6.1. Arıçılıq sahəsində dövlət nəzarəti bal arısı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasının, arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyin, habelə arıçılığa dair normativ sənədlərin tələblərinin, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin və minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunması məqsədilə həyata keçirilir.
6.2. Arıçılıq sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
6.3. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyə uyğun olaraq arıçılıq subyektlərindən lazımi məlumatlar almaq, aşkar edilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, habelə fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir.
6.4. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.