2.1. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, habelə həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Avtomobil nəqliyyatı sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Nəqliyyat haqqında” və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.