Qanunvericilik › Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin Qaydaları (Elm və Təhsil Nazirliyi, 07.08.1996) › Tam mətn

Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin Qaydaları (Elm və Təhsil Nazirliyi, 07.08.1996)

Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin Qaydaları (Elm və Təhsil Nazirliyi, 07.08.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI

Nazir əvəzi:___________ S.C.Həsənova

401 SAYLI 07.08.1996-cı il

tarixli əmri ilə təsdiq

Nazir___________ L.X.Rəsulova

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİNİN 07.08.1996-CI İL

TARİXLİ 401 SAYLI ƏMRİNƏ ƏLAVƏ 2.

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FAKÜLTƏLƏRİN İŞİNƏ DEKAN RƏHBƏRLİK EDİR.

DEKAN HƏMİN ALİ MƏKTƏBİN ŞTATINDA OLAN PROFESSOR VƏ YA DOSENTLƏR SIRASINDAN DÖRD İL MÜDDƏTİNƏ (ARDICIL İKİ DƏFƏDƏN AZ OLMAYARAQ) SEÇİLİR.

MÜSTƏSNA HALLARDA (FAKÜLTƏ YENİ YARANDIQDA, ƏVVƏL SEÇİLMİŞ DEKANIN FƏALİYYƏTİ MÜƏYYƏN SƏBƏBLƏRDƏN VAXTINDAN ƏVVƏL DAYANDIQDA VƏ S.) TƏHSİL MÜƏSSİSƏSİNİN BAŞÇISININ ƏMRİ İLƏ DEKAN VƏZİFƏSİ MÜƏYYƏN MÜDDƏTƏ (ALTI AYDAN ÇOX OLMAYARAQ) MÜVAFİQ TƏLƏBLƏRİ (1-Cİ BƏNDİ) ÖDƏYƏN BİR ŞƏXSƏ HƏVALƏ OLUNA BİLƏR.

DEKAN FAKÜLTƏNİN PROFİLİNƏ UYĞUN MÜTƏXƏSSİS OLMALIDIR.

1.1. Seçki gününə minimum otuz gün qalmış rektor seçki haqqında əmr verir və bu əmr təhsil müəssisəsində elan olunur. Əmrdə seçkinin keçiriləcəyi gün və əsas mərhələlərinə (namizədlərin irəli sürülməsi, sənədlərin müzakirə edilməsi və s.) ayrılan müddətlər göstərilir. Namizədlərin irəli sürülməsi seçki gününə minimum iyirmi beş gün qalmış başlayır və on gün davam edir. Sonra beş gün namizədlərin irəli sürülməsi ilə əlaqədar olan sənədlərin təhlili aparılır, namizədlərin şəxsi işlərinə baxılır, seçkinin son mərhələləri üçün lazım olan sənədlər hazırlanır. Seçki gününə on gün qalmış namizədlərin rektor tərəfindən təsdiq olunmuş siyahısı təhsil müəssisəsində elan olunur. Bu siyahıda hər bir namizədin adı, soyadı, təvəllüdü, baza təhsili, elmi ad və dərəcəsi, vəzifəsi, elmi-pedaqoji iş stajı, seçkinin keçiriləcəyi gün, saat və otaq göstərilir.

1.2. Dekanın seçildiyi müddət başa çatdıqda rektorun əmri ilə o, həmin gündən vəzifəsindən azad olunur və ya üç ay müddətindən gec olmayaraq (yay məzuniyyəti günləri istisna olmaqla) yeni dekan seçkisi keçirilir. Yeni dekan seçilənədək bu vəzifə dekan müavininə, yaxud fakültənin başqa bir professor və ya dosentinə həvalə edilir. Dekanı əvəz edən şəxs seçkinin təşkil olunub keçirilməsi üçün rektor qarşısında məsuliyyət daşıyır. Dekan seçilmək üçün onun namizədliyi irəli sürülmür.

1.3. Namizədlər fakültənin ayrı-ayrı kafedralarının, elmi-tədqiqat laboratoriyalarının (əgər varsa) əməkdaşlarının ümumi iclasında sadə səs çoxluğu ilə irəli sürülür. Eyni bir iclas bir neçə namizədi də təqdim edə bilər. Ali məktəbin və fakültənin elmi şuraları dekan seçilmək üçün namizəd irəli sürmür.

Ali məktəbin rektoru da bu vəzifəni tutmaq üçün namizəd irəli sürə bilər.

1.4 Eyni zamanda həm kafedra müdiri, həm "fakültə dekanı vəzifəsini tutmağa icazə verilmir".

Əgər kafedra müdiri dekan vəzifəsinə seçilərsə o, müdir vəzifəsindən azad olunur və həmin kafedrada professor (dosent) vəzifəsinə keçir.

1.5. Dekan vəzifəsinə irəli sürülmüş şəxslərin haqqında müvafiq yığıncaqların və rektorun təqdimatı seçki gününə minimum on beş gün qalmış ali məktəbin elmi katibinə və ya tədris hissə müdirinə təqdim olunur. (Rektorun əmrində bu göstərilməlidir).

1.6. Dekan seçkisi əvvəlcədən təyin olunmuş vaxtda və yerdə fakültə elmi şurasının geniş iclasında keçirilir. İclası ali məktəbin rektoru və ya tədris işləri üzrə prorektor aparır. İclasda səsvermə hüququ ilə fakültə elmi şurasının üzvləri, fakültənin elmi-tədqiqat laboratoriyalarının (əgər varsa) elmi rəhbərləri və müdirləri, eləcə də fakültənin ştatında olan bütün professor müəllim heyəti iştirak edirlər.

İclasın səsvermə hüququna malik olan üzvlərinin dekan əvəzinin hazırladığı və rektor tərəfindən təsdiq olunmuş siyahısı seçki gününə ən azı on gün qalmış fakültədə elan edilir. Bu hüquqa malik heç kəsin adının siyahıya daxil olmamasına yol verilmir.

Müstəsna hallarda rektorun əmri ilə dekan seçkisi ali məktəbin elmi şurasında keçirilə bilər. Bu halda elmi şuranın iclasında səsvermə hüququ ilə həm ali məktəbin, həm də fakültənin elmi şuralarının üzvləri iştirak edir.

Rektorun bu qərarı seçki gününə minimum 10 gün qalmış elan olunur.

1.7. Elmi şuranın dekan seçkisi ilə əlaqədar keçirilən iclası səsvermə hüququna malik olanların ümumi sayının ən azı 2-ci hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

Gündəlik təsdiq edildikdən sonra namizədlərin adı təsdiq olunmuş siyahı üzrə oxunur. Namizədliyini geri götürənlər və hər hansı bir səbəbdən müzakirəyə çıxarılmayanlar haqqında məlumat verilir. Namizədlərin hər biri haqqında məlumat iclas iştirakçılarının nəzərinə çatdırılır. Namizədlərin hər hansı biri öz arzusu ilə iclasın gedişində namizədliyini geri götürmürsə, onların gizli səsverməyə buraxılmaması üçün heç bir əsas ola bilməz.

1.8. Gizli səsverməyə buraxılmaq haqqında qərar qəbul edilənədək seçki prosesinin istənilən mərhələsində hər bir şəxs öz namizədliyini geri götürə bilər. Elmi şuranın iclasına qədər o, bunu rektorun adına ərizə yazmaqla elmi şuranın iclasında isə iclas iştirakçılarına şifahi bildirməklə edir.

2. Seçki gizli səsvermə yolu ilə aşağıdakı qaydada aparılır:

2.1. Elmi şuranın genişləndirilmiş iclasında açıq səsvermə yolu ilə sadə səs çoxluğu prinsipi əsasında səsvermə hüququna malik şəxslər sırasından gizli səsverməni keçirmək üçün 3-5 nəfərlik hesablayıcı komissiya seçilir. Həmin komissiya üzvlərinin öz aralarından müəyyənləşdirdikləri sədr şuranın elmi katibindən səsvermə hüququ olanların sayı qədər xüsusi formada tərtib olunmuş (forma 1) və hər birində namizədlərin adı, soyadı, əlifba sırası ilə yazılmış dekan əvəzi və elmi katib tərəfindən arxası imzalanıb, müəssisənin möhürü vurulmuş səsvermə bülletenini, iki nüsxə xüsusi formada tərtib edilmiş (forma 2), lakin heç kəsin adı yazılmamış protokol blankı alıb, bu haqda xüsusi formalı akt (forma 3 ) tərtib edir.

Elmi katib səsvermə bülletenlərini təhvil verdikdə öz namizədliyini geri götürmüş şəxslərin adının üstündən xətt çəkir və bu haqda təhvil haqqında aktda qeydiyyat aparılır.

2.2. Səsvermə hüququ olan hər bir şəxs qeyd olunma vərəqəsində (forma 4) imza edib, bir bülleten götürür. Namizədin lehinə yaxud əleyhinə münasibət bülleten də müvafiq adın və soyadın saxlanması ya da pozulması ilə bildirilir.

Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bu bülleten etibarsız sayılır.

2..3. Gizli səsvermədə səsvermə hüququna malik olanların ən azı 2/3 hissəsi iştirak etməlidir. Səsvermədə iştirak edənlərin 50%-dən çoxunun səsini toplayan namizəd dekan vəzifəsinə seçilmiş sayılır.

Birinci mərhələdə namizədlərin heç biri 50%-dən çox səs topladıqda ən çox səs toplayan iki (səsvermədə iki namizəd iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır.

2.4. Hesablayıcı komissiyanın işi qurtardıqdan sonra onun sədri protokol əsasında səsvermənin nəticələrini elmi şurada elan edir.

Hesablayıcı komissiyanın protokolunun bir nüsxəsi və səsvermə bülletenləri adi bir konvertə qoyulur. Konvert bağlanır, hesablayıcı komissiyanın üzvləri tərəfindən imzalanır və möhürlənərək elmi katibdə (Ali məktəbin və ya fakültənin) beş il müddətinə saxlanılır.

3. Elmi şuranın iclasının qərarı əsasında ali təhsil müəssisəsinin başçısı dekan seçkisi haqda 3 gün müddətində əmr verir.

4. Seçkilərlə bağlı şikayətlər seçkilər qurtarandan ən çoxu 15 gün sonrayadək qaldırıla bilər.

Seçki baş tutmadıqda və ya hər hansı səbəbdən iclasın qərarı ləğv olunduqda rektor bir aydan gec olmayaraq yeni seçki keçirmək haqda əmr verir.

5. Seçki prosesində bilərəkdən saxtakarlığa yol vermiş şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

6. Seçilmiş dekan özünü doğrultmadıqda fakültə elmi şurasının təşəbbüsü və ya rektorun əsaslandırılmış qərarı ilə mövcud qaydalar əsasında vaxtından əvvəl geri çağırılır.

__________________________________________________fakültəsinin elmi şurasının

dekan seçkisi üzrə _________________________________________________________________

tarixdə keçirilən geniş iclasının gizli səsvermə

sıra Dekan vəzifəsinə seçilmək üçün namizədin

Namizədə münasibət onun adını saxlamaq "lehinə" və ya üstündən xətt çəkməklə "əleyhinə" bildirilir.

_____________________________________________________fakültəsinin elmi şurasının dekan

seçkisi üzrə_________________________________________________________________________

tarixində keçirilən genişləndirilmiş iclasında seçilmiş hesablayıcı komissiyanın

Hesablayıcı komissiya aşağıdakı tərkibdə seçilmişdir:

1. ______________________________ (sədr)

2.___________________________ (üzv)

3. __________________________ (üzv)

4. __________________________ (üzv)

5. __________________________ (üzv)

Gizli səsverməyə aşağıdakı namizədlər buraxılmışdır:

1. __________________________

2. __________________________

3. __________________________

4. __________________________

5. __________________________

Gizli səsvermədə səsvermə hüququna malik ____________________ nəfərdən

________________nəfəri iştirak edib. Onlara ____ ___________________ bülleten, verilib. ______________________________bülleten istifadə edilməmiş qalıb.

Səsvermə qutusu açıldıqda oradan_______________bülleteni çıxıb.

Korlanmış bülletenlərin sayı________________________.

Gizli səsvermənin nəticələri aşağıdakı kimidir:

____________________ “Leyhinə”____səs; əleyhinə _____səs.

____________________ “Leyhinə”____səs; əleyhinə _____səs.

____________________ “Leyhinə”____səs; əleyhinə _____səs.

____________________ “Leyhinə”____səs; əleyhinə _____səs.

____________________ “Leyhinə”____səs; əleyhinə _____səs.

Beləliklə ____________________________________________________________________________

Səs toplayaraq (__________%) dekan vəzifəsinə seçilir.

A) ______________________50%-dən çox, lakin bərabər miqdarda ən yüksək səs topladıqlarına görə təkrar gizli səsvermə hüququ əldə edirlər.

B. Gizli səsverməyə buraxılanlardan heç biri kifayət qədər səs toplamadığı üçün seçki baş tutmamış sayılır.

Üzvlər “___”___________199_ il

„Mən ___________________________________________________________________fakültəsinin

elmi şurasının dekan seçkisi ilə əlaqədar ______________________________________________

tarixdə keçirilən genişləndirilmiş iclasında hesablayıcı komissiyanın sədri

Fakültənin elmi katibi _____________________________________________________________dən

___________________ ədəd səsvermə bülleteni, 2 nüsxə hesablayıcı komissiyanın

iclas protokolunun blankı və 1 nüsxə qeydiyyat vərəqlərini aldım.

Səsvermə bülletenlərində: 1___________________________________________________________

2._____________________________________, 3_____________________________________________. 4.

______________________________________ Adlarının üstündən xətt çəkilmişdir.

Qeydiyyat vərəqəsinə görə elmi şuranın iclasında səsvermə

hüququna malik ________________ nəfərdən ___________________ nəfəri iştirak edib.

Mən __________________________________________________________ fakültəsinin elmi katibi

________________________________________________________________ yuxarıdakı məlumatı

Hesablayıcı komissiyanın sədri

Elmi katib "__ "_______ 199__ ci il.

______________________________________________________________________ fakültəsinin elmi

şurasının dekan seçkisi əlaqədar keçirilən genişləndirilmiş iclasının qeyd olunma vərəqəsi.

“___”___________199 il.

Sıra Adı, Soyadı İclasda Səsvermə bülleteninin

Hesablayıcı komissiyanın sədri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver