16.1. Müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən tullantıların saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.
16.2. Tullantıları atmosfer havasının çirklənmə mənbəyi olan hüquqi və fiziki şəsxlər belə tullantıların saxlanılması yaxud basdırılması üçün onların xüsusi yerlərə, habelə onları xammal kimi istifadə edən təsərrüfat və digər fəaliyyət obyektlərinə daşınmasını təmin etməlidirlər.
16.3. Atmosfer havasını çirkləndirən tullantılar üçün saxlanma, basdırılma və məhv edilmə yerləri müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə razılaşdırılır.