Qanunvericilik › “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında (Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 03.04.2014) › Tam mətn

“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında (Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 03.04.2014)

“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında (Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 03.04.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

1. “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Hüquq və beynəlxalq əlaqələr şöbəsinə (A.Süleymanov) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Ümumi işlər üzrə sektoruna tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Aparatının struktur bölmələrinə və tabeliyindəki quruma göndərilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikasının

Alternativ və Bərpa Olunan Enerji

Mənbələri üzrə Dövlət Agentliyinin

3 aprel 2014-cü il tarixli 4 nömrəli

qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini və nəticəsi barədə istifadəçiyə məlumat verilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.9-cu bəndi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 may tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 36-1.1-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik)

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə (layihələndirmə, tikinti, istismar) xüsusi icazənin verilməsi.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 18.68-ci maddəsinə əsasən ödənilən dövlət rüsumunun məbləği 100 (yüz) manat təşkil edir.

Bank hesabının rekvizitləri:

Dövlət Xəzinədarlıq Agentliyi

Müxbir hesab: AZ41NABZ01360100000000003944

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

İBAN H: AZ15CTRE00000000000002798301

Büdcə Səviyyəsinin kodu Fond 7

Büdcə təsnifatının kodu 142340

Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

Ödəmə üsulları – internet ödəmə, terminal, nağd və s.

Qeyd: Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd bu reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http:/www.area.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma: İnternet ünvanı: http:/www.area.gov.az, elektron poçt: info@area.gov.az, telefon: (+99412) 493-72-75.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

- Xüsusi icazə almaq üçün ərizə (bu reqlamentə əlavə olunur).

- Hüquqi şəxslər üçün: - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, VÖEN, fəaliyyət növü, qeydiyyat haqqında şəhadətnamənin surəti;

- Fiziki şəxslər üçün: - adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, ünvanı və vəsiqəni verən orqanın adı), VÖEN (vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti), fəaliyyət növü;

Ərizəyə əlavə olunan sənədlər:

- layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulan obyekt (qurğu) haqqında məlumat (adı və tipi, gücü, istehsal edəcək enerjinin həcmi, tətbiq ediləcək texnologiya, tikiləcəyi yer);

- ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti;

- ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

- obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəyi;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd. (Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd bu reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur.)

Qeyd: 2.6-ci bəndində qeyd olunan sənədlərin əsli və (və ya) notarial qaydada təsdiq edilmiş surəti xidmətin nəticəsinin əldə edilməsi zamanı bilavasitə təqdim edilir.

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim acıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (bu reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.

3.2.2. Sorğunun qəbulu: sorğu bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sənədlər bu reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə, sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə istifadəçinin elektron poçtuna 3 gündən gec olmayaraq əsaslandırılmış bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin alınması üçün müraciət və sənədlər Agentliyinin elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Agentliyin Ümumi işlər üzrə sektoru tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır.

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Agentlikdə Lisenziya və nəzarət şöbəsinə təqdim edilir. Şöbə tərəfindən təqdim olunmuş sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır və yoxlamanın müsbət nəticələrinə uyğun olaraq xüsusi icazənin verilməsi barədə Agentlikdə qərar qəbul edilir.

Sorğunun icrası üçün Agentliyin Lisenziya və nəzarət şöbəsinin müdiri məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Xüsusi icazənin verilməsi ilə bağlı sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 3 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu reqlamentin 3.3.1–ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi xüsusi icazənin verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi icazə blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Agentliyin Ümumi işlər üzrə sektor həyata keçirir.

3.5.1. Nəzarət forması: kargüzarlıq

3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Agentliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə

_______________________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: ___________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ______________________________________

Ünvan: ___________________________________________________________

VÖEN ___________________________________________________________

Fəaliyyət növü: __________________________________________________

Fəaliyyətin həyata keçiriləcəyi ərazi: ___________________________________

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün);

- ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

- layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulan obyekt (qurğu) haqqında məlumat (adı və tipi, gücü, istehsal edəcək enerjinin həcmi, tətbiq ediləcək texnologiya, tikiləcəyi yer);

- ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti;

- ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

- obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəyi;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Tel: ______________________

Faks: ______________________

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

_____________________ “___“____________20__

“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə

_________________________________________________________________

__________________________________________________________________

Təşkilati-hüquqi forması: ____________________________________________

Hüquqi ünvanı: ____________________________________________________

VÖEN: ___________________________________________________________

Fəaliyyət növü: __________________________________________________

Fəaliyyətin həyata keçiriləcəyi ərazi: ___________________________________

Hesablaşma hesabının nömrəsi: _____________________________________

Bankın adı: ______________________________________________________

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- qeydiyyat haqqında şəhadətnamənin surəti (hüquqi şəxslər üçün);

- ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

- layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulan obyekt (qurğu) haqqında məlumat (adı və tipi, gücü, istehsal edəcək enerjinin həcmi, tətbiq ediləcək texnologiya, tikiləcəyi yer);

- ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti;

- ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

- obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəyi;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

“___“____________20__ ______________________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver