Qanunvericilik › Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Bal arılarının mühafizəsinin təmin edilməsi

Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Bal arılarının mühafizəsinin təmin edilməsi aşağıdakı yollarla həyata keçirilir:

22.1.1. hüquqi və fiziki şəxslərin bal arılarının saxlanılmasında zootexniki və baytarlıq (baytarlıq-sanitariya) normalarına riayət etməsi, saxlanma şəraitinə, köçürülmə yerlərinin və yollarının qorunmasına qoyulan tələbləri yerinə yetirməsi;

22.1.2. arı ailələrinin talanlardan, arı ziyanvericiləri olan və ovlanması qadağan olunan heyvan və quşlardan qorunması;

22.1.3. bal arılarının pestisidlərlə, toksiki və aqrokimyəvi maddələrlə zəhərlənməsinin qarşısının alınması;

22.1.4. arı xəstəlikləri üzrə profilaktiki tədbirlərin vaxtında və müntəzəm həyata keçirilməsi, xəstəliklərin yayılmasının qarşısının alınması, onların müalicəsi və zərərvericilərə qarşı mübarizə işinin təşkili;

22.1.5. arı ailələrinin balyığma mənbələrinə maneəsiz köçürülməsinə şərait yaradılması;

22.1.6. yerli bal arıları genofondunun qorunması, bal arılarının bioloji və təsərrüfat əhəmiyyətli əlamətlərinin yaxşılaşdırılması üçün seleksiya-damazlıq işinin təşkili;

22.1.7. mediada arıçılığın insan sağlamlığının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və əhalinin məşğulluğunun artırılmasında əhəmiyyətinin, onun iqtisadi səmərəliliyinin və geniş potensial imkanlara malik bir sahə olmasının təbliğ olunması, bal arılarının qorunmasına və arıçılığın inkişafına xidmət edən fəaliyyətlərin stimullaşdırılması.

22.2. Bal arılarının mühafizəsinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver