Qanunvericilik › “Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 27.12.2023) › Tam mətn

“Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 27.12.2023)

“Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 27.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-6.6-cı maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 81-6.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi qaydasını müəyyən edir.

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. hesabat tarixi – müvafiq rübün və ya təqvim ilinin başa çatdığı gün;

2.1.2. hesabat dövrü – hesabat tarixindən əvvəlki 12 (on iki) ay;

2.1.3. aktiv sığorta növləri – hesabat dövrü ərzində sığorta haqları hesablanmış və ya sığorta ödənişləri həyata keçirilmiş sığorta növləri;

2.1.4. əsas sığorta növləri – hesabat dövrü ərzində sığorta portfelində ən böyük çəkiyə (sığorta haqlarına və ya sığorta ödənişlərinə münasibətdə hesablanmaqla) sahib olan və çəkilərinin cəmi bütün sığorta portfelinin 80%-dən yuxarı hissəsini təşkil edən aktiv sığorta növləri;

2.1.5. öhdəliyin adekvatlığı testi – gələcək pul axınlarını təhlil etməklə öhdəliyin balans dəyərinin artırılmasının lazım olub-olmadığını müəyyən etmək üçün istifadə olunan test.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.3. Bu Qaydada istifadə olunan “sığortaçı” anlayışı təkrarsığortaçıları da əhatə edir.

Aktuari rəyi sığortaçının məsul aktuarisi tərəfindən bu Qaydanın 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş formada tərtib olunur.

4.1. Aktuari rəyində bu Qaydanın 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla, aşağıdakı məlumatlar əks etdirilir:

4.1.1. Məsul aktuari haqqında məlumatlar:

4.1.1.1. soyadı, adı, atasının adı;

4.1.1.2. malik olduğu aktuari şəhadətnaməsinin qeydiyyat nömrəsi və son qüvvədə olma tarixi;

4.1.1.3. üzv olduğu aktuari təşkilatları və ya assosiasiyalarının adı (mövcuddursa).

4.1.2. Ümumi məlumatlar:

4.1.2.1. aktuari rəyinin tərtib olunduğu yer və tarix;

4.1.2.2. aktuar hesablamaların əhatə olunduğu hesabat dövrü.

4.1.3. Sığortaçı haqqında məlumatlar:

4.1.3.3. hüquqi və faktiki ünvanı;

4.1.3.4. sığorta fəaliyyətini və mövcud olduğu halda, təkrarsığorta fəaliyyətini həyata keçirməyə icazə verən lisenziyanın nömrəsi;

4.1.3.5. aparılmasına icazə verilmiş icbari sığorta növləri;

4.1.3.6. nizamnamə kapitalının miqdarı.

4.1.4. Aktuar hesablamaların aparılması və nəticəsi haqqında məlumat:

4.1.4.1. istifadə olunmuş sənəd və məlumatlar:

4.1.4.1.1. aktuar hesablamaların aparılması zamanı istinad edilmiş hüquqi aktların siyahısı, eləcə də istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri və aktuar fərziyyələri barədə məlumat;

4.1.4.1.2. aktuari rəyinin tərtib edilməsi üçün sığortaçıdan, dövlət orqanlarından və digər şəxslərdən əldə olunmuş sənəd və məlumatların siyahısı;

4.1.4.1.3. aktuari rəyinin tərtib edilməsi üçün tələb olunan hər hansı sənəd və ya məlumat sığortaçı tərəfindən təqdim edilmədiyi halda, yaxud gizlədildiyi aşkar edildikdə həmin sənəd və ya məlumatların siyahısı və bu barədə məsul aktuari tərəfindən Qanuna əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) məlumat verilib-verilmədiyinə dair məlumat;

4.1.4.1.4. aktuar hesablamalarda istifadə olunan məlumatların kifayətliliyi, tamlığı və keyfiyyətinin qiymətləndirilməsinə və bunların artırılması üzrə sığortaçıda il ərzində həyata keçirilmiş işlərə dair məlumat.

4.1.4.2. sığorta haqları və sığorta ödənişləri:

4.1.4.2.1. sığortaçının hesabat tarixinə bütün sığorta portfeli və əsas sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişlərinin ən azı son 3 (üç) il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə edilməklə artım və ya azalma dinamikasının təhlili;

4.1.4.2.2. əsas sığorta növləri üzrə sığorta haqlarının, gözlənilən və baş vermiş zərərlərin, həyatın yığım sığortası və 3 (üç) ildən artıq müddətə bağlanılan digər sığorta müqavilələri ilə bağlı aktuar fərziyyələri üzrə isə gözlənilən və baş vermiş zərərlərin müxtəlif seqmentlərə (ən azı sığorta riski, məhsullar, müqavilə illəri, dövlət və qeyri-dövlət sektoru, birbaşa və sığorta vasitəçiləri, fərdi və qrup halında olan sığorta müqavilələri üzrə bölgülər aparılmaqla) uyğun olaraq konsentrasiyasının təhlili.

4.1.4.3. sığorta ehtiyatları:

4.1.4.3.1. sığortaçının hesabat tarixinə formalaşdırdığı sığorta ehtiyatlarının, o cümlədən xalis sığorta ehtiyatlarının hər bir növünün ən azı son 3 (üç) il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə etməklə artım və ya azalma dinamikasının təhlili;

4.1.4.3.2. sığorta ehtiyatları məsul aktuarinin fərdi yanaşması əsasında hesablandıqda, hesablama metodologiyasının təsviri və əsaslandırılması, eləcə də bu Qaydanın 4.1.4.1.1-ci yarımbəndində göstərilən məlumatlar;

4.1.4.3.3. sığortaçının sığorta ehtiyatlarının rüb ərzində dəyişməsinin (illik maliyyə hesabatları üzrə isə cari ilin əvvəli ilə müqayisədə) bu Qaydanın 2 nömrəli Əlavəsində göstərilən formada təsviri və təhlili (cədvəllər ümumi sığorta ehtiyatları üzrə və əsas sığorta növləri üzrə ayrı-ayrılıqda tərtib edilir, digər sığorta növləri üzrə isə oxşar sığorta risklərini əhatə edən sığorta növləri üzrə qruplaşdırılma aparıla bilər);

4.1.4.3.4. aşağıdakılar nəzərə alınmaqla öhdəliyin adekvatlığı testinin ətraflı nəticələri, eləcə də son iki hesabat dövrü üçün sığorta ehtiyatları və sığorta ödənişlərinin həmin test vasitəsilə müqayisəsi və müqayisə nəticəsində ortaya çıxan fərqlərin əsaslandırılması:

4.1.4.3.4.1. testin aparılması metodologiyasının qısa təsvirinin yazılması;

4.1.4.3.4.2. testin hər bir sığorta ehtiyatı və valyutalar üzrə bölgüsü aparılmaqla ayrı-ayrılıqda həyata keçirilməsi.

4.1.4.4. anderraytinq və tarif siyasəti:

4.1.4.4.1. sığortaçının təklif etdiyi sığorta növləri üzrə sığorta qaydalarında müəyyən olunmuş işlərin aparılması xərci, tarif mənfəəti və yekun tarif intervalı göstərilməklə mövcud vəziyyətin son bir il ərzində aparılmış qiymətləndirilməsi;

4.1.4.4.2. sığortaçının təklif etdiyi aktiv sığorta növləri üzrə tarif siyasəti ilə anderraytinq siyasəti arasındakı uyğunsuzluqların təhlili;

4.1.4.4.3. əvvəlki hesabat dövrü ilə müqayisə edilməklə aktiv sığorta növləri üzrə zərərlilik dərəcəsinin (alınmış təkrarsığorta təminatlarının bu zərərlilik dərəcəsinə təsiri də qeyd edilməklə) təhlili, zərərlilik səviyyəsinin dəyişməsinə qarşı nəzərdə tutulan strategiya və zəruri hallarda görülməli olan tədbirlər barədə qısa məlumatlar (bu məlumatlar qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən məsul aktuari tərəfindən qeyd olunur).

4.1.4.5. təkrarsığorta əməliyyatları:

4.1.4.5.1. sığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinin sığortaçının məruz qaldığı risklərə (risk profilinə) və anderraytinq siyasətinə, eləcə də “Risklərin xarici sığortaçılarda təkrarsığortalanması hədləri və tələblərinin, habelə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair tələblərin müəyyən edilməsi Qaydası”na uyğunluğunun təhlili;

4.1.4.5.2. hər bir risk üzrə şəxsi tutumun ölçülməsi, sığorta növləri üzrə ötürülmüş təkrarsığorta müqavilələri üzrə ötürülmə zəruriliyinin əsaslandırılması, qəbul edilmiş və ötürülmüş müqavilələr üzrə təminat verilmiş risklərin sığortalanan predmetlərlə uyğunluğu barədə məlumat.

4.1.4.6. aktiv və öhdəliyin idarə edilməsi:

4.1.4.6.1. aktiv və öhdəliyin idarə edilməsi üzrə məsul aktuari tərəfindən verilmiş fərziyyələrin izahı və əsaslandırılması (bu məlumatlar həyat sığortası sahəsində fəaliyyət göstərən məsul aktuari tərəfindən qeyd olunur);

4.1.4.6.2. sığortaçının alınmalı olan sığorta (təkrarsığorta) haqlarının (gecikdirilməsi “0-30 gün”, “31-45 gün”, “46-60 gün”, “61-90 gün”, “90 gündən çox” formada bölgüsü aparılmaqla) geniş təhlili və ən azı son 3 ilin statistik məlumatlarına əsaslanaraq onların likvidliyinin qiymətləndirilməsi;

4.1.4.6.3. həyatın yığım sığortası üzrə investisiya portfelinin gəlirliliyi və sığorta müqavilələri üzrə orta illik faiz dərəcəsinin bu Qaydanın 3 nömrəli Əlavəsində göstərilən formada hesablanması, həmçinin sığorta müqavilələri üzrə orta illik faiz dərəcəsinin investisiya portfelinin gəlirliliyindən çox olması halında fərqin əsaslandırılması (bu məlumatlar həyat sığortası sahəsində fəaliyyət göstərən məsul aktuari tərəfindən qeyd olunur);

4.1.4.6.4. sığortaçının öhdəliklərinin valyutalar üzrə strukturunun aktivlərin müvafiq strukturu ilə müqayisə edilərək uyğunluğunun təhlil edilməsi.

4.1.4.7. məcmu kapital:

4.1.4.7.1. sığortaçının məcmu kapitalının məbləğinin hesabat tarixinə ilin əvvəli ilə müqayisə edilməklə qiymətləndirilməsinin, habelə məcmu kapitalın məbləğinin artım və ya azalma dinamikasının təhlilinin nəticələri (artım və ya azalma səbəbləri ətraflı şəkildə göstərilməklə);

4.1.4.7.2. dividendlərin ödənilməsi, yeni sığorta məhsulları, məsul aktuari tərəfindən əhəmiyyətli hesab edilən investisiya və idarəetmə qərarları, həmçinin məcmu kapitalın 10%-dən çox azalmasına gətirib çıxaran sığorta (təkrarsığorta) fəaliyyəti ilə əlaqədar olan xərclərin və digər xərclərin (məsələn, informasiya texnologiyaları ilə əlaqədar xərclər, marketinq xərcləri, işçilərə mükafatların verilməsi, sponsorluq və s.) yaranması halında sığortaçının məcmu kapitalının yetərli olmasını ölçmək məqsədilə aralıq dövrlərdə aparılan hesablamaların sayı, məzmunu, nəticələri və məcmu kapital üzrə müəyyən edilmiş normativ tələblərin gözlənilməsinə dair məlumat.

4.1.4.8. əlavə məlumatlar:

bu Qaydanın 4.1.4.1-4.1.4.7-ci yarımbəndlərində əks olunmayan, məsul aktuarinin səlahiyyəti çərçivəsində təqdim etmək istədiyi əlavə məlumatlar.

4.1.5.1. məsul aktuari tərəfindən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına, sığortaçının maliyyə dayanıqlığı və ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına, əlavə ehtiyatların yaradılmasına dair lazımi tövsiyələr;

4.1.5.2. sığortaçının maliyyə dayanıqlığı və ödəmə qabiliyyəti ilə bağlı mövcud vəziyyətə mənfi təsir göstərə biləcək hadisələrin siyahısı, həmin hadisələrin qarşısının alınmasına dair tövsiyələr;

4.1.5.3. əvvəlki hesabat dövrünə dair aktuari rəyində sadalanan tövsiyələrin sığortaçı tərəfindən yerinə yetirilməsi haqqında ətraflı məlumat.

4.2. Aktuari rəyinə bu Qaydada nəzərdə tutulmuş məlumatlarla yanaşı, digər məlumatları əks etdirən cədvəllər, düsturlar və sair məlumatlar əlavə edilə bilər.

4.3. Bu Qaydanın 4.1.4.2.2-ci yarımbəndində nəzərdə tutulan konsentrasiyanı ölçmə metodologiyası məsul aktuari tərəfindən müəyyən edilir. Məsul aktuari tərəfindən hər hansı bir metodologiya müəyyənləşdirilməmişdirsə, metodologiya kimi “Herfindal-Hirşman” İndeksindən (HHI) istifadə oluna bilər. Bu indeksə əsasən aşağı səviyyəli konsentrasiya HHI<1500, orta səviyyəli konsentrasiya 1500<=HHI<2500, yüksək səviyyəli konsentrasiya isə HHI>=2500 qəbul olunur.

4.4. Bu Qaydanın 4.1.4.3.4-cü yarımbəndində nəzərdə tutulan öhdəliyin adekvatlığı testi məsul aktuari tərəfindən əsaslandırılmaqla oxşar sığorta risklərini əhatə edən sığorta növləri üzrə qruplaşdırılaraq aparıla bilər.

5.1. Aktuari rəyi rüblük və illik əsasda, sığortaçı tərəfindən rüblük və illik hesabatların təqdim olunmasının son tarixindən etibarən 7 (yeddi) iş günü müddətində aşağıdakılar nəzərə alınmaqla təqdim edilir:

5.1.1. birinci rüb üzrə təqdim edilən aktuari rəyində ən azı bu Qaydanın 4.1.1-4.1.3-cü, 4.1.4.1-ci, 4.1.4.3.1-4.1.4.3.3-cü, 4.1.4.4.3-cü, 4.1.4.5.2-ci, 4.1.4.6.2-ci, 4.1.4.6.4-cü, 4.1.4.7-ci, 4.1.4.8-ci və 4.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar əks olunmalıdır;

5.1.2. ikinci və üçüncü rüb üzrə təqdim edilən aktuari rəyində ən azı bu Qaydanın 4.1.1-4.1.3-cü, 4.1.4.1-4.1.4.5-ci, 4.1.4.6.1-ci, 4.1.4.6.2-ci, 4.1.4.6.4-cü, 4.1.4.7-ci, 4.1.4.8-ci və 4.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar əks olunmalıdır;

5.1.3. dördüncü rüb üzrə və illik əsasda təqdim edilən aktuari rəyində bu Qaydanın 4.1.1-4.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş bütün məlumatlar əks olunmalıdır.

5.2. Mərkəzi Bank tərəfindən sığorta sektorunda nəzarət funksiyasının həyata keçirilməsi ilə əlaqədar sığortaçının maliyyə dayanıqlığının pozulmasına və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar müəyyən edildikdə, aktuari rəyi Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən olunmuş müddətdə ona təqdim edilir.

5.3. Aktuari rəyi məsul aktuarinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın informasiya sistemi vasitəsi ilə təqdim edilməlidir.

Bu Qaydanın tələbləri 2023-cü il üzrə təqdim edilən aktuari rəyinə şamil olunmur.

“Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”na Əlavə 1

1. Məsul aktuari haqqında məlumatlar:

1.1. Soyadı, adı, atasının adı:

1.2. Malik olduğu aktuari şəhadətnaməsinin qeydiyyat nömrəsi və son qüvvədə olma tarixi:

1.3. Üzv olduğu aktuari təşkilatları və ya assosiasiyalarının adı (mövcuddursa):

2.1. Aktuari rəyinin tərtib olunduğu yer və tarix:

2.2. Aktuar hesablamaların əhatə olunduğu hesabat dövrü:

3. Sığortaçı haqqında məlumatlar:

3.3. Hüquqi və faktiki ünvanı:

3.4. Sığorta fəaliyyətini və mövcud olduğu halda, təkrarsığorta fəaliyyətini həyata keçirməyə icazə verən lisenziyanın nömrəsi:

3.4. Aparılmasına icazə verilmiş icbari sığorta növləri:

3.5. Nizamnamə kapitalının miqdarı:

4. Aktuar hesablamaların aparılması və nəticəsi haqqında məlumat:

4.1. İstifadə olunmuş sənəd və məlumatlar:

4.2. Sığorta haqları və sığorta ödənişləri:

4.3. Sığorta ehtiyatları:

4.4. Anderraytinq və tarif siyasəti:

4.5. Təkrarsığorta əməliyyatları:

4.6. Aktiv və öhdəliyin idarə edilməsi:

4.8. Əlavə məlumatlar:

“Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”na Əlavə 2

1. Ehtiyatın dəyişməsinin hesablanması cədvəldə göstərilən sütunlar üzrə müvafiq ardıcıllıqla həyata keçirilməlidir.

2. “Digər (izah edilə bilinməyən)” bölmə 2 nömrəli sütun üzrə olan sığorta ehtiyatının 3%-dən çox olmamalıdır.

3. Ehtiyat sütunlarda qeyd olunanlardan fərqli səbəblər üzrə dəyişərsə, dəyişmənin səbəbi və məbləği müvafiq hissələrə yeni sütun əlavə edilməklə qeyd olunur.

1. Ehtiyatın dəyişməsinin hesablanması cədvəldə göstərilən sütunlar üzrə müvafiq ardıcıllıqla həyata keçirilməlidir.

2. “Digər (izah edilə bilinməyən)” bölmə 2 nömrəli sütun üzrə olan sığorta ehtiyatının 3%-dən çox olmamalıdır.

3. Ehtiyat sütunlarda qeyd olunanlardan fərqli səbəblər üzrə dəyişərsə, dəyişmənin səbəbi və məbləği yeni sütun əlavə edilməklə qeyd olunur.

1. Ehtiyatın dəyişməsinin hesablanması cədvəldə göstərilən sütunlar üzrə müvafiq ardıcıllıqla həyata keçirilməlidir.

2. “Digər (izah edilə bilinməyən)” bölmə 2 nömrəli sütun üzrə olan sığorta ehtiyatının 3%-dən çox olmamalıdır.

3. Ehtiyat sütunlarda qeyd olunanlardan fərqli səbəblər üzrə dəyişərsə, dəyişmənin səbəbi və məbləği yeni sütun əlavə edilməklə qeyd olunur.

1. Ehtiyatın dəyişməsinin hesablanması cədvəldə göstərilən sütunlar üzrə müvafiq ardıcıllıqla həyata keçirilməlidir.

2. “Digər (izah edilə bilinməyən)” bölmə 2 nömrəli sütun üzrə olan sığorta ehtiyatının 3%-dən çox olmamalıdır.

3. Ehtiyat sütunlarda qeyd olunanlardan fərqli səbəblər üzrə dəyişərsə, dəyişmənin səbəbi və məbləği yeni sütun əlavə edilməklə qeyd olunur.

1. Ehtiyatın dəyişməsinin hesablanması cədvəldə göstərilən sütunlar üzrə müvafiq ardıcıllıqla həyata keçirilməlidir.

2. “Digər (izah edilə bilinməyən)” bölmə 2 nömrəli sütun üzrə olan sığorta ehtiyatının 3%-dən çox olmamalıdır.

3. Ehtiyat sütunlarda qeyd olunanlardan fərqli səbəblər üzrə dəyişərsə, dəyişmənin səbəbi və məbləği yeni sütun əlavə edilməklə qeyd olunur.

“Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”na Əlavə 3

Qeyd: İnvestisiya portfeli dedikdə investisiya gəlirinin formalaşdığı vəsaitlərin cəmi nəzərdə tutulur.

Sığorta müqavilələri üzrə sığorta ehtiyatlarının orta illik faiz dərəcəsi aşağıdakı kimi hesablanır:

Q - sığorta ehtiyatlarının orta illik faiz dərəcəsidir;

- qüvvədə olan hər bir müqavilə üzrə riyazi ehtiyatdır;

- qüvvədə olan hər bir müqavilə üzrə illik faiz dərəcəsidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver