Qanunvericilik › Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Atmosfer havasına zərərli maddələrin atılmasına xüsusi icazə

Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir.

12.2. Xüsusi icazədə atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən həddi və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər müəyyən edilir.

12.3. Nəqliyyat və digər səyyar vasitələrindən atmosfer havasına zərərli maddələrin atılmasına xüsusi icazənin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

12.4. Atmosfer havasına zərərli fiziki təsiri müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə əsasında yol verilir.

12.5. Atmosfer havasına zərərli maddələrin atılmasına və ona zərərli təsirə xüsusi icazənin verilməsinə görə ödəmə qanunvericiliklə müəyyən edilir.

12.6. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə olmadıqda, habelə bu xüsusi icazədə nəzərdə tutulan şərtlər pozulduqda atmosfer havasına zərərli maddələrin atılması və zərərli fiziki təsir qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılır, dayandırılır və ya ona xitam verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver