Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Cıdır yarışlarının təşkil edilməsi

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Cıdır meydanlarında müxtəlif məsafələr üzrə adi və ənənəvi mükafatlar uğrunda xüsusi adlar qoyulmuş cıdırlar keçirilir.

30.2. Cıdırın növündən asılı olaraq, cıdırın təşkilatçıları tərəfindən onun mükafat fondu təsis edilir. Adi cıdırların mükafat fondunun məbləği iki yüz iyirmi manat, ənənəvi mükafatlar uğrunda xüsusi adlar qoyulmuş cıdırların mükafat fondunun məbləği isə beş yüz əlli manatdan az ola bilməz.

30.3. Mükafat fondunun formalaşması və bölünməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30.4. Cıdır və at idmanı yarışlarının, at satışı hərraclarının, sərgilərinin keçirilməsinin gedişi televiziya kanallarında yayımlanır və mətbuatda şərh edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver