Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Atçılıq sahəsində beynəlxalq əməkdaşlıq

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Atçılıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası ilə başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normalan əsasında həyata keçirilir.

34.2. Beynəlxalq cıdırların, at idmanı yarışlarının, sərgilərin və digər atçılıq tədbirlərinin keçirilməsində, atların idxalı və ixracında beynəlxalq sertifikatlaşdırma üsulları və qaydaları tətbiq edilir.

34.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə atçılıq sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver