Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Atçılıqla məşğul olan subyektlərin vəzifələri və hüquqları

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Atçılıqla məşğul olan subyektlər Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydalara, seleksiya nümunələri və damazlıq heyvandarlığın norma və qaydalarına, habelə baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət etmək, atlan saxlamaq, yetişdirmək, istifadə etmək, sınaqdan keçirmək, atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün şərait yaratmaq və aidiyyəti üzrə məlumatlar (sənədlər) təqdim etmək, atçılıq sahəsində dövlət nəzarəti həyata keçirilərkən verilən göstərişləri icra etmək və qanunvericiliklə müəyyən edilən digər vəzifələri daşıyırlar.

13.2. Atçılıqla məşğul olan subyektlər qanunvericiliklə müəyyən edilmiş qaydada atçılıq təsərrüfatları yaratmaq, atçılıq sahəsində sahibkarlıq fəaliyyətini sərbəst həyata keçirmək, o cümlədən atlar və atçılıq təsərrüfatları almaq, satmaq, istifadəyə və icarəyə vermək, atları idxal və ixrac etmək, cıdırlarda, at idmanı yarışlarında, sərgilərdə və hərraclarda iştirak etmək və qanunvericiliklə müəyyən olunmuş digər hüquqlara malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver