Qanunvericilik › “Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.03.2006) › Tam mətn

“Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.03.2006)

“Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.03.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 22 mart 2006-cı il

Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.9-cu bəndinə əsasən hazırlanmışdır və aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

2.1. Aviasiya qəzalarının və insidentlərinin araşdırılması üzrə axtarış və qəza-xilasetmə işlərinin aparılması ilə bağlı xərclər:

axtarış-hava və dəniz gəmilərinin istifadə olunması;

yerüstü nəqliyyat vasitələrinin istifadə olunması;

2.2. Aviasiya qəzalarının və insidentlərinin araşdırılması üzrə (zəruri hallarda) mütəxəssislərin iştirakı ilə bağlı xərclər:

yaşayış yeri üçün xərclər;

hadisə yerinə gəlmə və geri qayıtma ilə bağlı xərclər daxil olmaqla, nəqliyyat xərcləri;

2.3. Hava gəmiləri aqreqatlarının və hissələrinin araşdırılması üzrə işlərin yerinə yetirilməsinin təşkili ilə bağlı xərclər (zəruri hallarda):

aqreqatların və hava gəmisi hissələrinin araşdırma yerinə gətirilməsi və geri qaytarılması ilə bağlı nəqliyyat və gömrük xərcləri;

araşdırma aparan təşkilatlar tərəfindən təqdim olunmuş hesabata müvafiq digər xərclər.

2.4. Aviasiya hadisəsini araşdıran komissiyanın fəaliyyətinin təmin olunması ilə bağlı xərclər:

dəftərxana ləvazimatı və texniki vasitələr üçün;

nəşr materiallarının çap edilməsi üçün;

2.5. Aviasiya hadisəsini araşdıran komissiyanın fəaliyyəti üçün məsrəflər aşağıdakı qaydada maliyyələşdirilir:

Azərbaycan Respublikasının dövlət mülkiyyətinə mənsub olan hava gəmiləri aviasiya qəzasına və ya insidentinə məruz qaldıqda - dövlət büdcəsindən;

özəl sektora mənsub hava gəmiləri aviasiya qəzasına və ya insidentinə məruz qaldıqda - müvafiq aviasiya təşkilatlarının mərkəzləşdirilmiş vəsaitləri hesabına.

2.6. Dövlət büdcəsindən aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyəti üçün məsrəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müvafiq mənbədən ayrılır.

2.7. Aviasiya hadisəsini araşdıran komissiyanın fəaliyyəti üçün ayrılan məsrəflər aviasiya qəzasının baş verməsində təqsirli olan şəxslərdən qanunvericiliklə müəyyən edilmiş qaydada sonradan tutulur və müvafiq mənbəyə qaytarılır.

1. 21 yanvar 2019-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 167)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver