Qanunvericilik › Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Arıçılıq təsərrüfatlarının hüquqları və vəzifələri

Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Arıçılıq təsərrüfatları qanunvericilikdə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini sərbəst həyata keçirmək, o cümlədən ana arıları və arı ailələrini yetişdirmək, saxlamaq, arı ailələrindən entomofil bitkilərin tozlandırılmasında istifadə etmək və həmin məqsədlə onları icarəyə vermək, аrılаrı və arıçılıq məhsullarını idxal və ixrac etmək, sərgilərdə, yarmarkalarda iştirak etmək hüquqlarına və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malikdirlər.

9.2. Arıçılıq təsərrüfatları bu Qanunun 5.0.2-ci maddəsi ilə müəyyən edilən tələblərə riayət etmək, arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri icra etmək, aidiyyəti üzrə məlumatları (sənədləri) təqdim etmək vəzifələrini və qanunvericilikdə müəyyən edilmiş digər vəzifələri yerinə yetirirlər.

9.3. Arıçılıq təsərrüfatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyri-kommersiya qurumları yarada bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver