25.1. Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirirlər və məqsədlə cavabdeh şəxsi təyin edir və (və ya) ekoloji xidməti təşkil edirlər.
25.2. Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.
25.3. Atmosfer havasının mühafizəsinə istehsalat (müəssisə) nəzarətini həyata keçirən şəxslərin və təşkilatların ekoloji xidməti haqqında məlumatlar, habelə nəzarətin nəticələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir.