Qanunvericilik › Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Atmosfer havasının mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri

Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Atmosfer havasının mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır:

5.0.1. yerli ekoloji proqramları hazırlamaq və həyata keçirmək;

5.0.2. ərazi hüdudlarında və səlahiyyətləri daxilində sahə ilə bağlı nəzarət və monitorinq təşkil etmək və həyata keçirmək;

5.0.3. atmosfer havasının çirklənməsi nəticəsində insanların həyat və sağlamlığına təhlükə doğuran fövqəladə şəraitdə əhalinin müdafiəsi üçün tədbirlər həyata keçirmək;

5.0.4. öz səlahiyyətləri daxilində hüquqi və fiziki şəxslərin atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətini əlaqələndirmək;

5.0.5. atmosfer havasının vəziyyəti, onun çirklənməsi və atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması proqramlarının yerinə yetirilməsi barədə əhalini məlumatlandırmaq;

5.0.6. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver