Dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri; təbiəti mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır.
Aqrar bölmənin dövlət mülkiyyətində olan yerli əhəmiyyətli obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətinə mülkiyyətçilərin qərarı ilə digər əmlak da verilə bilər.
Dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir.