Qanunvericilik › Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Tam mətn

Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinə əsaslanaraq, SSRİ-nin xitamı ilə əlaqədar 1992-ci il yanvarın 1-dək məhkum olunmuş şəxslər barəsində amnistiya və bağışlama məsələlərinin həlli qaydasını nizamlamaq məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının amnistiya barədə qanunvericilik aktları və Azərbaycan Respublikası Prezidentinin bağışlama hüququ aşağıda göstərilən məhkumlara da şamil olunur:

1) 1992-ci il yanvarın 1-dək SSRİ və müttəfiq respublikaların məhkəmələri tərəfindən məhkum olunmuş və Azərbaycan Respublikası ərazisində cəza çəkənlərə;

2) Bu Qanunun 1-ci bəndi ilə əhatə olunmayan:

a) Azərbaycan Respublikası ərazisində SSRİ məhkəmələri tərəfindən məhkum olunanlara;

b) yalnız Azərbaycan Respublikası ərazisində törədilmiş cinayətlərə görə işin aid olduğu bir məhkəmədən başqa məhkəməyə verilməsi qaydasında müttəfiq respublikaların məhkəmələri tərəfindən 1992-ci il yanvarın 1-dək məhkum olunanlara;

v) digər müttəfiq respublikaların ərazisində törətdikləri cinayətlərə görə 1992-ci il yanvarın 1-dək müttəfiq respublikaların məhkəmələri tərəfindən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı olan məhkumlara.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver