Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 1, maddə 29) ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nda “127.050649 Ekologiya mühəndisliyi” sözlərindən sonra “128.050650 Yanğın təhlükəsizliyi mühəndisliyi” sözləri əlavə edilsin və “128-149” rəqəmləri müvafiq olaraq “129-150” rəqəmləri hesab edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 aprel 2009-cu il