1. Azərbaycan Respublikasında arxiv işi sahəsində qulluqçu vəzifələrinin vahid ixtisas sorğu kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı proqram və tövsiyələr, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 1993-cü il tarixli 205 saylı qərarı /3 №-li əlavə “Arxiv idarələri”/, 1991-ci ildən qüvvədə olan “Dövlət arxivləri işçilərinin vəzifələri üzrə sorğu kitabçası”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 1993-cü il tarixli 11 saylı qərarı ilə bəyənilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi Sisteminin dövlət arxivləri işçilərinin vəzifələri üzrə tarif-ixtisas xüsusiyyətləri”, “Dövlət arxivlərində yerinə yetirilən əsas iş növlərinin vaxt və istehsal normaları”, “Dövlət arxivlərində həyata keçirilən işlərin təsnifatı siyahısı” əsasında, eləcə də əməli iş təcrübəsindən istifadə işlənib hazırlanmışdır,
2. Sorğu kitabçasına “Dövlət Arxivinin direktorunun müavini” və “Dövlət Arxivi filialının direktorunun müavini” vəzifələri daxil edilməmişdir. Çünki həmin vəzifələr üzrə tarif-ixtisas xüsusiyyətləri müvafiq olaraq “Dövlət Arxivinin direktoru” və “Dövlət Arxivi filialının direktoru” vəzifələrinin xüsusiyyətləri əsasında müəyyən edilir.
3. Hər bir vəzifə üzrə ixtisas xüsusiyyətləri üç hissədən ibarətdir: “Vəzifə borcları”, “Bilməlidir”, “Ödəniş dərəcələrinə ixtisas tələbləri”. “Vəzifə borcları” bölməsində icrası tamamilə, yaxud qismən vəzifəni tutana tapşırılan işlər sadalanır.
“Bilməlidir” bölməsində işçidən peşəsini, qanun aktlarını, metodoloji sənədləri bilmə səviyyəsinə verilən tələblər müəyyən edilir.
“Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin üzərinə qoyulmuş vəzifəni yerinə yetirmək üçün lazım olan təhsil, hazırlıq səviyyəsi və iş stajına tələblər verilir.
4. Sorğu kitabçasında göstərilmiş ixtisas xüsusiyyətlərindən əlavə arxiv işi sahəsində çalışan qulluqçu həmçinin aşağıdakıları da bilməlidir:
- işçinin fəaliyyətini tənzimləyən qayda və təlimatları; texniki istismar qaydalarını; əməyin mühafizəsi və təhlükəsizlik təlimatlarını; yanğından mühafizə qaydalarını; əmək intizamı haqqında qaydaları.
5. Azərbaycan Respublikası dövlət arxivləri, respublika dövlət arxivinin Bakı və Gəncə filialları, Naxçıvan MR Dövlət arxivi mühafizə edilən sənədlərin həcmi, əhəmiyyəti və növlərinə görə əməyin ödənilməsinin 1 qrupuna aid edilirlər.
Sıra Vəzifələrin dərəcələr səhifəsi
sayı, adları diapazonu
1. Arxiv sənədləri mühafizəxanasının 11-14 6-7
2. Dövlət Arxivinin direktoru 16 9-10
3. Dövlət Arxivi filialının
direktoru /I qrup/ 16 10-12
4. Dövlət Arxivi filialının
direktoru /II qrup/ 15 12
5. Komplektləşdirmə, idarə arxivləri
və kargüzarlıq şöbəsinin müdiri 11-14 12-13
6. Laboratoriya müdiri 11-14 14
7. Rayon /şəhər/ dövlət arxivinin müdiri 14 16-17
8. Sənədlərin dövlət qeydiyyatı və elmi-məlumat
aparatı şöbəsinin müdiri 11-14 17-18
9. Sənədlərin mühafizəsi şöbəsinin
10. Sənədlərin mikrofilmə çəkilməsi
və bərpası mərkəzi laboratoriyasının
11. Sənədlərin publikasiyası və istifadəsi
12. Fondların baş mühafizəçisi
/qoruyucusu/ 12-15 22-23
13. Xüsusi fondlar şöbəsinin müdiri 11-14 25-26
1. Arxeoqraf 6-11 3-4
2. Arxivçi-/Arxivşünas/6-114-6
3. Bərpaçı - rəssam /xüsusilə qiymətli
və nadir arxiv sənədlərinin bərpası
ilə məşğul olan/ 7-14 7-8
5. Paleoqraf 6-11 14-16
6. Fondların mühafizəçisi /böyük
fond mühafizəçisi daxil edilməklə/ 5-9 24-25
Vəzifə borcları: Sənədli publikasiyalar hazırlayan mütəxəssislər qrupuna metodiki rəhbərlik edır. Sənədli publikasiyalar hazırlanmasının perspektiv planını tərtib edir. Sənədli publikasiyalar hazırlayır və arxiv üzrə soraq vasitələri /soraq kitabçası, göstərici, xülasə, kataloq/ üzrə iş aparır. Səiədləri aşgar edir və seçir, arxeoqrafik cəhətdən tərtib edir, sənədləri şərh edir, aşkar olunmuş sənədin məzmununu kartoçkaya köçürür, publikasiyanın elmi-məlumat aparatını və maketini hazırlayır, mətni orijinalla tutuşdurur. Sənədli publikasiyaların müzakirəsində iştirak edir. Arxeoqrafiya üzrə elmi-tədqiqat və normativ-metodiki sənədləri işləyib hazırlayır. Arxeoqrafiya sahəsində Vətən və xarici ölkə arxivlərinin təcrübəsini öyrənir və işdə tətbiq edir. Arxivin publikasiya işini təmin etmək məqsədilə elmi məruzə məqalə, mühazirə və məlumatla çıxış edir. Elmi işlərə, məqalə, proqram və dərs vasitələrinə rəy verir. Elmi şuranın işində iştirak edir.
Bilməlidir: Arxiv işi üzrə qanunvericilik aktlarını; arxivin fəaliyyəti üzrə yuxarı arxiv orqanlarının rəhbərlikedici və normativ sənədlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxeoqrafiya və arxivşünaslıq sahəsində Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizə və təsnifat sistemini; arxivdəki sənədlərin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı sistemini və sorğu-informasiya fondunu; mətnşünaslığı; mənbəşünaslığı və yaradıcı tarixi fənləri; elmi tədqiqatların aparılma metodlarını; əmək normativlərini; arxivşünaslıq və informasiya sahəsində terminləri; informasiya, kitabxana və nəşriyyat işləri üzrə standartları; işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsinin əsas qaydalarını; əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
10-11 dərəcələr - ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı
9 dərəcə - ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı
8 dərəcə - ali təhsil və iş stajına tələb qoyulmadan
6-7 dərəcələr - orta ixtisas təhsili və iş stajına tələb qoyulmadan.
Vəzifə borcları: Arxivdə müəyyən fəaliyyət sahəsilə məşğul olan /sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, dəyərinin ekspertizası, istifadə olunması, elmi-məlumat aparatının yaradılması və təkmilləşdirilməsi/ mütəxəssislər qrupuna elmi və metodiki rəhbərlik edir. Yaxud onlardan müxtəlif iş sahələri üzrə yaradıcı qruplar təşkil edir. Məşğul olduğu sahənin inkişaf perspektivlərini işləyib hazırlayır. Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanmasında, onların dezinfeksiya və dezinseksiyasında iştirak edir. Fondların keyfiyyətini təhlil edir, sığorta fondu yaradılmasında xüsusilə qiymətli sənədləri müəyyənləşdirir, sənədlərin sığorta və istifadə fondlarının daxil olma kitabını aparır, vaxtlı-vaxtında qeydiyyat sənədlərində düzəliş aparılmasına nəzarət edir. Xüsusilə qiymətli sənədlərin və sığorta fondunun surətinin qeydiyyatını aparır. Hesabat üçün arxiv-də sənədlərin təşkili barədə məlumat hazırlayır. Arxiv üzrə sorğu vasitələrini /bələdçi kitabı, göstərici, xülasə, kataloq/ hazırlayır, onları təşkil və təhlil edir, qeydiyyatını aparır. Sənədlərin, o cümlədən daha mürəkkəb və əvvəllər işlənməmiş fondların siyahısını tərtib edir, yaxud yenidən işləyir. Saxlama vahidlərini təsvir və siyahıda sərlövhələrini redaktə edir. Qəbul mənbəyi olan idarələrin /şəxslərin/ siyahısını hazırlayır. Elmi, xalq təsərrüfatı, tarixi, sosial-mədəni əhəmiyyəti olan sənədlərin sahibləri ilə danışıqlar aparır. Dövlət mühafizəsi üçün sənədləri seçir, himayəsində olan idarə arxivlərinin nəzarət işini aparır, kargüzarlığa nəzarət edir. Kargüzarlıq haqqında əsasnamənin, iş nomenklaturasının, mərkəzi /ekspert/ komissiyası, mərkəzi birləşmiş və idarələrarası arxivlər haqqında əsasnamələrin hazırlanmasında idarələrə metodiki köməklik edir. İdarə arxivlərinin işinin yaxşılaşdırılması üzrə təkliflər hazırlayır. İdarələr tərəfindən sənədlərin hazırlanması, tərtibi və dövlət mühafizəsinə verilməsinə nəzarət edir. Aktual mövzular üzrə arxivdə olan sənədlər barədə dövlət və ictimai təşkilatlara məlumat verir. Sərkilər, radio və televiziya və publikasiya üçün sənədlər seçir. Sənədlərdən istifadə formalarını təhlil edir və onun yaxşılaşdırılması üzrə təkliflər hazırlayır. Mühazirə və məqalələrlə çıxış etməklə arxivin sənədlərini təbliğ edir. Elmi işlərə, vəsaitlərə, proqramlara rəy verir. Elmi şuranın, ekspert-yoxlama komissiyasının işində iştirak edir.
Bilməlidir: Arxiv işi üzrə qanunvericilik aktlarını; arxivin fəaliyyətinə aid yuxarı arxiv orqanlarının rəhbərlikedici və normativ sənədlərini; arxivin inkişaf perspektivlərini; dövlət idarə arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq və informasiya üzrə Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizə və təsnifat sistemini, arxivdəki sənədlərin tərkib və məzmununu; elmi-məlumat sistemini və arxivin sorğu-informasiya fondunu; elmi-tədqiqat qat işlərinin aparılma metodlarını; plan-hesabat sənədləri sistemini; əmək normativlərini; arxivin iqtisadiyyatını; əməyin təşkili və idarə olunmasını; işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi qaydalarını; arxivşünaslıq terminlərini; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
10-11 dərəcələr - ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq
iş stajı 9 dərəcə - ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı
8 dərəcə - ali təhsil və iş stajına tələb qoyulmadan
6-7 dərəcələr - orta ixtisas təhsili və iş stajına tələb qoyulmadan.
Vəzifə borcları: Mühafizəxanada sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işinə rəhbərlik edir. Mühafizəxanada sənədlərin qeydiyyatını, məqsədli ekspertizasını aparır, dövlət mühafizəsinə sənəd qəbul edir. Mühafizəxanada sənədlərin yerləşdirilməsi, axtarılması, topoqraflaşdırılması və verilməsi işlərinə rəhbərlik edir. Sənədlərin mövcudluğu və fiziki-kimyəvi vəziyyətinin yoxlanması, cildlənməsi və bərpa üçün hazırlanması, dezinfeksiya, dezinseksiya və qutulara yığılması işlərinə rəhbərlik edir. Mühafizəxanada sənədlərin temperatur-rütubət rejiminə və sanitar-gigiyena rejiminə nəzarət edir. Elmi-tədqiqat işlərinin aparılmasında və normativ-metodiki sənədlərin hazırlanmasında iştirak edir. Əməyin normalaşdırılmasının təkmilləşdirilməsi işini təşkil edir və həyata keçirir. Mühafizəxananın işi barədə plan və hesabatı, onun pasportunu tərtib edir. İşçilərə plan tapşırıqları verir və onların icrasının keyfiyyətinə nəzarət edir. Elmi-məruzə, məqalə, məlumat və mühazirələrlə çıxış edir. Mühafizəxananın fəaliyyətinə aid işlərə rəy və təkliflər verir. Elmi-metodiki şuranın, direksiyanın, ekspert-yoxlama komissiyasının işində iştirak edir. Mühafizəxanada əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət edir. Mühafizəxana işçilərinin işinə rəhbərlik və nəzarət edir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını; yuxarı arxiv orqanlarının arxivin fəaliyyətini istiqamətləndirən rəhbərlik edici və normativ sənədlərini; Dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq sənədşünaslıq sahəsində Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizə və təsnifat sistesini; arxivdə olan sənədlərin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı və məlumat-informasiya fondunun sistemini; arxiv üzrə elmi işlərin aparılma metodlarını; plan-hesabat sənədlərinin sistemini; əmək normativlərini; iqtisadiyyatı; əməyin və idarəçiliyin təşkilini; işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi qaydalarını; arxivşünaslıq terminlərini; əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
13-14 dərəcələr - ali təhsil və arxiv işi, yaxud sənədşünaslıq sahəsində mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq iş stajı
11-12 dərəcələr - ali təhsil və arxiv işi yaxud sənədşünaslıq sahəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Dövlət arxivləri sənədlərini mühafizəsinin təmin edilməsinə yönəldilmiş kompleks işləri yerinə yetirir, üzərində iş aparılacaq işlərin mühafizəsini təmin edir, qiymətli tarixi sənədlərin bərpası, xüsusən qiymətli sənədlərin sığorta və istifadə fondlarını yaradır. Texnoloji intizama, əmək və yanğından mühafizə, təhlükəsizlik texnikası qayda və normalarına riayət edir.
Bilməlidir: Arxiv işi üzrə qanunvericilik aktlarını, arxivin fəaliyyətinə aid yuxarı arxiv orqanlarının rəhbərlik edici və normativ sənədlərini, profili üzrə Vətən və xarici ölkə laboratoriyalarının iş təcrübəsini, laboratoriyada aparılan işlərin metod: vasitə və texnologiyasını; avadanlıq və cihazların istismar qaydalarını, arxiv terminlərini.
13-14 dərəcələr - ali təhsili və arxiv sənədlərinin bərpası üzrə ildən az olmayaraq iş stajı
1-12 dərəcələr - ali təhsili və arxiv sənədlərinin bərpası üzrə 5 ildən az olmayaraq iş stajı;
9-10 dərəcələr - ali təhsili və arxiv sənədlərinin bərpası üzrə 3 ildən az olmayaraq iş stajı
9 dərəcələr - ali təhsil və iş stajına tələb qoyulmadan
7 - 8 dərəcələr - orta-ixtisas təhsili və iş stajına tələb qoyulmur.
Xüsusi təhsili olmadıqda arxiv sənədlərinin bərpası üzrə 1 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Arxiv üçün alınan ədəbiyyatın və dövrü mətbuatın kompleksləşdirilməsi, əlifba sırası, xronoloji və sistematik kataloqların tərtib edilməsi, dövrü mətbuatdan lazımi yazıların qeydiyyatı götürülməsi və kartotekaya daxil edilməsi, fondun inventarizasiyası, dövrü mətbuatın araşdırılması və materialların oxuculara çatdırılması, köhnəlmiş qəzetlərin və kitabların bərpa edilməsi üçün hazırlanması işlərini yerinə yetirir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını, arxivin fəaliyyəti üzrə yuxarı arxiv orqanlarının rəhbərlikedici və normativ sənədlərini, kitabxana və nəşriyyat işləri üzrə standartları, ədəbiyyatın və dövrü mətbuatın təbliğ edilməsinin forma və metodlarını.
10-11 dərəcələr - ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq
9 dərəcə - ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı
8 dərəcə - ali təhsil və iş stajına tələb qoyulmadan.
6-7 dərəcələr - orta ixtisas təhsili və iş stajına tələb qoyulmadan.
Vəzifə borcları: Arxiv haqqında əsasnaməyə müvafiq olaraq onun komplektləşdirilməsi, sənədlərin mühafizəsi, qeydiyyatı, elmi-məlumat aparatının yaradılması və istifadəsinə yönəldilmiş bütün istiqamətlərdə işinə rəhbərlik edir. Arxivin əsas inkişaf yollarını müəyyən edir, onun bölmələrinin işini təşkil edir və istiqamətləndirir. Arxivdə sənədlərin mühafizəsini təmin edir. Arxiv işinin inkişafına dair uzunmüddətli və illik plan ların işlənib hazırlanmasına və onların yerinə yetirilməsinə dair hesabatların tərtibinə rəhbərlik edir. Elmi-tədqiqat işləri, sənədlərdən istifadə və onların publikasiyası işində digər arxiv, muzey və elmi-tədqiqat institutları ilə əməkdaşlığı təşkil edir. Ayrı-ayrı elmi tədqiqat mövzularının, yaxud onun mərhələlərinin işlənib hazırlanmasına elmi rəhbərlik edir. İdarələrdə kargüzarlıq və arxiv işinin, sənədlərin dövlət mühafizəsinə verilməsi üçün seçilməsi və hazırlanmasının, idarə sənədlərilə dövlət arxivinin komplektləşdirilməsinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflərin işlənib hazırlanması və tətbiqini təşkil edir. Plan tapşırıqlarının yerinə yetirilməsini və görülən işlərin yüksək keyfiyyətini təmin edir. Elmi işlərin və metodiki vəsaitlərin, qabaqcıl təcrübənin işdə tətbiqini təmin edir. Arxivə məxsus maliyyə vəsaitlərindən istifadə üzrə Milli Arxiv İdarəsinə təkliflər verir. İdarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı şəxslərlə arxivin profili üzrə sifarişlərin yerinə yetirilməsi haqqında müqavilələr bağlayır, yaxud buna sərəncam verir. Arxivin idarə olunmasının təkmilləşdirilməsi və əməyin elmi təşkili işlərinə başçılıq edir. Kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyəsi işini həyata keçirir, işçilərin maddi və mənəvi həvəsləndirilməsinin mövcud formalarından istifadə edir. Elmi məruzə, məqalə, mühazirə və məlumatlarla çıxış edir. Elmi-metodiki şuraya, direksiyaya, elmi-praktiki konfransların keçirilməsinə başçılıq edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işi təşkil edir.
Bilməlidir: Hökumətin qanun və normativ aktlarını; arxiv işi üzrə yerli hakimiyyət orqanlarının qərarlarını; dövlət arxivinin fəaliyət istiqamətini müəyyən edən yuxarı arxiv orqanlarının rəhbərlik edici və normativ sənədlərini; arxiv işinin inkişaf perspektivlərini; dövlət və idarə arxivlərinin əsas iş qaydalarını; kinofotofono və elmi-texniki sənədlərlə əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq, arxeoqrafiya, informatika, sənəd informasiyası sahəsində Vətən və xarici ölkələrik iş təcrübəsini; əmək və mülki qanunların əsaslarını; arxiv sənədlərinin mühafizəsi və təsnifatı sxemini; arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu; elmi-məlumat aparatının sistemini və arxivin sorğu-informasiya fondunu; yardımçı tarixi fənləri; elmi tədqiqatların aparılma metodlarını; arxivdə aparılan işlərin planlaşdırılması və maliyyələşdirilməsini, iqtisadiyyatı, əməyin və idarəçiliyin təşkilini; Azərbaycan Respublikasının arxiv təşkilatında plan-hesabat sənədləri sistemini; əmək normativlərini; sənədlərin mühafizəsi şəraiti və rejiminə dair sahədaxili və dövlət standartlarını; arxivşünaslıq terminlərini; təsərrüfat müqavilələrinin bağlanması və icrası qaydalarını; əmək mühafizəsi; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
16-cı dərəcə - ali təhsil və müəssisənin fəaliyyətinə uyğun olan sahədə rəhbər vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Arxif filialı haqqında əsasnaməyə uyğun olaraq, onun komplektləşdirilməsi, sənədlərin mühafizəsi, qeydiyyatı, elmi-məlumat aparatının yaradılması və istifadəsinə yönəldilmiş bütün istiqamətlərdə işinə rəhbərlik edir. Filialdakı sənəd materiallarının mühafizəsini təmin edir. Arxiv işinin inkişafına dair illik planların işlənib hazırlanmasına və onların yerinə yetirilməsinə dair hesabatların tərtibinə rəhbərlik edir. Plan tapşırıqlarının yerinə yetirilməsini və görülən işlərin yüksək keyfiyyətini təmin edir. Ayrı-ayır elmi-tədqiqat mövzularının, yaxud onun mərhələlərinin işlənib hazırlanmasına elmi rəhbərlik edir. İdarə, müəssisə və təşkilatlarda kargüzarlıq və arxiv işinin, sənədlərin dövlət mühafizəsinə verilməsi üçün seçilməsi və hazırlanmasının, idarənin sənədlərilə dövlət arxivi filialının komplektləşdirilməsinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflərin işlənib hazırlanması və tətbiqini təşkil edir. Elmi işlərin və metodiki vəsaitlərin, qabaqcıl təcrübənin işdə tətbiqini təmin edir. Arxivə məxsus maliyyə vəsaitlərindən istifadə üzrə Milli Arxiv İdarəsinə təkliflər verir. İdarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı şəxslərlə arxivin profili üzrə sifarişlərin yerinə yetirilməsi haqqında müqavilələr bağlayır, yaxud buna sərəncam verir. Rayon dövlət arxivlərinin fəaliyyətinə nəzarət edir, metodiki köməklik göstərir.
Filialın idarə olunmasının təkmilləşdirilməsi və əməyin təşkili işlərinə başçılıq edir. Kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyəsi işini həyata keçirir, işçilərin maddi və mənəvi həvəsləndirilməsinin mövcud formalarından istifadə edir. Elmi məruzə, məqalə, mühazirə və məlumatlarla çıxış edir. Elmi-metodiki şuraya, direksiyaya, elmi-praktiki konfransların keçirilməsinə başçılıq edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işi təşkil edir.
Bilməlidir: Hökumətin qanun və normativ aktlarını; arxiv işi üzrə yerli hakimiyyət orqanlarının rəhbərlik edici və normativ sənədlərini; arxiv işinin inkişaf perspektivlərini; dövlət və idarə arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq, arxeoqrafiya, informatika, sənəd informasiyası sahəsində Vətən və xarici ölkələrin iş təcrübəsini; əmək və mülki qanunların əsaslarını; arxiv sənədlərinin mühafizəsi və təsnifatı sxemini; arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu; elmi-məlumat aparatının sistemini və arxivin sorğu-informasiya fondunu; yardımçı tarixi fənləri; elmi tədqiqatların aparılması metodlarını; arxivdə aparılan işlərin planlaşdırılması və maliyyələşdirilməsi, iqtisadiyyatı, əməyin və idarəçiliyin təşkilini; plan-hesabat sənədləri sistemini; əmək normativlərini; sənədlərin mühafizəsi şəraiti və rejiminə dair sahədaxili və dövlət standartlarını; arxivşünaslıq terminlərini; təsərrüfat müqavilələrinin bağlanması və icrası qaydalarını; əmək mühafizəsi; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Ali təhsilli və müəssisənin fəaliyyətinə uyğun olan sahədə rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı.
16 dərəcə - I qrup filialların direktoru vəzifə borclarını yerinə yetirirkən.
15 dərəcə - II qrup filialların direktoru vəzifə borclarını yerinə yetirərkən.
Vəzifə borcları: İdarə arxivlərinə təşkilat-metodiki rəhbərliyi həyata keçirir. Arxivin komplektləşmə mənbələrini və sənədlərin tərkib və məzmununu müəyyən edir. İdarə arxivlərinə, idarələrdə kargüzarlığın təşkilinə və onların ekspert komissiyalarının fəaliyyətinə nəzarəti həyata keçirir. Siyahıların ekspert-yoxlama komissiyasında təsdiqi planını hazırlayır və onun icrasına nəzarət edir. Şəxsi mənşəli sənədlərin toplanmasında idarələrə kömək edir. Dövlət mühafizəsinə vermək üçün seçilən sənədlərin keyfiyyətinə nəzarət edir. İdarələrdə mühafizə olunan sənədlərin qeydiyyatını təşkil edir. İdarələrdə mühafizə olunan sənədlərin vəziyyəti və həcmi barədə hesabat tərtib edir. İdarə arxivləri, kargüzarlıq və ekspert komissiyalarının işçiləri ilə müşavirələr keçirir. Şöbənin profili üzrə elmi-tədqiqat işlərini və normativ-metodiki sənədlərin hazırlanmasını həyata keçirir. Əmək normasının təkmilləşdirilməsi və təşkili, yeni iş metodlarının tətbiqi və işçilərin ixtisasının yüksəldilməsi işlərini təşkil edir. Şöbənin profili üzrə Vətən və xarici ölkə arxivlərinin təcrübəsini öyrənir. Şöbənin plan və hesabatlarını tərtib edir. İşçilərə tapşırıqlar verir və onun icrasına nəzarət edir. Elmi məruzə, məqalə, mühazirə və məlumatlarla çıxış edir. Şöbə üzrə işlərə rəy və təkliflər verir. Ekspert-yoxlama komissiyasının işini təşkil edir. Elmi-metodiki şuranın, direksiyanın işində iştirak edir. Əmək mühafizəsi və təhlükəsizlik texnikasına əməl olunmasına nəzarət edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını; yuxarı arxiv orqanlarının arxivin fəaliyyətini istiqamətləndirən rəhbərlik edici və normativ sənədlərini; arxivin inkişaf perspektivlərini; dövlət və idarə arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq və sənəd informasiyası sahəsində Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizə və təsnifat sistemini; arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı sistemini və sorğu-informasiya fondunu; elmi işlərin aparılma metodunu; plan-hesabat sənədləri sistemini; əmək normativlərini; iqtisadiyyatı, əməyin və idarəçiliyin təşkili; əmək normativlərini; iqtisadiyyatı, əməyin və idarəçiliyin təşkili; işə və onun keyfiyyətinə nəzarət sistemini: arxivşünaslıq terminlərini; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
13-14 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
11-12 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mütəxəssis vəzifələrində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Laboratoriyanın işinə rəhbərlik edir. Azərbaycan Respublikası Dövlət Arxivlərində mühafizə edilən kino-foto sənədlərinin mühafizəsini təmin etmək məqsədilə təkliflər verir. Həmin Arxivdə mühafizə edilən fotosənədlərin sığorta surətinin hazırlanmasını yerinə yetirir. Laboratoriyanın avadanlıq və materiala olan tələbatını, müəyyən olunmuş qaydalar əsasında onların əldə edilməsini, avadanlığın saxlanmasını düzgün istifadə olunmasını və mühafizəsinə nəzarəti təmin edir.
Kino-foto sənədlərinin konservasiya-profilaktik cəhətdən işlənməsi işini təşkil edir. Azərbaycan Dövlət Kinofotosənədlər Arxivinin kino-foto sənədlərlə komplektləşdirilməsi işində iştirak edir.
Bilməlidir: ''Kinofotosənədləri mühafizə edən dövlət arxivlərinin əsas iş qaydalarını”, “Dövlət Arxivlərinin əsas iş qaydalarını”, Dövlət arxivlərinin fəaliyyətini tənzimləyən digər normativ-metodik sənədləri, kino-foto işlərinin yerinə yetirilməsi
üsulları üzrə qaydaları, laboratoriya avadanlığının istismarını və qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
13-14 dərəcələr - ali təhsil, ixtisas üzrə 5 ildən az olmayaraq iş stajı.
11-12 dərəcələr - ali, yaxud natamam ali təhsil, ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: qədim sənədlərlə iş aparan mütəxəssislər qrupuna elmi və metodiki rəhbərlik edir. Qədim sənədlərin aşkar olunması, oxunması və təsviri məsələlərini işləyib hazırlayır. Qədim sənədlərlə iş üzrə metodiki materiallar hazırlayır. Sənədlərin nəşrə hazırlanmasında iştirak edir. Sənədlərin xarici əlamətlərini öyrənir, onların əsilliyini müəyyən edir, paleoqrafik, dil və dikər xüsusiyyətlərini aydınlaşdırır. XII-XIX əsr sənədlərini, o cümlədən publikasiya, dərs vəsaitləri üçün aşkar edir, oxuyur və tarixini müəyyən edir. Xüsusilə qiymətli sənədləri, eləcə də mətni solan sənədləri mikrofilmə çəkmək üçün aşkar edir, ekspertizadan keçirir və seçir. XII-XIX əsr sənədlərinə elmi-məlumat aparatı yaradılması işinlə iştirak edir. Sənədlərdə olan möhürləri öyrənir və sistemləşdirir, onlar haqqında məlumatları kartoçkalara köçürür. Qədim sənədlərlə işləyən əməkdaşlara metodiki köməklik göstərir. Elmi tədqiqat, o cümlədən dikər elmi idarələrlə birgə mövzuları işləyir. Qədim və orta əsr sənədlərilə iş üzrə Vətən və xarici ölkə arxivlərinin təcrübəsini öyrənir və işdə tətdiq edir, elmi məruzə, məqalə, mühazirə və məlumatlarla çıxış etməklə arxivin sənədlərini təbliğ edir. Elmi işlərə, dərs vəsaitlərinə, proqramlara rəy verir. Elmi şuranın, ekspert-yoxlama komissiyasının işində iştirak edir.
Bilməlidir: Arxiv işi haqqında qanunvericilik sənədlərini; arxivin fəaliyyətinə aid yuxarı arxiv orqanlarının rəhbərlik edici və normativ sənədlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; tarixi sənədlərin nəşr qaydalarını; arxivşünaslıq, qədim və orta əsr sənədlərilə iş sahəsində Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizəsi və təsnifatı sistemini; arxivin elmi-məlumat aparatının və sorğu-informasiya fondunu; mənbəşünaslığı, yardımçı tarixi fənləri; elmi-tədqiqat metodlarını; arxivşünaslıq terminlərinin müasir və qədim dillərinin qrammatika və stilini; işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi qaydalarını; əmək normativlərini; əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
10-11 dərəcələr - ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı.
9 dərəcə - ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı
8 dərəcə - ali təhsil və iş stajına tələb qoyulmadan
6-7 dərəcələr - orta ixtisas təhsili və iş stajına tələb qoyulmadan.
Vəzifə borcları: Əsasnaməyə müvafiq olaraq arxivin bütün fəaliyyətinə rəhbərlik edir. Daimi mühafizə olunan sənədlərin seçilməsi və arxivə qəbulunu, arxivdəki sənədlərin ekspertizasını, qeydiyyatını, mühafizəsini, onlara elmi-məlumat aparatı yaradılması və istifadəsini təşkil edir və həyata keçirir. Arxivin qəbul mənbəyi olan idarələrin /şəxslərin/ siyahısını hazırlayır və onun üzərində iş aparır. İdarələrdə dövlət arxivinə sənədlərin qəbul cədvəlini tərtib edir. İdarələrdə kargüzarlığın təşkili və arxiv işinə təşkilatı-metodiki rəhbərlik və nəzarət edir. İdarə arxivləri işçilərinin ixtisasının artırılmasını təşkil edir. Rayon /şəhər/ idarə, müəssisə və təşkilatlarında kargüzarlığın təşkili və arxiv işinin vəziyyəti haqqında yerli hakimiyyət orqanları üçün məlumat hazırlayır. Arxiv işinin inkişafına dair uzunmüddətli və illik planları və müəyyən olunmuş formada hesabatı tərtib edir. Ekspert komissiyasının işində arxivşünaslıq və sənədşünaslıq üzrə seminarlarda iştirak edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işi təşkil edir.
Bilməlidir: arxiv işi üzrə qanunları və yerli hakimiyyət orqanlarının qərarlarını; yuxarı arxiv orqanlarının arxivin fəaliyyət istiqamətlərini müəyyən edən rəhbərlik edici və normativ sənədlərini; arxiv işinin inkişaf perspektivlərini; dövlət və idarə arxivlərinin əsas iş qaydalarını; fotosənədlərlə əsas iş qaydalarını; digər dövlət arxivlərinin iş təcrübəsini; əmək və mülki qanunların əsaslarını; arxiv sənədlərinin mühafizə və təsnifat sistemini; arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu; elmi-məlumat aparatı sistemini və arxivin sorğu-informasiya fondunu; arxiv işinin planlaşdırılması metodlarını; əməyin təşkilinin əsaslarını; sənədlərin mühafizə şəraiti və rejiminin tələblərini; arxivşünaslıq terminlərini; əmək mühafizəsi; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
14 dərəcə - ali təhsil və arxiv işi, sənədşünaslıq sahəsində rəhbər və ya mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Sənədlərin qeydiyyatı və elmi-məlumat sisteminin yaradılmasına rəhbərlik edir. Elmi-məlumat aparatı və qeydiyyat sənədlərinin mühafizəsi və istifadə olunmasını təmin edir. Sənədlərə elmi-məlumat aparatı yaradılmasının perspektivlərini və informasiya axtarışında avtomat sistemdən istifadə olunmasını müəyyən edir. Sənədlərin təsviri və kataloqlaşdırılması, siyahıların təkmilləşdirilməsi və yenidən işlənməsi, arxiv sənədlərinin axtarış metodlarının səmərələşdirilməsi, qeydiyyat sisteminin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi işlərini təşkil edir. Digər iş prosesində sənədlərin kataloqlaşdırılması ilə məşğul olan arxivin digər şöbələrinin işini istiqamətləndirir. Yuxarı arxiv orqanlarına göndərmək üçün sənədlərin qeydiyyatını və fondların tərkib və məzmununda baş verən dəyişikliklərin aparılması işini təşkil edir. Arxiv üzrə sorğu vəsaitlərinin hazırlanmasını təşkil edir. Arxiv sənədlərinin formalaşdırılması məsələlərini həll edir, qeydiyyatın sxemini müəyyən edir, Elmi-tədqiqat işləri üzrə plana təkliflər hazırlayır. Şöbənin iş perspektivlərini müəyyən edir. Şöbənin profili üzrə elmi-tədqiqat işi aparır və normativ-metodiki sənədlər hazırlayır. Əməyin normalaşdırılmasının təkmilləşdirilməsi
işini təşkil edir. Və aparır. Şöbənin plan və hesabatını tərtib edir. Şöbənin işçilərinə tapşırıqlar verir və icrasını yoxlayır, onların ixtisasının artırılmasını təşkil edir. Şöbənin profili üzrə Vətən və xarici ölkə arxivlərinin təcrübəsini öyrənir və işdə tətbiq edir. Elmi məruzə, məqalə, mühazirə və məlumatlarla çıxış edir. Şöbəyə aid işlərə rəy və təkliflər verir. Elmi-metodiki şuranın, direksiyanın, ekspert-yoxlama komissiyasının işlərində iştirak edir. Şöbədə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının qaydalarına əməl olunmasına nəzarət edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını; yuxarı arxiv orqanlarının arxivin fəaliyyətini istiqamətləndirən rəhbərlik edici və normativ sənədlərini; arxivin inkişaf perspektivlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq və sənəd informasiyası üzrə Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizə və təsnifatı sxemini; arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı sistemini və sorğu-informasiya fondunu; elmi-tədqiqat işlərinin aparılma metodlarını; plan-hesabat sənədləri sistemini; əmək və idarəçiliyin təşkili; işin keyfiyyət və qiymətləndirilməsinə nəzarət sistemini; arxivşünaslıq terminlərini; əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydaları.
13-14 dərəcələr - ali təhsil və arxiv işi sahəsində 5 ildən az olmayaraq iş stajı
11-12 dərəcələr - ali təhsil və arxiv işi sahəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Əsasnaməyə müvafiq olaraq, laboratoriyanın sənədlərin fiziki-kimyəvi mühafizəsinə, xüsusilə qiymətli sənədlərə sığorta və istifadə fondlarının yaradılmasına yönəldilmiş ümumi işinə rəhbərlik edir. Sənədlərin bərpası, cildlənməsi, dezinfeksiyası və dezinseksiyası işlərinin vaxtında və keyfiyyətlə görülməsini təşkil edir. Laboratoriyanın iş perspektivlərini müəyyən edir. Laboratoriyanın avadanlıq və materiallara olan tələbatını müəyyən edir və bunun üçün sifariş verir. Texnoloji inzibati, əmək və yanğından mühafizə, təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasına, avadanlıq və cihazların texniki vəziyyətinə və düzgün istismarına nəzarət edir. Avadanlıq və cihazların vaxtında təmir olunmasını təşkil edir. Laboratoriyada aparılan işlər üzrə təlimat, qayda, texniki şərtlər və digər normativ sənədlər işləyib hazırlayır. Görülən işlərin keyfiyyətinə nəzarət edir. Yeni əmək metodlarını işdə tətbiq edir. Laboratoriyanın plan və hesabatını tərtib edir. Profili üzrə Vətən və xarici ölkələrin iş təcrübəsini öyrənir və işdə tətbiq edir. İşçilərə tapşırıqlar verir və icrasına nəzarət edir. Onların iş ixtisasının artırılmasını təşkil edir. Laboratoriyanın işçilərinə rəhbərlik edir.
Bilməlidir: Arxiv işi üzrə qanunvericilik aktlarını; arxivin fəaliyyətinə aid yuxarı arxiv orqanlarının rəhbərlik edici və normativ sənədlərini; sənədlərin mühafizə perspektivlərini; profili üzrə Vətən və xarici ölkə laboratoriyalarının iş təcrübəsini; laboratoriyada aparılan işlərin metod, vasitə və texnologiyasını, avadanlıq və cihazların quruluşunu; texniki şərtlərini, quraşdırma və istismar qaydalarını, onların texniki xarakteristikasını; iqtisadiyyat və əməyin təşkili əsaslarını, plan-hesabat sənədlərinin sistemini; əmək normativlərini; işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi sistemini; arxiv terminlərini; laboratoriyada aparılan işlər müqavilə və sifarişlərin bağlanması qaydalarını; təhlükəsizlik texnikası, əmək və yanğından mühafizə qaydalarını.
13-14 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mühəndis-texnik vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
11-12 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mühəndis-texnik vəzifələrində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Mühafizəxanalarda sənədlərin mühafizəsi və səmərəli yerləşdirilməsi işini təşkil edir. Sənədlərin mühafizəsi üçün texniki vasitələrin siyhısını müəyyən edir, onların tətbiqi və düzgün istismarına nəzarət edir. Sənədlərin məqsədli ekspertizası, xüsusilə qiymətli sənədlərin aşkar olunması və mühafizəsi işini təşkil edir. Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanması, bərpası, cildlənməsi, qutulara yığılması, dezinseksiya, dezinfeksiya, profilaktikası işlərini müəyyən edir. Mühafizəxanalara sənədlərin qəbulu və verilməsini təşkil edir. Sənədlərin mühafizəsinə aid olan sənədlərə şöbədə əməl olunmasına nəzarət edir. İtmiş sənədlərin axtarılmasını təşkil edir. Şöbənin perspektiv işlərini müəyyən edir. Şöbədə profilinə aid elmi-tədqiqat işlərinin aparılması və normativ metodiki sənədlərin hazırlanması işini təşkil edir. Əməyin normallaşdırılması və təşkilinin təkmilləşdirilməsi işini təşkil edir. Şöbə işçilərinin ixtisasının artırılmasını təşkil edir. Sənədlərin mühafizəsi üzrə texniki təcrübəsini öyrənir və işdə tətbiq edir. Şöbənin plan və hesabatlarını tərtib edir. İşçilərə tapşırıqlar verir və icrasına nəzarət edir. Elmi məqalə, məruzə və məlumatlarla çıxış edir. Şöbəyə aid işlərə rəy və məsləhətlər verir. Elmi-metodiki şuranın, direksiyanın, ekspert-yoxlama komissiyasının işində iştirak edir. Əmək və təhlükəsizlik texnikası qaydalarına şöbədə əməl olunma-sına nəzarət edir. Şöbə işçilərinə rəhbərlik edir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını; yuxarı arxiv orqanlarının arxivin fəaliyyətini istiqamətləndirən rəhbərlik edici və normativ sənədlərini; arxivin inkişaf perspektivlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq və sənədşünaslıq sahəsində vətən və xarici ölkə arxivlərinin təcrübəsini; sənədlərin mühafizəsi və təsnifatı sistemini; arxivdəki sənədlərin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı sistemini və sorğu informasiya fondunu; arxivdə elmi-tədqiqat işinin aparılma metodlarını; plan-hesabat sənədlərinin sistemini; əmək normativlərini; iqtisadiyyatı, əməyin və idarəçiliyin təşkilini; işin keyfiyyətinə nəzarət və onun qiymətlən-dirilməsi qaydalarını; arxivşünaslıq terminlərini; əmək və təhlükəsizlik texnikası qaydalarını.
13-14 dərəcələr - ali təhsil və arxiv işi sahəsində 5 ildən az olmayaraq iş stajı.
11- 12 dərəcələr - ali təhsil və arxiv işi sahəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Arxiv sənədlərindən hərtərəfli istifadə olunmasına rəhbərlik edir. Dövlət idarələrinə və ictimai təşkilatlara arxivdə olan sənədlər barədə məlumat verilməsini, idarə, müəssisə və təşkilatların, vətəndaşların sorğularının icra olunmasını, sərgi, ekskursiya, mühazirə, radio və televiziya proqramları, ictimaiyyətlə görüşlər keçirilməsini təşkil edir, Arayışların vaxtında və düzgün verilməsinə nəzarət edir. Oxu zalının işini təşkil edir. Arxiv sənədlərindən istifadə olunması və işində muzeylərə, məktəblərə, mədəniyyət evlərinə və digər təşkilatlara metodiki köməklik edir. Dövlət və idarə arxivlərinin sənədlərindən istifadə qeydiyyatını təşkil edir, istifadənin forma və səmərəliliyini təhlil edir, onun daha da təkmiləşdirilməsi üzrə təkliflər hazırlayır. Elmi-nəşriyyat işlərinin perspektiv və illik planlarını hazırlayır. İcraçıların işini nizamlayır və onlara nəzarət edir. Birgə publikasiyalar üzrə elmi idarə və təşkilatlarla, ali məktəblərlə əlaqə yaradır. Sənədlərin seçilməsi, redaktəsi və şərhində iştirak edir. Sənədli publikasiyaların dövlət qeydiyyatını hazırlayır. Publikasiyaların müzakirəsi, rəy verilməsi və təbliğini təşkil edir. Şöbənin iş perspektivlərini müəyyən edir. Elmi-tədqiqat işlərini və normativ-metodiki sənədlərin hazırlamasını həyata keçirir. Əmək normalarının təkmilləşdirilməsi və yeni metodların tətbiqini təşkil edir. Elmi məruzə, məqalə, mühazirə və məlumatlarla çıxış edir. Şöbənin profili üzrə işlərə rəy və təkliflər verir. Elmi-metodiki şuranın və direksiyanın işində iştirak edir. Şöbədə əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarət edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını; yuxarı arxiv orqanlarınnı arxivin fəaliyyətini istiqamətləndirən rəhbərlik edici və normativ sənədlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq və sənəd informasiyası sahəsində vətən və xarici ölkə arxivlərinin təcrübəsini; arxiv sənədlərinin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı sistemini və sorğu-informasiya fondunu; elmi tədqiqatların aparılma metodlarını; plan-hesabat sənədlərinin sistemini; əmək normativlərini; iqtisadiyyatı, əmək və idarəçiliyin təşkilini; əməyin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi sistemini; arxiv terminlərini; əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
12-14 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mütəxəssis və vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
11-12 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Sənədlərin mühafizə və qeydiyyatı sahəsində arxivin elmi-tədqiqat, metodiki və əməli işinin əsas istiqamətlərini müəyyən edir. Sənədlərin mühafizəsi və qeydiyyatı sahəsində arxivin işini istiqamətləndirir. Fondların tərkib və həcmi haqqında yuxarı arxiv orqanına məlumat verilməsini təmin edir. Arxivin sənədlərinin fondlaşdırılması məsələlərini həll edir. Sənədlərin mühafizəsi, qeydiyyatı və elmi məlumat aparatı şöbələrinin işinə metodiki rəhbərlik edir. Sənədlərin mühafizəsi, düzgün yerləşdirilməsi və qeydiyyatı işinin aparılması texnologiyasına nəzarət edir. Sənədlərin işi üzrə hesabatın tərtibini təşkil edir. Sənədlərin mühafizəsi və qeydiyyatı üzrə elmi-tədqiqat işlərinin aparılmasına və normativ-metodiki mühafizəsi və qeydiyyatı üzrə işlərə rəy və məsləhət verir. Elmi-metodiki şuranın, direksiyanın, ekspert-yoxlama komissiyasının işində iştirak edir.
Bilməlidir: arxiv işi üzrə qanunları; yuxarı arxiv orqanlarının arxivin fəaliyyətinə aid rəhbərlik edici və normativ sənədlərini; arxiv işinin inkişaf perspektivlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq, sənəd informasiyası və texniki təchizat sahəsində Vətən və xarici ölkə arxivlərinin təcrübəsi, arxiv sənədlərinin mühafizəsi və təsniyatı sistemini; arxivdə olan sənədlərin tərkib və məzmununu; elmi-məlumat aparatının sistemini və arxivin sorğu-məlumat fondu; elmi-tədqiqatların aparılma metodları; yaradıcı tarixi fəndləri; əməyin təşkilinin əsaslarını; plan-hesabat sənədləri sistemini; əmək normativlərini; işin keyfiyyətinə nəzarət və onun qiymətləşdirilməsinin əsas qaydalarını; sənədlərin mühafizəsi şəraiti və rejimi üzrə standartları; arxivşünaslıq terminlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
14-15 dərəcələr - ali təhsil və arxiv işi, yaxud sənədşünaslıq sahəsində mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
12-13 dərəcələr - ali təhsil və arxiv işi, yaxud sənədşünaslıq sahəsində mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcları: Sənədləri dövlət və məsul mühafizə üçün qəbul edir. Sənədlərin mühafizəsini və mühafizəxanalarda səmərəli yerləşdirilməsini təmin edir. Arxivin profilinə aid olmayan sənədləri digər arxivlərə təhvil verir. Sənədlərin mövcudluğu və fiziki-kimyəvi vəziyyətini yoxlayır, onun nəticəsini təhlil edir və rəsmiləşdirir. Saxlama vahidlərini /mikrofilmləri/ oxu zalına, arxivin şöbələrinə müvəqqəti istifadəyə verir və onların vaxtında qaytarılmasına nəzarət edir. Sənədləri /mikrofilmləri/ müəyyən olunmuş yerlərə qoyur. Fondların hərəkətinin qeydiyyatını aparır, sənədləri bərpa, cildləmə, dezinfeksiya və sığorta fondu yaratmaq üçün hazırlayır. İtirilmiş sənədləri axtarır və nəticəsini rəsmiləşdirir. Mühafizəxanadakı fondların texnoqrafik tərtib göstəricisini edir. Müvafiq aktlar əsasında qeydiyyat sənədlərində düzəlişlər edir. Mühafizəxanalarda temperatur-rütubət, sanitar-gigiyena rejiminə, yanğından təhlükəsizliyə nəzarət edir. Arxivşünaslıq, sənədlərin mühafizəsi və mühafizəxanaların texniki təchizatı sahəsində vətən və xarici ölkə arxivlərinin təcrübəsini öyrənir. Məqalə və məlumatlarla çıxış edir. Sənədlərin mühafizəsi üzrə məsləhətlər verir. Ekspert-yoxlama komissiyasının işində iştirak edir.
Bilməlidir: Arxiv işi üzrə qanunvericilik aktlarını; arxivmi fəaliyyəti üzrə yuxarı arxiv orqanlarının rəhbərlik edici və normativ sənələrini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq və texniki təchizat üzrə Vətən və xarici ölkə arxivlərinin təcrübəsini; arxiv sənədlərini mühafizə və təsniyat sistemini, arxivdəki sənədlərin tərkib və məzmununu; arxivin elmi məlumat aparatı sistemini və sorğu-informasiya fondunu; yardımçı tarixi fənlərin əsaslarını; sənədlərin mühafizə şəraiti və rejimi üzrə sahə standartlarını; arxivşünaslıq terminlərini; əmək normativlərini; işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi qaydalarını; təhlükəsizlik texnikası, əmək və yanğından mühafizə qaydalarını.
9-8 dərəcələr - ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı
7 dərəcə - ali təhsil və iş stajına tələb qoyulmadan.
6-5 dərəcələr - orta ixtisas təhsili və iş stajına tələb qoyulmadan.
Vəzifə borcları: Xüsusi mühafizədə olan sənədlərin komplektləşdirilməsi, mühafizəsi, qeydiyyatı, istifadəsi, habelə onlara elmi-məlumat aparatı sisteminin yaradılması işi ilə məşğul olur. İdarə arxivlərinin onların ekspert komissiyalarının işinə təşkilat-metodiki cəhətdən rəhbərlik və nəzarət edir. İdarələrdə sənədlərin dövlət mühafizəsinə seçilməsi və siyahıların tərtibinin keyfiyyətinə nəzarət edir. Şöbənin sənədlərinin ekspertizasını təşkil edir. Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanma, bərpa, cildlənmə, dezinfeksiya, dezinseksiya, profilaktiki işlənmə ehtiyacını müəyyən edir. Sənədlərin təsviri və kataloqlaşdırılmasını, siyahıların təkmilləşdirilməsi və yenidən işlənməsini təşkil edir. Sənədlərdən istifadə, o cümlədən publikasiya məqsədilə aparılan işlərə rəhbərlik edir. Şöbənin iş perspektivlərini müəyyən edir. Şöbənin profili üzrə elmi-tədqiqat işlərini aparır və normativ metodiki sənədləri hazırlayır. Əmək normasının təkmilləşdirilməsi və əməyin təşkili işlərini aparır. Şöbənin plan və hesabatlarını tərtib edir. İşçilərə tapşırıqlar verir və onun icrasına nəzarət edir. Elmi məruzə, mühazirə, məqalə və məlumatlarla çıxış edir. Şöbəyə aid işlərə rəy və təkliflər verir. Elmi metodiki şuranın, direksiyanın, ekspert-yoxlama komissiyasının işində iştirak edir. Şöbədə əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarət edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Bilməlidir: arxiv işi üzrə qanunvericilik aktlarını; arxivin fəaliyyətinə aid yuxarı arxiv orqanın rəhbərlik edici və normativ sənədlərini; arxiv işinin inkişaf perspektivlərini; dövlət arxivlərinin əsas iş qaydalarını; arxivşünaslıq, sənədşünaslıq və sənəd informasiyası sahəsində Vətən və xarici ölkə arxivlərinin iş təcrübəsini; arxiv sənədlərinin mühafizə və təsnifat sistemini; arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu; arxivin elmi-məlumat aparatı sistemini və sorğu-informasiya fondunu; elmi-tədqiqat işlərinin aparılma metodlarını; plan-hesabat sənədlərinin sistemini; əmək normativlərini; iqtisadiyyatı; əmək və idarəçiliyin təşkilini, arxivdə işin keyfiyyətinə nəzarət və onun qiymətləndirilməsi sistemini arxivşünaslıq terminlərini; əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
13-14 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mütəxəssis vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
11-12 dərəcələr - ali təhsil və arxiv təşkilatlarında mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Sıra Vəzifələrin Dərəcələr Vəzifələrin indiyədək Dərəcələr
sayı adları diapazonu qüvvədə olan adları diapazonu
1. Arxeoqraf 6-11 Археограф 6-11
2. Arxivçi /Arxivşünas/ 6-11 Архивист 6-11
3. Arxiv sənədləri Заведующий
mühafizəxanasının müdiri 11-14 архивохранилищем 11-14
4. Bərpaçı-rəssam /xüsusilə Рестовратор-художник
qiymətli və nadir arxiv /занимающиеся реставрацией
sənədlərinin bərpası особоценных уникальных
ilə. 7-14 архивных документов/. 7-14
5. Biblioqraf 6-11 Библиограф 6-11
6. Dövlət Arxivinin Директор Государственного
7. Dövlət Arxivi filialının Директор филиала Государственного
direktoru /I qrup/ 16 Архива /I группы/ 16
8. Dövlət Arxivi filialının Директор филиала Государственного
direktoru /II qrup/ 15 Архива /II группы/ 15
9. Komplektləşdirmə, idarə Заведующий отделом комплектования,
arxivləri və kargüzarlıq ведомственных архивови
şöbəsinin müdiri 11-14 делопроизводства 11-14
10. Laboratoriya müdiri 11-14 Заведующий лабораторией 11-12
11. Paleoqraf 6-11 Палеограф 6-11
12. Rayon /şəhər/ dövlət Заведующий районным /городским/
arxivinin müdiri 14 государственным архивом 14
13. Sənədlərin dövlət Заведующий отделом Государственного
uçotu və elmi-məlumat учета и научно-справочного
aparatı şöbəsinin müdiri 11-14 апарата документов 11-14
14. Sənədlərin mikrofilmə Заведующий центральной
çəkilməsi və bərpası mərkəzi лабораторией микрофильмирования
laboratoriyasının müdiri 11-14 и реставрации документов 11-14
15. Sənədlərin mühafizəsi Заведующий отделом
şöbəsinin müdiri 11-14 сохранности документов 11-14
16. Sənədlərin publikasiyası Заведующий отделом
və istifadəsi публикации и использования
şöbəsinin müdiri 11-14 документов 11-14
17. Fondların baş Главный хранитель
mühafizəçisi /qoruyucusu/ 12-15 фондов 12-15
18. Fondların mühafizəçisi Хранитель фондов /старший
/böyük fond mühafizəçisi хранитель фондов
daxil edilməklə/ 5-9 включительно/ 5-9
19. Xüsusi fondların Заведующий отделом
şöbəsinin müdiri 11-14 специальных фондов 11-14
1. 28 dekabr 2022-ci il tarixli 22050000407 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212280407, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2023-cü il)
2. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-27/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283527, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2023-cü il)
3. 08 may 2026-cı il tarixli 3-17/3-5-9/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202605087359, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 01 iyun 2026-cı il)