İstehlak kooperasiyasının islahatı aşağıdakı məsələlərin həllinə yönəldilir:
bütövlükdə istehlak kooperasiyasında və onun hər bir struktur bölməsində mülkiyyətçilərin və onların əmlakının dəqiqləşdirilməsinə;
payçıların və onların əmlak payının müəyyənləşdirilməsinə;
payçının öz payı ilə üzvlükdən çıxması hüququnun təmin edilməsinə;
istehlak kooperasiyasının öz fəaliyyətinin ənənəvi sahələri ilə bərabər maddi-texniki təchizat, aqroservis və digər istiqamətlərdə genişləndirilməsinə;
istehlak kooperasiyasının fəaliyyətinin demokratikləşdirilməsinə, payçıların idarəetmədə həlledici rolunun təmin edilməsinə.