Qanunvericilik › “Aparıcı teatrların Siyahısı”nın təsdiq edilməsi haqqında (Mədəniyyət Nazirliyi, 03.06.2024) › Tam mətn

“Aparıcı teatrların Siyahısı”nın təsdiq edilməsi haqqında (Mədəniyyət Nazirliyi, 03.06.2024)

“Aparıcı teatrların Siyahısı”nın təsdiq edilməsi haqqında (Mədəniyyət Nazirliyi, 03.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.12.4-cü yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) Kollegiyası

1. “Aparıcı teatrların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G.Mikayılova) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Nazirliyin Aparatının İqtisadiyyat və maliyyə şöbəsi (F.Məmmədov) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Aparıcı teatrların Siyahısı” üzrə müvafiq teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavənin müəyyən edilməsini təmin etsinlər.

4. Nazirliyin Aparatının Sənəd və vətəndaşlarla iş şöbəsi (E.Nəcəfov) bu Qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını, Media və kommunikasiya şöbəsi (A.Kərimova) isə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini təmin etsinlər.

5. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikasının

Kollegiyanın məsul katibi

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı.

2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı.

3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı.

4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı.

5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası.

6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı.

7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver