Qanunvericilik › “Avropa Komissiyasının Azərbaycan Respublikasına “Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı” ilə bağlı ayırdığı 14,5 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2010) › Tam mətn

“Avropa Komissiyasının Azərbaycan Respublikasına “Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı” ilə bağlı ayırdığı 14,5 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2010)

“Avropa Komissiyasının Azərbaycan Respublikasına “Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı” ilə bağlı ayırdığı 14,5 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avropa Komissiyasının Azərbaycan Respublikasına “Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı” ilə bağlı ayırdığı 14,5 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti təşkilatlar Tədbirlər Planının həyata keçirilməsini təmin etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 26 oktyabr 2010-cu il

Demokratiyanın gücləndirilməsi, insan hüquqlarının təminatı, dövlət idarəçiliyində islahatların aparılması və bu sahələrdə institusional potensialın artırılması 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş “Bir tərəfdən Avropa İttifaqı və onun üzvü olan Dövlətlər və digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin, Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan üzrə Fəaliyyət Planının, eləcə də 2007 — 2010-cu illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramının əsas prioritetlərindən biridir.

Bu sahələrdə inkişafa nail olmaq üçün ədliyyə sisteminin səmərəli, müstəqil və şəffaf olması, onun inzibati potensialının gücləndirilməsi, hüquq mühafizə orqanlarının təqdim etdikləri xidmətlərin təkmilləşdirilməsi və ədliyyə sahəsində islahatların aparılmasına dəstəyin göstərilməsi xüsusi əhəmiyyət kəsb edir.

Büdcəyə dəstək mexanizmi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan Avropa Komissiyasının “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” məhz bu məqsədlərə nail olmaq üçün hazırlanmışdır. Bu sənəd nəzərdə tutulan istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasına, regional ədliyyə şöbələrinin, Ədliyyə Akademiyasının və Penitensiar Xidmətin potensialının artırılmasına, həmçinin məhkumların idarə edilməsi və saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəldiləcəkdir. Proqram Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq müvafiq qaydada imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 yanvar tarixli 14s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

Bu Tədbirlər Planı “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı”nın tərkib hissəsi olan xüsusi şərtlərin yerinə yetirilməsinə yardım etmək məqsədi ilə hazırlanmışdır. Həmin şərtlərin yerinə yetirilməsi əsasında Proqram üzrə vəsaitlər Avropa Komissiyası tərəfindən müvafiq tranşlar vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsinə yönəldiləcəkdir.

Tədbirlər Planının icrası zamanı həm yerli, həm də xarici mütəxəssislərin cəlb edilməsi, Avropa İttifaqı və ona üzv dövlətlərin müsbət təcrübəsindən istifadə olunması məqsədəuyğun hesab edilir.

Tədbirlər Planının məqsəd və vəzifələri aşağıdakılardır:

- regional ədliyyə şöbələrinin potensialının artırılması;

- Ədliyyə Akademiyasının potensialının artırılması;

- Penitensiar Xidmətin potensialının artırılması və məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması.

Tədbirlər Planının maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində 2008-ci il üçün Azərbaycan üzrə Milli Fəaliyyət Proqramının “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” komponenti üzrə nəzərdə tutulmuş büdcə hesabına həyata keçirilir.

“Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” çərçivəsində texniki yardım və təchizat layihələri üçün tender sənədlərinin hazırlanması

Beynəlxalq tender vasitəsilə seçilən və icrası nəzərdə tutulan layihələrin texniki tapşırıq və tender sənədlərinin hazırlanmasına, həmçinin tender prosedurlarının həyata keçirilməsinə dəstək göstərilməsi

Regional ədliyyə şöbələrinin inkişafına dəstək layihəsi (1-ci mərhələ)

regional ədliyyə şöbələrinin idarəetmə sahəsindəki potensialının və səriştəsinin təkmilləşdirilməsi

ictimaiyyətin çıxışını asanlaşdırmaq məqsədi ilə regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi

ictimaiyyətin və müvafiq dövlət qurumlarının regional ədliyyə şöbələrinin göstərdiyi xidmətlər barədə məlumatlılıq səviyyəsinin artırılması

müvafiq avadanlıqların alınması

müvafiq layihələndirmə və tikinti işlərinin aparılması

Ədliyyə Akademiyasının inkişafına dəstək layihəsi (1-ci mərhələ)

Ədliyyə Akademiyasının inzibati heyətinin potensialının və səriştəsinin artırılması

qabaqcıl ixtisasartırma kurslarında inzibati heyətin iştirakının təmin edilməsi

Ədliyyə Akademiyasının təşkil etdiyi kurslar və proqramlar haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması

müvafiq avadanlıqların alınması

Penitensiar xidmətin inkişafına dəstək layihəsi (1-ci mərhələ)

məhkumların təhsil, idman və sağlamlaşdırıcı tədbirlərdə iştirakının təmin edilməsi

məhkumların idarə edilməsi, insan hüquqları və Avropa Penitensiar Qaydalarının tətbiqi sahəsində penitensiar sistemin işçilərinin potensial, bilik və səriştəsinin artırılması

məhkumlarla rəftara dair qanunvericiliyin Avropa Şurasının yeni Avropa Penitensiar Qaydaları ilə müqayisəsi, Cəzaların İcrası Məcəlləsi də daxil olmaqla, qanunvericiliyə dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması

məhkumlara göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması

müvafiq avadanlıqların alınması

müvafiq layihələndirmə və tikinti işlərinin görülməsi

Regional ədliyyə şöbələrinin inkişafına dəstək layihəsi (2-ci mərhələ)

regional ədliyyə şöbələrinin idarəetmə sahəsindəki potensialının və səriştəsinin təkmilləşdirilməsi

ictimaiyyətin çıxışını asanlaşdırmaq məqsədi ilə regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi

regional ədliyyə şöbələri ilə Ədliyyə Nazirliyinin aparatı arasında informasiya mübadiləsinin səmərəliliyinin təmin edilməsi

regional ədliyyə şöbələrinin əməkdaşlarının və regiondakı digər ədliyyə işçilərinin, habelə ictimaiyyətin hüquqa aid ədəbiyyatdan və hüquqi sənədlərdən istifadə imkanlarının artırılması

müvafiq avadanlıqların alınması

müvafiq layihələndirmə və tikinti işlərinin aparılması

Ədliyyə Akademiyasının inkişafına dəstək layihəsi (2-ci mərhələ)

Ədliyyə Akademiyasının inzibati heyətinin potensialının və səriştəsinin artırılması

qabaqcıl ixtisasartırma kurslarının tətbiqi

Ədliyyə Akademiyasının təşkil etdiyi kurslar və proqramlar haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması

Ədliyyə Akademiyasının tədris prosesinə yerli və beynəlxalq mütəxəssislərin cəlb edilməsi və Akademiyanın yardımçı infrastrukturunun gücləndirilməsi

əhalinin aztəminatlı təbəqəsinin hüquqlarının müdafiəsinə dəstəyin verilməsi

müvafiq avadanlıqların alınması

müvafiq layihələndirmə və tikinti işlərinin aparılması

Penitensiar xidmətin inkişafına dəstək layihəsi (2-ci mərhələ)

əmək fəaliyyəti ilə məşğul olan məhkumların sayının və onların peşə təlimi imkanlarının artırılmasının təşviq edilməsi

məhkumların təhsil, idman və sağlamlaşdırıcı tədbirlərdə iştirak etmək imkanlarının təmin edilməsi

məhkumlarla aparılan işin səmərəliliyinin təmin edilməsi məqsədi ilə Penitensiar Xidmətin fəaliyyətinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi

məhkumların idarə edilməsi, insan hüquqları və Avropa Penitensiar Qaydalarının tətbiqi sahəsində penitensiar sistemin işçilərinin potensial, bilik və səriştəsinin artırılması

yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onlar tərəfindən gələcəkdə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilən qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi

cəzaçəkmə müəssisələrində məhkumların sayının azaldılması məqsədi ilə məhkəməyədək tədbirlərin həyata keçirilməsi, alternativ sanksiyaların tətbiqi və cəmiyyətdə məhkumlara nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə strategiyanın hazırlanması

məhkumlara göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması

müvafiq avadanlıqların alınması

müvafiq layihələndirmə və tikinti işlərinin aparılması

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver