Qanunvericilik › “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.04.2020) › Tam mətn

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.04.2020)

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.04.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 30 aprel 2020-ci il

1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 21.2-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir.

2. Ali təhsil müəssisəsində orta ixtisas təhsili ali təhsil müəssisəsinin təsisçisinin razılığı ilə həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında ali təhsil müəssisələrinə orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar.

3. Ali təhsil müəssisələrində orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və 10-cu maddəsinə əsasən orta ixtisas təhsili pilləsi üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

4. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na uyğun aparılır.

5. Ali təhsil müəssisələrində orta ixtisas təhsili orta ixtisas təhsili pilləsinin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

6. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları’’na uyğun kredit sistemi əsasında təşkil olunur.

7. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə təhsilalanların attestasiyası, o cümlədən yekun attestasiyası orta ixtisas təhsili pilləsində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları əsasında həyata keçirilir.

8. Ali təhsil müəssisələrində orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.

9. Ali təhsil müəssisələrindən alınmış orta ixtisas təhsili haqqında sənəd sahibinə uyğun ixtisaslar üzrə ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsinin bakalavriat səviyyəsində ali təhsil almaq üçün əsas hesab edilir.

1. 3 noyabr 2020-ci il tarixli 434 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1378)

2. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver