Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Damazlıq atların sınağı

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Damazlıq atların sınağı onların damazlıq keyfiyyətlərinin, qabiliyyətinin, irsən qazandıqları güc və qaçış göstəricilərinin aşkar edilməsi və istifadə təyinatının müəyyənləşdirilməsi məqsədilə aparılır.

23.2. Damazlıq atlar müvafiq təlimlər, məşqlər və cıdırlar vasitəsilə sınaqdan keçirilir və damazlıq keyfiyyətləri aşkar olunur.

23.3. Damazlıq atların sınağının nəticələri təhlil edilir, müvafiq uçot kitablarında qeydə alınır və Dövlət Damazlıq Kitabında dərc olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver