“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası
1. “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Hüquq şöbəsi bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.
1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru
1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru
1.3. Universal becərmə traktorları
2.4. Hamarlayıcılar (diskli mala, dişli mala, lazer mala, rotorlu mala, vərdənə, frez və skreper)
2.5. Daştəmizləyən və ya daşxırdalayan
2.7. Bitki qalıqlarını xırdalayan
2.8. Kanalaçanlar və suvarma şırımı açan
2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budanmasında istifadə edilən texnika
3.2. Kombinəedilmiş toxumsəpən aqreqat
3.5. Meyvə tingi əkən maşın və qoşqu
3.6. Şitil hazırlayan konveyer
4.1. Dənli bitkiləri biçən kombayn və xeder, kombayna qoşulan samandoğrayan
4.2. Pambıqyığan kombayn, maşın və qoşqu
4.2-1. Tütünyığan kombayn, maşın və qoşqu
4.3. Şəkərçuğunduru yığan kombayn, maşın və qoşqu
4.4. Kartofyığan kombayn, maşın və qoşqu
4.5. Tərəvəzyığan kombayn, maşın və qoşqular (məhsul yığımı üçün hündürlüyü 5 metrdən artıq olmayan platforma)
4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (o cümlədən qoşqu və platforma), habelə yığım üzrə mexanikləşdirilmiş texnika dəstləri
4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika
4.8. Traktor qoşqusu (yedək)
4.9. Xüsusi təyinatlı qoşqu (heyvandaşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, kənd təsərrüfatı təyinatlı çənlər, o cümlədən tutumu 5 tondan artıq olmayan yanacaq çənləri)
4.10. Çay yığımında istifadə olunan avadanlıqlar
4.11. Kombayn xederlərinin daşınması üçün nəzərdə tutulmuş xüsusi qoşqular
Qeyd. Bu hissədə nəzərdə tutulan kombaynlar real vaxt rejimində məkan məlumatlarının izlənilməsi üçün GPS monitorinq və məhsul yığımının izlənilməsi sistemləri ilə təchiz olunmalıdır.
5.1. Bərk mineral və üzvi gübrəsəpən
5.2. Maye mineral və üzvi gübrəsəpən
5.3. Üzvi gübrə və biogübrə hazırlayan maşın və avadanlıq
6.3. Bitkilərin iqlim təsirlərindən mühafizəsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq (dolu topu, dolu əleyhinə tor örtüyünün tor hissəsi, şaxta qovan avadanlıq, donmaya qarşı çiləyici-püskürdücü, qoşqu və eyni təyinatlı digər texnikalar)
7.1. Pivot tipli suvarma sistemi
7.2. Damcılı (yeraltı və yerüstü) və yağış yağdırma tipli suvarma sistemi
7.3. Barabanlı (tamburlu) suvarma sistemi
7.4. Suvarmada istifadə olunan elektrikli və ya dizel mühərrikli səyyar su nasosları
7.5. İşğaldan azad edilmiş ərazilərdə 7.2-ci və 7.3-cü bəndlərdə nəzərdə tutulmuş suvarma sistemlərinin tamamlayıcı hissələri (ərazi təzyiqli su mənbəyi ilə təmin edildikdə)
8.3. Qərzəkli meyvə təmizləyən maşın
8.4. Məhsulun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın
8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular
8.6. Pambıq presləyici avadanlığı dəsti
8.7. Kənd təsərrüfatı təyinatlı quşların kəsimi və ilkin emalı xətti (tərəzi və qablaşdırma mərhələsinədək)
9.1. Süd sağım avadanlıq və aqreqatları
9.2. Qırxım aqreqatları
9.3. Üzvi gübrə separatorları
9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq
9.6. İribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması üçün qurğu və avadanlıq
9.7. Quş qəfəsləri, damazlıq quşçuluq avadanlığı dəsti
9.8. İnkubator dəstləri
9.9. Ətlik diri quş yetişdirilməsi üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla)
10.1. Otbiçən kombayn, maşın və qoşqu
10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu
10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın
10.5. Traktora öndən quraşdırılan kənd təsərrüfatı təyinatlı yükləyici (həcmi 0.1-0.8 m3 -dən artıq olmayan çalov)
10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika
10.7. Asılan, qoşulan və özüyeriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı
10.8. Yem məhsulları istehsal edən texnoloji avadanlıq dəsti
10.9. Yaşıl yem məhsulları yetişdirən texnoloji avadanlıq
11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq
11.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıqlar
11.3. İqlim və suvarmaya nəzarət üçün aqrometereoloji cihaz və avadanlıqlar
11.4. Toxum seleksiyası üçün sürətli hüceyrə artımı mühitini təmin edən innovativ laboratoriya avadanlıqları
11.5. Torpaq eroziyasının qarşısının alınması və münbitliyin qorunması məqsədilə zolaqlı şumlama texnikası və şumsuz səpin aqreqatı
11.6. Bitki zərərvericilərinin və xəstəliklərinin izlənməsi məqsədilə fenoloji və feromon kameralar
11.7. Bağçılıqda istifadə olunan çiçək seyrəldən texnika
11.8. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təsərrüfatlarında tətbiq olunan müasir suvarma sistemlərinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə quraşdırılan günəş panelləri
12.1. Həcmi 7000 kubmetrdən artıq olmayan meyvə-tərəvəz üçün soyuducu anbar dəstləri
12.2. Həcmi 6000 kubmetrdən artıq olmayan kartof üçün soyuducu anbar dəstləri
12.3. Soyuducu anbar təyinatlı texnoloji avadanlıqlar
12.4. Həcmi 3000 kubmetrdən artıq olmayan heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuducular
12.5. Həcmi 5 tondan artıq olmayan süd çəni
12.6. Həcmi 500 kubmetrdən artıq olmayan kəsmə gül üçün soyuducu anbar dəstləri
13.1.Toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın və avadanlıq
13.2. Toxumun qurudulması üçün maşın və avadanlıq
13.3. Toxumun dərmanlanması, astarlanması və qablaşdırılması üçün maşın və avadanlıq
14.1. Təməl pətək emalı avadanlığı dəsti
14.2. Avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəsti
14.3. Tam avtomatlaşdırılmış balsüzən aparatlar
14.4. Arı ailələrinin daşınması üçün qoşqu
14.5. Bal arılarını gənələrdən təmizləmək üçün istifadə olunan qurğu
14.6. Arı yemi istehsal edən texnoloji avadanlıq
15.1. Modul tipli kümxana
1. 10 iyul 2019-cu il tarixli Q-10-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907101019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2019-cu il)
2. 23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il)
3. 29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il)
4. 26 oktyabr 2022-ci il tarixli MİHO/1.2-3.2-2022-7 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202210260227, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 noyabr 2022-ci il)
5. 16 mart 2023-cü il tarixli 3-22/3-3-5/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202303162335, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 mart 2023-cü il)
6. 13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il)
7. 17 iyul 2023-cü il tarixli 3-22/3-3-12/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307173312, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 avqust 2023-cü il)
8. 30 oktyabr 2023-cü il tarixli 3-22/3-3-17/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310303317, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2023-cü il)
9. 4 mart 2024-cü il tarixli 3-22/3-2-1/2024 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202403042321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 mart 2024-cü il)
10. 11 aprel 2025-ci il tarixli 3-22/3-2-2/2025 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504112322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 aprel 2025-ci il)
11. 15 sentyabr 2025-ci il tarixli 3-22/3-2-3/2025 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509152323, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2025-ci il)
12. 7 sentyabr 2026-cı il tarixli 3-22/3-2-5/2026 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202609072325, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 sentyabr 2026-cı il)