Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Avtomobil nəqliyyatının standartlaşdırılması, metroloji təminatı və sertifikatlaşdırılması

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Avtomobil nəqliyyatında standartlaşdırma, metroloji təminat və sertifikatlaşdırma Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.

16.2. Avtomobil nəqliyyatında dövlət metroloji nəzarət Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq aparılır.

16.3. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət, yol hərəkətinin və daşımaların təhlükəsizliyi, insanların həyat və sağlamlığı, ətraf mühitin mühafizəsi, habelə digər norma və tələblərə uyğun olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver