"Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 613 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Auditorların mülki məsuliyyətinin icbari sığortası üzrə baza sığorta tarifləri aşağıdakı kimi müəyyən edilsin:
1.1. auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - sığorta məbləğinin 1,0 faizi;
1.2. auditor fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün - sığorta məbləğinin 1,5 faizi.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 sentyabr 2007-ci il