Qanunvericilik › “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.09.2009) › Tam mətn

“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.09.2009)

“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.09.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 17 sentyabr 2009-cu il

1.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” (bundan sonra – Qaydalar) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun), habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.

Bu Qaydalar Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən Azərbaycan Respublikasının avtomobil nəqliyyatı daşıyıcıları (bundan sonra – daşıyıcılar) tərəfindən avtomobil nəqliyyatı vasitələri (bundan sonra – avtonəqliyyat vasitələri) ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.2.1. avtobus – sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi;

1.2.2. avtovağzal – yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitariya-gigiyena təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi;

1.2.3. avtostansiya – yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş, 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitariya-gigiyena təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu;

1.2.4. baqaj – daşınmaq üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat vasitəsilə göndərilən və ya səfər boyu müşayiət edilən, qabariti, çəkisi və xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük;

1.2.5. baqaj qəbzi – baqajın daşınmaya qəbul edilməsini təsdiq edən sənəd;

1.2.6. dayanacaq məntəqəsi – müntəzəm marşrut üzrə sərnişin avtomobil nəqliyyatının dayandığı, marşrutun istiqaməti və hərəkət cədvəli haqqında məlumat olan, sərnişinlərin minib-düşdüyü, müvafiq qaydada işarələnmiş və təchiz olunmuş yer;

1.2.7. daşıyıcı – daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;

1.2.7-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları fəaliyyətinin operatoru (bundan sonra – operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs;

1.2.7-2. operatorun məsul şəxsi – operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs;

1.2.8. gediş sənədi (bilet) – sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd;

1.2.8-1. ödəniş aləti – şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;

1.2.9. əl yükü – sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar;

1.2.10. hərəkət cədvəli – marşrutun dayanacaq məntəqələri üzrə reyslərin yerinə yetirilməsi vaxtı (həftənin günləri, günün saatları və dəqiqələri) haqqında məlumatları əks etdirən cədvəl;

1.2.12. konduktor – sərnişin avtonəqliyyat vasitəsində gediş sənədlərinə və gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsinə nəzarəti, əmək və ya mülki hüquq müqaviləsi əsasında işləyən daşıyıcının nümayəndəsi;

1.2.13. marşrut – başlanğıc və təyinat məntəqələri arasında müəyyən edilmiş dayanacaq məntəqələri ilə sərnişin avtonəqliyyat vasitəsinin hərəkət etdiyi yol;

1.2.14. marşrutun sxemi – müəyyən edilmiş marşrutun şərti işarələrlə qrafik təsviri;

1.2.15. marşrut lövhəsi – avtobusun iş rejimi və marşrutu haqqında sərnişinlərin məlumatlandırılması üçün göstərici;

1.2.16. nəzarətçi – daşıyıcının, daşınmanın sifarişçisinin, təşkilatçısının və ya səlahiyyətli dövlət orqanının avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar və daşımaların digər iştirakçıları tərəfindən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, habelə gediş sənədlərinə nəzarət edən nümayəndəsi;

1.2.17. reys – marşrutun başlanğıc məntəqəsindən təyinat məntəqəsinədək və ya əks istiqamətdə sərnişin avtonəqliyyat vasitəsinin gedişi;

1.2.18. sərnişin – avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs;

1.2.19. sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti – sərnişin daşınması yerinə yetirilərkən, daşımanın sifarişçisi, təşkilatçısı, habelə daşıyıcı tərəfindən sərnişin avtonəqliyyat vasitəsinə təyin edilmiş işçi heyətin üzvləri olan sürücülər, konduktorlar və müşayiət edən şəxslər;

1.2.19-1. sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;

1.2.20. sifarişçi – sərnişin daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs;

1.2.21. taksi minik avtomobili – xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi;

1.2.22. taksometr – taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatı;

1.2.23. tarif – sərnişin və baqaj daşınması ilə əlaqədar xidmətlər (bir gediş və ya gedişin 1 km, 1 saat istifadə və ya 1 baqaj (əl yükü) yerinin istifadə edilməsi və s.) üçün müəyyən edilmiş ödəniş haqqı;

1.2.24. təşkilatçı – özünün və ya sifarişçinin adından avtomobil nəqliyyatı ilə sərnişin daşınması, yaxud sərnişin daşımalarının təşkili barədə müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs;

1.2.25. ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatı – tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitəsi;

1.2.26. analoq taxoqraf – Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;

1.2.27. rəqəmsal taxoqraf – Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;

1.2.28. formulyar – qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) informasiya sistemində elektron qaydada doldurulan sənəd;

1.2.29. bilet-uçot vərəqi – şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı Agentliyin informasiya sistemində elektron qaydada doldurulan sənəd;

1.2.30. buraxılış vəsiqəsi – Qanunun 13-cü maddəsinə uyğun olaraq hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;

1.2.31. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart.

1.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:

1.3.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımaları – şəhərin (rayonun) inzibati-ərazi hüdudları daxilində yerinə yetirilən sərnişin daşımaları;

1.3.2. şəhərlərarası (rayonlararası) sərnişin daşımaları – ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımaları;

1.3.3. beynəlxalq sərnişin daşımaları – Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin daşımaları;

1.3.4. müntəzəm sərnişin daşımaları – işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları;

1.3.5. qeyri-müntəzəm sərnişin daşımaları – taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla, sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilən sərnişin daşımaları;

1.3.6. ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları.

1.3-1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

1.4. Əhaliyə göstərilən xidmətlərin xüsusiyyətlərindən, hərəkətin sürət rejimindən, avtobusların getdiyi vaxtdan və məsafədən asılı olaraq, marşrutlar üzrə hərəkətin bir neçə rejimi ola bilər:

1.4.1. hərəkətin adi rejimi – avtobusların aralıq məntəqələrdə yerləşən dayanacaq məntəqələrində hökmən dayanmasını nəzərdə tutan rejim;

1.4.2. hərəkətin sürətli rejimi – avtobusların yalnız əvvəlcədən müəyyən olunmuş aralıq dayanacaq məntəqələrində dayanmasını nəzərdə tutan rejim;

1.4.3. hərəkətin ekspress rejimi – iri sərnişin qovşaqlarında (vağzallar, hava və dəniz limanları, metro stansiyaları, ticarət mərkəzləri və s.) yerləşən başlanğıc və son məntəqələr arasında avtobusların dayanmamasını, yaxud sayı minimuma qədər məhdudlaşdırılmış dayanacaq məntəqələrində dayanmasını nəzərdə tutan rejim;

1.4.4. marşrut taksi rejimi – şəhərdaxili müntəzəm daşımalarda, sərnişin tutumu 17-dən çox olmayan avtobuslardan istifadə etməklə, yalnız oturmaq üçün nəzərdə tutulmuş yerlərdə sərnişinlərin daşınması, yol hərəkəti qaydalarına riayət etməklə, marşrutun istənilən yerində sərnişinin xahişi ilə avtobusun dayandırılmasını nəzərdə tutan rejim.

1.5. Bu Qaydalar aşağıdakılara şamil olunmur:

1.5.1. hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara;

1.5.2. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara;

1.5.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;

1.5.4. kommunal və təcili tibbi yardım xidmətlərinə məxsus, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;

1.5.5. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına;

1.5.6. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına.

2.1. Hər bir sərnişin avtonəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı və dövlət qeydiyyat nişanı ilə təchiz olunmalıdır.

2.2. Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya ləğv edilir.

2.3. Hər bir sərnişin avtonəqliyyat vasitəsi ilk tibbi yardım qutusu, odsöndürən, diyirlənməyə qarşı dayaq, qəza dayanma nişanı, qəza vəziyyətində şüşənin çıxarılması üçün nəzərdə tutulmuş qurğu (avtobuslarda) ilə təchiz olunmalıdır.

2.3-1. Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.

2.5. Müntəzəm daşımalarda istismar edilən sərnişin avtonəqliyyat vasitəsinin marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, sonuncu, həmçinin bir neçə aralıq məntəqələrin adları göstərilməlidir.

2.6. Müntəzəm sərnişin daşınmasının növündən asılı olaraq marşrut lövhəsi aşağıdakı tələblərə uyğun olmalıdır:

2.6.1. şəhərdaxili (rayondaxili) daşımalarda — avtobusların arxa hissələrində marşrut nömrəsinin göstəricisi, qabaq və yan tərəflərində marşrutun nömrəsi, başlanğıc, sonuncu və aralıq məntəqələrinin adları;

2.6.2. şəhərlərarası (rayonlararası) və beynəlxalq daşımalarda — avtobusların qabaq hissəsində marşrutun adı və nömrəsi, yan tərəfində başlanğıc, sonuncu və aralıq məntəqələrinin adları göstərilməlidir.

2.8. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istismar edilən avtobus salonunun qabaq hissəsində məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün yerlər xüsusi işarələnməlidir.

2.9. Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında istismar edilən avtobuslarda uzaq məsafəyə gediş üçün rahat və yumşaq oturacaqlar olmalıdır. Oturacaq yerlərinin sayı 27-dən çox olan avtobuslarda sərnişinlərin xəbərdar edilməsi üçün səsucaldan audiosistem, oturacaq yerlərinin sayı 23-dən çox olan avtobuslarda həcmi hər bir sərnişin oturacaq yerinə ən az 0,1 m3 hesabından baqaj bölməsi olmalıdır.

2.11. Müntəzəm beynəlxalq sərnişin daşımalarında istismar edilən avtobusların marşrut lövhəsində olan məlumatlar Azərbaycan və hərəkət marşrutunun sonuncu məntəqəsinin olduğu dövlətin dilində olmalıdır.

2.13. Marşrut taksi rejimində istismar edilən avtobusların marşrut lövhələrində əlavə olaraq “MT” tanınma nişanı, həmçinin banın yan tərəflərində “MARŞRUT TAKSİ” yazısı olmalıdır.

2.16. Avtonəqliyyat vasitəsinin tutumu (sərnişinlərin sayı, baqaj və əl yükünün kütləsi) istehsalçı zavod tərəfindən müəyyən olunmuş sərnişinlərin sayına, avtonəqliyyat vasitəsinin oxlarının üzərinə düşən yol verilən maksimal kütlə və yüklənmə normalarına uyğun olmalıdır.

3.1. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan), yaxud “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar.

3.2. Taksi minik avtomobilləri ilə habelə qeyri-müntəzəm sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.

3.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlığın təşkili və keçirilməsi Agentlik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.3-1. Operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlıq Agentlik, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.4. Avtobus və taksi sürücüsü alkoqol, narkotik və güclü təsir göstərən digər maddələrdən istifadə edib-etməməsinin və ümumi səhhətinin yoxlanılması üçün elektron yol vərəqəsində qeyd edilməklə reysqabağı tibbi müayinədən keçməlidir.

3.5. Sərnişin daşımalarını yerinə yetirən sürücüdə aşağıda göstərilən şəxsi sənədlər və nəqliyyat vasitəsinin sənədləri olmalıdır:

3.5.1. müvafiq sərnişin avtonəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi;

3.5.2. avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3.5.2-1. beynəlxalq sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnamə (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda);

3.5.3. avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənəd;

3.5.7. mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər;

3.5.8. sürücünün qaz balonlu sərnişin avtonəqliyyat vasitələri ilə təhlükəsiz işləməyə dair təlim keçməsi haqqında vəsiqə (şəhadətnamə), avtonəqliyyat vasitəsində quraşdırılmış qaz balonlarının müayinədən keçməsi və nəqliyyat vasitəsinin qaz yanacağı ilə işləməyə uyğunlaşdırılması haqqında akt.

3.6. Sərnişin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarını yerinə yetirən sürücüdə əlavə olaraq aşağıdakı sənədlər olmalıdır:

3.6.1. xarici dövlətlərin vizası (zəruri olduqda) olan vətəndaş pasportu;

3.6.3. tibbi sığorta şəhadətnaməsi;

3.6.4. sərnişin avtonəqliyyat vasitəsinin ekoloji və təhlükəsizliyi normalarına uyğunluğu haqqında sertifikatlar (daşımaların yerinə yetirildiyi xarici dövlətlərdə tələb olunduqda).

4.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları Qanunun 13-cü maddəsinə uyğun olaraq müvafiq icazəyə malik hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən yerinə yetirilə bilər.

4.3. Müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilir. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilir.

4.4. Marşrutun hər bir sahəsində sərnişin avtonəqliyyat vasitəsinin orta sürəti hesablanır, dayanacaq məntəqələri arasında olan məsafənin uzunluğu və reysdə olma müddəti işlənib hazırlanır. Əhalinin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc və sonuncu məntəqələrindən yola düşmənin daha məqsədəuyğun və münasib vaxt müəyyən edilərək, hərəkət cədvəlləri və marşrut sxemləri tərtib edilir.

4.5. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları sərnişinlərin minimum sayda keçid etməklə yerdəyişməsinə, habelə bir nəqliyyat növünün digəri ilə dəyişməsinə olan tələbatını operativ və təhlükəsiz təmin etməlidir.

4.6. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Sifarişçi müntəzəm marşrut üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə dair müsabiqədə qalib gəlmiş daşıyıcıya müvafiq icazəni verir, marşrutun təsdiq edilmiş pasportunu və müntəzəm sərnişin daşımalarında istifadə olunması nəzərdə tutulan avtonəqliyyat vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə cavab verdikdə buraxılış kartını verir.

4.7. Fəaliyyət göstərən və ya açılması təklif olunan müntəzəm sərnişin daşınması üzrə marşrutların pasportunda aşağıdakı məlumatlar göstərilir:

4.7.1. ümumi məlumatlar (tərtib olunma tarixi, sonuncu məntəqələr üzrə marşrutun adı, nömrəsi, növü, marşrutda dövrün uzunluğu və işin mövsümə uyğunluğu);

4.7.2. xətti işarələr və yol qurğuları göstərilməklə marşrutun sxemi (avtovağzalların, avtostansiyaların, habelə müəyyən edilmiş dayanacaq və sərnişinin tələbi üzrə dayanma məntəqələrinin, nəzarət məntəqələrinin yeri, həmçinin duracaqların, yanacaqdoldurma və texniki-təmir stansiyalarının (sahələrinin) mövcudluğu);

4.7.3. marşrutun uzunluğu (başlanğıc məntəqədən son məntəqəyədək və əks istiqamətdə olan məsafə, habelə dayanacaq məntəqələri arasında olan məsafə);

4.7.4. marşrutun keçdiyi küçələrin və avtomobil yollarının xarakteristikası (küçələrin adı, yolların indeksi və nömrəsi, onların kateqoriyası, körpülərin və dəmir yolu keçidlərinin yeri, dayanacaq məntəqələrində dayanacaq meydançaları, sonuncu məntəqələrdə dönmə yerləri olan genişləndirilmiş hərəkət hissəsinin mövcudluğu);

4.7.5. marşrutda sərnişin avtonəqliyyat vasitələrinin hərəkətinin başlanma və qurtarma vaxtı, ilin mövsümləri, həftənin günləri (iş və istirahət günləri), habelə günün müəyyən vaxtı üzrə hərəkət intervalı.

4.8. Daşınma marşrutunun pasportuna sərnişin avtonəqliyyat vasitəsinin reyslər üzrə aşağıdakı məlumatlar əsasında tərtib edilən hərəkət cədvəli əlavə olunur:

4.8.1. ilin mövsümü, həftənin günləri, günün saatları və istiqamətlər üzrə sərnişin axınının həcmi;

4.8.2. marşrutda yol şəraitinin xarakteristikası;

4.8.3. marşrutda hərəkətin təhlükəsiz sürət rejimi;

4.8.4. marşrutda istismar edilən sərnişin avtonəqliyyat vasitələrinin daşıma imkanları;

4.8.5. sürücünün iş və istirahət rejiminə, bununla əlaqədar digər amillərə dair tələblər.

4.9. Müntəzəm marşrut üzrə sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vasitəsinin hərəkət cədvəlində aşağıdakı məlumatlar göstərilir:

4.9.1. marşrutun adı və nömrəsi;

4.9.2. marşrutda reyslərin sayı, başlanğıc məntəqədən son məntəqəyədək və əks istiqamətlərdə yerinə yetirilən reysin məsafəsi və reysin yerinə yetirilməsi müddəti;

4.9.3. sərnişin avtonəqliyyat vasitəsinin duracaq yerindən (qarajdan, avtoparkdan və s.) çıxması və marşrutun başlanğıc dayanacaq məntəqəsinə gəlib çatma vaxtı;

4.9.4. sərnişin avtonəqliyyat vasitəsinin marşrutda işə başlaması vaxtı;

4.9.5. sərnişin avtonəqliyyat vasitəsinin reyslər üzrə marşrut məntəqələrindən keçməsi vaxtı;

4.9.6. sərnişin avtonəqliyyat vasitəsinin reysarası dayanmasının vaxtı və yeri, habelə sürücülərin işində fasilənin vaxtı;

4.9.7. sərnişin avtonəqliyyat vasitəsinin işçi heyətinin dəyişməsi vaxtı və yeri;

4.9.8. marşrutda işin başa çatması vaxtı və sərnişin avtonəqliyyat vasitəsinin duracaq yerinə qayıtması vaxtı.

4.10. Müntəzəm marşrutlarda işləyən sərnişin avtonəqliyyat vasitələrinin həmin marşrutlar üzrə hərəkət cədvəlləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən mütəmadi monitorinq edilir və digər nəqliyyat növləri, həmçinin təkrarlanan marşrutlar üzrə hərəkət cədvəlləri ilə əlaqələndirilərək tənzimlənir.

4.11. Sərnişin avtonəqliyyat vasitəsinin sürücüsü daşımanın marşrut sxemi, habelə meteoroloji hava şəraiti, yolların vəziyyəti və digər məlumatlarla təmin edilməlidir.

4.12. Müntəzəm marşrut üzrə sərnişin daşımalarının sifarişçisi və ya təşkilatçısı daşımaların başlanmasına ən azı 15 iş günü qalmış Azərbaycan Respublikasında yayımlanan media məhsullarında marşrut, daşıma şərtləri, tariflər və hərəkət cədvəli haqqında məlumatları dərc etdirməlidir.

4.13. Daşıyıcı tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm daşımaların dayandırılması və ya ləğv edilməsi zərurəti yarandıqda, daşıyıcı əvvəlcədən sifarişçinin müvafiq razılığını almalı və əhaliyə daşımaların dayandırılmasına və ya ləğv edilməsinə ən azı 7 iş günü qalmış media ilə məlumat verməlidir.

4.14. Müntəzəm sərnişin daşımaları üzrə xidmətlərdən istifadə etdikdə sərnişin etibarlı gediş sənədinə (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla), baqajın (əl yükü) daşınması ödənişli əsaslarla yerinə yetirildikdə isə daşıma haqqının ödənilməsini təsdiq edən sənədə (baqaj qəbzinə) malik olmalıdır. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı və ya bu cür daşımaların təşkilatçısı sərnişinlərə müvafiq növ daşımalar üçün müəyyən olunmuş formada biletin (gediş sənədinin) və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etməli və zərurət olduqda, baqajın (əl yükünün) daşınmasına dair baqaj qəbzini rəsmiləşdirməlidir.

4.15. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin, eləcə də baqaj daşımalarında tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

4.16. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları və taksi minik avtomobilləri ilə sərnişin daşımaları ümumi istifadədə olan daşımalara aid edilir və hər hansı bir şəxsin müraciəti əsasında yerinə yetirilir.

4.17. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Sərnişin avtonəqliyyat vasitəsində qanuni əsaslar olmadan gedişi həyata keçirən şəxs ona dəymiş zərərin ödənilməsini sığorta edəndən və ya avtomobil daşıyıcısından tələb edə bilməz.

4.18. Avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlarda sərnişin daşımalarını yerinə yetirən daşıyıcı nəqliyyat vasitəsində yaranmış texniki nasazlıq, qəza nəticəsində və ya digər səbəblərdən daşımanı yerinə yetirə bilmədikdə, sərnişinlər daşıyıcının vəsaiti hesabına biletə, yaxud həyata keçirilmiş ödəməyə uyğun olaraq təyinat məntəqəsinə çatdırılmalı və ya bunun nəticəsində onlara vurulmuş zərər ödənilməlidir.

4.19. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

4.20. Dəmiryol vağzallarından, avtovağzallardan (avtostansiyalardan), hava və dəniz limanlarından və digər obyektlərdən, həmçinin bu obyektlər istiqamətində daşımaların yerinə yetirilməsi məqsədi ilə sutkanın gecə vaxtında müntəzəm sərnişin daşımaları təşkil oluna bilər.

4.21. Beynəlxalq müntəzəm marşrutların Azərbaycan Respublikasının ərazisində yerləşən, şəhərlərarası (rayonlararası) müntəzəm marşrutların isə şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.

4.23. Avtovağzallara (avtostansiyalara) dair tələblər və onların funksiyaları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktı ilə müəyyən edilir.

4.24. Avtobusların hərəkət cədvəlinə edilən dəyişikliklərlə əlaqədar avtovağzala (avtostansiyaya) gəlmiş şəxslərə aşağıdakı qaydada radioretranslyasiya şəbəkəsi vasitəsilə məlumat verilməlidir:

4.24.1. avtobusun gəlmə və ya yola düşmə vaxtının dəyişdirilməsi haqqında hər 15 dəqiqədən bir;

4.24.2. reysin təxirə salınması və ya avtobusun dəyişdirilməsi haqqında — hərəkət cədvəlində müəyyən edilmiş vaxtdan 1 saat əvvəl və ya bu barədə məlumat alındıqdan dərhal sonra hər 15 dəqiqədən bir;

4.24.3. əlavə reysin verilməsi və ya bilet kassalarının iş qaydasının dəyişdirilməsi haqqında — müvafiq məlumat alındıqdan dərhal sonra;

4.24.4. beynəlxalq reyslər barədə — həmçinin müvafiq beynəlxalq dillərdə.

4.25. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda istismar edilən avtobuslarda yerlər istehsalçı-zavod tərəfindən bu avtobuslar üçün müəyyən edilmiş oturacaq yerlərinin sayına uyğun olaraq nömrələnir.

4.26. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili) marşrutlarda, hərəkətin adi rejimində istismar edilən avtobuslarda istehsalçı-zavodun bu avtobuslar üçün müəyyən etdiyi tam tutumu qədər sərnişinlərin daşınmasına icazə verilir.

4.27. Sərnişinlərin avtonəqliyyat vasitələrinə minib-düşməsi yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra müvafiq dayanacaq məntəqələrində həyata keçirilə bilər. Hərəkət cədvəlində nəzərdə tutulmayan, yol hərəkəti qaydaları ilə qadağan olunmuş məntəqələrdə və yerlərdə sərnişinlərin minib-düşməsinə yol verilmir.

4.28. Sürücü sərnişinlərin dayanacaq məntəqəsində minib-düşməsi başa çatdıqdan və yalnız qapıları bağladıqdan sonra avtobusu hərəkətə gətirməli, dayanacaq məntəqələrini aydın və düzgün elan etməli, marşrut üzrə hərəkətin istiqaməti dəyişdikdə isə hər bir dayanacaq məntəqəsində bu barədə elan etməlidir.

4.29. Müntəzəm şəhərdaxili marşrutlarda sərnişinlərin avtobuslara minib-düşməsi aşağıdakı qaydada aparılır:

4.29.1. bir qapısı olan avtobuslarda əvvəlcə sərnişinlərin düşməsi, sonra isə minməsi;

4.29.2. iki qapısı olan avtobuslarda sərnişinlərin düşməsi hər iki qapı, minməsi isə birinci qapıdan;

4.29.3. üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir.

4.30. Dayanacaq məntəqələrinə dair tələblər aşağıdakılardır:

4.30.1. dayanacaq məntəqələri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət edilməklə yerləşdirilməli, sərnişinlərin təhlükəsiz, rahat giriş və çıxışını təmin etməlidir;

4.30.2. dayanacaq məntəqəsi müvafiq yol nişanı ilə təchiz olunmalı və yol işarəsi ilə işarələnməlidir;

4.30.3. dayanacaq məntəqələri yolun hərəkət hissəsindən yolkənarı bordyurla ayrılmış minmə və enmə üçün perronla, avtobusların dayanacağı üçün meydançalarla, habelə avtonəqliyyat vasitəsini gözləyən sərnişinlərin qorunması üçün örtüklə təchiz edilməlidir.

4.31. Dayanacaq məntəqəsinin məlumat lövhəsi yaxınlaşan nəqliyyat vasitələri səmtindən görünməli və həmin lövhədə aşağıdakı məlumatlar göstərilməlidir:

4.31.1. dayanacaq məntəqəsinin adı və ya nömrəsi;

4.31.2. nəqliyyatın növü (avtobuslar üçün — “A” işarəsi);

4.31.3. marşrutların nömrələri;

4.31.4. marşrutun son təyinat məntəqəsi, gün ərzində hərəkət intervalı, marşrutların birinci və sonuncu reyslərinin vaxtı, habelə hərəkət intervalı 15 dəqiqədən artıq olan və ya günün müəyyən dövründə işləyən avtonəqliyyat vasitəsinin bu məntəqədən keçməsi vaxtı.

4.33. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar, onların mülkiyyətində, istifadəsində və ya icarəsində olan avtonəqliyyat vasitələri, avtomobil nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması tarixi və sığorta müqaviləsinin müddəti, sürücülərin sürücülük vəsiqəsi, habelə müntəzəm avtobus marşrutları və müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında bağlanılmış müqavilələr barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür).

5.1. Müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm x 40 sm x 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

5.2. Müntəzəm avtobus marşrutlarında sərnişin müəyyən edilmiş tariflər əsasında daşıma haqqını ödəməklə, ölçüləri 60 x 40 x 20-dən 100 x 50 x 30 sm-dək və hər birinin çəkisi 60 kq-dan çox olmayan 2 ədəd baqajın baqaj bölmələrində, baqaj bölmələri olmadıqda isə avtobusun salonunda (baqaj daşınması üçün salonda xüsusi yer olduqda) apara bilər. Baqaj bölmələrində əlavə yer olduqda, sərnişin daha çox sayda baqaj apara bilər. Ölçüləri və çəkisi göstərilən həddən artıq olan baqaj daşınmaya qəbul edilmir.

5.3. Baqaj bölməsi olmayan avtobuslarda baqaj yerini sürücü müəyyən edir. Bu hallarda avtobusun giriş və çıxış qapılarına sərnişinlərin maneəsiz keçməsi təmin olunmalı və təcili tormozlama vaxtı avtobusun salonunda baqaj öz yerini dəyişməməlidir. Avtobusun damında baqajın daşınmasına yol verilmir.

5.4. Daşınmaya təhvil verilən baqaj lazımi qaydada qablaşdırılmalı, daşınma səviyyəsi isə sərnişinlərə və avtonəqliyyat vasitələrinə hər hansı ziyanın vurulması mümkünlüyünü istisna etməlidir.

5.5. Avtobusun salonunda, sərnişinin yanında aparılan baqajın qorunub saxlanılmasına sərnişin cavabdehdir.

5.6. Daşınmasına icazə verilən hər baqaj yeri üçün daşıma haqqı mövcud tariflərə əsasən müəyyən edilir.

5.7. Baqajın avtobusun baqaj bölməsində daşınmaya qəbul olunması barədə sərnişinə baqaj qəbzi və ya müəyyən nömrəli birka verilir. Həmin birkanın dublikatı baqaja bərkidilir. Avtobusun baqaj bölməsində yerləşdirildiyi andan baqaj daşınmaya qəbul edilmiş, daşıyıcı tərəfindən verilmiş baqaj qəbzi əsasında sərnişinə və ya onun səlahiyyətli nümayəndəsinə təslim edildiyi andan isə baqaj sərnişinə təhvil verilmiş hesab edilir. Baqaj təhvil verilərkən baqaj qəbzində bu barədə qeyd olunur və ya baqaj qəbul edilərkən verilmiş birka geri alınır.

5.8. Daşınma başa çatdıqdan sonra sərnişin tərəfindən baqaj pretenziya edilmədən daşıyıcıdan qəbul edildikdə əksi sübut edilənədək baqaj bütöv və zədələnməmiş vəziyyətdə qəbul edilmiş hesab olunur. Baqajın (əl yükünün) zahirən görünməyən çatışmazlıqları barədə pretenziya baqajın (əl yükünün) sərnişinə təhvil verildiyi andan bir aydan gec olmayan müddət ərzində verilməlidir.

5.9. Baqaj qəbzinin aşağıdakı rekvizitləri olmalıdır:

5.9.1. nömrəsi və seriyası;

5.9.2. daşıyıcının (daşımanın təşkilatçısının) adı;

5.9.3. baqajın daşınması haqqı;

5.9.4. baqajın sayı, ölçüsü, elan olunmuş qiyməti;

5.9.5. baqajın qəbul edilməsi və təhvil verilməsi haqqında daşıyıcının qeydləri.

5.10. Sərnişin tərəfindən gediş bileti təqdim edilmədikdə, baqaj qəbzi etibarsız hesab olunur.

5.11. Sərnişin baqajı təhvil verərkən onun qiymətini elan etdikdə daşıyıcı və ya onun nümayəndəsi tərəfindən bu barədə baqaj qəbzində qeyd edilməlidir. Baqajın elan edilmiş qiyməti onun real qiymətindən artıq olmamalıdır. Baqajın qiymətini elan etmək üçün sərnişin onun real qiymətini təsdiq edən sənədləri təqdim etməli və müəyyən olunmuş komisyon muzdu ödəməlidir.

5.12. Aşağıda göstərilən əşyaların avtobuslarda daşınması qadağandır:

5.12.1. oddan təhlükəli, partlayıcı, zəhərli, aşındırıcı və kəskin iyli maddələr;

5.12.2. müvafiq qaydada icazəsi rəsmiləşdirilməmiş və üzlüyü olmayan odlu silah;

5.12.3. nəqliyyat vasitəsini və sərnişinlərin geyimlərini çirkləndirə bilən əşyalar;

5.12.4. çəkisi və ölçüləri bu Qaydaların 5.2-ci bəndi ilə müəyyən edilmiş hədlərdən artıq olan əşyalar.

5.13. Şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda sərnişin baqajının daşınması məqsədi ilə daşıyıcılar tərəfindən baqaj avtomobillərinin hərəkəti təşkil oluna bilər. Baqaj avtomobillərinin hərəkəti təşkil olunduqda, sərnişin əlavə baqajını baqaj avtomobilinə təhvil verə bilər.

5.14. Baqaj avtomobilləri ilə sərnişin baqajının daşınması aşağıdakı şərtlər nəzərə alınmaqla təşkil olunur:

5.14.1. baqaj avtomobillərində sərnişin baqajı yalnız gediş biletləri təqdim edildikdə daşınmaya qəbul olunur. Hər gediş bileti üçün (tam və ya uşaq bileti) ümumi çəkisi 150 kq-dan artıq olmayan üç baqaj yeri müəyyən edilir. Baqaj avtomobilində artıq yer olduqda, sərnişin daşınmaya əlavə baqaj təhvil verə bilər;

5.14.2. daşınma üçün təhvil verilmiş baqaj öz ölçülərinə, qablaşdırılmasına və xüsusiyyətlərinə görə baqaj avtomobilinin səmərəli yüklənməsinə və digər baqajın yerləşdirilməsinə çətinlik yaratmamalı, habelə digər sərnişinlərin baqajına zərər vurmamalıdır. Baqajın qablaşdırılması daşınma ərzində baqajın bütövlüyünü və salamatlığını təmin etməlidir;

5.14.3. baqaj avtomobilində baqaj göndərmək üçün sərnişin onu baqaj avtomobilinin yola düşməsinə ən azı 20 dəqiqə qalmış daşıyıcıya təhvil verməlidir;

5.14.4. lazımi qaydada qablaşdırılmayan baqaj daşınmaya qəbul olunmur. Qablaşdırılmasında çatışmazlıqları olan, lakin itmə və ya xarab olma ehtimalı olmayan baqaj yalnız daşınma sənədlərində bu çatışmazlıqlar haqqında müvafiq qeydlər edilməklə daşınmaya qəbul olunur;

5.14.5. sərnişinə baqajın daşınmaya qəbul edilməsini təsdiq edən müəyyən olunmuş formada baqaj qəbzi və ya nömrələnmiş birka verilir və həmin birkanın dublikatı baqaja bərkidilir;

5.14.6. baqaj təyinat məntəqəsində baqaj qəbzini və ya nömrələnmiş birkanı təqdim edən şəxsə təhvil verilir;

5.14.7. sərnişindən daşınmaya ayrı qəbul olunmuş yük, hərəkət cədvəlinə uyğun olaraq, sərnişinin təyinat məntəqəsinə çatdığı gündən gec olmayaraq həmin məntəqəyə çatdırılmalıdır;

5.14.8. sərnişinin tələb etmədiyi baqaj daşıyıcı tərəfindən təyinat məntəqəsində saxlanma kamerasında saxlanılır. Baqajın saxlanmasına görə mövcud tariflərə əsasən haqq ödənilir.

5.15. Avtovağzallarda (avtostansiyalarda) sərnişinlərə məxsus baqajın müvəqqəti saxlanması üçün adi və ya avtomatik ödənişli saxlanma kameraları təşkil olunur.

5.16. Avtovağzallarda (avtostansiyalarda) baqaj aşağıdakı qaydada saxlanılır:

5.16.1. növündən və çeşidindən asılı olmayaraq baqaj (məsələn, çamadan, səbət, bağlama, arxa çantası, boğça, çanta, tor zənbil, şüşə tara və s.) saxlanma kamerasına qablaşdırılmış formada, bəzi əşyalar isə (məsələn, palto, baş geyimi, portfel və s.) qablaşdırılmadan saxlanmaq üçün verilə bilər;

5.16.2. saxlanmaya verilmiş tezkorlanan (xarab olan) məhsulların təbii yolla xarab olmasına görə saxlanma kamerası məsuliyyət daşımır. Saxlanma kamerasına əşyaların qəbulu zamanı qablaşdırılmada qüsur aşkar edilərsə, əşyanın sahibi qüsurları aradan qaldırmalı və ya qəbzin kötüyündə mövcud qüsurları öz imzası ilə təsdiq etməlidir;

5.16.3. digər sərnişinlərin əşyalarını zədələyə və ya çirkləndirə bilən əşyaların, həmçinin oddan təhlükəli, partlayıcı, zəhərli, kəskin iyli maddələrin saxlanma kamerasına qəbulu və verilməsi qadağandır.

5.17. Sərnişin tərəfindən baqaj saxlanma kamerasına təhvil verilərkən, mövcud qaydalara uyğun müəyyən edilmiş haqqı ödəmək şərtilə onun qiymətini elan edə bilər. Sərnişin bir neçə əşyanı (yer) saxlanca verərkən hər birinin qiymətini ayrıca və ya bütövlükdə elan edə bilər. Elan edilən qiymətin məbləği baqaj qəbzində göstərilir.

5.18. Elan edilən qiymətin düzgünlüyünə şübhə olduqda, saxlanma kamerasının işçisi baqajın yoxlanılması üçün onun açılmasını tələb edə bilər. Baqajın açılmasından imtina edildikdə, qiymətin məbləğinə dair fikir ayrılığı olduqda, həmin baqaj saxlanmağa qəbul edilmir.

5.19. Baqajın saxlanmasına görə haqq hər bir əşyaya (yerə) və onun qabaritinə görə tutulur. Bir-birinə bağlanmış bir neçə əşya (yer) saxlanmaya verildikdə, haqq hər birinə görə ayrıca tutulur.

5.20. Baqajın saxlanmasına görə haqq, onun saxlanmaya qəbul edildiyi və saxlanma kamerasından geri götürüldüyü günədək olan müddət üçün hesablanaraq müəyyən edilir.

5.21. Sərnişin tərəfindən baqaj avtomobilində daşınması üçün verilmiş və təyinat məntəqəsinə gətirilmiş baqajın saxlanmasına görə haqq ikinci gündən başlayaraq tutulur.

5.22. Baqajın saxlanmasının rəsmiləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

5.22.1. qiyməti elan olunmamış baqaj saxlanmağa qəbul edildikdə, ona nömrələnmiş birka və ya baqaj qəbzi, qiyməti elan olunmuş baqaj qəbul edildikdə isə üzərində bu barədə müvafiq qeyd edilmiş baqaj qəbzi verilir;

5.22.2. saxlanma kameralarının işi birkalardan istifadə etməklə təşkil olunduqda, sərnişin baqajını saxlanmaya verərkən ilk bir günə görə saxlama haqqını kassaya ödəməli və əvəzində nəzarət talonu almalıdır;

5.22.3. baqajı saxlanmağa qəbul edərkən anbardar təhvil verilən əşyaların qablaşdırılmasını müayinə etməli, sərnişin tərəfindən təqdim olunan nəzarət talonunda əşyaların saxlanca təhvil verildiyi tarixi qeyd etməli, birkanın dublikatını nəzarət talonu ilə birlikdə saxlanmağa təhvil verilən əşyalara bərkitməli və sərnişinə birka verməlidir;

5.22.4. saxlanmağa qəbul edilmiş əşyalar anbardar tərəfindən sərnişinə birkada göstərilmiş nömrəyə əsasən qaytarılır. Baqajın qaytarılması zamanı saxlanmada olduğu müddət yoxlanılır və sərnişinlə son hesablaşma aparılır;

5.22.5. saxlanma kameralarının işi qəbzdən istifadə etməklə təşkil edildikdə, sərnişin ona məxsus baqajı saxlanmağa verərkən saxlanma haqqını ödəyir və anbardardan baqaj qəbzini alır;

5.22.6. baqaj qəbzi və onun surəti aydın, düzəlişsiz yazılaraq verilir. Qəbzin surəti saxlanmağa verilmiş əşyaların üzərinə bərkidilir, qəbzin üz tərəfində əşyaların sayı (hər bir əşya sadalanmaqla), elan olunmuş qiymətin ümumi məbləği göstərilir və hər bir əşyanın qiyməti sözlə yazılır;

5.22.7. baqaj qəbzi anbardar tərəfindən yazılır və avtovağzalın (avtostansiyanın) ştempeli ilə təsdiq edilməklə sahibinə verilir;

5.22.8. saxlanma kamerasından baqaj verilən zaman anbardar yükün sahibi tərəfindən təqdim edilmiş qəbzin onun surətinə uyğunluğunu, habelə yükün təhvil verildiyi vaxt onun sahibi tərəfindən göstərilmiş soyadın, adın və atasının adının təqdim etdiyi sənədə uyğunluğunu yoxlayır;

5.22.9. baqaj qəbzinin əks tərəfində əşyanın verilmə tarixi, saxlanmada olan günlərinin sayı, saxlanma haqqı və baqajın qiymətinin elan edilməsinə görə komisyon muzdun məbləği (rəqəmlə və sözlə yazılaraq) göstərilir. Anbardar alınan komisyon muzdun və baqajın verilməsi, baqajın sahibi isə onun alınması sətrində imza edir;

5.22.10. baqaj qəbzi və ya birka itirildikdə, saxlanmağa qəbul olunmuş baqaj, yalnız onun sahibinin ərizəsi əsasında baqajın məxsusluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra qaytarılır. Bu halda baqaj, onun sahibinin şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq soyadı, adı və atasının adı, daimi yaşadığı yer xüsusi kitabda qeyd edilməklə və imzası alınmaqla qaytarılır.

5.23. Saxlanma kamerasında saxlanılan baqaj (əl yükü) 30 gün müddətində tələb edilmədikdə, həmin baqaj (əl yükü) qanunvericiliklə müəyyən olunmuş qaydada satılır. Tələb olunmayan baqajın (əl yükünün) satışından əldə olunmuş pul vəsaiti saxlanma və satılma xərcləri çıxılmaqla satılmış baqajın (əl yükünün) sahibinə verilir. Tələb olunmayan baqajın (əl yükünün) satışından əldə olunmuş pul vəsaiti bir il ərzində tələb olunmadıqda, həmin vəsait müvafiq saxlanma və satılma xərcləri çıxılmaqla dövlət büdcəsinə köçürülür. Avtovağzal (avtostansiya) tərəfindən başqa müddət müəyyən edilmədikdə baqaj və əl yükünün avtomatik saxlanma kamerasında 3 gündən artıq müddətə saxlanılmasına yol verilmir. Avtomatik saxlanma kamerasından tələb olunmayan baqaj və əl yükünün çıxarılması avtovağzalın (avtostansiyanın) təşkil etdiyi və tərkibi avtovağzalın (avtostansiyanın) vəzifəli şəxsindən, polis nümayəndəsindən ibarət olan komissiya tərəfindən üçüncü şəxsin iştirakı ilə həyata keçirilir.

5.24. Daşıyıcı və ya avtovağzal (avtostansiya) baqajı qəbul etdiyi andan onu sərnişinə və ya baqajı almaq səlahiyyəti olan şəxsə təhvil verənədək, baqajın itməsi, əskik çıxması və ya zədələnməsinə görə məsuliyyət daşıyır.

5.25. Baqajın əskik çıxması və zədələnməsi aşkar olunduqda daşıyıcı, yaxud avtovağzal (avtostansiya) tərəfindən baqaj sahibinin iştirakı ilə iki nüsxədən ibarət akt tərtib edilir.

Aktda qəbul edilən və təhvil verilən baqajdakı əşyaların sayı, adı (çamadan, səbət, çanta və s.), zədələnmə xarakteri, yükalanın soyadı, adı, atasının adı və ünvanı, habelə baqajın qiyməti elan olunduqda onun məbləği göstərilir. Aktın bir nüsxəsi sərnişinə verilir, digər nüsxəsi isə daşıyıcıda, yaxud avtovağzalda (avtostansiyada) saxlanılır.

5.26. Aktın tərtib edilməsindən imtina sərnişinin daşıyıcıya, yaxud avtovağzala (avtostansiyaya) qarşı pretenziya və iddia irəli sürmək hüququnu məhdudlaşdırmır.

5.27. Sərnişin zədələnmiş və ya bir hissəsi itirilmiş baqajın müvafiq akt tərtib olunmadan qəbul edilməsinə razılıq verdiyi halda, daşıyıcı göstərilən baqajı təhvil verməlidir.

5.28. Baqajın daşınması və saxlanması zamanı sərnişinə vurulan zərərin əvəzi daşıyıcı, avtovağzal (avtostansiya) tərəfindən aşağıdakı qaydada ödənilir:

5.28.1. baqaj itirildikdə və ya əskik çıxdıqda — müvafiq olaraq itirilmiş baqajın və ya onun əskik çıxmış hissəsinin dəyəri miqdarında;

5.28.2. baqaj zədələndikdə — onun tam dəyərinin azaldığı məbləğ miqdarında;

5.28.3. qiyməti elan olunmaqla daşınmaya təhvil verilmiş baqaj itirildikdə — onun elan olunmuş real qiyməti miqdarında.

5.29. Baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsi (xarab olması) ilə əlaqədar müəyyən edilmiş zərəri ödəməklə yanaşı, daşıyıcı, avtovağzal (avtostansiya) həmin baqajın daşınmasına görə alınmış daşınma haqqını, habelə baqajın saxlanmasına görə avans olaraq alınmış saxlanma haqqını baqajın sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə qaytarır.

5.30. Daşımaya və ya saxlanmaya verilmiş əşyaların itirilməsi, əskik çıxması və ya xarab olması ilə əlaqədar sərnişinə müəyyən olunmuş qiymət miqdarında vurulan ziyanın əvəzi, bu barədə tələbin irəli sürüldüyü andan daşıyıcı və ya avtovağzal (avtostansiya) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödənilir.

5.31. Avtobuslarda, taksi minik avtomobillərində, avtovağzallarda (avtostansiyalarda) unudulmuş və itirilmiş əşyalar aşkar olunduqda daşıyıcının və ya avtovağzalın (avtostansiyanın) səlahiyyətli nümayəndəsi tərəfindən əşyanı tapan şəxsin iştirakı ilə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun iki nüsxədən ibarət müvafiq akt tərtib olunur. Həmin aktda tapılmış əşyaların xarici görünüşü və onların aşkar olunması şəraiti ətraflı təsvir edilir.

5.32. Tapılmış əşyaların saxlanmağa verilməsi aşağıdakı qaydada rəsmiləşdirilir:

5.32.1. reys başa çatdıqdan sonra tapılmış əşya bu Qaydaların 5.31-ci bəndi ilə müəyyən edilmiş müvafiq aktla birlikdə avtovağzalın (avtostansiyanın) rəisinə və ya növbədə olan növbətçiyə, onlar olmadıqda isə daşıyıcının növbətçi dispetçerinə verilməlidir;

5.32.2. akt tərtib edildikdən sonra anbardar tərəfindən onun hər iki nüsxəsinə imza edilərək əşyalar əşya anbarına və ya saxlanma kamerasına verilir və nüsxənin biri aktların qeydiyyatı kitabında qalır, digəri isə əşyalarla birlikdə anbardara verilir;

5.32.3. əşyalar anbara və ya saxlanma kamerasına qəbul edilərkən onların aktlardakı müvafiq qeydlərə uyğun olması yoxlanılmalıdır;

5.32.4. anbara və ya saxlanma kamerasına qəbul edilmiş əşyalar barədə məlumatlar bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada tərtib edilən anbarda saxlanılmaqda olan unudulmuş (itirilmiş) əşyaların qeydiyyat kitabına anbardar tərəfindən daxil edilir;

5.32.5. əşyalar aktda olan qeydlərə uyğun olmadıqda anbara və ya saxlanma kamerasına qəbul edilmir, aktla birlikdə dəqiqləşdirmək və müvafiq qaydada rəsmiləşdirmək üçün geri qaytarılır.

5.33. Avtovağzalın (avtostansiyanın) və ya daşıyıcının səlahiyyətli nümayəndəsi sərnişinə onun itirdiyi əşyanın axtarışı ilə bağlı müvafiq məlumat verməlidir.

5.34. Tapılmış əşyaların saxlanılmasına dair tələblər aşağıdakılardan ibarətdir:

5.34.1. tapılmış əşyalar bilavasitə unudulmuş əşyalar anbarında və ya saxlanma kamerasının tapılmış əşyalar sektorunda xüsusi təchiz olunmuş və onların xarab olmasını istisna edən yerdə 30 gün müddətə qədər saxlanılır;

5.34.2. saxlanmağa qəbul edilən əşyaların üzərinə, tapılmış əşyanın ilkin verilmə yeri, verilmə tarixi və aktın nömrəsi göstərilən məlumat bərkidilir;

5.34.3. qida və konservləşdirilmiş məhsullar tapıldığı gündən 10 gün keçdikdən sonra, dağınıq formada olan və ya tezkorlanan məhsullar isə 24 saat keçdikdən sonra məhv edilir. Qida məhsullarının məhv edilməsi avtovağzalın (avtostansiyanın) müvafiq komissiyasının aktı ilə rəsmiləşdirilir;

5.34.4. tapılmış silah, sursat, partlayıcı maddələr, şəxsiyyəti təsdiq edən sənədlər, pul, o cümlədən xarici valyuta, qiymətli kağızlar, zərgərlik məmulatları və digər qiymətli əşyalar müvafiq akt əsasında yerli daxili işlər orqanlarına təhvil verilir.

5.35. Tapılmış əşyalar avtovağzal (avtostansiya) və ya daşıyıcı tərəfindən onların sahiblərinə aşağıdakı qaydada təhvil verilir:

5.35.1. tapılmış əşya onun sahibinin ərizəsi ilə (ərizədə əşyanın əlamətləri göstərilməlidir) şəxsiyyəti təsdiq edən sənədlər təqdim edilməklə, avtovağzalın (avtostansiyanın) və ya daşıyıcının səlahiyyətli nümayəndəsinin razılığı əsasında müəyyən olunmuş vaxtda təhvil verilir;

5.35.2. itirilmiş əşyanın saxlanmasına görə onun sahibindən müəyyən olunmuş tariflərə uyğun olaraq saxlanma haqqı tutulur. Əşyanın saxlanmasına görə haqq tutulduqda, müəyyən olunmuş formada qəbz verilir.

6.1. Bütün növ daşımalar üzrə sərnişin müvafiq qaydada rəsmiləşdirilmiş biletə (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla) və ya onun gediş hüququnu təsdiq edən digər sənədə malik olmalıdır. Gediş sənədi (bileti) və ya gediş hüququnu təsdiq edən digər sənədə malik olmayan, yaxud gediş haqqını ödəniş aləti ilə ödəməyən sərnişinlərin avtobusda getməsinə yol verilmir.

6.2. Sərnişin əldə etdiyi bileti gediş müddəti ərzində özündə saxlamalı və nəzarətçinin və ya yoxlamanı aparan digər səlahiyyətli şəxsin tələbi ilə həmin bileti təqdim etməlidir.

6.3. Şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşınması üçün gediş biletlərinin və ödəniş alətinin satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi satış məntəqələrində, bilet kassalarında və elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir.

6.4. Sərnişinlər tərəfindən gediş haqqının ödənilməsi və ya ödənilmiş gediş haqqının təsdiq olunması üçün daşıyıcı şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə işləyən avtobusların salonunda elektron turniketlər quraşdıra bilər.

6.5. Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə biletlərin satışı avtovağzalların (avtostansiyaların) kassaları tərəfindən, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir. Biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılır.

Sərnişinlərdə biletlərin və ya digər gediş sənədlərinin olması sürücü, yaxud konduktor tərəfindən sərnişinlər avtobusun salonuna daxil olduqda yoxlanılır.

6.6. Daşıyıcı bilet satışını avtovağzalın (avtostansiyanın) kassaları vasitəsilə, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirdikdə, bilet satışından əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş müvafiq faizini, avtovağzalın (avtostansiyanın) sərnişin daşınmasının təşkili ilə bağlı xərclərinin qarşılanması üçün avtovağzalın (avtostansiyanın) hesabına köçürür. Müqavilə üzrə faiz məbləği I kateqoriya avtovağzallar üzrə 22%-dək, II kateqoriya avtovağzallar üzrə 18%-dək I kateqoriya avtostansiyalar üzrə 15%-dək, II və III kateqoriya avtostansiyalar üzrə isə 10%-dək olmaqla müəyyən edilə bilər.

6.7. Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi Agentliyin informasiya sistemi üzərindən elektron qaydada doldurulur.

6.8. Şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında bir dəfə istifadə üçün — bir gediş üçün biletlər, eləcə də bir neçə dəfə istifadə üçün nəzərdə tutulmuş — aylıq, yarımaylıq, həftəlik, bir neçə günlük və ya bir neçə gediş üçün biletlər tətbiq edilə bilər.

6.9. Müntəzəm şəhərdaxili marşrutlarda tətbiq edilən hərəkətin adi rejimində bir neçə dəfə istifadə üçün nəzərdə tutulmuş biletlər müvafiq marşrutun başlanğıc məntəqəsindən təyinat məntəqəsinədək gediş etmək üçün etibarlı sayılır.

6.10. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında tətbiq edilən biletin üzərində aşağıdakı rekvizitlər göstərilməlidir:

6.10.1. şəhərin (rayonun) və sifarişçinin (daşımaların təşkilatçısının) adı;

6.10.2. daşıyıcının adı;

6.10.3. təyinatı, nömrəsi, seriyası və gediş haqqı;

6.10.4. qüvvədə olduğu müddət (gedişlərin sayı) və zəruri olduqda daşımaların şərtləri haqqında qısa məlumat.

6.11. Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında tətbiq edilən biletin üzərində aşağıdakı rekvizitlər göstərilməlidir:

6.11.1. sifarişçinin (və ya daşımaların təşkilatçısının) adı;

6.11.2. daşıyıcının adı;

6.11.3. biletin təyinatı, nömrəsi və seriyası;

6.11.4. sərnişinin səfərinin başlanğıc və sonuncu dayanacaq məntəqələrinin adı;

6.11.5. avtobusun hərəkət marşrutu (marşrutun nömrəsi);

6.11.6. səfərin tarixi, vaxtı və yeri;

6.11.7. oturacaq yerinin nömrəsi;

6.11.8. tarifin növü və gediş haqqı;

6.11.9. sərnişinin pasport məlumatları: soyadı, adı və pasport nömrəsi (beynəlxalq daşımalarda);

6.11.10. biletin rəsmiləşdirilmə tarixi, yeri və rəsmiləşdirməni aparan şəxsin soyadı, adı və imzası (beynəlxalq daşımalarda).

6.12. İtirilmiş biletin (“AYNA” informasiya sistemi üzərindən elektron qaydada alınmış biletlər istisna olmaqla) dublikatı verilmir, onun üçün ödənilmiş pul məbləği geri qaytarılmır və sərnişin gedişə buraxılmır. Beynəlxalq marşrutlarda bileti itirmiş sərnişin, onun kassa cədvəlində göstərilmiş soyadı şəxsiyyəti təsdiq edən sənədlərlə sübut edildikdə gedişə buraxılır.

6.13. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq sərnişin daşınması üçün verilmiş bilet digər şəxsin gedişi üçün istifadə oluna bilməz. Şəxsin pasport məlumatları biletdə göstərilən məlumatlara uyğun gəlmədikdə, həmin şəxs gediş hüququndan istifadə edə bilməz.

6.15. Müntəzəm sərnişin daşımaları zamanı güzəştli və ya ödənişsiz gediş hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş əhalinin ayrı-ayrı kateqoriyalarına verilir və bunun üçün onlar müvafiq vəsiqənin, talonun və müəyyən olunmuş nümunədə olan digər sənədin əslini təqdim etməlidirlər. Güzəştli və ödənişsiz gedişə hüquq verən gediş sənədi konkret ünvanlıdır və digər şəxslərə verilə bilməz.

6.16. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq sərnişin daşımalarında uşaqlara və digər kateqoriyadan olan sərnişinlərə güzəştlərin verilməsi qaydası həmin marşrutların istismarçıları olan daşıyıcılar arasında bağlanan müqavilələrlə, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur.

6.17. Milli və Sovet İttifaqı qəhrəmanları və onlara bərabər tutulan şəxslər, əmək qəhrəmanları, dövlət ordenləri ilə təltif olunmuş şəxslər, II dünya, Əfqanıstan, Qarabağ və Vətən müharibələri iştirakçıları, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər müvafiq sənədləri təqdim etməklə, biletləri kassalarda və ya satış məntəqələrində növbədənkənar əldə etmək hüququna malikdirlər.

6.18. Məktəbəqədər uşağı olan sərnişinlər və hamilə qadınlar biletləri ana və uşaq otağı vasitəsilə, belə otaq olmadıqda isə kassadan növbədənkənar əldə edirlər.

6.20. Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında biletlərin əvvəlcədən satışı təşkil edilə bilər.

6.21. Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında sərnişinlərə satılmış biletlərin sayı istehsalçı-zavod tərəfindən həmin daşımalarda istifadə olunan avtobus üçün müəyyən edilmiş oturacaq yerlərinin sayına uyğun olmalıdır.

6.22. Beynəlxalq və şəhərlərarası (rayonlararası) müntəzəm daşıma-larda biletlərin kassalarda satışından aşağıdakı hallarda imtina edilə bilər:

6.22.1. avtobuslarda (şəhərdaxili avtobuslar istisna olmaqla) boş yer olmadıqda;

6.22.2. sərnişin sərxoş vəziyyətdə və ya digər sərnişinlərin sağlamlığına təhlükə yaradan dərəcədə xəstə olduqda;

6.22.3. sərnişinə məxsus baqaj və ya əl yükü daşınması qadağan edilmiş əşyalardan ibarət olduqda.

6.23. Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə bilet kassalarının işi avtobusların boş yerlərlə yola düşməsi hallarının istisna edilməsinin və sərnişinlər tərəfindən biletlərin vaxtlı-vaxtında alınmasının təmin olunması şərtilə təşkil edilməlidir. Həmin marşrutlar üzrə bilet kassalarının işi ilk reysin yola düşməsinə ən azı 30 dəqiqə qalmış başlamalı və sonuncu reysin avtovağzaldan (avtostansiyadan) yola düşməsindən tez olmayaraq başa çatmalıdır.

6.24. Beynəlxalq və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutları üzrə gediş sənədinin aralıq dayanacaq məntəqələri üzrə satışı avtobusda boş yerlərin olması barədə məlumatın alındığı vaxtdan kassalarda və ya “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir.

6.25. Gediş sənədinin (biletlərin) əvvəlcədən satışı avtobusun yola düşməsinə 30 gün qalmış başlayır və 2 saat qalmışadək davam edir. Avtobusun yola düşməsinə 30 dəqiqə qalmış biletlərin kassalarda, satış məntəqələrində və ya “AYNA” informasiya sistemi üzərindən satışı dayandırılır.

6.27. Sifariş edilmiş bilet əvvəlcədən satış kassalarında saxlanılır və müntəzəm şəhərlərarası (rayonlararası) marşrutlarda avtobusun yola düşməsinə 12 saat, müntəzəm beynəlxalq marşrutlarda isə avtobusun yola düşməsinə 1 gün qalmış tələb edilməlidir. Tələb edilməmiş biletlər satılmaq üçün satış kassalarına verilir.

6.28. Şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda biletlərin əvvəlcədən satışına görə sərnişinlərdən, o cümlədən güzəştli gediş hüququna malik olan şəxslərdən müəyyən edilmiş məbləğdə komisyon muzdu alınır.

6.29. Müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır.

Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır.

6.29-1. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedirlər.

6.30. Sərnişin şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda işləyən avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, o alınmış bileti 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə 3 gün ərzində həmin marşrut üzrə digər avtobus reysinə biletin dəyərinin 25 faizini əlavə ödəməklə təzələyə və ya həmin biletin dəyərinin 25 faizini çıxılmaqla ödənilmiş məbləği geri ala bilər.

Sərnişinin xəstəlik və ya bədbəxt hadisə nəticəsində avtobusa gecikməsi, müalicə müəssisəsinin arayışı və ya bədbəxt hadisə barədə tərtib olunmuş aktla təsdiq edilməlidir.

6.31. Bilet şəhərlərarası (rayonlararası) müntəzəm marşrut avtobusunun yola düşməsinə ən azı 2 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytarıldıqda, onun əvvəlcədən satışına görə komisyon muzdu çıxılmaqla gediş haqqı sərnişinə qaytarılır. Bilet həmin müddətdən gec, lakin avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxt ərzində qaytarıldıqda onun dəyərinin 15 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.

6.32. Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış qaytarıldıqda onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 50 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.

6.33. Müntəzəm marşrutlarda avtobusun yola düşməsi hərəkət cədvəlində nəzərdə tutulmuş vaxtdan 1 saatdan artıq müddətə gecikdikdə və ya sərnişinə biletdə nəzərdə tutulduğundan aşağı dərəcəli yer verildikdə, o cümlədən biletdə nəzərdə tutulmuş yer sərnişinə verilmədikdə, o avtobus yola düşənədək bileti kassaya qaytarmaq və gediş haqqının tam dəyərini və əvvəlcədən satışa görə ödənilmiş komisyon muzdu geri almaq hüququna malikdir.

Sərnişin daha aşağı dərəcəli avtobusda gedişə razılıq verdikdə, ödənilmiş gediş haqqı ilə ödənilməli olan gediş haqqı arasındakı fərq sərnişinə qaytarılır.

6.34. Hərəkət cədvəlində nəzərdə tutulmuş müntəzəm marşrut avtobusun yerinə gediş haqqı daha yüksək olan avtobus təqdim edildikdə, bu barədə elan edilənədək bilet almış sərnişin həmin biletə əsasən əlavə gediş haqqını ödəmədən gedişi həyata keçirmək hüququna malikdir. Avtobusun daha yüksək tarifliyə dəyişdirilməsi haqqında elan edildiyi andan sərnişinlərə əvvəlcədən xəbərdarlıq edilərək biletlər daha yüksək tariflərlə satılır.

6.35. Daşıyıcıdan asılı olmayan səbəblərdən sərnişinlərin təyinat məntəqələrinə çatdırılması mümkün olmadıqda, gedişin dayandırıldığı məntəqədən təyinat məntəqəsinədək olan gedişin dəyəri reysin ləğv edildiyi andan 3 iş günü ərzində sərnişinə qaytarılır. Bu hallarda sərnişin onun tələbi ilə yaxınlıqda olan avtovağzala (avtostansiyaya), dəmir yolu stansiyasına və ya hava limanına daşıyıcı tərəfindən çatdırılmalıdır. Avtobus marşrutun başlanğıc məntəqəsinə qaytarıldıqda sərnişinə gediş haqqı və baqajın (əl yükünün) daşınması haqqı 3 iş günü ərzində qaytarılır.

6.36. Yol getdiyi zaman sərnişin öz təqsiri səbəbindən getdiyi avtobusdan geri qaldıqda, gediş haqqı geri qaytarılmır.

7.1. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq sərnişin daşımaları beynəlxalq əlaqə üçün açıq olan və yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verən ümumi istifadədə olan avtomobil yollarından keçməli və başlanğıc məntəqələri ilə təyinat məntəqələri arasında əlaqəni təmin etməlidir.

7.3. Müntəzəm beynəlxalq avtobus marşrutları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya Azərbaycan Respublikasının və digər ölkənin nəqliyyat sahəsində səlahiyyətli qurumlarının qarşılıqlı razılaşması əsasında açılır.

7.4. Beynəlxalq müntəzəm avtobus marşrutunun açılması, həmçinin daşıyıcı (və ya daşıyıcılar) tərəfindən də təklif edilə bilər. Bu halda daşıyıcı marşrut üzrə avtobusun hərəkət cədvəli, marşrutun sxemi, sərnişinlərin və baqajın daşınma tarifi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumuna təqdim etməlidir.

7.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müntəzəm beynəlxalq marşrutun açılması, o cümlədən marşrutun keçdiyi ərazi, hərəkət cədvəli, tariflər, dayanacaq məntəqələri, habelə daşımaların vaxtı və müntəzəmliyini ərazisindən marşrutun keçdiyi dövlətlərin səlahiyyətli qurumları ilə razılaşdırdıqdan sonra yerli daşıyıcıların həmin beynəlxalq marşrut üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə cəlb edilməsi üçün müsabiqə keçirir.

7.6. Müsabiqənin nəticəsinə görə müntəzəm beynəlxalq avtobus marşrutu üzrə sərnişin daşınması hüququnu əldə etmiş daşıyıcıya Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydaların 7.5-ci bəndinə uyğun olaraq müvafiq sənədlər verilir. Daşıyıcıya verilən digər tərəfdaş ölkənin beynəlxalq marşrutlar üzrə icazə sənədlərinin sayı onun istifadəsində olan hər bir avtobusda icazənin əsli olmaq şərtilə müəyyən edilir.

7.7. Marşrutun, avtobusların hərəkət cədvəlinin və dayanacaq məntəqələrinin dəyişdirilməsi, habelə marşrutun bağlanması ərazisindən marşrutun keçdiyi dövlətlərin səlahiyyətli orqanları ilə qabaqcadan razılaşdırıldıqdan sonra həyata keçirilir.

7.8. Azərbaycan Respublikasında qeydiyyata alınmış daşıyıcı avtomobil nəqliyyatı ilə beynəlxalq marşrutlarda müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsi barədə hər il fevralın 1-dək əvvəlki il üçün yerinə yetirilmiş reyslərin və daşınmış sərnişinlərin sayı daxil olmaqla, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumuna yazılı məlumat verməlidir.

7.9. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq dövlət qurumlarına beynəlxalq sərnişin daşımalarının həyata keçirilməsi, həmçinin yeni açılmış beynəlxalq marşrutlar barədə məlumat verilir.

7.10. Beynəlxalq sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçməsinə nəzarət edən müvafiq dövlət qurumları müəyyən edilmiş tələblərin daşıyıcılar tərəfindən pozulması halları barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verirlər.

7.11. Beynəlxalq daşımaları həyata keçirən fiziki və hüquqi şəxslər, nəqliyyat təşkilatları, nəqliyyat vasitələrinin sahibləri və daşımaların təşkilatçıları sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görməli, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamalı və belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etməlidirlər.

8.1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınması müntəzəm daşımalar üçün müəyyən olunmuş marşrut şəbəkəsinin avtomobil yolları və küçələri, yaxud daşınma üçün yararlı olan digər avtomobil yolları və küçələri ilə yerinə yetirilə bilər.

8.1-1. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.

8.2. Qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən, daşıyıcılar tərəfindən aşağıdakılar təmin edilməlidir:

8.2.1. daşınma üçün yalnız yararlı yollardan istifadə etməklə, marşrut istiqamətinin seçilməsini;

8.2.2. marşrut üzrə yolun şəraitinin yoxlanılmasını və həmin şəraitə uyğun istismar olunacaq avtobusun təqdim edilməsini;

8.2.4. sərnişinlərin daşınmasına dair təhlükəsizlik tələbləri, habelə sürücülər üçün müəyyən olunmuş istirahət və iş rejimi nəzərə alınmaqla avtobusların marşrut üzrə hərəkət cədvəllərinin daşımanın sifarişçisi ilə birlikdə tərtib edilməsini;

8.2.5. avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini;.

8.2-1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:

8.2-1.1. müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək;

8.2-1.2. müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaq məntəqələrində sərnişinləri mindirmək və düşürmək.

8.3. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla) sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilir.

8.4. Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.

8.5-1. Qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın elektron qaydada tərtib edilməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və formulyar üzrə məlumatlar informasiya sisteminə daxil edilir.

8.6. İcarə (fraxtetmə) müqaviləsi əsasında avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınması zamanı avtonəqliyyat vasitəsinin istifadə olunması vaxtı daşımanın başlanması anından başa çatması anınadək hesablanır.

8.7. Qeyri-müntəzəm sərnişin daşımaları üzrə daşınma haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sifarişçi ilə daşıyıcı arasında bağlanılmış müqavilə əsasında müəyyən edilir. Daşıyıcının təqsiri ucbatından sərnişin avtonəqliyyat vasitəsinin boş dayanması vaxtı sifarişçi tərəfindən ödənilmir.

8.8. İcarə (fraxtetmə) müqaviləsi əsasında qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsi üçün sifarişlər hüquqi və fiziki şəxslərdən yazılı formada qəbul edilir.

8.9. Daşıyıcı ilə sifarişçi arasında sərnişinlərin avtonəqliyyat vasitəsilə daşınması üçün bağlanılan icarə (fraxtetmə) müqaviləsində daşınmanın marşrutu, sərnişinlərin sayı, daşımanın başlanması və başa çatması tarixi, vaxtı və yeri, daşıma haqqı, daşıyıcının təqdim edilən əlavə ödənişsiz və ödənişli xidmətlərin siyahısı, təqdim olunan sərnişin avtomobil nəqliyyatı vasitəsinin növü və digər şərtlər göstərilməlidir.

8.10. Avtomobil nəqliyyatı ilə uzaq məsafələrə qeyri-müntəzəm sərnişin daşınması zamanı sərnişinlərin və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyətinin dincəlməsi və qidalanması üçün dayanacaqlar nəzərdə tutulmalıdır.

8.11. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları üçün avtovağzallardan (avtostansiyalardan) istifadə olunması yalnız avtovağzallarla (avtostansiyalarla) bağlanılmış müqavilə əsasında yerinə yetirilə bilər.

8.12. Qeyri-müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vasitəsilə daşınan sərnişinlərin sayı həmin avtonəqliyyat vasitəsi üçün istehsalçı zavod tərəfindən müəyyən edilmiş oturacaq yerlərinin sayından çox olmamalıdır.

8.15. Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər.

8.16. Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur.

8.17. Növbələrarası istirahəti 12 saatdan az olan sürücülərin avtonəqliyyat vasitələri ilə uşaq qruplarının daşınması üçün reysə çıxmasına yol verilmir.

8.18. Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.

8.19. Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.

8.20. Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.

8.21. Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir.

8.22. Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.

Daşınmanın davam etdirilməsi haqqında qərar bu bənddə göstərilən şəxslər tərəfindən qəbul edilir.

9.1. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə cavab verməlidir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.

9.2. Vağzalların, hava limanlarının, xəstəxanaların, ticarət və mədəniyyət mərkəzlərinin, kütləvi istirahət komplekslərinin və yaşayış massivlərinin yerləşdiyi ərazilərin yaxınlığında taksi minik avtomobillərinin duracaq yerlərinin geniş şəbəkəsi təşkil edilir.

9.4. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir. Taksi minik avtomobilinin sifarişçiyə təqdim edilməsinə görə gediş haqqının qiyməti sərnişin daşınmasını yerinə yetirən daşıyıcı və ya taksi sifarişi operatoru tərəfindən elan edilir.

9.5. Sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir.

9.6. Taksi minik avtomobilinin bir neçə sərnişin tərəfindən duracaq yerində kirayənlənməsinə yalnız növbədə birinci olan sərnişinin razılığı ilə yol verilir. Taksi minik avtomobilini kirayələmiş sərnişinin razılığı ilə daşıyıcı digər sərnişinlərin avtomobilə yolüstü mindirilməsini həyata keçirə bilər. Bu hallarda gediş haqqının ümumi məbləği sərnişinlər arasında onların hər birinin getdiyi məsafəyə uyğun olaraq bölüşdürülür. Bir taksi minik avtomobili eyni istiqamətdə gedən bir neçə sərnişin tərəfindən kirayələndikdə və həmin sərnişinlərin getdikləri məsafə təxminən bərabər olduqda, gediş haqqının ümumi məbləği sərnişinlər arasında bərabər bölüşdürülür.

9.7. Taksi minik avtomobili kirayələnmədikdə, onun damındakı “Taksi” tanınma nişanı fənəri sürücü tərəfindən yandırılmalı, taksi minik avtomobili sərnişin tərəfindən kirayələndikdə isə həmin fənər söndürülməlidir.

9.8. Taksi minik avtomobilinin pəncərələrinin açılmasına yalnız sərnişinin və sürücünün qarşılıqlı razılığı ilə yol verilir.

9.9. Taksi minik avtomobillərində oddan təhlükəli, tezalışan, partlayıcı, zəhərli maddələr və materialların, kəsici, çirkləndirici və ya avtomobilin salonunun üzlüyünü korlaya bilən baqajın, üzlüksüz və ya qablaşdırılmamış odlu silahın, heyvan və quşların (pişiklərin, ağızlığı taxılmış və qısa xalta qayışı olan itlərin altına salınan xüsusi döşənəklərin olduğu halda, səbətdə, zənbildə, çantada xırda heyvanlar, dibi bağlı və açıq olmayan qəfəsdə quşlar istisna olmaqla) daşınmasına yol verilmir.

9.10. Taksi minik avtomobili sürücüsünün vəzifələri aşağıdakılardır:

9.10.1. müvafiq qaydada gündəlik reysqabağı tibbi müayinədən keçmək;

9.10.2. istifadəsində olan avtonəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışdan keçməsini, rübdə bir dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasını, həmçinin reysqabağı yoxlanılmasını təmin etmək və istismar edərkən onu texniki cəhətdən saz vəziyyətdə saxlamaq;

9.10.3. xidmət göstərdiyi ərazinin hüdudlarında küçələrin və əsas obyektlərin adlarını və onların yerləşdiyi yerləri, taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş duracaq yerlərini, yol hərəkətinin təşkilini, tibbi yardım və polis bölmələrinin yerləşdiyi yerləri bilmək;

9.10.4. avtonəqliyyat vasitəsinin salonunun və baqaj bölməsinin təmiz vəziyyətdə olmasına daim nəzarət etmək, iş vaxtı təmiz və səliqəli geyimdə olmaq, habelə sərnişinlərlə və nəzarət edən şəxslərlə ünsiyyətdə nəzakətli olmaq;

9.10.5. xidmət etdiyi ərazi hüdudlarında sərnişini göstərilən ünvana çatdırmaq;

9.10.6. daşımanın yerinə yetirilməsi üçün duracaq yerində sifarişi gözləyərkən “Taksi” tanınma nişanı fənərini yandırmaq və taksi minik avtomobilinin salonunda olmaq;

9.10.7. duracaq yerində sərnişinlərin növbə ilə taksi minik avtomobilinə minməsini təmin etmək;

9.10.8. yol hərəkəti qaydalarına riayət etməklə sifariş edilməmiş taksi minik avtomobilini gedişi həyata keçirmək istəyi olan və müvafiq işarə edən sərnişinin tələbi ilə dayandırmaq;

9.10.9. sərnişinə xidmət göstərilməsini davam etdirməyə yol verməyən nasazlıq aşkar edildikdə, taksometrin göstəricilərinə görə sərnişinlə hesablaşmaq və gedişin davam etdirilməsində ona yardım etmək;

9.10.10. sərnişindən təyinat məntəqəsini öyrəndikdən sonra, taksometri işə salmaq, “Taksi” tanınma nişanı fənərini söndürmək və hərəkətə başlamaq;

9.10.11. yol hərəkəti qaydalarına riayət etməklə, sərnişinin göstərdiyi ünvana ən qısa yolla getmək;

9.10.12. hərəkət marşrutunu yalnız sərnişinin razılığı və ya təşəbbüsü ilə dəyişmək;

9.10.13. daşınma başa çatdıqda, taksometrin göstəricisinə uyğun olaraq sərnişinə gediş qiymətini elan etmək, onunla hesablaşmaq, sərnişinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada çek və ya ödəniş qəbzini vermək, baqajı vermək, avtomobildə sərnişinin əşyasının (əşyalarının) yaddan çıxıb qaldığı aşkar edildikdə isə onun (onların) sahibinə qaytarılması üçün zəruri tədbirlər görmək;

9.10.14. Qanunun 13-cü maddəsinə uyğun olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımalarına icazə verən buraxılış vəsiqəsinə malik olmaq;

9.10.15. buraxılış vəsiqəsinə malik olduqdan sonra mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan buraxılış kartını əldə etmək.

9.11. Taksi minik avtomobili sürücüsünün aşağıdakı hüquqları vardır:

9.11.1. sərnişindən ictimai qaydaya riayət edilməsini tələb etmək;

9.11.2. sərnişin tərəfindən ictimai qayda pozulduqda gedişi dayandırmaq, sərnişinlə hesablaşmaq, sərnişini düşürmək, yaxud polis bölməsinə aparmaq;

9.11.3. gediş haqqını ödəməkdən boyun qaçıran sərnişinin şəxsiyyətini müəyyən etmək üçün daxili işlər orqanlarına müraciət etmək;

9.11.4. daşınma ilə əlaqədar xidmətin göstərilməsi başlananadək sərnişinin gediş haqqını ödəmək imkanında şübhə olduqda, sərnişindən qabaqcadan gedişin və boşdayanmanın güman edilən dəyərindən artıq olmayan miqdarda ödəniş almaq;

9.11.5. taksi minik avtomobilinin sifarişçisi razılaşdırılmış vaxtda xidmət göstərilməsi üçün nəzərdə tutulan yerə gəlmədikdə, sifarişi baş tutmamış hesab etmək;

9.11.6. sərnişin çirkli paltarda və ya sərxoş vəziyyətdə olduqda, kobud surətdə ictimai qaydanı pozduqda, yaxud sürücüyə avtonəqliyyat vasitəsini idarə edərkən mane olduqda, gedişi dayandırmaq və həmin sərnişinin daşınmasından imtina etmək.

9.12. Taksi minik avtomobilin sürücüsünə aşağıdakılar qadağandır:

9.12.1. taksi minik avtomobillərinin duracaq yerlərindən kənar sifariş gözləmək və hərəkətə təhlükə yaradan yerlərdə sərnişinlərə xidmət göstərmək;

9.12.2. hərəkətə təhlükə yaradan texniki nasazlığı, o cümlədən nasaz və ya plombu pozulmuş taksometri, yaxud spidometri olan taksi minik avtomobili ilə sərnişin daşınmasını yerinə yetirmək;

9.12.3. taksometr söndürülmüş halda olduqda, sərnişin daşınmasını yerinə yetirmək;

9.12.4. taksi minik avtomobilinin texniki göstəricilərinə əsasən müəyyən edilmiş normadan artıq miqdarda sərnişin və baqaj (əl yükü) daşımaq;

9.12.5. taksi minik avtomobilinə onu birinci kirayələmiş şəxsin razılığı olmadan digər sərnişinləri mindirmək;

9.12.6. sərnişindən taksometrin göstəricisindən artıq miqdarda haqq ödəməyi tələb etmək;

9.12.7. taksi minik avtomobilinin taksometrini və ya tanınma işıq fənərini hər hansı əşyalarla örtmək və ya çıxarmaq.

9.13. Taksi minik avtomobili sərnişininin vəzifələri aşağıdakılardır:

9.13.1. gediş başa çatdıqda taksometrin göstəricisinə əsasən hesablanmış daşınma haqqını ödəmək;

9.13.2. taksi minik avtomobili hərəkət etdikdə sürücünün diqqətini yayındırmamaq və ictimai qaydaya riayət etmək;

9.13.3. gözləmə yeri və vaxtını sürücü ilə razılaşdırmaq;

9.13.4. təyin edilmiş vaxtı ötürməklə sifarişi təxirə saldıqda, müəyyən etdiyi yerə gəlmiş taksi minik avtomobilinin taksometrində göstərilmiş məbləği ödəmək.

9.14. Taksi minik avtomobili sərnişininin hüquqları aşağıdakılardır:

9.14.1. müəyyən edilmiş xidmət ərazisi hüdudlarında təyinat məntəqəsinə gediş üçün taksi minik avtomobilini kirayələmək;

9.14.2. gəlmə yerini və vaxtını göstərməklə taksi minik avtomobilini sifariş etmək (o cümlədən, telefon vasitəsilə);

9.14.3. taksi minik avtmobilinin texniki göstəricilərinə əsasən müəyyən edilmiş normadan artıq olmayan miqdarda əlavə haqq ödəmədən baqaj və əl yükü daşımaq;

9.14.4. taksi minik avtomobili sürücüsünün xahişi ilə qabaqcadan gedişin və gözləmə zamanı dayanmanın güman edilən dəyərindən artıq olmayan miqdarda haqq ödəmək;

9.14.5. taksi minik avtomobilinin salonunda avtomobilin qapısından içəri sərbəst daxil edilə bilən salonun üzlüyünü və avadanlığını korlamayan və çirkləndirməyən, habelə avtomobilin təhlükəsiz idarə edilməsində sürücüyə maneçilik törətməyən müxtəlif əşyaları daşımaq;

9.14.6. daşıyıcının əmlakının korlanmasına görə məsuliyyəti öz üzərinə götürməklə, ağızlığı taxılmış və qısa xalta qayışı olan itləri, habelə xüsusi sukeçirməyən altlığı olan səbətlərdə, zənbillərdə, çantalarda pişikləri, digər xırda heyvanları və dibi bağlı qəfəslərdə quşları daşımaq;

9.14.7. taksi minik avtmobilinin sürücüsündən təyinat məntəqəsinə icazə verilmiş ən qısa marşrutla hərəkət etməyi tələb etmək;

9.14.8. taksi minik avtomobilində gediş üçün sifarişin rəsmiləşdirilməsi zamanı göstərilən xidmətlərin təxmini dəyəri və şərtləri barədə məlumat almaq;

9.14.9. sifarişləri qəbul edən məntəqəyə xəbər verməklə, taksi minik avtomobilinin müəyyən edilmiş vaxtda gəlməsinə ən azı 30 dəqiqə qalmış daşınma üçün edilmiş sifarişi ləğv etmək;

9.14.10. kirayə və ya gediş haqqının ödənilməsi barədə çek və ya ödəniş qəbzi tələb etmək.

9.15. Taksi minik avtomobilindən növbədənkənar istifadə etmək hüququ hamilə qadınlara, məktəbəqədər yaşlı uşaqlarla olan sərnişinlərə və aşkar şəkildə əlillik əlamətləri olan şəxslərə verilir.

10.1. Sərnişinin hüquqları aşağıdakılardır:

10.1.1. marşrut üzrə gediş biletini əldə etmək (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla), avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer göstərilmədikdə, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə boş yeri tutmaq və gedişi həyata keçirmək;

10.1.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;

10.1.2. müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) ayrıca yer tutmadan və gediş haqqı ödəmədən özü ilə beş yaşına qədər bir uşağı aparmaq, habelə bu Qaydalarla və Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş digər gediş güzəştlərindən istifadə etmək;

10.1.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında özü ilə 5 yaşadək uşaqları ödənişsiz aparmaq;

10.1.3. daşınma haqqı ödənilmədən özü ilə bu Qaydaların 5.2-ci bəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmayan bir yer həcmində baqaj, əl yükünü, uşaq arabasını, həmçinin qəfəsdə xırda heyvanları və quşları aparmaq;

10.1.4. sərnişin daşınması üçün istifadə olunan sərnişin avtonəqliyyat vasitəsində gediş haqqı alınmış biletin qiymətindən yüksək olduqda, əlavə ödəniş etmədən əvvəl alınmış bilet əsasında gedişi həyata keçirmək;

10.1.5. daşıyıcının istifadə etdiyi sərnişin avtonəqliyyat vasitəsində gediş haqqı alınmış biletin qiymətindən aşağı olduqda bileti qaytarmaq və ya gediş üçün faktiki ödənilməli məbləğlə ödənilmiş məbləğ arasındakı fərqi geri alaraq gedişi həyata keçirmək;

10.1.6. bu Qaydalarda nəzərdə tutulmuş qaydada gediş başlananadək bileti geri qaytarmaq və ödənilmiş pul məbləğini geri almaq;

10.1.7. real qiymətindən yüksək olmamaqla baqajın qiymətini elan etmək;

10.1.8. sərnişin avtonəqliyyat vasitələrinin hərəkət cədvəli, gediş haqqı və sərnişin daşınmasının digər şərtləri haqqında vaxtlı-vaxtında və dəqiq məlumatlar almaq;

10.1.9. marşrut şəbəkəsinin, avtovağzalların (avtostansiyaların) işinin təkmilləşdirilməsi, avtomobil daşımalarının təhlükəsizliyinin və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sərnişin avtonəqliyyat vasitələrindən səmərəli istifadə olunmasına dair aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

10.1.10. daşıyıcılardan bu Qaydaların və avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsini tələb etmək;

10.1.11. sığorta olunanın “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş hüquqlarından istifadə etmək.

10.2. Sərnişinin vəzifələri aşağıdakılardır:

10.2.1. bu Qaydaların və digər normativ hüquqi aktların müddəalarından irəli gələn tələblərə riayət etmək, o cümlədən daşıyıcı ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək;

10.2.2. vaxtlı-vaxtında bileti (gediş sənədini) əldə etmək (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla) və bu Qaydalarla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gediş haqqını vaxtında və tam həcmdə ödəmək;

10.2.3. müəyyən edilmiş hallarda baqajın, o cümlədən əl yükünün daşınmasının haqqını ödəmək (baqaj qəbzini əldə etmək);

10.2.4. gediş zamanı özünün və uşaqlarının biletlərini (elektron qaydada əldə edilmiş biletlər istisna olmaqla), baqaj qəbzini, habelə güzəştli və ya ödənişsiz gediş hüququnu verən sənədlərin əslini özündə saxlamaq və nəzarəti həyata keçirən şəxslərin (sürücünün, konduktorun və ya nəzarətçinin) tələbi ilə həmin sənədləri təqdim etmək;

10.2.5. avtomobil nəqliyyatı ilə şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarında yeddi yaşınadək, şəhərlərarası (rayonlararası) müntəzəm daşımalarda on dörd yaşınadək, beynəlxalq müntəzəm daşımalarda isə on altı yaşınadək olan uşaqların yetkinlik yaşına çatmış sərnişin tərəfindən müşayiət olunmasını təmin etmək;

10.2.6. daşıyıcının nümayəndəsinin göstərişinə uyğun olaraq, əl yükünü sərnişin avtomobil nəqliyyatı vasitəsinin salonunda, baqajı isə baqaj bölməsində yerləşdirmək;

10.2.7. şəhərdaxili avtobuslarda məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün nəzərdə tutulmuş xüsusi oturacaq yerlərini onların tələbi ilə boşaltmaq;

10.2.8. sərnişin avtonəqliyyat vasitəsini yalnız minik meydançasında, meydança olmadıqda isə səkidə gözləmək;

10.2.9. sərnişin avtonəqliyyat vasitəsinin hökmən tələb edilməyən dayanacaq məntəqələrində dayandırılmasının zəruriliyi barədə sürücünü əvvəlcədən xəbərdar etmək;

10.2.10. digər sərnişinlərə, onların baqajı və əl yükünə, habelə sərnişin avtonəqliyyat vasitəsinə ziyan vura bilən hərəkətlərə yol verməmək;

10.2.11. sərnişin avtonəqliyyat vasitəsinin salonunda tapılmış sahibsiz (nəzarətsiz) əşya və sənədlər haqqında sürücüyə dərhal məlumat vermək;

10.2.12. sərnişin avtonəqliyyat vasitələrində daşınmasına icazə verilmiş ev heyvanlarının (it, pişik və s.) və quşların aparılması zamanı sanitar və baytarlıq normalarına riayət etmək;

10.2.13. beynəlxalq daşımalar zamanı müvafiq ölkənin dövlət sərhədindən keçmək hüququnu verən müvafiq qaydada rəsmiləşdirilmiş sənədlərə malik olmaq;

10.2.14. ərazisindən beynəlxalq sərnişin daşımaları yerinə yetirilən ölkənin dövlət sərhədlərindən keçid qaydalarına riayət etmək, habelə ona məxsus baqajı və əl yükünü gömrük nəzarətinə təqdim etmək və gömrük baxışında iştirak etmək;

10.2.15. sifariş olunmuş daşımadan vaxtlı-vaxtında imtina etmədikdə, sərnişin avtonəqliyyat vasitəsinin verilməsi ilə əlaqədar xərcləri ödəmək;

10.2.16. öz ehtiyatsızlığı və ya qəsdən etdiyi hərəkətlər nəticəsində daşıyıcıya və (və ya) digər sərnişinlərə vurulmuş zərərin əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmək.

10.3. Sərnişinə aşağıdakılar qadağandır:

10.3.1. gediş haqqının, habelə baqajın (əl yükünün) daşıma haqqının ödənilməsini və ya müvafiq güzəştlərə malik olmasını təsdiq edən sənədlər olmadan, yaxud gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsi tələb olunan hallarda belə ödəniş etmədən gedişi həyata keçirmək;

10.3.2. gediş sənədlərini saxtalaşdırmaq və onların üzərində düzəlişlər etmək;

10.3.3. şəhərdaxili daşımalarda gediş başa çatdıqdan sonra istifadə olunmuş bileti digər sərnişinə vermək;

10.3.4. avtonəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün diqqətini yayındırmaq;

10.3.5. əl yükünü sərnişin avtonəqliyyat vasitəsində oturacaqların üstündə, habelə giriş (çıxış) yerlərində yerləşdirmək;

10.3.6. sərnişin avtonəqliyyat vasitəsi tam dayananadək qapıları açmaq, onların açılmasına və ya bağlanmasına mane olmaq, qəza hadisələrinin baş verdiyi hallar istisna olmaqla, sürücünün icazəsi olmadan pəncərələri açmaq, habelə avtonəqliyyat vasitəsinin idarə edilməsinə müdaxilə etmək;

10.3.7. sərnişin avtonəqliyyat vasitəsinin qapılarına söykənmək;

10.3.8. zərurət olmadıqda sərnişin avtonəqliyyat vasitəsinin qəza avadanlığından istifadə etmək;

10.3.9. sərnişin avtonəqliyyat vasitəsinin pəncərəsindən hər hansı əşyaları atmaq;

10.3.10. sərnişin avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək;

10.3.11. sərnişin avtonəqliyyat vasitəsinin salonunu zibilləmək;

10.3.12. sərnişin avtonəqliyyat vasitəsində daşınması qadağan olunan əşyaları aparmaq;

10.3.13. sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və quş aparmaq;

10.3.14. digər sərnişinlər üçün narahatlıq yarada bilən xəstə halda və ya sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsinə minmək;

10.3.15. sərnişin avtonəqliyyat vasitəsinin salonunda aerozol və digər püsgürdücü vasitələrdən istifadə etmək;

10.3.16. sərnişin avtonəqliyyat vasitəsində tütün çəkmək, digər sərnişinlərin geyimlərini və ya sərnişin avtomobil nəqliyyatı vasitəsinin salonunu çirkləndirə bilən paltarda olmaq və ya çirkli əl yükünü aparmaq;

10.3.17. sərnişin avtonəqliyyat vasitəsini gözləyərkən və ya ondan düşəndən sonra minik meydançasının və ya səkinin ön hissəsində dayanmaq;

10.3.18. sərhəd nəzarəti zonasında olan sərnişin avtonəqliyyat vasitəsindən özbaşına düşmək və ona özbaşına minmək.

10.4. Sərnişin bu Qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, sifarişçiyə və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.

11.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirərkən daşıyıcının hüquqları aşağıdakılardır:

11.1.1. müntəzəm sərnişin daşımalarının sifarişçisindən marşrutun keçdiyi avtomobil yollarının və küçələrin lazımi səviyyədə saxlanılmasını tələb etmək, sərnişin avtonəqliyyat vasitələrinin müəyyən edilmiş hərəkət marşrutunun keçdiyi avtomobil yollarının və küçələrin təmir edilməsi zərurəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək;

11.1.2. sərnişin daşımalarının sifarişçisi və təşkilatçısı tərəfindən müqavilə öhdəlikləri pozulduqda, əvvəlcədən xəbərdarlıq etməklə marşrutda hərəkəti dayandırmaq;

11.1.3. sərnişinlərdən bu Qaydalara, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə və avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin şərtlərinə riayət olunmasını tələb etmək;

11.1.4. sərnişinlərin, habelə baqajın (əl yükünün) daşınmasına görə müəyyən edilmiş tariflərə uyğun olaraq haqq almaq;

11.1.5. sərnişinlərin gediş sənədlərini, habelə sərnişinin ödənişsiz və ya güzəştli gediş hüququnu təsdiq edən sənədləri yoxlamaq;

11.1.6. beynəlxalq sərnişin daşımaları zamanı biletdə göstərilən məlumatların sərnişinin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlara uyğunluğunu yoxlamaq;

11.1.7. sərnişinlərin və ya sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti üzvlərinin həyat və ya sağlamlığına təhlükə yarandıqda reysi təxirə salmaq və ya sərnişin avtonəqliyyat vasitəsinin hərəkətini dayandırmaq;

11.1.8. təbii fəlakət, epidemiya və ya digər fövqəladə halların baş verdiyi regionlara müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsini sərnişin daşımalarının sifarişçisi və təşkilatçısı ilə razılaşdırmaqla dayandırmaq və ya məhdudlaşdırmaq və bu barədə əhalini media ilə məlumatlandırmaq, daşınmanın təhlükəsizliyinə birbaşa təhlükə törədən hallarda isə sərnişin daşımalarını dərhal dayandırmaq;

11.1.9. sərnişinin razılığı əsasında baqajın və ya onun qablaşdırılmasının vəziyyəti barədə baqaj qəbzində qeydlər etmək. Sərnişin həmin qeydi təsdiq etmədikdə, daşıyıcı baqajı daşımaya qəbul etməkdən imtina edə bilər;

11.1.10. baqajın təhlükəsiz daşınmasına və ya onun elan olunmuş qiymətinə dair şübhə doğuran əsaslar olduqda, o cümlədən sərnişin baqajı (əl yükünü) baxış üçün təqdim etməkdən və ya baqajın elan olunmuş qiymətini sənədlə sübuta yetirməkdən imtina etdikdə, onun baqajının (əl yükünün) daşınmasından imtina etmək;

11.1.11. sərnişinin tutduğu baqaj (əl yükü) yerlərinin sayı müəyyən olunmuş normadan artıq olduqda, onların daşınmasından imtina etmək;

11.1.12. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınma haqqını təyin etmək;

11.1.13. sərnişinin təqsiri ucbatından daşıyıcıya və onun nümayəndəsinə vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tələb etmək.

11.2. Aşağıdakı hallarda daşıyıcı və ya onun nümayəndəsi sərnişin daşınmasından imtina etmək hüququna malikdir:

11.2.1. sərnişin avtonəqliyyat vasitəsində boş yer olmadıqda və ya onun maksimal çəkisi, yaxud oxları üzərinə düşən ağırlıq yol verilən həddi aşdıqda;

11.2.2. sərnişin ictimai asayişi pozduqda və ya onun davranışı cəmiyyətin əxlaq normalarına uyğun olmadıqda;

11.2.3. sərnişinin özü ilə digər sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliklərə yoluxma təhlükəsini yarada bilən xəstə heyvanı aparmaq istədikdə;

11.2.4. sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaratdıqda;

11.2.5. sərnişinin paltarı nəqliyyat vasitəsinin salonunu və ya digər sərnişinlərin paltarlarını çirkləndirə bildikdə;

11.2.6. sərnişin baqaj (əl yükü) qismində daşınması qadağan edilmiş, habelə gömrük rəsmiləşdirilməsini keçməyən, yaxud daşıma haqqı ödənilməmiş əşyaları aparmaq istədikdə;

11.2.7. sərnişinin gediş sənədləri müvafiq daşınma üçün nəzərdə tutulmadıqda, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə;

11.2.8. sərnişin gediş haqqını ödəmədikdə (gediş haqqının qabaqcadan ödənilməsi tələb olunduğu hallarda);

11.2.9. beynəlxalq sərnişin daşımaları zamanı sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmadıqda;

11.2.10. sərnişin sürücünün, konduktorun və ya nəzarətçinin qanuni tələblərinə əməl etmədikdə.

11.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirərkən daşıyıcının vəzifələri aşağıdakılardır:

11.3.1. sərnişin daşınmasını bu Qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq yerinə yetirmək;

11.3.2. yola düşməzdən əvvəl sürücünü zəruri sənədlərlə ( marşrutların sxemi, hərəkət cədvəli və s.), habelə meteoroloji şərait, yolların vəziyyəti və digər məlumatlarla təmin etmək;

11.3.3. sərnişin avtonəqliyyat vasitəsini vaxtlı-vaxtında tələb edilən texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, qeyri-müntəzəm sərnişin daşımalarını bağlanmış müqavilə ilə müəyyən olunmuş müddətdə, müntəzəm daşımaları isə təsdiq edilmiş hərəkət cədvəlinə müvafiq yerinə yetirilməsini təmin etmək;

11.3.4. sürücülərin işinin təşkilini, işinə nəzarətin edilməsini, habelə onların seçilməsini və təcrübə keçməsini təmin etmək;

11.3.5. işçilərinin ixtisaslarının artırılmasını təşkil etmək;

11.3.6. sürücüləri marşrut üzrə dayanacaq məntəqələrinin, küçələrin və prospektlərin, yaşayış məntəqələrinin, infrastruktur və mədəni-məişət obyektlərinin adları, o cümlədən təhlükəli sahələrin, texniki və tibbi yardım məntəqələrinin yerləri barədə məlumatlarla təmin etmək;

11.3.7. ödəniş alətinin əvvəlcədən satışını, gediş sənədlərinin (biletlərin) isə əvvəlcədən və cari satışını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək;

11.3.8. sürücülərin işini iş və istirahət rejimi normalarına riayət olunmaqla təşkil etmək;

11.3.9. sürücülərin müvafiq qaydada gündəlik reysqabağı tibbi müayinədən keçməsini təmin etmək;

11.3.10. istifadəsində olan avtonəqliyyat vasitələrinin rübdə bir dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasını, texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, habelə qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışdan keçməsini təmin etmək;

11.3.11. sərnişin və baqaj (əl yükü) daşınmasının təhlükəsizliyini, daşımaların keyfiyyətini və yol hərəkəti təhlükəsizliyini təmin etmək, ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək;

11.3.12. sərnişinlərin gediş sənədlərinin, habelə baqaj (əl yükü) daşınmasına dair baqaj qəbzlərinin mövcudluğunun və onların uyğunluğunun yoxlanılmasını təmin etmək, gediş haqqının ödəniş aləti ilə ödənilməsinə nəzarət etmək;

11.3.13. sərnişin avtonəqliyyat vasitəsində güzəştli gediş hüququna malik olan sərnişinlər üçün müəyyən olunmuş güzəştlərin tətbiq edilməsini təmin etmək;

11.3.14. bu Qaydaların 4.17-ci bəndində nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsini təmin etmək;

11.3.15. sərnişin daşınması zamanı işçi heyəti üzvlərindən, sərnişin və nəzarətçilərdən başqa hər hansı kənar şəxsin sərnişin avtonəqliyyat vasitəsində olmasına yol verməmək;

11.3.16. işçi heyəti üzvlərinə və ya sərnişinlərə məxsus olmayan əşyaların sərnişin avtonəqliyyat vasitəsində olmasına yol verməmək;

11.3.17. sərnişin və baqaj (əl yükü) daşınması zamanı sərnişin avtonəqliyyat vasitəsinin maksimal çəkisinin, oxlar üzərinə düşən çəkinin, habelə sərnişinlərin sayının müəyyən edilmiş həddinin aşmasına yol verməmək;

11.3.18. bu Qaydalarla müəyyən edilmiş ölçülərdən və çəkidən artıq olmayan baqajı yalnız baqaj bölməsində daşımaq (baqaj bölmələri olan avtobuslar üçün);

11.3.19. avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının şərtləri, daşıma tarifləri, beynəlxalq daşımalarda isə zəruri olan sənədlər və digər tələblər haqqında məlumatların açıq və şəffaf olmasını təmin etmək;

11.3.20. daşınmasına yol verilməyən əşyaların aparılmasına, habelə sənədlərin düzgün rəsmiləşdirilməməsinə görə sərnişinin məsuliyyət daşıması haqqında sərnişinləri xəbərdar etmək;

11.3.21. sərnişin avtonəqliyyat vasitəsinin texniki və sanitariya vəziyyətinin müəyyən olunmuş tələblərə uyğun olmasını təmin etmək;

11.3.22. sərnişinlərə ödənişli və ya ödənişsiz əsaslarla elan etdiyi əlavə xidmətləri göstərmək;

11.3.23. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda sərnişin avtonəqliyyat vasitəsini taxoqrafla, kassa aparatı və ya taksometrlə təchiz etmək;

11.3.24. öz təqsiri üzündən baş vermiş texniki və ya digər problemlərlə əlaqədar daşımalarda fasilələr yarandıqda, əlavə ödəniş tələb etmədən sərnişinlərin təyinat məntəqəsinə çatdırılmasını təmin etmək;

11.3.25. marşrut üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirməli olan texniki cəhətdən nasaz sərnişin avtonəqliyyat vasitəsinin əvəz olunmasını təmin etmək;

11.3.26. sərnişin daşınması üzrə xidmətlər göstərən digər daşıyıcılar daşımaları dayandırdıqda və öz vəsaitləri hesabına daşımaları yerinə yetirmək imkanına malik olmadıqda, həmin daşıyıcıların xahişi ilə ödənişli əsaslarla sərnişinlərin daşınmasına kömək etmək;

11.3.27. Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəflər arasında bağlanmış daşınma müqaviləsinə uyğun olaraq avtomobil daşımaları üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində sərnişinlərə vurulmuş zərərin əvəzini ödəmək;

11.3.28. nəqliyyat xidmətlərinin keyfiyyəti ilə əlaqədar sərnişinlərin təkliflərinə (şikayətlərə, sorğulara) baxmaq və sərnişinlərə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək.

11.4. Müvafiq qaydada rəsmiləşdirilmiş sənədlər olmadan daşıyıcı tərəfindən müntəzəm marşrut üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilmir.

11.5. Avtovağzaldan (avtostansiyadan) istifadəyə dair müqavilə bağlamadan daşıyıcıya məxsus sərnişin avtonəqliyyat vasitəsinin avtovağzala (avtostansiyaya) daxil olmasına yol verilmir.

12.1. Səlahiyyətlərinə uyğun olaraq sərnişin avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri aşağıdakı hüquqlara malikdirlər:

12.1.1. baqaj qəbzlərinin satışını həyata keçirmək;

12.1.2. gediş haqqının ödənilməsinə nəzarət etmək;

12.1.3. daşıyıcının sərnişini daşımaqdan imtina etmək hüququ olduğu hallarda, həmin sərnişinin gedişinə icazə verməmək və ya sərnişinin yaxın dayanacaq məntəqəsində avtonəqliyyat vasitəsini tərk etməsi üçün zəruri tədbirlər görmək;

12.1.4. baqaj qəbzi və onun əvəzində verilmiş birka itirildikdə, baqajı onun mənsubiyyətini müəyyən etməklə təhvil vermək;

12.1.5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda avtonəqliyyat vasitəsinin və baqajın baxışında iştirak etmək;

12.1.6. sərnişinlərdən bu Qaydaların müddəalarına riayət olunmasını və yerinə yetirilməsini tələb etmək;

12.1.7. nəzarəti həyata keçirən şəxslərin qanunsuz hərəkətlərindən qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;

12.1.8. avtovağzalların (avtostansiyaların) işinin təkmilləşdirilməsi, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, daşımaların təhlükəsizliyinin gücləndirilməsi, iş və istirahət şəraitinin yaxşılaşdırılması və avtonəqliyyat vasitələrindən səmərəli istifadə olunması ilə əlaqədar təkliflər irəli sürmək.

12.2. Səlahiyyətlərinə uyğun olaraq sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti üzvlərinin vəzifələri aşağıdakılardır:

12.2.1. bu Qaydaları, texniki və yanğın təhlükəsizliyi qaydalarını, sərnişin avtonəqliyyat vasitəsinin texniki istismarı və hərəkətin təhlükəsizliyi qaydalarını, ərazisindən keçdiyi dövlətin yol hərəkəti qaydalarını, sərhəd, gömrük, sanitariya-gigiyena və digər növ nəzarət qaydalarını bilmək və yerinə yetirmək;

12.2.2. səlahiyyətli orqanların və onların təşkilatlarının əməli (operativ) göstərişlərini yerinə yetirmək;

12.2.3. müəyyən edilmiş iş və istirahət rejiminə riayət etmək;

12.2.4. marşruta çıxmazdan əvvəl və reys müddətində müntəzəm olaraq avtonəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamaq, hərəkətə başlamazdan əvvəl qapıların və baqaj bölmələrinin bağlandığını yoxlamaq;

12.2.5. gediş sənədlərinin və baqajın (əl yükünün) daşınmasına dair baqaj qəbzlərinin mövcudluğunu və uyğunluğunu yoxlamaq, gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsinə nəzarət etmək;

12.2.6. sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək;

12.2.7. müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istisna olmaqla, sərnişinlərin əl yüklərinin yerləşdirilməsində köməklik göstərmək;

12.2.8. sərnişin avtonəqliyyat vasitəsinin salonunda əl yükünün düzgün yerləşdirilməsini yoxlamaq;

12.2.9. ölçüləri və çəkisi bu Qaydaların 5.2-ci bəndi ilə müəyyən edilmiş həddən artıq olmayan baqajı sərnişinlərdən qəbul etmək, yerləşdirmək və daşıma başa çatdıqdan sonra həmin baqajı sərnişinlərə təhvil vermək;

12.2.10. səlahiyyətli şəxslərin tələbi ilə sərnişin avtonəqliyyat vasitəsini dayandırmaq və tələb olunan sənədləri, habelə nəqliyyat vasitəsində quraşdırılmış əlavə və xüsusi avadanlığı baxış üçün təqdim etmək;

12.2.11. zəruri hallarda sərnişinlərə ilkin tibbi yardım göstərmək və ya təcili tibbi yardım çağırmaq, yaxud ən yaxın müalicə müəssisəsinə çatdırılması üçün tədbirlər görmək;

12.2.12. yol-nəqliyyat hadisəsi baş verdikdə, qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun hərəkət etmək;

12.2.13. müntəzəm sərnişin daşınması zamanı müəyyən edilmiş marşrut üzrə hərəkət etmək, habelə sərnişinlərin avtonəqliyyat vasitəsinə minib-düşməsini xüsusi minik meydançasından, belə meydança olmadıqda isə səkidən və ya yolun çiyini tərəfdən və yalnız avtonəqliyyat vasitəsi tam dayandıqdan sonra həyata keçirmək. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan hallarda, onlar təhlükəsizlik tədbirlərini görmək və hərəkətin digər iştirakçılarına maneə yaratmamaq şərtilə yolun hərəkət hissəsindən mindirilib-düşürülə bilərlər;

12.2.14. sərnişin avtonəqliyyat vasitəsi yalnız tam dayandıqdan sonra sərnişinləri mindirmək və ya düşürmək, hərəkətə yalnız qapıları bağladıqdan sonra başlamaq və onları tam dayanana qədər açmamaq;

12.2.15. xəttə çıxmazdan əvvəl sərnişin avtonəqliyyat vasitəsinin taxoqrafının, kassa aparatının və ya taksometrinin texniki sazlığını yoxlamaq;

12.2.16. sərnişin avtonəqliyyat vasitəsini, habelə onun salonunu və baqaj bölməsini daimi olaraq lazımi sanitariya vəziyyətində saxlamaq;

12.2.17. zəruri hallarda sərnişin avtonəqliyyat vasitəsinin salonunun qızdırıcı sistemini işə salmaq;

12.2.18. marşrut üzrə dayanacaq məntəqələrinin, küçələrin və prospektlərin, yaşayış məntəqələrin, infrastruktur və mədəni-məişət obyektlərin adlarını, o cümlədən təhlükəli sahələrin, texniki və tibbi yardım məntəqələrinin yerlərini bilmək;

12.2.19. salonun və baqaj bölməsində bu növ sərnişin avtonəqliyyat vasitəsi üçün müəyyən edilmiş normadan artıq baqajın (əl yükünün) yerləşdirilməsinə yol verməmək;

12.2.20. dayanacaq məntəqələrini, şəhərlərarası (rayonlararası) və beynəlxalq daşımalarda isə dayanma müddətini elan etmək, habelə hərəkətin marşrutunda dəyişikliklərin edilməsi haqqında hər bir dayanacaq məntəqəsində sərnişinlərə məlumat vermək;

12.2.21. sərnişin avtonəqliyyat vasitəsinin qapılarının bağlanması haqqında sərnişinləri xəbərdar etmək;

12.2.22. müntəzəm sərnişin daşınmasını təsdiq edilmiş hərəkət cədvəlinə, qeyri-müntəzəm daşınmanı isə sərnişin daşınması müqaviləsinə uyğun olaraq yerinə yetirmək;

12.2.23. şəhərdaxili daşımalarda gediş haqqının ödənilməsinin zəruriliyi barədə sərnişinləri vaxtaşırı məlumatlandırmaq;

12.2.24. nəzarəti həyata keçirən şəxslərə köməklik göstərmək;

12.2.25. daşıyıcı tərəfindən müəyyən edilmiş mətnə uyğun olaraq, sərnişinləri daşınmanın şərtləri və onların davranışına dair tələblər barədə məlumatlandırmaq;

12.2.26. sərnişinlərə xidmət göstərərkən nəzakətli olmaq, zərurət olduqda və ya məcburiyyət qarşısında daşınma dayandırıldıqda sərnişinlərə köməklik göstərmək;

12.2.27. şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlarda sürücünün xüsusi bağlı kabinəsi olmadıqda, audio cihazlarından yalnız daşıma prosesi ilə əlaqədar istifadə etmək. Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlarda daşınma prosesi ilə əlaqədar olmayan digər hallarda audio və ya video cihazlardan yalnız sərnişinlərlə qarşılıqlı razılıq əsasında istifadə etmək;

12.2.27-1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda tütün çəkməmək;

12.2.28. beynəlxalq avtomobil daşımaları yerinə yetirilərkən, dövlət sərhədinin keçməsi hüququna dair lazımi qaydada rəsmiləşdirilmiş sənədlərə malik olmaq və dövlət sərhədini keçərkən qarşıdakı yoxlama haqqında sərnişinlərin vaxtlı-vaxtında məlumatlandırılmasını təmin etmək;

12.2.29. sərnişin avtonəqliyyat vasitəsində unudulmuş (itirilmiş) əşyaları, sənədləri və ya pulları müəyyən edilmiş qaydada saxlanma üçün akt əsasında təhvil vermək.

13.1. Dövlət sifarişi əsasında yerinə yetirilən müntəzəm sərnişin daşımaları sifarişçisi və ya təşkilatçısı aşağıdakı hüquqlara malikdir:

13.1.1. əhalinin sərnişin daşımalarına olan tələbatını öyrənmək;

13.1.2. sərnişin daşımaları marşrutlarında dayanacaq məntəqələrinin yerini və sayını müəyyənləşdirmək;

13.1.3. müvafiq daşıyıcılarla razılaşdırmaqla, marşrut üzrə müntəzəm sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vasitələrinin hərəkət intervalında və ya cədvəlində dəyişikliklər etmək;

13.1.4. daşıyıcıların işinə nəzarət etmək, habelə sərnişin avtomobil daşımaları sahəsində müəyyən olunmuş tələbləri yerinə yetirməyən, o cümlədən, daşınma müqaviləsinin şərtlərini pozan daşıyıcılar barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görmək.

13.3. Dövlət sifarişi əsasında yerinə yetirilən müntəzəm sərnişin daşımaları sifarişçisinin və ya təşkilatçısının aşağıdakı vəzifələri vardır:

13.3.1. əhalinin sərnişin daşımalarına olan tələbatını öyrənməklə marşrut şəbəkəsini formalaşdırmaq;

13.3.2. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda sərnişin daşımalarının yerinə yetirilməsinə dair müsabiqələr keçirmək;

13.3.3. avtomobil daşıyıcılarının sərnişinlərə keyfiyyətli xidmət göstərmələrinə nəzarət etmək;

13.3.4. müntəzəm sərnişin daşınması üzrə marşrutların dəyişdirilməsinə və ya bağlanmasına azı 10 gün qalmış media ilə əhalini məlumatlandırmaq, habelə marşrutların dəyişdirilməsi və ya bağlanmasına azı bir gün qalmış dayanacaq məntəqələrində bu barədə müvafiq elanlar yerləşdirmək;

13.3.5. müntəzəm sərnişin daşınması marşrutlarında gediş haqqında ediləcək dəyişiklik barədə media ilə əhalini məlumatlandırmaq.

14.1. Sərnişin avtonəqliyyat vasitəsinin salonunda olarkən, nəqliyyat vasitəsinə minərkən və ya düşərkən, baqajı təhvil verərkən və ya qəbul edərkən onun həyat və ya sağlamlığına vurulmuş zərərə görə əksi sübut edilənədək daşıyıcı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

14.2. Üçüncü şəxslər tərəfindən vurulmuş ziyana görə daşıyıcı sifarişçinin (sərnişinin, avtomobil daşımaları təşkilatçısının) qarşısında tam həcmdə məsuliyyət daşıyır və onun ziyan vurmuş şəxsdən ödənilmiş məbləği geri tələb etmək (reqres) hüququ vardır.

14.3. Daşıyıcı, bütün görülmüş tədbirlərə baxmayaraq, onların nəticələrini əvvəlcədən görmək və qarşısını almaq və ya aradan qaldırmaq mümkün olmayan və ya ondan asılı olmayan səbəblərdən, habelə sərnişinin təqsiri üzündən ona vurulmuş zərərə və ya baqajına (əl yükünə) dəymiş ziyana görə məsuliyyətdən azad olunur. Tezkorlanan və ya avtomobil nəqliyyatı ilə daşınması qadağan edilmiş əşyaların və maddələrin olduğu baqajın aparılması nəticəsində vurulan ziyana görə daşıyıcı məsuliyyət daşımır.

14.4. Tərəflər arasında əldə olunmuş razılaşma ilə başqa hal nəzərdə tutulmadıqda, avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə və ya avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsinə uyğun olaraq, sərnişin avtomobil nəqliyyatı vasitəsinin verilməməsinə və ya vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı daşınma dəyərinin 20 faizi miqdarında sifarişçi qarşısında məsuliyyət daşıyır. Bu halda sifarişçi daşıyıcıya qarşı pretenziyanı avtonəqliyyat vasitəsinin müqavilə ilə müəyyən olunmuş vaxtdan başlayaraq 30 gün ərzində irəli sürməlidir. Sərnişin avtonəqliyyat vasitəsinin verilməməsi və ya vaxtlı-vaxtında verilməməsi qarşısıalınmaz qüvvənin və ya bu cür şəraitdə digər halların təsiri nəticəsində, o cümlədən səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən istiqamətlərdə sərnişin daşımalarının dayandırılması və yaxud məhdudlaşdırılması nəticəsində baş verdikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda daşıyıcı məsuliyyətdən azad olunur.

14.5. Avtomobil nəqliyyatı ilə baqajın (əl yükünün) daşınması zamanı vurulmuş ziyana görə daşıyıcı aşağıdakı hallarda və həcmlərdə məsuliyyət daşıyır:

14.5.1. baqaj (əl yükü) daşıyıcının təqsiri üzündən itirildikdə, əskik çıxdıqda — müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış baqajın (əl yükünün) dəyərinin azaldığı məbləğ miqdarında;

14.5.2. baqaj (əl yükü) daşıyıcının təqsiri üzündən zədələndikdə — onun dəyərinin azaldığı məbləğ miqdarında, zədələnmiş (xarab olmuş) baqajı (əl yükünü) bərpa etmək mümkün olmadıqda isə onun tam dəyəri miqdarında;

14.5.3. qiyməti elan olunmaqla daşınmaya təhvil verilmiş baqaj itirildikdə — həmin baqajın elan olunmuş real qiyməti miqdarında.

14.6. Baqajın dəyəri müqayisə edilə bilən hallarda, adətən analoji əmtəələrin bazar qiymətləri ilə müəyyən edilir. Bir baqaj qəbzi üzrə təhvil verilmiş baqajın bir hissəsinin əskik çıxması və ya zədələnməsi baqajın digər hissəsinin dəyərinə təsir etdikdə, ödəmənin məbləği müəyyən edilərkən baqajın ümumi çəkisi nəzərə alınmalıdır.

14.7. Reys ləğv edildikdə və ya müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin yola düşməsi başqa vaxta keçirildikdə, daşıyıcı və ya avtomobil daşımalarının təşkilatçısı sərnişinin tələbi ilə sərnişin avtonəqliyyat vasitəsi yola düşənədək gediş haqqının dəyərini, həmçinin daşınma ilə əlaqədar əlavə xidmətlərə görə sərnişin tərəfindən əvvəlcədən ödənilmiş haqqı sərnişinə qaytarır.

14.8. Sərnişin daşınması müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, beynəlxalq və şəhərlərarası (rayonlararası) müntəzəm daşımalar zamanı sərnişin avtonəqliyyat vasitəsinin yola düşməsinin ləngiməsinə və ya təyinat məntəqəsinə bir saatdan gec çatmasına görə daşıyıcı, ləngimə və ya gecikmənin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və ya daşıyıcıdan asılı olmayan digər səbəblərdən baş verdiyini sübuta yetirə bilmədikdə, sərnişinin tələbi ilə ona daşıma haqqının 20 faizi məbləğində dəbbə pulu ödəyir.

Ləngimə üzündən sərnişin avtomobil daşınmasından imtina etdikdə, daşıyıcı və ya avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkilatçısı daşıma haqqını sərnişinə qaytarmalıdır.

14.8-1. Operatorlar və beynəlxalq sərnişin daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilmir.

14.9. Qanunvericilikdə və ya tərəflər arasında əldə olunmuş razılaşmada başqa hal nəzərdə tutulmamışdırsa, daşımaların sifarişçisi vaxtlı-vaxtında verilmiş sərnişin avtonəqliyyat vasitəsindən istifadə edilməməsinə görə daşıyıcının sərnişin avtonəqliyyat vasitəsinin müəyyən olunmuş verilmə anından başlayaraq, 30 təqvim günü ərzində irəli sürdüyü pretenziya əsasında həmin nəqliyyat vasitəsinin verilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməlidir.

14.10. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının sifarişçisi öz təqsiri üzündən daşıyıcının əmlakına, həmçinin daşıyıcının məsuliyyət daşıdığı üçüncü şəxslərin əmlakına vurulmuş ziyana görə məsuliyyət daşıyır.

Sərnişin daşınması müqaviləsinin şərtlərinin digər şəkildə pozulması daşıyıcının əlavə xərclər çəkməsinə səbəb olduqda, məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi və tərəflərin əldə etdiyi razılaşma ilə müəyyən edilir.

14.11. Müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və ya səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən istiqamətlərdə avtomobil daşımalarının dayandırılması və yaxud məhdudlaşdırılması nəticəsində baş verdikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının sifarişçisi məsuliyyətdən azad olunur.

14.12. Avtonəqliyyat vasitəsində gediş sənədi olmadan, o cümlədən, etibarsız gediş sənədi ilə getdikdə, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənilmədikdə və ya ödəniş etmədən baqaj (əl yükü) apardıqda, sərnişin gediş və ya baqajın (əl yükünün) daşınması haqqını, habelə qanunla müəyyən edilmiş cəriməni ödəməlidir.

14.13. Sərnişin ödənişsiz və güzəştli gediş hüququnu təsdiq edən müvafiq sənədlər olmadan avtobusda getdikdə o, gediş haqqının tam dəyərini və qanunvericiliklə müəyyən edilmiş cəriməni ödəməlidir.

14.14. Sərnişin bu Qaydaların tələblərini pozduqda və cəriməni ödəməkdən imtina etdikdə və ya onun şəxsiyyətini müəyyən etmək mümkün olmadıqda o, şəxsiyyətinin müəyyən edilməsi və inzibati xətalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün daxili işlər orqanlarına gətirilə bilər.

14.15. Bu Qaydalarla, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə daşıyıcılar üçün müəyyən olunmuş məsuliyyətin məhdudlaşdırılması və ya istisna edilməsi halları, həmçinin avtomobil daşıyıcılarının maraqlarını təmsil edən avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının təşkilatçılarına da aid edilir.

15.1. Daşıyıcının təqsiri üzündən baqajın (əl yükünün) itirilməsi, xarab olması və ya zədələnməsi zamanı akt tərtib edilir və bu akt həmin hallarla əlaqədar vurulmuş zərərin əvəzinin müvafiq qaydada ödənilməsi üçün əsas hesab edilir.

15.2. Akt daşıyıcının və ya avtovağzalın (avtostansiyanın) nümayəndəsi tərəfindən tərtib edilərək sərnişin və həmin nümayəndə tərəfindən imzalanır.

15.3. Pretenziya baqajın (əl yükünün) itirilməsi, xarab olması və ya zədələnməsi aşkar olunduğu gündən otuz gün ərzində verilə bilər.

15.4. Daşıyıcı pretenziyaya və ona əlavə edilmiş bütün sənədlərə daxil olduğu gündən otuz gün müddətində baxmalı və nəticəsi barədə ərizəçiyə məlumat verməlidir. Pretenziya təmin edilmədikdə və ya qismən təmin edildikdə, daşıyıcı bunun səbəbləri haqqında ərizəçiyə bildiriş verməli və pretenziyaya əlavə edilmiş sənədləri qaytarmalıdır.

15.6. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.

16.1. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilir.

16.2. Xətdə olan sərnişin avtonəqliyyat vasitələrinin işinə nəzarət edən səlahiyyətli şəxsin nəzarəti həyata keçirmək hüququnu təsdiq edən xidməti vəsiqəsi olmalıdır. Xidməti vəsiqədən başqa, nəzarət edən şəxs pozuntular aşkar edilən zaman yoxlamanın nəticələrinə əsasən doldurulmalı olan ciddi hesabat sənədlərinə (aktların və protokolların blanklarına) malik olmalıdır.

16.3. Yoxlamadan əvvəl nəzarət edən şəxs sürücüyə və ya sərnişin avtonəqliyyat vasitəsinin işçi heyətinin digər üzvlərinə yoxlama keçirmək hüququnu təsdiq edən vəsiqəni göstərməlidir. Sürücü və konduktor yoxlamanın keçirilməsi üçün tələb olunan bütün sənədləri təqdim etməli, yoxlamanın keçirilməsinə kömək göstərməli və nəzarət edən şəxsin göstərişlərini yerinə yetirməlidirlər.

16.4. Sərnişin avtonəqliyyat vasitəsində bu Qaydaların 3.5-ci və 3.6-cı bəndində nəzərdə tutulmuş zəruri sənədlər olmadıqda, müəyyən edilmiş formada protokol və ya akt tərtib edilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

16.5. Avtonəqliyyat vasitəsində daşınması qadağan edilmiş baqajı olan sərnişin aşkar edildikdə, təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilir. Gediş haqqının ödənilməsindən asılı olmayaraq, qadağan edilmiş baqajla gedişin davam etdirilməsinə yol verilmir.

16.6. Müntəzəm marşrutlarda sərnişin daşıyan avtonəqliyyat vasitəsində pulsuz gediş hüququ olmayan biletsiz və ya etibarsız bileti olan, yaxud gediş haqqını ödəniş aləti vasitəsilə ödəməyən sərnişin aşkar edildikdə, sürücü və ya konduktor qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilir. Bu halda görülmüş tədbirlərdən asılı olmayaraq sərnişin gediş haqqını ödəyir.

16.7. Gediş haqqını ödəməyən və pulsuz gediş hüququna dair etibarsız sənədlər təqdim edən sərnişin qanunla müəyyən edilmiş qaydada cərimə olunmalı və bütün gediş üçün (minik yerindən təyinat məntəqəsinədək) gediş haqqını ödəməlidir.

16.8. Pozuntunu törətmiş sərnişinin pulu olmadıqda, habelə sərnişin cəriməni və ya gediş haqqını ödəməkdən imtina etdikdə, sərnişin avtonəqliyyat vasitəsindən düşürülür və onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görülür.

16.9. İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınmasına, eləcə də icazə şərtlərinin pozulmasına görə daşıyıcılar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

16.10. Aşağıda göstərilən hallarda nəzarətin həyata keçirilməsi ilə əlaqədar daşıyıcı xəbərdar edilə və ya daşımalardan kənarlaşdırıla bilər:

16.10.1. bu Qaydaların 11.3-cü bəndi ilə müəyyən edilmiş vəzifələr və ya sərnişin daşımalarına dair bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə;

16.10.2. sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda;

16.10.3. bu Qaydaların və sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri mütəmadi olaraq yerinə yetirilmədikdə;

16.10.4. bu Qaydaların 4.17-ci bəndində nəzərdə tutulmuş icbari sığorta növləri həyata keçirilmədikdə;

16.10.5. bu Qaydaların 3.5.1-ci və 3.5.2-ci yarımbəndlərində nəzərdə tutulan sənədlərin olmaması səbəbindən nəzarət edən şəxs dövlət nəzarəti tədbirlərini həyata keçirə bilmədikdə.

16.11. Daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin edilir.

_____________________

“_____” _______________ 20 ____ il

sərnişinlər tərəfindən unudulmuş (itirilmiş) əşyalara dair

____________________________________________________________________________________

____________________________________________________________________________________

əşyaların tapılma (götürülmə) yeri və tarixi göstərilməli (avtobus, taksi minik avtomobili, avtovağzal, avtostansiya və s.)

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

Qeyd. Pul, qiymətli kağız olduqda onun məbləği göstərilir (yazı ilə)

Təhvil verdi: ______________________________________________________________________

Qəbul etdi ________________________________________________________________________

Əşyanın saxlama anbarına təhvil verilməsi:

Təhvil verdi: ______________________________________________________________________

Qəbul etdi: _______________________________________________________________________

“____” _________________ 20___ il.

Qəbul və təhvil aktında göstərilən əşyanı aldı: _______________________________________

1. 12 noyabr 2010-cu il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1041)

2. 24 dekabr 2010-cu il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3. 25 aprel 2011-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 372)

4. 21 avqust 2013-cü il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1025)

5. 06 dekabr 2013-cü il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1629)

6. 16 iyul 2014-cü il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 945)

7. 15 avqust 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 avqust 2014-cü il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 1014)

8. 28 yanvar 2016-cı il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 fevral 2016-cı il, № 26; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 354)

9. 18 fevral 2016-cı il tarixli 65 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 592)

10. 4 mart 2016-cı il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 779)

11. 7 aprel 2016-cı il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 804)

12. 15 aprel 2016-cı il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 817)

13. 27 may 2016-cı il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 iyun 2016-cı il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 964)

14. 11 aprel 2017-ci il tarixli 146 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 633)

15. 25 aprel 2017-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 aprel 2017-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 650)

16. 17 may 2017-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 980)

17. 4 avqust 2017-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2017-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1609)

18. 17 aprel 2018-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 806)

19. 1 may 2018-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1107)

20. 10 iyul 2018-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 iyul 2018-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1625)

21. 14 sentyabr 2018-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1920)

22. 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175)

23. 19 noyabr 2018-ci il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2018-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2443)

24. 21 noyabr 2018-ci il tarixli 494 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2018-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2444)

25. 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 161)

26. 7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515)

27. 29 mart 2019-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 569)

28. 28 dekabr 2019-cu il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2094)

29. 30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1239)

30. 15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1281)

31. 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291)

32. 22 aprel 2021-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 aprel 2021-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 411)

33. 4 aprel 2022-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 383)

34. 21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099)

35. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

36. 15 may 2023-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Xalq” qəzeti, 18 may 2023-cü il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 723)

37. 4 sentyabr 2023-cü il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 6 sentyabr 2023-cü il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1323)

38. 25 yanvar 2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 111)

39. 1 may 2024-cü il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 may 2024-cü il, “Azərbaycan” qəzeti, 4 may 2024-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 574)

40. 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2025-ci il, “Xalq” qəzeti, 18 mart 2025-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 282)

41. 25 iyun 2026-cı il tarixli 199 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

42. 29 iyul 2026-cı il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2026-cı il, “Xalq” qəzeti, 6 avqust 2026-cı il, № 139)

43. 11 sentyabr 2026-cı il tarixli 293 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, № 174)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver