Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 291 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 22 may 2025-ci il
1.1. Bu Qayda “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsini tənzimləyir.
1.2. Bu Qaydanın məqsədləri üçün alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) (bundan sonra - məhsul) nəzərdə tutulur.
2.1. Məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir.
2.2. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən bu Qaydaya əlavə olunmuş “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” (bundan sonra - Forma) doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur.
2.3. Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir.
2.4. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.
2.5. Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi halda bu Qaydanın 2.2-ci bəndində göstərilən istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.
2.6. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tələblərinə uyğun olaraq bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.
2.1. İstehsalçının adı
2.2. İstehsalçının VÖEN-i
2.3. Sahibkarlıq subyektinin kateqoriyası
su təchizatı və tullantı sularının axıdılması
*Qeyd. Məlumatlar qablaşdırma tutumu 0.1 l, 0.2 l, 0.33 l, 0.5 l, 0.7 l, 0.75 l, 1.0 l, 1.5 l, 1.75 l və s. olan məhsullar üzrə ayrı-ayrılıqda doldurulur.