53.1. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinə uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsinə və ya vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı Azərbaycan Respublikasının qanunvericiliyi, habelə tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
53.2. Avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsi və ya vaxtlı-vaxtında verilməməsi qarşısıalınmaz qüvvənin təsiri və ya səlahiyyətli dövlət orqanları (qurumları) tərəfindən müəyyən istiqamətdə avtomobil nəqliyyatı ilə daşımaların məhdudlaşdırılması, yaxud dayandırılması nəticəsində baş verdikdə, daşıyıcı məsuliyyətdən azad olunur.