47.1. Avtomobil nəqliyyatı ilə daşımalar zamanı partlayışa və (və ya) yanğına, insanların və (və ya) heyvanların tələfatına, xəstələnməsinə, xəsarət almasına, zəhərlənməsinə, şüalanmasına səbəb ola bilən, habelə nəqliyyat vasitələrinin, tikililərin və digər infrastruktur obyektlərinin zədələnməsinə gətirib çıxaran və (və ya) ətraf mühitə ziyan vurma xüsusiyyətlərinə və güclü təsirə malik maddələr, materiallar, məhsullar və tullantılar təhlükəli yüklər hesab edilir.
47.2. Bu cür daşımalar zamanı yükgöndərən elektron əmtəə-nəqliyyat qaiməsində təhlükəli yük barədə məlumatları göstərməlidir.
47.3. Təhlükəli yüklərin daşınması qaydası Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq müəyyən edilir.