Qanunvericilik › «Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) › Tam mətn

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012)

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. «Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

1.1. Elektron xidmətin adı:

Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu:

Şəxsin daxili işlər orqanlarında xidməti, xidməti dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və repressiyaya məruz qalması barədə arayışların verilməsinin qaydaları haqda məlumatların əldə edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”. və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.21-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.7. Elektron xidmətin icra müddəti:

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

arxiv arayışının verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:

2.2. Elektron xidmət üzrə ödəniş:

2.3. Elektron xidmətin istifadəçiləri:

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/content/29780/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://mia.gov.az/?/az/content/29780/,

e-poçt: info@mia.gov.az, telefon: +994 12 570-70-80.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

2.6.1.1. Ərizə (əlavə № 1, 2, 3, 4, 5, 6 )

2.6.1.2. Nümayəndəliyi və qanuni nümayəndəliyi təsdiq edən sənədin skan edilmiş surəti.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması:

ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.

3.2.2. sorğunun qəbulu:

sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron ünvanına dərhal bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

istifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin arxiv arayışın verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur

3.3.2. Sorğunun qəbulu:

istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.

Sorğunun icrası üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 3 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya 10 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) baxılır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

müvafiq arxiv arayışının təqdim edilməsi üçün arayışın təqdim edilmə yeri, tarixi və vaxtı barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi həyata keçirir.

3.5.1. Nəzarət forması:

daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

şikayət ərizəsi "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;

3.6.3. Şikayətin baxılma müddəti:

şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə

Soyadı _______________________

Adı _________________________

Atasının adı __________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

şəxsiyyət vəsiqəsinin seriyası _________№-si__________

verilmə tarixi_________________

telefon və ya faks nömrələri _________________

elektron poçt ünvan________________________

________ ildən ________ ilədək daxili işlər orqanlarında xidmət etməyim barədə mənə arxiv arayışı verilməsini xahiş edirəm.

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə

Şəxsin nümayəndəsi (Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil edilən şəxs), qanuni nümayəndəsi (qəyyum, himayəçi) (lazım olanın altından xətt çəkməli)

Soyadı _______________________

Adı __________________________

Atasının adı __________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

telefon və ya faks nömrələri _______________

elektron poçt ünvan______________________

aşağıda göstərilən şəxsin ________ ildən ________ ilədək daxili işlər orqanlarında xidmət etməsi barədə arxiv arayışı verilməsini xahiş edirəm.

Şəxsin Soyadı ___________________

Adı ____________________________

Atasının adı _____________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

Tarix ___________ İmza ___________

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə

Soyadı ________________________

Adı ___________________________

Atasının adı ___________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

şəxsiyyət vəsiqəsinin seriyası ________№-si______

verilmə tarixi____________

telefon və ya faks nömrələri _______________

elektron poçt ünvan______________________

________ ildən ________ ilədək daxili işlər orqanlarında xidmət etmişəm. Xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyimlə əlaqədar mənə arxiv arayışı verilməsini xahiş edirəm.

Tarix ___________ İmza ___________

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisinə

Şəxsin nümayəndəsi (Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil edilən şəxs), qanuni nümayəndəsi (qəyyum, himayəçi) lazım olanın altından xətt çəkməli

Soyadı _________________________

Adı ____________________________

Atasının adı _____________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

telefon və ya faks nömrələri _______________

elektron poçt ünvan______________________

aşağıda göstərilən şəxs ________ ildən ________ ilədək daxili işlər orqanlarında xidmət etmişdir. Onun Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı barədə arxiv arayışı verilməsini xahiş edirəm.

Şəxsin Soyadı ______________________

Adı ________________________

Atasının adı _________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

Tarix ___________ İmza ___________

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisinə

Soyadı __________________________

Adı _____________________________

Atasının adı _____________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer _______________________

Yaşadığı ünvan _______________________

telefon və ya faks nömrələri ______________

elektron poçt ünvan______________________

__________________________ oğlu ____________ ildə ailəsi ilə birlikdə (ailə üzvlərinin

(soyadı, adı, atasının adı) (il)

ismini göstərməklə) ______________ rayonunun ________________ kəndindən _____________

(hansı) (hansı) (haraya)

sürgün edilmələri və bəraət almaları barədə arxiv arayışının verilməsini xahiş edirəm.

Tarix ___________ İmza ___________

«Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisinə

Şəxsin nümayəndəsi (Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil edilən şəxs), qanuni nümayəndəsi, qəyyum, himayəçi) lazım olanın altından xətt çəkməli

Soyadı _______________________

Adı __________________________

Atasının adı __________________

Doğulduğu gün, ay və il ________________

Doğulduğu yer ________________________

Yaşadığı ünvan ________________________

telefon və ya faks nömrələri _______________

elektron poçt ünvan______________________

aşağıda göstərilən şəxsin ________________ ildə ailəsi ilə birlikdə (ailə üzvlərinin

ismini göstərməklə) ______________ rayonunun _______________ kəndindən ______________

(hansı) (hansı) (haraya)

sürgün edilmələri və bəraət almaları barədə arxiv arayışı verilməsini xahiş edirəm.

Represiyaya uğramış ailənin başçısı:

Şəxsin Soyadı ________________

Adı ___________________

Atasının adı _________________

Doğulduğu gün, ay və il _______________

Doğulduğu yer __________________

Yaşadığı ünvan ____________________

Tarix ___________ İmza ___________

1. 04 noyabr 2015-ci il tarixli Q42-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511040043, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 noyabr 2015-ci il)

2. 08 yanvar 2016-cı il tarixli Q2-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2016-cı il)

3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver