Qanunvericilik › «Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» 2007-ci il 06 yanvar tarixli qərarına əlavə və dəyişiklik edilməsinə dair (Tarif Şurasının qərarı, 01.02.2007) › Tam mətn

«Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» 2007-ci il 06 yanvar tarixli qərarına əlavə və dəyişiklik edilməsinə dair (Tarif Şurasının qərarı, 01.02.2007)

«Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» 2007-ci il 06 yanvar tarixli qərarına əlavə və dəyişiklik edilməsinə dair (Tarif Şurasının qərarı, 01.02.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» 2007-ci il 06 yanvar tarixli qərarına əlavə və dəyişiklik edilməsinə dair

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli iclasının protokoluna əsasən qərara alır:

I. «Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» 2007-ci il 06 yanvar tarixli qərarının 1-ci bəndinin cədvəl hissəsində aşağıdakı dəyişikliklər edilsin:

Şəhərətrafı və qəsəbələrarası marşrutlar hissəsində 1-40 km-dək bölgüsündən sonra 1-45 km-dək - 50 qəpik (marşrutlar 87; 155; 36; 46; 101), 1-50 km-dək — 70 qəpik (marşrutlar 50; 50T), 50 km-dən yuxarı 80 qəpik (marşrutlar 105; 105T; 115) bölgüsü və qiymətləri əlavə olunsun. 1-25 km-dək bölgüdə olan 160 və 243 nömrəli marşrutlar 1-30 km-dək olan qrupa, 1-40 km-dək bölgüdə olan 46 və 36 nömrəli marşrutlar 1-50 km-dək olan bölgüyə keçirilsin.

II. Qərarın 3-cü bəndindən əvvəl aşağıdakı redaksiyada yeni 3-cü və 4-cü bəndlər əlavə edilərək növbəti bəndlərin sıralanması müvafiq olaraq dəyişdirilsin:

3. Respublikanın şəhər, rayon mərkəzlərində (Bakı şəhəri istisna olmaqla) fəaliyyət göstərən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin aşağıda göstərilən yuxarı hədd qiymətləri təsdiq edilsin.

4. Şəhərlərarası daşımaların 1 km məsafəsi üçün gediş haqqı bərk və yumşaq oturacaqlı marşrutlar üzrə uyğun olaraq yuxarı hədd qiyməti 1,5 və 1,6 qəpik səviyyəsində müəyyən edilsin.

III. Bu qərar 2007-ci il 12 fevral tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 1 fevral 2007-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver