Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən icazələrin ləğv edilməsi

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini həyata keçirmək üçün verilən icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma qaytarılır:

35.1.1. icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

35.1.2. icazənin müddəti bitdikdə;

35.1.3. icazənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

35.1.4. icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

35.1.5. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;

35.1.6. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

35.1.7. icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda və ya yerinə yetirilmədikdə;

35.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş yoxlamalarının nəticələrindən asılı olaraq müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda;

35.1.9. istismarçı sertifikatının müddəti bitdikdə;

35.1.10. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver