Bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair münasibətləri, Azərbaycan Respublikasına mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından kənarda istismar edilməsi zamanı yaranan münasibətləri, yüksək (avtonom pilotsuz uçuş aparatının hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom pilotsuz uçuş aparatının hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom pilotsuz uçuş aparatının Azərbaycan Respublikasının hava məkanında uçuş əməliyyatlarını həyata keçirməsi zamanı yaranan münasibətləri, həmçinin xarici dövlətə mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanında uçuş əməliyyatlarını həyata keçirməsi zamanı yaranan münasibətləri tənzimləyir və bu sahələrdə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarına şamil olunur.
Maddə 3. Qanunun tətbiq dairəsi
Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver