Qanunvericilik › “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.05.2008) › Tam mətn

“Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.05.2008)

“Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.05.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 may 2008-ci il

1.1. Bu Qayda “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını tənzimləyir.

2.1. Atçılıq sahəsində dövlət nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi (baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinə münasibətdə) tərəfindən həyata keçirilir..

2.2. Atçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri aşağıdakı səlahiyyətlərə malikdirlər:

2.2.1. mülkiyyət formasından asılı olmayaraq, respublika daxilində fəaliyyət göstərən, atçılıqla məşğul olan subyektlərin “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydaların, seleksiya nümunələri və damazlıq heyvandarlığın norma və qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və həmin qanunvericiliyi pozan şəxslər haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

2.2.2. atçılıqla məşğul olan subyektlərin obyektlərinə daxil olmaq, onlardan müvafiq məlumatlar almaq;

2.2.3. seleksiya və təkrar istehsal sahəsində yeni texnologiyaların, avadanlıqların tətbiqinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;

2.2.4. dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsi olmayan damazlıq atlarının satışının qadağan olunması ilə bağlı tədbirlər görmək;

2.2.5. damazlıq atçılıq sahəsində mübahisəli məsələlərin həlli üçün ekspert rolunda çıxış etmək;

2.3. Atçılıq sahəsində baytarlıq (baytarlıq-sanitariya) nəzarəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

2.3-1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

2.4. Atçılıqla məşğul olan subyektlər tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlər yazılı formada verilir. Göstərişlər əmr və sərəncam formasında rəsmiləşdirilir.

2.5. İcrası məcburi olan göstərişlər yerinə yetirilmədikdə, müvafiq atçılıq subyektlərinin fəaliyyətini dayandırmaq barədə məhkəməyə müraciət olunur, onlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2. 16 iyul 2014-cü il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 942)

3. 18 fevral 2015-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 230)

4. 2 may 2017-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5, maddə 964)

5. 18 oktyabr 2017-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1911)

6. 20 noyabr 2023-cü il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 noyabr 2023-cü il, “Xalq” qəzeti, 21 noyabr 2023-cü il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1583)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver