsilə təqdim edilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir.
1.2. Vəsiqə ailə kəndli təsərrüfatı üzvünə AKT müvafiq ərazilər üzrə bələdiyyədə uçota alındıqdan sonra 5 gün müddətində təqdim edilir.
1.3. Ailə kəndli təsərrüfatının başçısı AKT üzvlərinin vəsiqələrini almaq üçün onların şəxsiyyətini təsdiq edən sənədləri müvafiq ərazilər üzrə bələdiyyəyə təqdim etməlidir.
1.4. AKT üzvlərinə vəsiqələrin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən AKT uçota alındıqdan sonra təsdiqedici sənədlərə əsasən ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi məqsədilə “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə EKTİS-ə aşağıdakı məlumatlar daxil edilir:
2.1.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;
2.1.2. ailə kəndli təsərrüfatının üzvünün fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, ailə kəndli təsərrüfatına üzv olma tarixi;
2.1.3. ailə kəndli təsərrüfatının üzvünün fəaliyyətə başladığı tarix, təsərrüfat-təqvim illəri, AKT üzvünün məşğul olduğu iş və ya vəzifəsi (peşəsi).
2.4. AKT üzvünün vəsiqəsində AKT statusunun itirilməsi və ləğv edilməsi səbəbləri “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun göstərilməlidir.
2.5. AKT üzvünün soyadının, adının, atasının adının vəsiqədə dəyişdirilməsi müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən təsdiqedici sənədlərə əsasən aparılır.
3.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar EKTİS-ə daxil edildikdən sonra uçota alınmış ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi bələdiyyənin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir və ailə kəndli təsərrüfatı üzvünün elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.
3.2. AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni vəsiqənin alınması üçün müvafiq ərazi üzrə bələdiyyəyə müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.
1. 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208)
2. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)