Qanunvericilik › Avtomobil nəqliyyatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 78) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.04.1999) › Tam mətn

Avtomobil nəqliyyatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 78) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.04.1999)

Avtomobil nəqliyyatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 78) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.04.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən

tarixli qeydə alınmışdır.

___________ S.Həsənova

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

tarixli 11-2 №-li qərarı ilə

____________Ə.Nağıyev

Avtomobil nəqliyyatı sahəsinə aid olan qulluqçu vəzifələri (rəhbərlər, mütəxəssislər və texniki icraçılar (digər qulluqçular)) üzrə vahid tarif-ixtisas sorğu kitabçası (VTİSK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 saylı "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında" qərarının icrası ilə əlaqədar hazırlanmışdır. VTİSK-vahid normativdir və onun tətbiqi mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq avtomobil nəqliyyatı sisteminə daxil olan bütün müəssisə, idarə və təşkilatlar üçün məcburidir.

Hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

- "Vəzifə borcu" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin məzmunu;

- "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ-hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin metod və vasitələrini bilməsi kimi tələblər;

- "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və iş stajına olan tələblər öz əksini tapmışdır.

VTİSK-də göstərilən rəhbər vəzifələrin əməyinin ödəniş dərəcələri bu vəzifəni tutan işçinin təhsilindən, iş stajından və işlədiyi müəssisənin və ya onun struktur bölməsinin qrupundan asılı olaraq müəyyənləşdirilir.

Qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçası avtomobil nəqliyyatı sahəsində çalışan qulluqçuların əsas vəzifələrini, hüquq və məsuliyyətlərini əks etdirən vəzifə təlimatlarının işlənməsində, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisas və peşəsindən asılı olaraq onlardan düzgün istifadə edilməsinə nəzarət edilməsində, rəhbər işçilərin və mütəxəssislərin attestasiyasının keçirilməsində, həmçinin fərdi əmək müqavilələrinin (kontraktlarının) bağlanmasında əsas normativ sənəd kimi tətbiq edilə bilər.

Avtomobil nəqliyyatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasında göstərilməyən qulluqçu vəzifələri üzrə əməyin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası"ndan istifadə edilir.

Avtovağzallar və avtobus stansiyaları birliyinin istehsal-istismar şöbəsinin rəisi

Avtomobil sürücülərinin istirahət otaqlarının müdiri

Avtonəqliyyat və avtobus stansiyaları birliyinin istehsal-istismar şöbəsinin rəisi

Bilet kassalarının müdiri

Qeyri-müstəqil avtobus stansiyasının (avtovağzalın) rəisi

Daşıma şöbəsinin rəisi

Əl baqajının saxlama kamerasının müdiri

İstismar şöbəsinin rəisi (idarənin, ərazi birliyinin, dövlət istehsal birliyinin)

Yükləmə boşaltma məntəqəsinin rəisi

Yükləmə-boşaltma müəssisəsinin istehsalat-istismar şöbəsinin rəisi

Kommersiya işləri şöbəsinin rəisi

Mərkəzi dispetçer xidmətinin rəisi

Nəqliyyat-ekspedisiya agentliyinin rəisi

Nəqliyyat-ekspedisiya müəssisəsinin istehsalat-istismar şöbəsinin rəisi

Nəqliyyat-ekspedisiya şöbəsinin rəisi

Nəzarət müfəttiş şöbəsinin rəisi

Rabitə şöbəsinin rəisi

Texniki nəzarət şöbəsinin rəisi

Texniki-istehsal şöbəsinin rəisi

Texniki şöbəsinin rəisi

Təmir emalatxanalarının rəisi

Hərəkət təhlükəsizliyi üzrə şöbə rəisi

Avtonəqliyyat vasitələri sürücülərinə profilaktik baxış keçirən inspektor

Avtomobil nəqliyyatı dispetçeri (böyük də daxil olmaqla)

Avtomobil nəqliyyatı müfəttişi (böyük də daxil olmaqla)

Dəstə mexaniki (avtonəqliyyat müəssisəsində)

İstismar şöbəsinin mühəndisi

Hərəkətin təhlükəsizliyi üzrə texnik

Avtomobil sürücülərinin istirahət otaqları üzrə növbətçi

Arayışların verilməsi üzrə növbətçi

Vağzal zalı üzrə növbətçi

Daşıma sənədlərinə taksa (nırx) qoyan

Əhalinin daşımalara olan sifarişləri üzrə agent

Perron (bilet) nəzarətçisi

Sərnişin nəqliyyatının nəzarətçisi

Sərnişinlərin istirahət otaqları üzrə növbətçi

Vəzifə borcu. Plan göstəricilərinin yerinə yetirilməsi, hərəkətdə olan heyətdən səmərəli istifadə edilməsi üçün avtovağzalların və avtobus stansiyalarının işini təşkil edir. Dispetçer xidmətinin və xətlərdə olan avtobusların işinə nəzarəti təşkil edir. Avtovağzalların və avtobus stansiyalarının işinin təhlil edilməsini təmin edir. Sərnişin axının araşdırılmasının təşkili və təhlilinin aparılmasında iştirak edir. Araşdırmanın materiallarına əsasən sərnişin axınının dəyişməsinə müvafiq olaraq reyslərin işə salınması və ya ləğv edilməsi hərəkətdə olan nəqliyyat vasitələrindən daha səmərəli istifadə edilməsi haqqında təkliflər işləyib hazırlayır. Əlavə avtobusların ayrılması üçün sifarişlərin tərtib olunması işinə rəhbərlik edir. Avtobusların müntəzəm hərəkətini təmin etmək, onların avtovağzallara və avtobus stansiyalarına verilməsində pozuntuların qarşısının alınması üçün tədbirlər görür. Avtovağzalların və avtobus stansiyalarının işinin təşkilində texnoloji proseslərin işlənib hazırlanması və tətbiq edilməsinə rəhbərlik edir. Avtovağzalların və avtobus stansiyalarının işinin yaxşılaşdırılması, sərnişinlərə mədəni xidmət səviyyəsinin qaldırılması, qabaqcadan bilet satışının genişləndirilməsi, əməyin elmi təşkilinin tətbiqi üçün tədbirlərin işlənib hazırlanmasını həyata keçirir. Yol sənədlərinin müəyyən olunmuş qaydada rəsmiləşdirilməsinə, biletlərin satılmasına, sərnişin daşımaları qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir. Avtovağzalların və avtobus stansiyalarının işinə aid vətəndaşların ərizə, təklif və şikayətlərinə vaxtında baxılmasına nəzarət edir. Daxil olan şikayətlərin səbəbini araşdırır və mövcud olan nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlayır. Avtonəqliyyatın hərəkətinin stansiya zonalarında təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti həyata keçirir. Avtovağzalların və avtobus stansiyalarının müvafiq avadanlıqlarla, sərnişinlər üçün əyani məlumat vasitələri ilə təchiz olunması işini təşkil edir. Avtovağzalların və avtobus stansiyalarının işi barəsində uçot və hesabat sənədlərinin vaxtında və düzgün rəsmiləşdirilməsini təmin edir.

Bilməlidir: Avtomobil nəqliyyatı ilə sərnişin daşıma məsələləri üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər sənədləri, hərəkətdə olan avtonəqliyyat vasitələrin təyinatını, ondan istifadənin əsas texniki-istismar xüsusiyyətlərini və texniki-istismar qaydalarını; xidmət göstərilən regionda avtobusların hərəkət marşrutlarının sxemini, avtovağzalların və avtobus stansiyalarının işinin texnologiyasını, daşınma tariflərini və onların tətbiqi qaydalarını; avtomobillə sərnişin daşımanın planlaşdırılmasını, uçotunu və sürücü heyətinin əməyinin iqtisadiyyatını və təşkilini; əməyin elmi təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yol hərəkətinin təhlükəsizliyi və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki və ya mühəndis-iqtisadi təhsil və avtomobil nəqliyyatında mühəndis-texniki vəzifələrində ən azı 5 il stajı.

11-12-ci dərəcələr: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrik şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Avtomobil sürücülərinin istirahəti üçün normal şəraitin yaradılmasına yönəlmiş xidmətçi heyətinin işini təşkil edir. Dəyişək və yataq ləvazimatlarının vaxtlı-vaxtında dəyişməsi, yuyulması və təmirini, həmçinin inventar və otaqların dezinfeksiyasını izləyir. Otaq, inventar, yataq ləvazimatlarının, istirahət edənlərin paltar və şəxsi əmlakının qorunub saxlanmasını təmin edir. Duşxanaların. mətbəx plitələrinin, isitmə sisteminin, səhiyyə qovşaqlarının, telefon rabitəsinin saz işini və onların təyin olunmuş müddətlərdə təmirini təşkil edir. İnventarlaşmanın keçirilməsində iştirak edir.

Bilməlidir; Avadanlığa dair tələbləri və avtomobil sürücülərinin istirahət otaqlarının saxlama qaydalarını; istirahət otaqları üçün daxili nizam-intizam qaydalarını; maddi sərvətlərin uçot qaydasını; avtomobil sürücülərinin iş və istirahət vaxtı qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Orta ixtisas təhsili 3-cü dərəcə və istirahət otağının növbətçi vəzifəsində ən azı 1 il iş stajı olduqda - 4-cü dərəcə.

Vəzifə borcu: Sərnişinlərin və yüklərin daşınması üçün avtomobillərin istismarını təşkil edir. Yükyığılan və yükdaşınılan obyektlərdə avtonəqliyyatın hərəkətdə olan nəqliyyat vasitələrinin səmərəli istifadəsini təmin edir.

Daşımalar üzrə cari və gələcək planların işlənib hazırlanması və yol hərəkətinin təhlükəsizliyi tələblərinə riayət etməklə onların yerinə yetirilməsini təşkil edir. Sürücülərin əməyinə və istirahət rejiminə əməl olunmaqla, daşımaların günün növbələri üzrə planlaşdırılmasını və yerinə yetirilməsini təşkil və təmin edir. Sürücü heyətinin işini təşkil edir.

Avtomobil sürücüləri ilə daşımaların şəraiti və qaydaları haqqında təlimatların keçirilməsini təşkil edir. Sürücülərin əməyinin elmi təşkilinin tətbiqinə, hərəkətdə olan avtonəqliyyat vasitələrinin, yükləmə-boşaltma mexanizmlərinin və avadanlığın səmərəli istifadəsini təmin edir. Müəssisə və təşkilatlarla daşımalar üzrə müqavilələrin vaxtında bağlanması üçün tədbirlər görür. Müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir və onlar üzrə iddialara baxan komissiyaların işində iştirak edir. Avtonəqliyyatın işlədiyi sahədə yolların, körpülərin, dalan yollarının vəziyyətini yoxlayır, müvafiq təşkilatların vasitəsi ilə onların təmir edilməsi üçün tədbirlər görür. Dayanacaq məntəqələrinin təşkilində iştirak edir və onların düzgün abadlaşdırılmasına nəzarəti təmin edir.

Dispetçer xidmətinin işini və xətlərdə olan avtomobillərin işinə nəzarəti təşkil edir. Daşınan yüklərin və baqajın qorunub saxlanılmasını, yol vərəqlərinin və digər sənədlərin vaxtında və düzgün hazırlanması üçün tədbirlər görür. Müəssisənin texniki-istismar və iqtisadi göstəricilərinin yaxşılaşdırılması, maliyyə intizamının və təsərrüfat hesabının gücləndirilməsi, daşımalara görə debitor borclarına yol verilməməsi üçün tədbirlər işləyib hazırlayır. Avtomobillərin istismar və istifadə olunan materialların və şinlərin sərf olunması göstəricilərini təhlil edir. Yanacaq-enerji ehtiyatları üzrə şöbə olmadıqda avtomobil yanacağının sərfini təhlil edir və onun norma üzrə sərf olunmasını təmin edir. Sərnişin və yük avtonəqliyyatının işinə baxışı təşkil edir. Avtonəqliyyatın hərəkətdə olan vasitələrinin işi barəsində hesabatın və uçotun düzgün və vaxtında tərtib edilməsini təmin edir. Yol vərəqlərinin, əmtəə-nəqliyyat və bilet-uçot sənədlərinin, yanacaq-sürtkü materiallarının sərf olunmasının operativ uçotunun aparılmasına nəzarəti təşkil edir. Sərnişin və yük daşımalarının yerinə yetirilməsi zamanı məsrəflərin düzgün müəyyən olunmasına nəzarəti təmin edir.

Bilməlidir: Avtomobillərin istismarı məsələləri üzrə müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları, avtonəqliyyatın hərəkətdə olan vasitələrinin, boşaltma mexanizminin, konteyner və paket daşımaları vasitələrinin təyinatını, əsas istismar-texniki xüsusiyyətlərini; avtonəqliyyatın hərəkətdə olan vasitələrinin texniki istismar qaydalarını; avtomobil daşımalarının qaydalarını və planlaşdırılmasını; avtomobilqayırma, avtomobillərin istismarı sahəsində ən yeni yerli və xarici nailiyyətləri; avtonəqliyyat müəssisəsinin fəaliyyət göstərdiyi rayonda yerləşən müəssisələrin iş rejimini, rayonun yollarının sxemini, marşrutları; avtomobil daşımalarının uçotu və təhlili üzrə rəhbər materialları; daşımalar prosesində və avtonəqliyyatın istismarında məşğul olan sürüсü heyətinin və digər işçilərin əməyinin təşkilini və iqtisadiyyatını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki və mühəndis-iqtisadi təhsil və ixtisası üzrə mütəxəssis və rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Bilet kassalarının işini təşkil edir. Kassaların və kassirlərin iş cədvəllərini tərtib edir. Bilet kassirləri tərəfindən yol sənədlərinin tərtib edilməsinə və gediş haqqının alınmasının düzgünlüyünə, boş yerlərin olması haqda məlumatın sərnişinlərə vaxtlı-vaxtında çatdırılmasına nəzarət edir. Avtobuslarda boş yerlərin olması haqda məlumatların qonşu stansiyalardan alınması və onlara ötürülməsini izləyir. Sərnişinlərin əlavə olaraq biletlərlə operativ təminatını, biletlərin qaytarılması işini təşkil edir. Avtovağzallardan səfərə çıxan bütün avtobuslar üzrə cədvəllərin düzgün aparılmasına gündəlik nəzarət edir. Kassa aparatları üzərində polombların olmasına dair yoxlamalar keçirir. Bilet kassirləri tərəfindən növbəlik qazancın vaxtlı-vaxtında təhvil verilməsini təmin edir. Kassa aparatlarının sazlığını izləyir, onların təmir və dəyişməsini təşkil edir. Kassalarda gediş sənədləri blanklarının ehtiyatını yoxlayır. Preyskurantlara dəyişikliklərin vaxtlı-vaxtında salınmasına nəzarət edir. Marşrutlarda tariflərin dəyişməsinin qeydiyyatını aparır və onları kassirlərin nəzərinə çatdırır. Sərnişinləri qəbul edir, onların şikayət və təkliflərini araşdırır.

Bilməlidir: Bilet kassalarında işin icrası qaydasını; sərnişinlərin və baqajın daşınma qaydalarını; avtobusların əsas marşrut yollarını; gediş sənədlərinin formalarını; pulsuz biletlərin verilmə qaydalarını və birdəfəlik xidməti biletlər üzrə gediş qaydasını; avtobuslarda boş yerlərin olması haqda məlumatların, uçot və ötürülmə qaydalarını; bilet çap edən maşınların istismar qaydalarını; sərnişinlərin daşınma preyskurantlarını; tarifləri; əməyin elmi təşkilinin əsaslarını; daxili əmək nizam-intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri; Orta ixtisas təhsili və ən azı 3 ay müddətində fərdi təlim.

4-6-cı dərəcə: yerinə yetirilən əməliyyatların müxtəlifliyindən, sənədləşdirmənin həcmindən, işlədilən texniki vəsaitin mürəkkəbliyindən və bilet kassalarında işçilərin sayından asılı olaraq.

Vəzifə borcu; Avtomobil nəqliyyatının hərəkətdə olan nəqliyyat vasitələrinin lazımi vəziyyətdə saxlanılmasını, xətlərdə olan avtomobillərə texniki yardımın göstərilməsini təşkil edir. Avtomobillərin xətlərə təsdiq olunmuş qrafikə müvafiq və saz buraxılmasını təşkil edir. Sürüсülər tərəfindən avtonəqliyyatın hərəkətdə olan hissələrinin texniki istismar qaydalarına uyğun istismar olunmasına nəzarəti həyata keçirir. Boşdayanmaların, avtomobillərin texniki nasazlığa görə xətlərdən vaxtından əvvəl qayıtmalarının qarşısını ala biləcək tədbirləri işləyib hazırlayır və həyata keçirir, yol-nəqliyyat hadisələrinin və yol-hərəkət qaydalarının pozulması səbəblərini təhlil edir. İstehsalat binalarının, qurğuların, avadanlığın və qaracın ərazisinin cari təmirini, sağlam və təhlükəsiz əmək şəraitini, eləcə də işçilərə əmək şəraitinə görə güzəştlərin vaxtında təqdim olunmasını təmin edir. Qaracın ərazisinin abadlaşdırılması, yaşıllaşdırılması və təmizlənməsi üçün tədbir işləyib hazırlayır və həyata keçirir. Qaracın yanacaq-sürtkü materialları ilə təmin olunmasına, hərəkətdə olan nəqliyyat vasitələrinə vaxtında xidmət göstərilməsinə və düzgün saxlanılmasına, kadrların düzgün seçilməsi və yerləşdirilməsinə və onlardan məqsədli istifadə olunmasına nəzarəti həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək və istehsalat intizamı, istehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət edir. İşlərində fərqlənən işçilərin mükafatlandırılması və ya tənbeh edilməsi, zəruri hallarda isə tutulmalar edilməsi üçün təkliflər verir.

Bilməlidir. Avtonəqliyyatın hərəkətdə olan hissələrinin quruluşunu, təyinatını, konstruktiv xüsusiyyətlərini, texniki-istismar göstəricilərini; avtonəqliyyat müəssisəsinin istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları: avtonəqliyyatın hərəkətdə olan hissələrinin texniki-istismar qaydalarını; avtonəqliyyatda texniki xidmətin göstərilməsi və təmirin aparılma texnologiyası və təşkilini; iqtisadiyyatın, istehsalın və əməyin elmi təşkilinin əsaslarını; avtomobil nəqliyyatı sahəsində əməyin ödənilməsi qaydalarını və maddi həvəsləndirmə formalarını; hərəkətdə olan hissələr və istismar olunan materiallar haqqında uçotun və hesabatın aparılma qaydalarını; hesablama texnikasının istismar qaydalarını; yol-hərəkət qaydalarını: əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki və ya mühəndis-iqtisadi təhsil və avtonəqliyyat sahəsində ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin qarac rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin qarac rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin qarac rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrin qarac rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu, Avtovağzalın (avtobus stansiyasının) bütün fəaliyyətinə rəhbərliyi həyata keçirir. Plan tapşırıqlarının müəyyən olunmuş kəmiyyət və keyfiyyət göstəricilərinə müvafiq olaraq yerinə yetirilməsini, avtovağzalın (avtobus stansiyasının) bütün xidmətlərinin fasiləsiz işini təmin edir, onların fəaliyyətini daşımaların və sərnişinlərə xidmətin inkişafında və səmərələşdirməsində yüksək nailiyyətlər qazanmağa yönəldir. Yeni texnikanı, mexanikləşdirmə. avtomatlaşdırma və rabitə vasitələrini, mütərəqqi texnologiyanı, əməyin elmi təşkilini geniş tətbiq etməklə əmək məhsuldarlığının, sərnişinlərə göstərilən xidmət dairəsinin genişləndirilməsi, avtovağzal binasının cari təmirinin təmin edilməsi üçün işlər aparır. Avtovağzalın və avtovağzala yanaşı ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması və təmizlənməsi üçün tədbirlər işləyib hazırlayır və həyata keçirir. Avtovağzalın binasında və otaqlarında sanitar rejiminik gözlənilməsinə nəzarəti təmin edir. Avtobusların hərəkət cədvəllərinə, işçilərin sərnişinlərə xidmət qaydalarına riayət etmələrinə nəzarət təşkil edir. Avtovağzalın (avtostansiyanın) yüksək ixtisaslı kadrlarla təmin olunması, işçilərin biliyindən və təcrübəsindən səmərəli istifadə olunması, avtovağzalın işçilərinə və sərnişinlərə xidmət üçün əlverişli əmək şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl olunmasından ötrü tədbirlər görür. Avtovağzalın (avtostansiyanın) kollektivinin sosial inkişafı tədbirlərinin Kadrların əməyə qarşı münasibətə şüur və vicdanla yanaşmaları ruhunda tərbiyə olunması, müəssisənin mənafelərinə ciddi əməl olunması, əmək və istehsal intizamının möhkəmlənməsi üçün işlər aparır. Yaradıcılıq təşəbbüsünün fəhlə və qulluqçuların əmək fəallığının inkişaf etmələrinə, işin səmərəliliyinin qaldırılması üçün maddi və mənəvi marağın düzgün tətbiq edilməsinə və eləcə də tapşırılmış işin və kollektivin işinin yekununa görə hər bir işçinin məsuliyyətinin artırılmasına imkan yaradır.

Bilməlidir: Avtovağzalların (avtostansiyaların) gələcək texniki-iqtisadi və sosial inkişafına, avtovağzalların fəaliyyətinə dair yuxarı orqanların qərar, sərəncam, əmrlərini, digər rəhbər və normativ materialları; avtomobil nəqliyyatının nizamnaməsini; yolların sxemini, avtobusların hərəkət marşrutunu, avtomobil nəqliyyatı ilə daşımaların təşkili qaydalarını; avtobus marşrutlarında hərəkətin təhlükəsizliyi tələblərini; avtobus vağzalları (avtostansiyaları) haqqında nümunəvi əsasnaməni; hesabat sənədlərinin aparılma qaydalarını; sərnişin daşımalarının təşkilində qabaqcıl təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma qaydalarını; əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki və ya mühəndis-iqtisadi təhsil və avtomobil nəqliyyatında mühəndis-iqtisadi təhsil və avtomobil nəqliyyatında mühəndis-texniki vəzifələrində ən azı 5 il iş stajı.

10-cu dərəcə: III qrup avtostansiyanın (avtovağzalın) rəisi vəzifəsini yerinə yetirdikdə.

11-ci dərəcə: II qrup avtostansiyanın (avtovağzalın) rəisi vəzifəsini yerinə yetirdikdə.

12-13-cü dərəcə: I qrup avtostansiyanın (avtovağzalın) rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Yol hərəkətinin təhlükəsizlik qaydalarını gözləmək və hərəkətdə olan nəqliyyat vasitələrinin səmərəli və effektli istifadəsini təmin etməklə yüklərin (sərnişinlərin) daşınması üzrə qoyulmuş plan tapşırıqların yerinə yetirilməsini təmin edir. Nəzarət rəqəmlərinin işlənib hazırlanmasında, onların razılaşdırılmasında və avtonəqliyyat müəssisələrinə çatdırılmasında iştirak edir. Daşımaların təşkili metodlarını və mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqinə rəhbərlik edir. Xalq təsərrüfatının və əhalinin daşımalara olan tələbatlarının öyrənilməsini, yük və sərnişin axınlarının xarakter, həcm və istiqamətlərinin aşkar olunmasını təşkil edir. Xidmət olunan regionda nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsilə bağlı işlərə rəhbərlik edir. Avtomobil nəqliyyatının işini başqa nəqliyyat növlərilə uzlaşdırmaqdan ötrü tədbirlər görür. Yüklərin daşınmasının müəssisə və təşkilatlarla vaxtlı-vaxtında müqavilələr bağlamaq üçün tədbirlər görür. Daşınmalar üzrə plan tapşırıqlarının yerinə yetirilməsi gedişatına və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət və onları təhlil edir. Marşrutlarda olan hərəkət nəqliyyat vasitələrinin işinin texniki-istismar göstəricilərini təhlil edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin işinin səmərəliliyini, müştərilər və sərnişinlər üçün xidmət keyfiyyətinin artırılmasına, maliyyə-intizamının və təsərrüfat hesabının möhkəmləndirilməsinə yönəldilən tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Sərnişinlərin və baqajın daşınmalar qaydalarına əməl olunmasında, tariflərin düzgün tətbiqinə nəzarətin təşkilində, yol sənədlərinin tərtibatında, sərnişin və yük daşımalarının yerinə yetirilməsi üçün məsafələrin təyin edilməsində iştirak edir. Yolların, körpülərin, əsas yola çıxan yolların və dayanacaq məntəqələrinin, boşaltma və yükləmə məntəqələrin vəziyyətinə nəzarəti təmin edir, onların abadlaşdırılması və saz hala gətirilməsi üçün tədbirlər görür. Daşımalar üzrə təyin olunmuş uçot və hesabat formalarının vaxtlı-vaxtında və keyfiyyətlə tərtib olunmasını təşkil edir. Şöbə işçilərinə rəhbərlik edir.

Bilməlidir: Yuxarı orqanlar tərəfindən verilən qərarları, göstərişləri, əmrləri; avtomobillərin istismar məsələləri üzrə metodik, normativ və digər rəhbər materialları; avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinin, yükləmə-boşaltma mexanizmlərin konteyner və paket daşınmaları üçün vasitələrin təyinatını və əsas texniki-istismar xarakteristikalarını; avtomobil-nəqliyyatının hərəkətdə olan hissələrinin texniki istismar qaydalarını; avtomobilqayırma və avtomobil nəqliyyatının istismarı sahəsində olan ən yeni nailiyyətləri; avtomobil daşımalarının uçotu və təhlili üzrə rəhbər materialları; avtomobil nəqliyyatının istismarı ilə məşğul olan sürüсülərin və digər işçilərin əməyinin təşkilini və daşınmalar prosesinin iqtisadiyyatını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yol hərəkəti təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinin ixtisas tələbləri; Ali texniki təhsil və avtomobil nəqliyyatının istismarı ilə bağlı olan mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

11 -ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-14-cü dərəcələr: II, I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Bütün müqavilə öhdəlikləri üzrə plan daşımalarının, texniki-istismar göstəricilərinin yerinə yetirilməsini, avtomobillərin texniki cəhətdən düzgün istismar edilməsini, hərəkətdə olan nəqliyyat vasitələrindən səmərəli istifadə olunmasını təmin edir. Avtomobillərin texniki vəziyyətinə nəzarəti həyata keçirir, onların təsdiq olunmuş qrafikə ciddi riayət etməklə xətlərə çıxmasını təşkil edir. Avtomobillə daşımaların gələcək planlarının tərtib olunmasında iştirak edir. Dəstənin xidmət göstərdiyi müəssisələrdə (təşkilatlarda) yük axını, iş rejimini, daşımaların həcmini və s. araşdırır və konkret şəraiti nəzərə almaqla sürücü briqadaları təşkil edir, onlara dəstənin daşımalar üzrə planına əsaslanar; tapşırıqlar verir, xətlərdə sürüсülərin işinə nəzarət edir, zəruri hallarda avtomobillərə texniki yardımın göstərilməsini təmin edir. Əməyin elmi təşkilinin tətbiqini, yük götürmə qabiliyyəti əmsalının qaldırılması, yüksüz hərəkətdə olmanın azaldılması, daşımaların maya dəyərinin aşağı salınması işini təşkil edir. Avtomobillərə texniki xidmətin göstərilməsi planının, yük xəritələrinin və marşrut cədvəllərinin işlənib hazırlanmasında iştirak edir. Avtomobillərin təsdiq olunmuş plana uyğun olaraq texniki xidmətə göndərilməsinə, eləcə də görülmüş işlərin keyfiyyətinə nəzarət edir. İstismara daxil olmuş avtomobillərin qəbulunu təşkil edir. Qəzaların, zədələnmələrin, boşdayanmaların, texniki istismar və yol hərəkəti qaydalarının pozulması səbəblərinin araşdırılmasında iştirak edir. Sürücülərin əməyinin ödənilməsi və mükafatlandırılmasının, təsərrüfat hesabının tətbiq edilməsinin təkmilləşdirilməsində iştirak edir. Dəstənin işinin yekunlarını təhlil edir, daşımalar üzrə planın yerinə yetirilməsinə yönəldilmiş tədbirlər işləyib hazırlayır. Aşkar olunan nöqsanların aradan qaldırılmasını təmin edir. Sürüсülərlə istehsalat tə"limatının keçirilməsini həyata keçirir, onların istehsalat və əmək intizamına, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmələrinə nəzarət edir. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, işçilərin texniki və iqtisadi bilik səviyyələrinin artırılması, əmək intizamının möhkəmləndirilməsi haqqında iş aparır. Sürüсülərin iş və istirahət vaxtı haqqında əsasnaməyə uyğun olaraq iş vaxtından səmərəli istifadəni təmin edir. Kadr axınının səbəblərini araşdırır və onun qarşısının alınması üçün təkliflər verir.

Bilməlidir: Avtonəqliyyatın hərəkətdə olan hissələrinin quruluşunu, təyinatını, konstruktiv xüsusiyyətlərini, istismar-texniki göstəricilərini; avtonəqliyyat müəssisəsinin istehsal-təsərrüfat fəaliyyətinə dair əmr, əsasnamə, təlimat və digər rəhbər və normativ materialları; yüklərin (sərnişinlərin) avtomobil nəqliyyatı ilə daşınmasının qaydalarını; daşımaların tarifini və onların tətbiqi qaydalarını; yükləmə-boşaltma məntəqələrində avtonəqliyyatın iş şəraitini; avtonəqliyyat sahəsində elmin və texnikanın ölkəmizdə və xarici ölkələrdəki nailiyyətlərini, qabaqcıl müəssisələrin təcrübəsini; avtonəqliyyatın idarə olunmasının, istehsalın və əməyin ödənilməsinin qaydalarını və maddi həvəsləndirmənin formalarını; sürüсülərin iş və istirahət vaxtı haqqında əsasnaməni; yol hərəkəti qaydalarını; əməyin elmi təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-8-ci dərəcələr; orta ixtisas təhsil, avtomobil nəqliyyatında ən azı 5 il stajı və III qrup dəstənin rəisi vəzifəsinə yerinə yetirdikdə.

9-10-cu dərəcələr: ali texniki təhsil, avtomobil nəqliyyatında ən azı 3 il iş stajı və II qrup dəstənin rəisi vəzifəsini yerinə yetirdikdə.

11-12-ci dərəcələr: ali texniki təhsil, avtomobil nəqliyyatında ən azı 5 il iş stajı və I qrup dəstənin rəqsi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Əşyaların qəbulu, saxlanması və verilməsi üzrə işlərə rəhbərliyi həyata keçirir. Əşyaların qəfəslərə və rəflərə səmərəli yerləşdirilməsini və onların saxlanmasını və verildiyi zaman tezliklə tapılmasını təmin edən qaydada qoyulmasını təşkil edir. Saxlanma rejiminə, avadanlıq, mexanizm və inventarın saz vəziyyətdə saxlanılmasına riayət edir. Əşyaların sahiblərinin şikayətlərinə baxır və onların tələblərinin ödənilməsi üçün tədbirlər görür. Avtomatik saxlanma kameralarının işinə, əl baqajının saxlanması üçün haqqın düzgün təyin edilməsinə nəzarət edir. Sərnişinlərdən alınmış və itirilmiş əşyalara sənədləri rəsmiləşdirir, əşyaların qaytarılmasını, təyin olunmuş müddət qurtardıqdan sonra onların satışa verilməsini təşkil edir, Saxlama kamerasının işi haqqında yekun hesabat tərtib edir.

Bilməlidir: saxlama kamerasının iş qaydasını, avtomatik saxlama kameralarının istismarı qaydalarını; daxili nizam-intizam qaydalarını; əməyin mühafizəsi; təhlükəsizlik texnikası; istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: ümumi orta təhsil və anbardar vəzifəsində ən azı 1 il iş stajı.

5-ci dərəcə: ümumi orta təhsil və anbardar vəzifəsində ən azı 3 il iş stajı.

Vəzifə borcu: Sərnişinlərin və yüklərin ərazi səviyyəsində daşınması üçün avtomobillərin istismarını təşkil edir. İdarənin, ərazi birliyinin avtomobil nəqliyyatının hərəkət hissələrinin səmərəli istismarını təmin edir. Avtomobil nəqliyyatı sahəsində qabaqcıl elmi nailiyyətləri, təsərrüfatların və əhalinin avtomobil daşınmalarına olan meyllərini və tələbatını araşdıraraq avtomobillə daşımaların gələcək inkişaf planının işlənib hazırlanmasına rəhbərlik edir.

Daşımalar üzrə kontrol (nəzarət) qiymətlərin işlənib hazırlanması, onların razılaşdırılması və avtonəqliyyat müəssisələrinin (birliklərinin) nəzərinə çatdırılmasında iştirak edir.

Avtonəqliyyat müəssisələrində sürücülərin iş və istirahət şəraitini nəzərə almaqla daşımaların mütərəqqi metodlarla planlaşdırılmasına, avtomobil daşımalarının qaydaları və şəraiti üzrə təlimatların vaxtında keçirilməsinə nəzarəti təmin edir. Avtonəqliyyat müəssisələrində sürücülərin əməyinin elmi təşkilinin tətbiqini, avtonəqliyyat hərəkət hissələrinin, yükləmə-boşaltma mexanizminin və avadanlığının səmərəli istifadəsini, daşımaların texnologiyasının, yükləmə-boşaltma işlərinin təkmilləşdirilməsini təmin edir. Daşınma proseslərində ən yeni texnoloji yeniliklərin, ixtiraların geniş tətbiqini təşkil edir. Avtomobillərin istismarının səmərələşdirilməsi problemini, hərəkətin təhlükəsizliyini və elmi axtarışların nəticələrinin avtonəqliyyat müəssisələrində tətbiqini nəzərə almaqla həllini təşkil edir. Tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsipini nəzərə alaraq avtonəqliyyat müəssisələrinə daşımalar üzrə müqavilələrin bağlanmasına və onların yerinə yetirilməsinə köməklik edir. Avtomobillərin işlədiyi sahədə yolların, körpülərin, dalan yollarının vəziyyətinin yoxlanılmasını təşkil edir, müvafiq orqanların, təşkilatların vasitəsilə onların təmir edilməsi üçün tədbirlər görür. Sərnişinlərə xidmətin yaxşılaşdırılması məqsədi ilə avtonəqliyyat müəssisələrinin işinin təkmilləşdirilməsi, dayanaraq nöqtələrinin təşkili və onların abadlaşdırılması, sərnişin avtonəqliyyatının hərəkət sürətinin normalaşdırılması üçün təbirlər görür.

Avtonəqliyyat müəssisələrinin xətlərdə işləyən avtomobillərinə nəzarəti təşkil edir. Daşınan yüklərin və baqajın qorunub saxlanılması, yol vərəqələrinin, əmtəə-nəqliyyat və bilet-uçot sənədlərinin vaxtında və düzgün hazırlanması üçün tədbirlər görür. Avtonəqliyyat müəssisələrinin avtomobillərinin istismar göstəricilərini təhlil edir. Avtonəqliyyat müəssisələrinin texniki-istismar və iqtisadi göstəricilərinin yaxşılaşdırılması, onların maliyyə və təsərrüfat hesabı iltizamının möhkəmlənməsi, daşımalara görə debitor borclarına yol verilməməsi üçün tədbirlər işləyib hazırlayır. Avtomobil nəqliyyatına baxışların keçirilməsinin təşkilində iştirak edir.

Avtonəqliyyat müəssisələrinin hərəkət vasitələrinin (heyətinin) işi barəsində statistik hesabatın və uçotun düzgün və vaxtında aparılmasını təmin edir. İdarədə, ərazi birliyində və dövlət istehsalat birliyində yanacaq-enerji ehtiyatları üzrə şöbə olmadıqda avtonəqliyyat müəssisələrində avtomobil yanacağının sərf olunmasının uçotunun aparılmasına nəzarəti təşkil edir. Avtonəqliyyat müəssisələrində daşımaların məsafələrini düzgün müəyyən olunmasına nəzarəti təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: Avtomobillərin istismarı məsələləri üzrə yuxarı orqanların qərar, sərəncam, əmr, metodiki, normativ və digər rəhbər materialları; avtomobil nəqliyyatının, yükləmə-boşaltma mexanizmlərinin, konteyner və paket daşımalarının təyinatını; əsas texniki-istismar xüsusiyyətlərini; avtomobil nəqliyyatının hərəkətdə olan vasitələrinin texniki istismar qaydalarını; avtomobillə daşımaların planlaşdırılmasını və qaydalarını; avtomobilqayırma üzrə xarici nailiyyətləri; avtomobil daşımalarının uçotu və təhlili üzrə rəhbər materialları; daşıma proseslərində və avtonəqliyyatın istismarında məsul olan sürüсülərin və digər işçilərin əməyinin təşkilini və iqtisadiyyatını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yol hərəkət qaydalarının təhlükəsizliyi və yanğından mühafizə qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və avtomobil nəqliyyatının istismarı ilə əlaqədar mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə,

14-cü dərəcə: I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Yükləmə-boşaltma məntəqəsinin işinin planlaşdırılmasını həyata keçirir. Yükləmə-boşaltma zonasında yüklərin, mexanizmlərin, hərəkətdə olan nəqliyyat vasitələrin qorunub saxlanılmasını, yükləmə-boşaltma əməliyyatlarının vaxtında yerinə yetirilməsini təmin edir. Yükləmə-boşaltma məntəqəsinin işini təhlil edir. Yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi vasitələrini, əməyin və istehsalın elmi təşkilinin tətbiqini, yükləmə-boşaltma məntəqəsinin işində qabaqcıl təcrübənin yayılmasını təmin edir. Yüklərin vurulması zamanı texniki şəraitin hərəkətdə olan heyətin və yüklərin yükləmə-boşaltma əməliyyatına dayanma normalarının gözlənilməsinə nəzarət edir. Yükləri qəbul edənlərin və təhvil verənlərin və yükləmə-boşaltma məntəqəsinə xidmət göstərən işçilərin işini təşkil edir. Yükləmə-boşaltma mexanizmlərindən səmərəli istifadə edilməsinə nəzarət edir. İşçilərin istehsalat və əmək intizamına. təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə nəzarət edir,

Bilməlidir, Yükləmə-boşaltma işlərinin təşkili və yüklərin emalı məsələləri üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları; yüklərin daşınma qaydalarını; yükləmə-boşaltma mexanizmlərinin, konteyner və paket daşımaları üçün vasitələrin təyinatını, əsas texniki - istismar xüsusiyyətləri; yükləmə-boşaltma məntəqəsinin işinin texnoloji prosesini və əsas göstəricilərini; təhlilin aparılması və hesabatın tərtib edilməsi qaydalarını; hərəkətdə olan nəqliyyat vasitələrinki yükvurma əməliyyatına durma normasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin ödənilməsində mövcud olan qanunvericiliyi; əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

10-cu dərəcə: III qrup məntəqəsi rəisi vəzifəsini yerinə yetirdikdə.

11-ci dərəcə: II qrup məntəqənin rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: I qrup məntəqənin rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Yükləmə - boşaltma mexanizmlərindən, avadanlıqlarından, istehsalat meydanlarından, hərəkətdə olan heyətdən səmərəli istifadəni, yüklərin növləşdirilməsi üzrə gündəlik planın düzgün müəyyən edilməsini təmin etməklə, yüklərin növləşdirilməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təşkil edir. Yüklərin növləşdirilməsində qabaqcıl texnologiyanın, yükləmə-boşaltma əməliyyatının mexanikləşdirilməsi vasitələrinin tətbiqini, istehsalat sahələrinin zəruri avadanlıqlarla təchiz olunmasını təmin edir. Hərəkətdə olan vasitələrin yükləmə-boşaltma mexanizmlərinin. konteynerin yükdaşıma imkanlarından səmərəli istifadə olunmasına nəzarəti təşkil edir. Yüklərin növləşdirilməsi qaydalarına riayət olunmasına, konteynerlərin hərəkətdə olan üstü açıq nəqliyyat vasitələrinin yükləməsində texniki şəraitin gözlənilməsinə hərəkətdə olan nəqliyyat vasitələrik yükləmə-boşaltma əməliyyatına dayanma normalarına əməl olunmasına nəzarət edir. Yüklərin qorunub saxlanılmasına, avadanlığın müntəzəm və texniki cəhətdən düzgün istifadə edilməsinə yönəldilmiş tədbirlər işləyib hazırlayır, müəyyən olunmuş uçot və hesabat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: Yüklərin daşınılmasının təşkili məsələləri üzrə müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodik. normativ və digər rəhbər materialları; yüklərin daşınma qaydalarını; yüklərin növləşdirilməsinin texnologiyasını; hərəkətdə olan nəqliyyat vasitələrinin yükləmə-boşaltma. mexanizmlərinin və avadanlıqlarının, konteyner və paket daşımaları vasitələrinin əsas texniki-istismar və yükləmə-istismar xüsusiyyətlərini və onların texniki-istismar qaydalarını; yükləmə işlərinin yerinə yetirilməsi üçün texniki şəraiti hərəkətdə olan heyətin yükləmə-boşaltma əməliyyatına dayanma normalarını; planlaşdırmanın təsərrüfat hesabının və əməyin elmi təşkilinin əsaslarını: daşınmalar üzrə uçot və hesabatları; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yol hərəkətinin təhlükəsizliyi və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinin ixtisas dərəcələri; Ali texniki və ya mühəndis-iqtisadi təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı,

11-12-ci dərəcələr: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup-müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Müştərilərlə daşımalarla əlaqədar müqavilələrin vaxtında bağlanması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi işinə rəhbərlik edir. Perspektiv və cari daşıma planlarının işlənib hazırlanmasında iştirak edir, müştərilər üzrə daşımaların rüblük, aylıq planlaşdırılmasını həyata keçirir. Daşıma planının yerinə yetirilməsinə nəzarət edir və təhlil-aparır, hərəkətdə olan nəqliyyat vasitələrinə tələbatın müəyyənləşdirilməsində və onun bölüşdürülməsi üzrə təkliflərin hazırlanmasında iştirak edir. Smeta-maliyyə və digər hesablamaların, eləcə də daşıma planının yerinə yetirilməsi üzrə dövlət statistika hesabatının vaxtında tərtib edilməsini təmin edir. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı dövlət intizamına riayət olunmasına, müqavilələr üzrə hesablaşmaların, gəlir, mənfəət və digər maliyyə göstəriciləri üzrə planın vaxtında yerinə yetirilməsinə nəzarət edir. Müəssisənin təsərrüfat müstəqilliyinin, birbaşa uzunmüddətli təsərrüfat əlaqələrinin genişləndirilməsinə, müştərilərlə işin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər işləyib hazırlayır. Hərəkət heyətindən səmərəli istifadə olunması, onun işinin texniki-istismar və iqtisadi göstəricilərinin yaxşılaşdırılması, resurslara qənaət edilməsi, maliyyə intizamının və təsərrüfat hesabının gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Bilməlidir: Avtomobil nəqliyyatı ilə daşımaların təşkilinə dair yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları; təsərrüfat müqavilələrinin bağlanma və icra edilmə qaydalarını: iqtisadiyyatı, daşıma prosesinin təşkilin: müəssisədə maliyyə işinin təşkilinin əsaslarını; avtomobil daşımalarının uçotu və təhlili üzrə rəhbər materialları; avtomobil daşımaları qaydalarını; müəssisədə təsərrüfatçılıq və idarəetmə metodlarını; əmək qanunvericiliyinin əsaslarını; əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali iqtisad yaxud mühəndis-iqtisadi təhsil və ixtisası üzrə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-14-cü dərəcələr: II, I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Hərəkətdə olan avtomobil nəqliyyatının xətdə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkətinə dispetçer rəhbərliyini təmin edir. Yük və sərnişin daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil edir. Sürücülərə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin edir. Tabeçiliyindəki avtonəqliyyat müəssisələrinin dispetçer heyətinin işinə rəhbərlik edir. Xətdə texniki yardım işini əlaqələndirir. Tabeçiliyindəki avtonəqliyyat müəssisələrinin avtomobillərinin müştərilər, obyektlər arasında bölüşdürülməsi üzrə bölgü planlarının işlənib hazırlanmasını təmin edir və onların yerinə yetirilməsinə nəzarət edir, Magistrala çıxan yolların saz vəziyyətdə saxlanılması və avtomobillərin yükləmə-boşaltma normalarından artıq müddətə boşdayanmalarına yol verilməməsi üçün tədbirlər görür. Avtonəqliyyatdan istifadənin yaxşılaşdırılmasına, əhalinin sərnişin daşımalarına və müştərilərin yük daşımalarıma olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Avtomobillərin yol boyu yüklənməsi üzrə nəzarət-dispetçer məntəqələrinin işini təşkil edir. Avtonəqliyyat işinin məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər görür. Hərəkətdə olan avtonəqliyyatın xətdə faktiki buraxılması haqqında məlumatı təhlil edir. Operativ dispetçer hesabatının vaxtında tərtib olunmasını təmin edir. Sərnişin və yük daşımaları prosesi üzərində nəzarəti həyata keçirir. Tabeçiliyindəki avtonəqliyyat müəssisələrində dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir. Şöbənin işinə rəhbərlik edir.

Bilməlidir: Avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınması üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları; daşımaların planlaşdırılması və dispetçer idarəetməsinin təşkilini; avtomobil nəqliyyatı, konteyner və paketlə daşımalar üçün yükləmə-boşaltma mexanizmlərinin və vasitələrinin texniki istismar xüsusiyyətlərini; hərəkətdə olan avtomobil nəqliyyatının texniki istismar qaydalarını; avtomobil daşımalarının qaydalarını və planlaşdırılmasını; daşımaların tariflərini və onların tətbiqi qaydalarını; elektron-hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların işlənməsi metodlarını; daşımaların operativ təşkil uçot formalarını; daşıma proseslərinin iqtisadiyyatı və təşkilini. əmək qanunvericiliyinin əsaslarını; yol hərəkəti qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və avtomobil və nəqliyyatının istismarı ilə bağlı mühəndis texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrdə dispetçer xidməti rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə; III qrup müəssisələrdə dispetçer xidməti rəisi vəzifəsini yerinə yetirdikdə,

13-14-cü dərəcələr: II, I qrup müəssisələrdə dispetçer xidməti rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Nəqliyyat ekspedisiya agentliyinin fəaliyyətinə rəhbərlik edir və yeni texnikanın və texnologiyanın, əməyin elmi təşkili və təsərrüfat hesabının təkmilləşdirilməsi əsasında əmək məhsuldarlığının daima qaldırılmasını, əhalinin müvafiq xidmət növlərinə olan ehtiyacını tam və vaxtında ödənilməsini təmin edir, Əhaliyə və planda nəzərdə tutulduğu halda müəssisə və təşkilatlara xidmət göstərilməsi üzrə ilanın yerinə yetirilməsi üçün agentliyin istehsalat-təsərrüfat fəaliyyətini təşkil edir. Sifarişçilərlə yüklərin daşınması, saxlanması və müəyyən olunmuş müddətdə çatdırılması haqqında müqavilələrin vaxtında bağlanmasını təmin edir. Nəqliyyat vasitələrindən, konteynerlərdən, yükləmə-boşaltma mexanizmlərindən səmərəli və düzgün istifadəni təşkil edir. Əmtəə kassasının və agentliyə daxil olan məntəqələrin işinə, işçilərin əhaliyə nəqliyyat-ekspedisiya xidmətinin göstərilməsi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın əleyhinə tədbirlərin aparılması qaydalarına riayət etmələrinə nəzarəti təşkil edir. Nəqliyyat müəssisələrindən əmtəə-nəqliyyat sənədlərinin vaxtında qəbul edilməsini və düzgün rəsmiləşdirilməsini, sifarişçilərə onların ünvanlarına yüklərin daxil olması barəsində xəbərdarlıq edilməsini təşkil edir. Sifarişçilərin iddia və təkliflərinə baxır, onlar üzrə zəruri tədbirlər görür. Agentliyin işi haqqında müəyyən olunmuş hesabatın hazırlanması və uçotun keyfiyyətlə aparılmasını təmin edir. Agentliyin işinin kəmiyyət və keyfiyyət göstəricilərinin yerinə yetirilmə nəticələrini təşkil edir, araya çıxan nöqsanların ləğv edilməsi üçün tədbirlər görür. İşçilərin biliyindən və təcrübəsindən səmərəli istifadə edilməsini. onların əməyi üçün təhlükəsiz və əlverişli şəraitin yaradılmasını təmin edir. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin gözlənilməsini təmin edir. Kadrların tapşırılmış işə görə fərdi məsuliyyət ruhunda tərbiyə olunması, əmək və istehsalat intizamının möhkəmlənməsi üzrə işlər aparır, yaradıcılıq təşəbbüsünün, fəhlə və qulluqçuların çalışqanlıqlarının inkişaf etdirilməsinə köməklik göstərir.

Bilməlidir: Nəqliyyat-ekspedisiya agentliyinin fəaliyyətinə dair müvafiq orqanların qərar, sərəncam, əmrlərini, digər rəhbər və normativ materialları; əhaliyə nəqliyyat-ekspedisiya xidmətinin təşkilinə dair ölkənin və xarici ölkələrin qabaqcıl təcrübəsini; təsərrüfat müqavilələrinin bağlanması və yerinə yetirilməsi qaydalarını; avtomobil nəqliyyatının nizamnaməsini, xidmətlərin göstərilməsi, daşımalar üzrə müqavilələrin bağlanması, əhaliyə nəqliyyat-ekspedisiya xidmətinin göstərilməsi üzrə təlimat, qayda və əsasnamələri; yük daşımaları üzrə istehsalat və maliyyə planlarını, yüklərin daşınması və qorunub saxlanılması qaydalarını, istehsalın, əməyin» idarəetmənin təşkilini və iqtisadiyyatını; yükləmə-boşaltma mexanizmlərinin texniki istismar qaydalarını; uçot və hesabat sənədlərinin aparılma qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

12-ci dərəcə: ali texniki və ya mühəndis-iqtisadi təhsil və avtomobil nəqliyyatında-rəhbər vəzifələrdə ən azı 3 il iş stajı.

Vəzifə borcu: Nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, hərəkətdə olan nəqliyyat vasitələrindən səmərəli istifadə olunması, daşımaların rentabelliyinin təmin olunması üçün agentliklərin və şöbələrinin işini təşkil edir. Avtonəqliyyat müəssisələri, dəmir yol şöbələri və nəqliyyatın digər növləri ilə yüklərin gətirilməsi (aparılması), yükü göndərənlərlə (yükalanlarla) şəhərlərararası daşınmalar haqqında müqavilələrin vaxtında bağlanması üçün tədbirlər görür. Dispetçer xidmətinin işini təşkil edir. Xətlərdə olan nəqliyyat vasitələrinin işinə əməli nəzarətin təşkil olunmasında iştirak edir. Götürülmüş öhdəliklərin şöbələr, agentliklər, dispetçer xidmətləri tərəfindən yerinə yetirilməsinə, tariflərin, əmtəə-nəqliyyat yol vərəqlərinin və digər sənədlərin düzgün tətbiq edilməsinə və rəsmiləşdirilməsinə nəzarəti təşkil edir. Nəqliyyat ekspedisiya xidməti məsələləri üzrə ərizə və təkliflərə baxır, onları təhlil edir və mövcud olan nöqsanları aradan qaldırmaq üçün təkliflər hazırlayır. Agentliklərin və şöbələrin işinin təkmilləşdirilməsinə, əhaliyə və müştərilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə, hərəkətdə olan nəqliyyat vasitələrindən, yükləmə-boşaltma mexanizmlərindən və avadanlıqlardan səmərəli istifadə olunmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanması və tətbiq edilməsində iştirak edir. Nəqliyyat-ekspedisiya xidməti üzrə qabaqcıl iş təcrübəsini öyrənir. Xidmətin yeni növlərinin, əməyin elmi təşkili tədbirlərinin tətbiqini təmin edir. Daşınılan yüklərin qorunulmasını təmin tədbirlər görür. Agentliklərin və şöbələrin fəaliyyəti haqqında uçot və hesabat sənədlərinin vaxtında və düzgün rəsmiləşdirilməsini təmin edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: Yük daşımalarının təşkili məsələləri üzrə müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodik, normativ və digər rəhbər materialları; yük daşımaları qaydalarını; yüklərin emalı texnologiyasını; hərəkətdə olan nəqliyyat vasitələrinin təyinatını, əsas texniki-istismar xüsusiyyətlərini, texniki-istismar qaydalarını; agentliklərin və şöbələrin işinin təşkilini; daşımalara olan tariflərin və onların tətbiqi qaydalarını; yük avtomobil daşımalarının planlaşdırılması, uçotu və təhlili üzrə rəhbər materialları; yük avtomobil daşımalarının iqtisadiyyatını və təşkilini; yükləmə işlərinin yerinə yetirilməsi üçün texniki şəraiti; hərəkətdə olan nəqliyyat vasitələrinin yükləmə-boşaltma əməliyyatına dayanma normalarını; daşımaların planlaşdırılmasının, təsərrüfat hesabının və əməyin elmi təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrində ixtisas tələbləri: Ali texniki və ya mühəndis-iqtisadi təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Müəssisə və təşkilatlara, əhaliyə nəqliyyat-ekspedisiya xidmətinin göstərilməsini təşkil edir. Bu zaman hərəkətdə olan nəqliyyat vasitələrindən, yükləmə-boşaltma mexanizmləri və avadanlığından səmərəli istifadəni, nəqliyyat-ekspedisiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir. Dəmir yol stansiyaları, dəniz limanı və aeroportdan yüklərin mərkəzləşdirilmiş qaydada gətirilib-aparılması üzrə, həmçinin yükgöndərən və yükalan müəssisə, təşkilat və idarələrə nəqliyyat-ekspedisiya xidməti göstərilməsi üzrə plan və tapşırıqların yerinə yetirilməsini təmin edir. Yüklərin mərkəzləşdirilmiş gətirilib aparılması üzrə müəssisə, təşkilat və əhaliyə nəqliyyat ekspedisiya xidməti göstərilməsi üzrə kontrol rəqəmlərin işlənib hazırlanması və razılaşdırılmasında, həmçinin onların avtonəqliyyat müəssisələrinə çatdırılmasında iştirak edir. Müəssisələrə, təşkilatlara və əhaliyə nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsində mütərəqqi texnologiyanın tətbiqini təmin edir. Yük daşımalarının xüsusiyyəti, həcmi və istiqamətlərini təhlil edir, yüklərin yükləmə-boşaltma və emal yerlərinin texniki təchizatı səviyyəsini öyrənir. Dəmir yolu stansiyalarından, dəniz limanı və aeroportlardan yüklərin vaxtında gətirilib aparılmasını təmin etməyə yönəldilmiş kompleks tədbirləri işləyib hazırlayır və həyata keçirir. Nəqliyyat-ekspedisiya xidmətində avtomobil nəqliyyatı ilə yüklərin mərkəzləşdirilmiş qaydada gətirilib aparılması üzrə işlərin uçotunu aparır və yerinə yetirilməsini təhlil edir. Dəmiryolu stansiyaları, dəniz limanı və aeroportdan yüklərin mərkəzləşdirilmiş qaydada gətirilib aparılması zamanı müəssisələrə, təşkilatlara və əhaliyə göstərilən nəqliyyat-ekspedisiya xidmətinin keyfiyyətinə və səmərəliliyin artırılmasına, əmtəə-nəqliyyat fakturası, yol vərəqlərinin və digər sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsinə, tariflərdən düzgün istifadə etməsinə nəzarət edir. Nəqliyyat-ekspedisiya xidməti üzrə şikayətlərə baxır, onları təhlil edir və onların yaranma səbəblərini ləğv edir, qabaqcıl təcrübəni öyrənir. Yeni xidmət növlərinin tətbiqini təmin edir. Daşınan yüklərin salamat saxlanması, maliyyə intizamının və təsərrüfat hesabının gücləndirilməsi, nəqliyyat-ekspedisiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, xidmət mədəniyyətinin yaxşılaşdırılması üçün tədbirlər işləyib hazırlayır. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: Nəqliyyat-ekspedisiya xidmətinin təşkili məsələləri üzrə yuxarı orqanların qərar, sərəncam və əmrlərini. metodiki, normativ və digər rəhbər materialları, hərəkətdə olan avtomobil nəqliyyatının əsas texniki istismar xüsusiyyətlərini və təyinatını, texniki-istismar qaydalarını; daşımalara olan tarifləri və onlardan istifadə qaydalarını; yük avtomobil daşımalarının planlaşdırılması, uçotu və təhlili üzrə rəhbər materialları; yük avtomobil daşımalarının iqtisadiyyatını və təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri; Ali texniki və ya mühəndis-iqtisadi təhsil, avtomobil nəqliyyatının istismarı ilə bağlı mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu, Yüklərin, sərnişinlərin, baqaj və poçtun daşınma qaydalarına, həmçinin avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinin istismarını reqlamentləşdirən digər qaydalara riayət olunması üzrə nəzarət işinə rəhbərlik edir. Eyni istiqamətdə hərəkət edən yüksüz avtomobillərin yüklənmə qaydalarının yerinə yetirilməsinin yoxlanılmasını, avtomobil nəqliyyatında icra edilmiş işlərin həcmlərinə, avtomobil yanacağının sərfinə, sərnişinlərin gediş haqların, baqaj və yüklərin daşınmasının ödənilməsi üzrə uçot qaydasının pozuntularına qarşı mübarizəni təşkil edir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı və sahə avtomobil nəqliyyatının işinin yoxlanılmasını təşkil edir, yoxlama materiallarının ümumiləşdirilməsini həyata keçirir və aşkar olunmuş pozuntuların aradan qaldırılmasına dair öz səlahiyyəti daxilində icbari göstərişlər verir. Avtomobillərin xətdə yoxlanmasını və avtomobil nəqliyyatı nizamnaməsində baş vermiş pozuntuların müvafiq qaydada tərtibini təşkil edir, müstəsna pozuntu hallarında yol və bilet-uçot vərəqələrinin götürülməsini və avtomobillərin xətdən çıxarılmasını təmin edir. Avtomobil nəqliyyatından istifadə qaydalarının pozulmasına görə mövcud cərimələrin qoyulmasını, avtomobil nəqliyyatı ilə yüklərin, sərnişinlərin, baqaj və poçtun daşınması tariflərinə tətbiqi qaydalarına, həmçinin avtonəqliyyat müəssisələri tərəfindən yerinə yetirilən digər işlər və xidmətlər üzrə haqqın düzgün alınmasına nəzarəti; avtomobil nəqliyyatı ilə yerinə yetirilən işin uçotu üzrə nəqliyyat sənədlərinin düzgün tərtibinin yoxlamasını; avtomobillərdə spidometr, takometr və kassa avadanlığının vəziyyətinin və saxlanılmasının yoxlanmasını təmin edir. Pozuntularda təqsirkar olan işçilərə qarşı qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin tətbiqini təşkil edir. Avtomobil nəqliyyatı nizamnaməsi tələblərinə, nəzarət-müfəttiş xidməti işçilərinin vəzifə təlimatlarına riayət olunması üzrə nəzarətin aparılma qaydası haqqında təlimatların işlənib hazırlanmasını, nəzarət-müfəttiş işində qabaqcıl təcrübənin yayılmasını təmin edir. Avtonəqliyyat müəssisələrinin bilet kassalarında bilet və qəbzlərin saxlanılmasının, uçotunun və sərfinin düzgünlüyünün yoxlamasını təşkil edir. Avtomobil nəqliyyatının işində çatışmamazlıqlar və sərnişinlərdən gediş və yüklərin. baqaj və poçt daşınmasına gör haqların düzgün götürülməməsi haqqında vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir. Yoxlamalara ixtisası və peşəkarlığı münasib olan mütəxəssislərin cəlb edilməsini təşkil edir, Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və məqsədəuyğun istifadəsi, həmçinin onların peşəkarlığının artırılması üzrə işləri həyata keçirir. İşçilərin əmək intizamı və daxili nizam qaydalarına riayət etmələrinə nəzarət edir. Fərqlənən işçilərin mükafatlandırılması və pozuntulara yol verənlərə qarşı intizam cəzalarının qoyulması, ehtiyac olduqda maddi ziyanın tutulması barədə təsir tədbirlərinin tətbiqi barədə təkliflər verir, kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: Müvafiq aidiyyatı təşkilatların qərar, sərəncam, əmrlərini, nəzarət-müfəttiş xidmətinin fəaliyyətini, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının təşkili üzrə metodiki, normativ və digər rəhbər materialları; sərnişinlərin gediş haqqına və yüklərin daşınmasına aid olan tarifləri və onların tətbiqi qaydalarını; avtomobil nəqliyyatı işinin uçotu üzrə sənədlərin tərtibinə dair tələbləri sərnişin avtonəqliyyat müəssisələrdə bilet təsərrüfatının təşkilini; avtomobil yanacağının uçot; saxlanma və verilmə qaydalarını; qazancın uçot və saxlanma qaydasını; avtomobillərdə spidometr və taksometrlərin plomblama qaydalarını və sxemini; cərimələrin tutulma qaydasını; avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının iqtisadiyyatını və təşkilini; əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Avtomobil nəqliyyatı sahəsi üzrə ali texniki yaxud mühəndis-iqtisadi təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ön azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Rabitə şöbəsinin fəaliyyətinə, habelə stasionar və səyyar rabitə obyektlərinin işinə rəhbərlik edir. Etibarlı rabitəni, müəssisənin, onun bölmələrinin və hərəkət heyətinin işinə operativ-dispetçer rəhbərliyi üçün istifadə olunan obyektlərin, rabitə vasitə və kanallarının düzgün texniki istismarını, vaxtında təmirini, texniki xidmətini, nasazlıqların aradan götürülməsi və inkişafını təmin edir. Qəza və zədələnmə hallarının qarşısının alınmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasını təşkil edir. Mövcud rabitə vasitələrinin işini əlaqələndirir, rabitə kanallarının keyfiyyətinə, onlarda lazımi ölçülərin aparılmasına, rabitə vasitələrinin işinə aid qüvvədə olan qayda və təlimatların yerinə yetirilməsinə nəzarət edir. Rabitə obyektlərində rabitə vasitələrinin ümumi və texniki istismarının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnika və texnologiyanın tətbiqi işini həyata keçirir, quraşdırma və tikinti quraşdırma işlərinin görülməsinə nəzarət edir. Rabitə vasitələri işinin təşkilini təhlil edir, onun təkmilləşdirilməsi üçün tədbirlər görür. Zəruri rabitə vasitələri və aparaturaya, rabitə vasitələri və xətlərinə texniki xidmət və onların təmiri üçün lazım olan materiallara, ehtiyat hissələrinə və alətlərə təkliflərin və sifarişlərin işlənməsini təmin edir. Rabitə vasitələrinin inkişaf sxemlərinin işlənməsində iştirak edir, Yeni tikilən rabitə qurğularının layihələndirilməsi, fəaliyyətdə olanlarının genişləndirilməsi və rekonstruksiyası üzrə tapşırıqların işlənməsinə rəhbərlik edir. Texniki layihələrə və səmərələşdirici təkliflərə baxır, onların istismar tələblərinə uyğun kəlməsi haqda rəy verir. Texniki vasitələrin, onların iş göstəricilərinin uçotunu, habelə zəruri texniki sənəd və sxemlərlə, vasitələrlə və sorğu materialları ilə təminatını təşkil edir. Rabitə şöbəsinə mühəndis-texniki kadrların seçilməsində iştirak edir, əməyin təşkilini təkmilləşdirir, əmək intizamının möhkəmləndirilməsi üzrə iş aparır, əməyin elmi təşkilinin tətbiqinə rəhbərlik edir. Şöbə işçilərinə rəhbərlik edir və rabitə vasitələrinin istismarı, fasiləsiz işinə aid məsələlərdə onların fəaliyyətini əlaqələndirir.

Bilməlidir: Rabitə şöbəsinin fəaliyyətinə dair müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları; istehsalat rabitəsinin inkişaf perspektivlərini; texniki vasitələrin istismar, layihələndirmə, tikinti və təmir qaydalarını; rabitə vasitələrinin istismarının təşkilini; rabitənin təşkili və qurulma sxemini: texniki vasitələrin əsas texniki xüsusiyyətlərini və prinsipial sxemlərini; rabitə vasitələri, apparatura, avadanlıq və qurğularına xidmət üzrə texnoloji prosesləri; yeni rabitə qurğularının və təmirdən sonra olanların istismara qəbul qaydasını; rabitə sisteminin inkişaf perspektivlərini; istehsalat rabitəsinin təşkili sahəsində ölkə və xarici qabaqcıl təcrübəni; iqtisadiyyatın. əməyin elmi təşkilinin, istehsalın təşkili və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və rabitə sahəsində mühəndis-texniki və rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

10-cu dərəcə: V, IV qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

11-ci dərəcə: III qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: II qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: I qrup müəssisələrdə şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Hərəkətdə olan nəqliyyat vasitələrinin xəttə çıxarkən və geri qayıdarkən texniki qayıdarkən texniki vəziyyətinə, hərəkətdə olan nəqliyyat vasitələrinə texniki xidmətin bütün növlərində və onların cari təmirində işlərin keyfiyyətlə və tam həcmdə aparılmasına, müəssisədə düzəldilən və bərpa olunan detal və birləşmələrin keyfiyyətinə; müəssisəyə daxil olan materialların, ehtiyat hissələrinin, həmçinin təmir olunmuş avtomobillərin və aqreqatların keyfiyyətinə; istismarda olan nəzarət ölçü vasitələrin, qurğuların, alətlərin, texnoloji ləvazimatın vəziyyətinə nəzarətin keçirilməsi üzrə işi təşkil edir. hərəkətdə olan nəqliyyat vasitələri üçün texniki xidmətin və təmirin texnologiyasına riayət edilməsinə nəzarəti təmin edir. Texniki nasazlığı olan nəqliyyat vasitələrinin xəttə buraxılmasının qarşısının alınmasını təşkil edir. Nasazlıqların yaranma səbəblərini, həmçinin texniki nasazlıqlar üzündən baş vermiş qəzaların və yol-nəqliyyat hadisələrinin yaranma səbəblərini təhlil edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki xidmətə qoyulma cədvəlinə riayət olunmasına nəzarət edir. İstehsalçı zavodlardan və avtotəmir zavodlarından göndərilən hərəkətdə olan nəqliyyat vasitələrinin, aqreqatların qəbulunda, aqreqat və şinlərin silinməsində iştirak edir. Keyfiyyəti yaxşı olmayan alınmış məhsula reklamasiya aktları və avtomobillərin xətdə baş vermiş zədələnmələri ilə əlaqədar aktlar tərtib edir. Hərəkətdə olan nəqliyyat vasitələrinə texniki xidmətin və təmirin keyfiyyətinin yüksəldilməsinə, avtomobillərin aqreqat və birləşmələrinin istismar müddətinin və etibarlığının artırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanması və əməl olunmasında iştirak edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin işinin təşkili məsələləri üzrə əmr və sərənсamların icrasına nəzarət edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin nasaz vəziyyətdə xəttə buraxılma hadisələri, müəssisənin sahələri tərəfindən bütün növ işlərin görülməsi zamanı baş vermiş texnoloji pozuntuları və işlərin aşağı keyfiyyətdə icrası barədə müəssisə rəhbərliyini vaxtlı-vaxtında məlumatlandırır.

Texniki nəzarətin mütərəqqi təşkilini və aparılma üsullarını, müasir diaqnostika avadanlığını, cihaz və qurğuları istehsalata tətbiq edir. Yerinə yetirilən işlər haqqında müəyyən olunmuş formada hesabat hazırlayır və təqdim edir.

Şöbə işçilərinin iş yerlərində əməyinin elmi təşkilinə dair tədbirlərin tətbiqini təmin edir. Elmi-texniki tərəqqinin tələblərinə uyğun olaraq şöbədə kadr hazırlığını təkmilləşdirir və peşəkarlığın yüksəldilməsini təmin edir.

Bilməlidir: Müvafiq orqanların qərar, sərəncam, əmrlərini, avtonəqliyyat müəssisələrində texniki nəzarətin təşkili məsələləri üzrə metodik, normativ və digər rəhbər materialları. Avtomobil nəqliyyatının nizamnaməsini; texniki nəzarət sistemini, üsul və vasitələrini; avtomobillərin, onların aqreqat və birləşmələrinin quruluşunu və konstruktiv xüsusiyyətlərini; hərəkətdə olan nəqliyyat vasitələrinin texniki istismar qaydalarını, avtomobillərin aqreqat, birləşmə və detallarına texniki xidmətin və təmirin təşkilini və texnologiyasını; avtomobil nəqliyyatı sahəsində və müəssisədə qüvvədə olan standartları və texniki şərtləri; xammal və materialların keyfiyyəti üzrə reklamasiyaları təqdim etmə qaydasını: yol hərəkəti qaydalarını; yol hərəkəti qaydalarını; uçotun təşkilini, hesabatın tərtib edilmə qaydasını və müddətlərini, iqtisadiyyatın, istehsalın və əməyin elmi təşkilinin əsaslarını; avtomobil nəqliyyatında texniki nəzarətin təşkili sahəsində mütərəqqi təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və texniki nəzarət üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Birliyin müəssisələrində istehsalın təşkili üzrə işlərin aparılmasına və istehsalın hazırlanmasına rəhbərlik edir. Müəssisənin texniki inkişafının cari və perspektiv planlaşdırılmasına rəhbərlik edir. Müəssisənin texniki-istehsalat bazasının inkişafı və təkmilləşdirilməsi, yeni texnikanın, qabaqcıl texnologiyanın tətbiqi və əməyin elmi təşkili üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir. Səmərələşdiricilik və ixtiraçılıq işlərinə rəhbərlik edir, daha səmərəli işlərin tətbiqinə köməklik göstərir. Avtomobillərin mərkəzləşdirilmiş texniki xidmət və təmir müəssisələri şəbəkəsinin təşkili və inkişafı, texniki diaqnostika komplekslərinin tətbiqi üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir. Material və enerji resurslarının səmərəli sərf normalarının işlənməsi və istehsalata tətbiqində iştirak edir. Birliyin müəssisələrində texniki xidmətin fəaliyyətinin təhlilinin keçirilməsini və ona nəzarəti təşkil edir, hərəkətdə olan avtomobillərin xətdən çıxması səbəblərinin təhlilini aparır, onlara texniki xidmətin və onların təmirinin keyfiyyətini artırmaq, istehsal gücündən daha səmərəli istifadə etmək üçün tədbirlər işlənməsini təşkil edir. Yeni tikilən və rekonstruksiya olunan istehsalat, qurğu, texniki vasitələrin layihələşdirilməsi, fəaliyyətdə olanların genişləndirilməsi, inkişafı və rekonstruksiyası, avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin tətbiqində texniki tapşırıqların tərtib olunmasına rəhbərlik edir. Avadanlığın modernləşdirilməsi üzrə layihə konstruktor sənədlərinə baxır və onları razılaşdırır. İstehsalın vəziyyətinə operativ nəzarəti təşkil edir. Avtomobillərə texniki xidmətin və onların təmirinin istehsal proseslərinin tənzimlənməsində iştirak edir. Hərəkət hissələrinin daxil olması, hərəkəti və silinməsini, habelə avtomaşınları bərpaya və hərəkət hissəsinin əsaslı təmirə təhvil verilməsinin planlaşdırılmasına nəzarət edir. Yeni texnikanın tətbiqi, həmçinin düzgün maliyyələşdirmə və istehsalın effektivliyinin artırılması planında nəzərdə tutulmuş tədbirlərin iqtisadi effektliyi hesablamaları ilə bağlı müqavilələrin bağlanması və yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Birliyin müəssisələrindəki avtomobillərin illik texniki baxışa və kənd təsərrüfatı məhsullarının daşınmasına hazırlanmasında iştirak edir. Birliyin müəssisələrində məhsulun standartlaşdırılması və normalaşdırılması, elmi-texniki informasiya, həmçinin səmərələşdiriciliyi və ixtiraçılığın təşkili ilə məşğul olan bölmələrin fəaliyyətini istiqamətləndirir. Birliyin müəssisələrində iş yerlərinin uçotu, attestasiyası üzrə işlərin aparılmasına nəzarət edir və müəssisə mütəxəssislərinə bu işin aparılmasında köməklik göstərir. İstehsalın vəziyyəti haqqında operativ uçotu və hesabatı təşkil edir. Ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası və əməyin mühafizəsi və müəyyən edilmiş statistik hesabatın aparılması üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin edir. Qabaqcıl müəssisələrin texniki-istehsal xidmətlərinin iş təcrübəsini öyrənir, ümumiləşdirir və başqa müəssisələrdə bu təcrübənin tətbiqini təmin edir. Kadrların hazırlanması, fəhlə və qulluqçuların ixtisaslarının artırılması üzrə texniki təlimi təşkil edir.

Bilməlidir: Avtonəqliyyat müəssisələri istehsalının planlaşdırılması və texniki hazırlığı məsələləri üzrə müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları; istehsalın texnologiyasını; avadanlığın istehsal gücünü və iş rejimini; istehsal ehtiyatlarının aşkara çıxarılma və onlardan istifadə etmə metodlarını; müəssisənin texniki inkişaf perspektivlərini, avtomobil nəqliyyatı sahəsində texnikanın əsas inkişaf istiqamətlərini; texnoloji proseslərin və avadanlığın layihələşdirilməsi zamanı əməyin elmi təşkili tələblərini; istehsalın texniki hazırlığı sahəsində qabaqcıl ölkələrin və xarici müəssisələrin təcrübəsini; avtomobil nəqliyyatının təyinatını və əsas texniki-istismar xüsusiyyətlərini; avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinə qoyulan texniki tələbləri; yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin və səmərələşdirici təkliflərin iqtisadi effektivliyinin müəyyən etmə metodlarını; avtomobil nəqliyyatının texniki hazırlığı sahəsində ölkə və xarici qabaqcıl avtonəqliyyat müəssisələrinin təcrübəsini; əmək iqtisadiyyatını və istehsalın idarə edilməsini; əmək qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və avtomobil nəqliyyatında mühəndis-texniki və rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

11-сi dərəcə: V, IV qrup birliklərin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-сi dərəcə: III qrup birliklərin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup birliklərin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-сü dərəcə: I qrup birliklərin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: Müəssisənin texniki inkişafının, istehsalat bazasının perspektiv planlaşdırılmasına rəhbərlik edir. hərəkətdə olan nəqliyyat vasitələrində nasazlıqların səbəblərini araşdırılmasında və bu halların azaldılmasına yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Normativlərə uyğun olaraq avtomobillərin texniki xidmətə ciddi surətdə qoyulma cədvəlini tərtib edir; texniki diaqnostika komplekslərin, cari təmirin və istehsalatın iş planlarının işlənib hazırlanmasını, onların yerinə yetirilməsi üzərində nəzarəti təmin edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin silinməsi, DYP-ın qeydiyyata qoyulması və çıxarılması üçün sənədləri tərtib edir. Avtomobillərin texniki xidməti və təmiri üzrə istehsalat proqramının, aqreqatların və şinlərin təmirinə olan tələbatın hesablanmasının aparılmasını təmir edir. Avtomobillərin texniki xidmətinə (TX) və texniki təmirinə (TT) dair texnoloji proseslərinə daimi əməl olunmasında iştirak edir. Avtomobillərin TX və TT edilməsilə mərkəzlənmiş idarəetmə şöbəsinin olmadığı halda ötən müddət ərzində işin nəticələrinin təhlili əsasında dövriyyədə olan aqreqatların və birləşmələrin azalmayan ehtiyatının nomenklatur siyahılarını işləyib-hazırlayır, yaxud təshih edir. Qeyri standart avadanlığın hərəkətdə olan nəqliyyat vasitələri üçün qurğuların düzəldilməsinə və yeniləşdirilməsinə aid təkliflərin işlənib Hazırlanmasını təşkil edir. Müəssisə üçün digər təşkilatlar tərəfindən göndərilən keyfiyyətsiz detal, aqreqat və digər məmulatlar üzrə texniki nəzarət şöbəsilə birgə aktları və reklamasiyaları tərtib edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki xidmətinə və təmirinə çəkilən əməyin və vəsait sərflərinin sistematik təhlilinə aparır, məsrəflərin aşağı salınması üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir, texniki xidmət və təmir zamanı avtomobil yanacağı və sürtkü yağları, xammal və digər materialların normadan artıq sərfinin səbəblərini, həmçinin avtomaşınların normadan aşağı yürüşünün səbəblərini təhlil edir və onların aradan qaldırılmasına dair tədbirlərin işlənib hazırlanmasına və planların tərtibinə rəhbərlik edir. Yeni texnikanın, standartların, qabaqcıl texnologiyanın və avtomobil nəqliyyatının hərəkətdə olan vasitələrinin TX və TT-nin səmərəli üsullarının tətbiqini təşkil edir. İxtiraçı və səmərələşdirici işin və səmərələşdirici təkliflərin tətbiqini təşkil edir. Xammal və yarımfabrikatların əsas növləri üzrə mütərəqqi məsrəf normalarının, məhsulun keyfiyyətinin yüksəldilməsi və istehsal gücündən daha səmərəli istifadə üçün tədbirlər; işlənib hazırlanmasında, istehsalata tətbiqində, ehtiyat hissələri və materiallar üçün sifarişlərin tərtibində çıxdaş səbəblərinin öyrənilməsində iştirak edir. Yenidən tikilməkdə olan istehsalatların, qurğuların, texniki vasitələrin layihələnməsi, fəaliyyət göstərən istehsal sahələrinin genişləndirilməsi, inkişafı və yenidən qurulması, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiqindən ötrü texniki təlimatlar və texniki tapşırıqların tərtibi üzrə iş rəhbərlik edir.

Avadanlığın modernləşməsi üçün konstruktor-layihə sənədlərinə baxır və onları razılaşdırır. Məhsulun standartlaşdırma və normalaşdırma məsələləri və elmi-texniki informasiya ilə məşğul olan bölmələrin fəaliyyətini istiqamətləndirir. İş yerlərinin attestasiyası və səmərələşdirilməsi peşələrin əvəz edilməsi və xidmət sahələrinin genişləndirilməsi, işlərin və fəhlələrin tarifləşdirilməsi üzrə işlərdə iştirak edir. Təmir fəhlələri üçün mütərəqqi əmək üsullarının tətbiqi üzrə təşkilati iş aparır. Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin planlaşdırılması, yerinə yetirilməsi, nəzarətin və təyin olunmuş statistik hesabatın aparılmasını təmin edir. Yeni nəqliyyat vasitələrinin alınması, hərəkəti və silinməsinə, həmçinin hərəkətdə olan nəqliyyat vasitələrinin əsaslı təmirə verilməsinə və avtomobil şinlərinin bərpasının planlaşdırılmasına nəzarət edir. Yeni texnikanın tətbiqlə əlaqədar müqavilələrin bağlanması və icrası üzrə, həmçinin istehsalın səmərəliliyinin artırılmasına dair plan tədbirlərinin düzgün maliyyələşməsi və iqtisadi səmərəliyinin hesablanmasına nəzarəti həyata keçirir. Kadrların hazırlanması, fəhlə və mütəxəssislərin peşəkarlığının və ixtisaslarının artırılması üzrə texniki təlimi təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: Avtonəqliyyat müəssisələrinin istehsalı planlaşdırma və texniki hazırlığı məsələləri üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinə texniki xidmət və onların təmiri haqqında əsasnaməni, avtomobillər üçün texniki xidmət texnologiyasını və onların təmirinin təşkilini istehsal gücünün və avadanlığın iş rejimlərini: istehsalat ehtiyatlarını üzə çıxarma və onlardan istifadə üsullarını, müəssisənin texniki inkişaf prespektivlərini, avtomobil nəqliyyatı sahəsində texnikanın əsas inkişaf istiqamətlərini: texnoloji proseslərin və avadanlığın layihələşdirilməsində əməyin elmi təşkili tələblərini: istehsalın texniki hazırlığı sahəsinə aid olan ölkədəki və xarici qabaqcıl müəssisələrdəki təcrübəni: avtomobillərin təyinatını, konstruksiyasını və əsas texniki-istismar xarakteristikalarını: avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinə qoyulan texniki tələbləri; yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin və səmərələşdirici təkliflərin tətbiqinin iqtisadi səmərəsini təyin etmə üsullarını; avtomobil nəqliyyatının texniki hazırlığı sahəsində olan ölkədəki və xarici qabaqcıl avtonəqliyyat müəssisələrinin təcrübəsini, iqtisadiyyatın, istehsalın, idarəetmənin və əməyin elmi təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və avtomobil nəqliyyatında mühəndis-texniki və rəhbər vəzifələrdə ön azı 5 il iş stajı.

11 -ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrinin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Avtomobillərin hərəkət hissələrinin, aqreqat və şinlərin təmiri və onlara texniki xidmət üzrə işlərin görülməsinə, ehtiyat hissələrinin və detalların hazırlanması və bərpasına rəhbərlik edir, Müəyyən olunmuş vaxtlarda plan tapşırıqlarının yerinə yetirilməsini, təmir fəhlələrinin əmək məhsuldarlığının artmasını təmin edir. Təmir emalatxanalarının istehsal fəaliyyətinin planlaşdırılmasını, uçotunu və hesabatın tərtib olunub vaxtında təhvil verilməsini təşkil edir. Avtonəqliyyat müəssisənin maliyyə planının müvafiq bölmələrinin işlənməsində iştirak edir. İstehsalatda işin nəticələrini təhlil edir. İstehsalın təşkili; texnologiyanın təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, brakın qarşısının alınması və təmirin keyfiyyətinin yaxşılaşdırılması, bütün növ resurlara qənaət edilməsi üzrə iş aparır. Əməyin elmi təşkili tədbirlərinin tətbiqini. istehsalın təşkilinə aid ölkə və xarici qabaqcıl təcrübədən istifadəni, səmərələşdirici və ixtiraçılığın inkişafına avadanlığın texniki cəhətdən düzgün istismarını, təhlükəsizlik və sağlam əmək şəraitini təmin edir. İstehsalın texniki inkişafı və avadanlığın modenləşdiriləsinin planlaşdırılması işində iştirak edir. Sahə ustalarının işini əlaqələndirir. Kadrların seçilməsini, onların yerləşdirilməsinin və məqsədyönlü istifadəni həyata keçirir. İşlərin və fəhlələrin tarifləşdirilməsində iştirak edir. İstehsal prosesinin gedişini, enerji və maddi resurslara, ehtiyat hissələrinə, aqreqat və detallara nəzarəti təmin edir. İşçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, istehsal və əmək intizamına riayət edilməsinə nəzarət edir. İstehsal təlimatların keçirilməsini təmin edir. Yaradıcı təşəbbüsləri dəstəkləyir və onların yayılmasını təmin edir, kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: İstehsalın planlaşdırılması, təşkili və idarə olunması, avtomobilin hərəkət hissələrinin təmiri və texniki xidmətini, müəssisənin istehsal gücünü və onun inkişaf prespektivlərini: istehsalına texnologiyasını: sahələrin ixtisaslaşmasını və onların istehsal əlaqələrini; istehsal sahələri avadanlığının siyahısını və texniki xüsusiyyətlərini və onun texniki istismar qaydalarını; avtomobillərin konstruktiv cəhətlərini, saz hərəkət hissələrinə qoyulan tələbləri; istehsalatın texniki-iqtisadi planlaşdırılmasının qayda və metodlarını: təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsinə dair qüvvədə olan əsasnamələri və maddi-həvəsləndirmə formalarını; iqtisadiyyatın, istehsalın, idarəetmənin və əməyin elmi təşkilinin əsaslarını; avtomobillərin təmiri və texniki xidməti sahəsində qabaqcıl təcrübəni; operativ uçotun təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını,

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və ixtisas üzrə mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq, yaxud orta ixtisas təhsil və mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrdə təmir emalatxanalarının rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrdə təmir emalatxanalarının rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrdə təmir emalatxanalarının rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrdə təmir emalatxanalarının rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu: İşçilər tərəfindən yol hərəkət və avtomobillərin texniki istismar qaydalarının, eləcə də hərəkətin təhlükəsizliyini təmin edən təlimatların, əmrlərin və digər rəhbər materialların yerinə yetirilməsinə nəzarəti təşkil edir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getməklə xidməti araşdırmaların aparılmasında iştirak edir. Yol-nəqliyyat hadisələrinik və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının daim təhlil olunmasını təmin edir. Yol-nəqliyyat hadisələrini və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasının səbəblərini təhlil edir və onların qarşısının alınması haqqında rəhbərliyə konkret təkliflər təqdim edir. Hərəkətdə olan nəqliyyat vasitələrinin marşrutunun yoxlanılmasını və pasportlaşmasını həyata keçirir, xətlərdə, yükləmə-boşaltma yerlərində, dayanacaq nöqtələrində və nəqliyyatın başqa hərəkət yerlərində sürücülərin əməyinin təhlükəsizliyini təmin etmək üçün təkliflər verir. Müəssisənin ərazisində avtonəqliyyatın və piyadaların hərəkət sxeminin işlənib hazırlanmasını, yol nişanlarının işarələrinin çəkilməsini, siqnal qurğularının quraşdırılmasını təmin edir.

Sürücülərin yol hərəkəti qaydalarına riayət etməsini yoxlamaq məqsədi ilə müəyyən olunmuş qaydada işçilərin xətlərə göndərilməsi qrafikini işləyib hazırlayır və təsdiq edir. Təsdiq olunmuş proqrama müvafiq olaraq hərəkətin təhlükəsizliyi otağında məşğələlərin keçirilməsini, onların zəruri metodiki və əyani vəsaitlərlə, avadanlıqlarla təmin olunmasını təşkil edir. Avtonəqliyyat müəssisəsinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması haqqında materiallara DYP-nin inzibati komissiyası tərəfindən baxılması və sürücülərə 1-ci və 2-ci dərəcələrin verilməsi üçün attestasiya komissiyalarının işində iştirak edir. Ən yaxşı sürücülərin qəzasız işləmə təcrübəsinin öyrənilməsi üçün tədbirlər keçirir. Yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə müsabiqələrin, mühazirələrin keçirilməsini, sərkilərin təşkilini, sənədli-publisistik filmlərin nümayişini və s. təşkil edir. DYP və yol hərəkətinin təhlükəsizliyi məsələləri ilə məşğul olan elmi-tədqiqat institutları ilə əlaqəni təmin edir, onların tövsiyyələrinin həyata keçirilməsini təşkil edir. hərəkətin təhlükəsizliyi üzrə müəyyən olunmuş hesabatına hazırlanmasını və uçotunu təşkil edir. Hərəkətin qrafiki tərtib olunarkən xətlərdə sürücülərin istirahət şəraitinin nəzərə alınmasına və hərəkətin təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir. Avtomobil sürücülərinin təcrübə keçmə işinə nəzarət edir. Avtomobillərin xətlərə buraxılmasına və işin sonunda daimi dayanacaq yerlərinə qayıtmasına nəzarət edən məntəqələrin işinin keyfiyyətini yoxlayır.

Bilməlidir: Hərəkətin təhlükəsizliyinə dair müvafiq orqanların qərar, sərəncam, əmrlərini, normativləri, digər rəhbər materialları, avtomobillərin quruluşunu, təyinatını, konstruktiv xüsusiyyətlərini, avtonəqliyyatın hərəkətdə olan nəqliyyat vasitələrinin texniki istismar qaydalarını; yol hərəkəti qaydalarını, avtomobil nəqliyyatı iqtisadiyyatının əsaslarını; hərəkətin təhlükəsizliyi üzrə işlərin təşkilini; hərəkətin təhlükəsizliyi üzrə hesabat və uçot formalarının aparılması qaydalarını; sürücülərə qoyulan psixofizioloji tələbləri; avtomobillərin texniki vəziyyətinə nəzarət qaydalarını və vasitələrini; əmək qanunvericiliyinin əsaslarını; hərəkətin təhlükəsizliyi qaydalarının və məlumatların təbliğatının metod və formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali texniki təhsil və avtomobil nəqliyyatı sahəsində mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

11-ci dərəcə: V, IV qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

12-ci dərəcə: III qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

13-cü dərəcə: II qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

14-cü dərəcə: I qrup müəssisələrin şöbə rəisi vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Avtonəqliyyat vasitələri sürücüləri profilaktik baxış (bədənin hərarətinin, qan təzyiqinin, nəbzin ölçülməsi, nəfəsdən reaksiya yolu ilə alkoqolun olmasının müəyyən edilməsi) keçirir. Yol-nəqliyyat hadisələrinin təhqiqində iştirak edir. Sürücülərə profilaktik baxışların effektivliyini təhlil edir. Sürücülərin işə buraxılması haqqında qərar qəbul edir. Yol vərəqələrində müvafiq qeydlər aparır. Avtomotonəqliyyat vasitələri sürücülərinə profilaktik baxışların nəticələrini uçota alır. Avtomotonəqliyyat vasitələri sürücülərinin tibbi yoxlanması üçün müəyyən olunmuş qaydada müalicə ocaqlarına göndərişlər verir. Profilaktik baxışların nəticələri barədə müəssisə rəhbərinə məlumat verir.

Bilməlidir: Profilaktik baxışların keçirilməsi, yol-nəqliyyat hadisələrinin təhqiqi, profilaktik baxışların effektivliyinin təhlili və analizi üzrə əsasnamə, təlimat və digər rəhbər materialları, qan təzyiqinin, nəbzin, hərarətin nəfəsdən reaksiya yolu ilə alkoqolun olmasının müəyyən edilməsi üçün lazım olan alətlərlə işləmək qaydalarını; avtomotonəqliyyat sürücülərinə profilaktik baxışların keçirilməsi metodlarını; daxili nizam-intizam qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: ümumi orta təhsil və xüsusi təlim;

5-ci dərəcə: orta ixtisas təhsili.

Vəzifə borcu. Xətlərdə olan avtomobil sürücülərinin işini təşkil edir və onların növbə planlarının və daşımalar üzrə tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir. Marşrutlarda avtobusların və taksilərin hərəkətini tənzimləyən xətt dispetçer məntəqələrinin işinə nəzarət edir. Xətlərdə olan yük avtomobillərinin, avtobusların və taksilərin təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görür. Marşrutlarda daşımaların şərtləri və xüsusiyyətləri haqqında sürücüləri təlimatlandırır, bu halda yolların vəziyyətinə, konkret meteoroloci şəraitində ayrı-ayrı sahələrdə nəqliyyatın hərəkətinə sürücülərin diqqətini cəlb edir. Daşımalara razılaşdırılmış əməli rəhbərliyi təmin etmək üçün sifarişçilərlə, yükləmə-boşaltma, xətt dispetçer məntəqələri ilə, avtovağzallarla, avtostansiyalarla daima əlaqə saxlayır. Avtomobillərin normadan artıq boşdayanmalarının qarşısını almaq üçün tədbirlər görür. Sürücülər tərəfindən işin yerinə yetirilməsi əks olunmuş yol vərəqələrini və digər sənədləri qəbul edir, doldurur və verir, onların düzgün rəsmiləşdirilməsini yoxlayır. Yol vərəqələrində müvafiq texniki-istismar göstəricilərini hesablayır. Sürücülər tərəfindən növbə tapşırıqlarının yerinə yetirilməsinin keyfiyyətini təhlil edir.

Tapşırıqları və daşımalara olan sifarişləri qeydə alır. Növbə ərzində görülmüş işlər və baş vermiş hadisələr barəsində operativ məlumat və raportlar hazırlayır. Xətlərdə olan avtobusların sürücülərinin hərəkət cədvəllərinə riayət etmələrinə daima nəzarət edir, cədvəllərdə nəzərdə tutulan avtobusların hərəkətləri arasındakı fasilənin gözlənilməsi üçün tədbirlər görür. Sərnişin axınından asılı olaraq avtobusları marşrutlar arasında yenidən bölüşdürür. Avtonəqliyyatın işini sərnişin nəqliyyatını digər növləri ilə əlaqələndirir, əgər onların işində dəyişiklik baş verərsə, xüsusi marşrutlar və ya ayrıca reyslər təşkil edir. Marşrutlarda avtobusların işlə tam təmin olunmasını təhlil edir və sərnişinlərə xidmətin yaxşılaşdırılması barədə rəhbərliyə təkliflər verir. Dayanacaqlarda taksilərin olmasını təmin etmək üçün tədbirlər görür, taksilərin xətlərə buraxılması cədvəlinə riayət olunmasına taksiyə olan sifarişlərin yerinə yetirilməsinə nəzarət edir. Texniki və digər səbəblər üzündən vaxtından əvvəl avtobusların marşrutdan çıxma hallarında fasilənin azalması, avtobusların bir marşrutdan digərinə əməli surətdə yenidən qoşulması, yolların təmiri ilə əlaqədar başqa yolun seçilməsi və eləcə də taksomotorlara olan təlabatı nəzərə almaqla onların əsas dayanacaqlara bölüşdürülməsi ilə əlaqədar ehtiyatda olan avtobusların marşrut üzrə hərəkətə qoşulmaları üçün tədbirlər görür. Yerinə yetirilmiş daşımalar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini yoxlayır, müxtəlif idarələrə mənsub olan yük nəqliyyat vasitələrinin uçotunu və nəzarəti təmin edir, daşımalarda nəqliyyatın fasiləsiz işləməsini, yükləmə-boşaltma məntəqələrində nəqliyyatın normadan artıq boş dayanması və eləcə də eyni istiqamətdə hərəkət edən yüksüz avtomobillərin yüklənməsi üçün tədbirlər görür, müəssisə və təşkilatların avtonəqliyyat vasitələrinin və yükləmə-boşaltma mexanizmlərinin əməli uçotunu, nəzarəti və onların işlərinin yekunlarının təhlilini həyata keçirir. Dalan yollarının vəziyyətinə, eləcə də sürücülərin nəqliyyatda intizamı riayət etmələrinə nəzarət edir. Zəruri hallarda xətlərdə hərəkətdə olan nəqliyyat vasitəsinə vaxtında texniki yardımın göstərilməsini təşkil edir. Növbətçilik üzrə dəftər və jurnalı aparır.

Bilməlidir: Avtomobil nəqliyyatının hərəkətinin əməli idarə olunmasının təşkili məsələləri üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki və digər rəhbər materialları; yol vərəqələrinin yenidən işlənməsi və rəsmiləşdirilməsi, texniki-istismar göstəricilərinin uçotu qaydalarını; yolların vəziyyətini və sxemini; avtonəqliyyat müəssisəsinin xidmət göstərdiyi rayonda müəssisələrin ünvanını və onların iş rejimini; avtomobillərin istismar qaydalarını, daşımaların yerinə yetirilməsi qaydaları haqqında təlimat və əsasnamələrin; tarifləri və onların tətbiqi qaydalarını; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; daşıma məsafələrini, marşrutun və yol şəraitini; hərəkət cədvəlini və dayanacaq nöqtələrini; sərnişinlərin və baqajın daşınma qaydalarını; sərnişin daşınmasının təhlükəsizliyini təmin edən marşrut xəttini və hərəkət şəraitini; avtobus sürücüsünün, konduktorun və xətdə olan heyətin təlimatını yol hərəkətinin təşkili və təhlükəsizliyi üzrə əmr və sərəncamları; bilet sistemini; növbə ərzində Sürücülərə plan üzrə müəyyən olunmuş gəliri; hesablama texnikasının istismar qaydalarını və məlumatın elektron hesablama maşınlarında daxil etmə üsullarını, iqtisadiyyatın, əməyin və istehsalın, elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə - iş stajına tələb qoyulmadan ali texniki və ya mühəndis iqtisadi təhsil və ya orta ixtisas təhsili və avtomobil nəqliyyatında hərəkətin əməli idarə edilməsində ən azı 3 il iş stajı;

5-ci dərəcə - böyük dispetçer vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Yük və sərnişinlərin daşınma həcminin uçotunu müəyyən edilmiş qaydada aparılması, müştərilərlə planların yerinə yetirilməsi haqqında hesabatın düzgün olması üzrə avtonəqliyyat müəssisələrində nəzarəti həyata keçirir. Avtomobil və avtobusların spidometr və taksometr avadanlığının vəziyyəti və ploblamanın düzgünlüyünü müəssisə və xətlərdə yoxlayır, bu halda həmin cihazların göstəricilərinin uçot rəqəmlərinə uyğun olmasına nəzarət edir. Xətdə avtomobillərin yoxlamasını aparır və pozuntuları aşkar etdiyi təqdirdə aktlar tərtib edir və yol vərəqələrində lazımi qeydlər edir, müstəsna hallarda isə avtomobilləri xətdən çıxarır. Sərnişin və yük avtomobil nəqliyyatında tariflərə riayət edilməsinə, həmçinin avtomobil müəssisələri tərəfindən yerinə yetirilən digər iş və xidmətlərə görə pulların düzgün yığılmasına nəzarət edir. Sürücü və konduktorlardan yığılan pulların qəbulu qaydasına və onların saxlanmasının təşkilinə, həmçinin avtomobil nəqliyyatı işinin uçotu üzrə yol, əmtəə-nəqliyyat və digər ilkin sənədlərin düzgün doldurulmasına nəzarət edir. Avtobus və taksi avtomobillərində getmək üçün bütün növ biletlərlə təlimat, onların saxlanılma, verilmə və uçotu qaydasına riayət edilməsini yoxlayır. Marşrutlarda ümumi istifadəli avtobusların hərəkət göstəriciləri üzrə uçot və hesabatı yoxlayır. Yüklərin, yerinə yetirilmiş daşımaların həcmini tutuşdurub müştərilərdə yoxlanmasını aparır, avtomobil nəqliyyatı nizamnaməsindən və sifarişçi ilə bağlanmış daşınmalar üzrə bağlanmış müqavilələrdən irəli gələn şərtlərə riayət olunmasına nəzarət edir. Avtonəqliyyat müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin təftişlərində iştirak edir. Avtomobil nəqliyyatı nizamnaməsindən irəli gələn tələblərə nazirlik və idarələrə məxsus olan avtomobil nəqliyyatı müəssisələri və təşkilatları tərəfindən riayət etməsinə nəzarət edir, tabeçiliyindəki nəqliyyat vasitələrinin iş prosesini çətinləşdirən hallar barədə rəhbərliyə məlumat verir.

Bilməlidir: Nəzarət-təftiş xidməti haqqında əsasnaməni, yük və sərnişinlərin daşınmasına and olan tarifləri; avtomobil nəqliyyatı nizamnaməsini; avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınma qaydalarını; hərəkətdə olan nəqliyyat vasitələri işinin uçotu üzrə ilkin sənədlərin tərtib edilmə formalarını və qaydalarını; sərnişin avtonəqliyyat müəssisələrində bilet təsərrüfatının təşkilini, sürücülərdən yığılmış gəlirin uçotu və saxlanma qaydasını; avtomobillərin spidometr və taksometrlərinin plomblama qaydalarını və sxemini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Orta ixtisas təhsil və 3 aydan az olmayaraq fərdi təlim.

4-cü dərəcə: müfəttiş vəzifəsini yerinə yetirdikdə.

5-ci dərəcə: böyük müfəttiş vəzifəsini yerinə yetirdikdə.

Vəzifə borcu. Hərəkətdə olan nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını onun cədvələ uyğun xəttə çıxması və işin sonunda. xətdən qayıdarkən qəbul zamanı onun nasazlığının müəyyən edilməsinin təmin edir. Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirir və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirir və onların aradan qaldırılması üçün tədbirlər görür. Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılmasının cədvəlini işləyib hazırlayır və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Xətlərdə avtomobillərə texniki yardımın göstərilməsində iştirak edir. Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət edir. Xəttə çıxmazdan əvvəl Sürücülərə göstəriş verir. Yeni hərəkət hissələrinin qəbulunda və eləcə də avtomobillərin hesabdan silinməsində və aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak edir, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirir. Avtomobillərin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənir, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil edir, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirir. İşlənən materialların sərf edilmə normalarına riayət olunmasını təmin edir.

Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması məsələləri ilə bağlı səmərələşdirici təkliflərə baxılmasında iştirak edir, qəbul olunmuş təkliflərin tətbiq olunmasını təmin edir. Əməyin elmi təşkili ilə əlaqədar tədbirlərin tətbiqini, işçilərin əmək və istehsalat intizamının gözlənilməsini, onlar tərəfindən yerinə yetirilən işlərin yüksək keyfiyyətini təmin edir.

Bilməlidir: Avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinə texniki xidmətin göstərilməsi və təmirin aparılması üzrə müvafiq orqanların qərarı, sərəncam, əmrlərini, metodiki normativ və digər rəhbər materialları; avtonəqliyyat müəssisəsinin gələcək texniki inkişafını; avtomobillərin və qoşquların quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və istismar qaydalarını avtomobillərə texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını və təşkilini; müəyyən olunmuş hesabat və uçot formalarını; əməyin elmi təşkilinin tələblərini; avtomobillərə texniki xidmətin göstərilməsi və təmirin aparılması sahəsində ölkənin qabaqcıl təcrübəsini avtomobillərin texniki vəziyyətinin diaqnostikası metodlarını iqtisadiyyatın, istehsalın, idarəetmənin və əməyin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsini; təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili, mütəxəssis vəzifələrində 3 ildən az olmayaraq iş stajı.

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil.

8-ci dərəcə: ali texniki təhsil və 3 ildən az olmayaraq mexanik vəzifəsində iş stajı.

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mexanik vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

10-11-ci dərəcələr: ali texniki təhsil və uyğun olaraq 2-3 ildən az olmayaraq 9-cu və 10-cu dərəcəli mexanik vəzifəsində iş stajı.

Vəzifə borcu. Yol hərəkəti təhlükəsizliyinin tələblərinə riayət etməklə avtomobillə daşımalarının təşkilinin yeni səmərəli üsullarını işləyib hazırlayır və onları tətbiq edir. Daşınan yükün görüşündən və növündən asılı olaraq avtomobilləri bölüşdürür, yüklərin qorunub saxlanılması və avtomobillərin yükgötürmə qabiliyyətindən tam istifadə olunmasını təmin edir. Daşımalarda təsərrüfat hesabının üsullarını, əməyin elmi təşkilini tətbiq edir. Yüklərin mərkəzləşdirilmiş daşımalarını planlaşdırır və onların tətbiqinə nəzarət edir. Növbə tapşırıqlarının (operativ növbə planının) yerinə yetirilməsinin keyfiyyətini yoxlayır, istismar prosesində baş vermiş pozuntuları aşkara çıxarır, onların əmələ kəlmə səbəblərini müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür. Marşurutların və daşımaların məsafəsi sxemini işləyib hazırlayır. Dayanacaq nöqələrində, yükləmə-boşaltma işlərinin yerinə yetirildiyi yerlərdə avtomobil və dalan yollarının vəziyyətinin araşdırılmasında iştirak edir. hərəkətdə olan nəqliyyat vasitələrinin işini xarakterizə edən texniki istismar göstəricilərinə görə planın yerinə yetirilməsini təhlil edir, xəttə çıxış və yük götürmə əmsallarının yaxşılaşdırılması, yükləmə-boşaltma əməliyyatına dayanma vaxtının azaldılması və s. texniki-istismar göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsini təmin edir. Sürücülərin iş növbəsi cədvəlini işləyib hazırlayır və sürücülərin iş və istirahət rejiminə riayət etmələrinə nəzarət edir. İş vaxtından səmərəli istifadə olunmasını təmin edir. Marşrutlar və növbə tapşırıqları üzrə yanacağın verilməsi üçün normaları hesablayır. Daimi marşrutlarda işləyən nəqliyyat vasitələri üçün yanacaq sərfinin marşurut normalarını işləyir və təsdiq olunmağa hazırlayır. Parkın işinin əsas istismar göstəricilərinin, yanacağın sərf olunmasının daim təhlilini aparır və onun nəticələrini avtonəqliyyat müəssisələrinə və digər şöbələrə tədbirlərin görülməsi üçün göndərir. Sürücülərə verilmiş yanacaq, sürtkü talonlarından istifadə üzrə hesabatın vaxtında hazırlanmasını təmin edir. Avtomobil nəqliyyatının hərəkətdə olan vasitələrinin iş haqqında müəyyən olunmuş uçot və hesabat formalarının vaxtında və düzgün aparılmasını təşkil edir.

Bilməlidir: Müəssisənin gələcək inkişaf perpektivlərini, nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar müvafiq orqanların qərar, sərəncam, əmrlərini, normativ və digər rəhbər materialları, avtomobillərin, qoşquların, yükləmə-boşaltma mexanizmlərinin təyinatını, istismar imkanlarını və eləcə də əsas texniki-istismar xüsusiyyətlərini avtonəqliyyatın texniki istismar qaydalarını; avtonəqliyyat müəssisəsinin fəaliyyət göstərdiyi rayonda yük axını istiqamətini, müqavilələrdə göstərilənlərə əsasən daşımaların şərtlərini, yol və əmtəə-nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi qaydalarını; avtomobil sürücülərinin iş və istirahət vaxtı haqqında əsasnaməni; avtomobil daşımalarının riyazi üsullarla planlaşdırılmasının əsaslarını; avtonəqliyyatın istismarı sahəsində ən yeni nailiyyətləri; daşımaların tarifini və onların tətbiqi qaydalarını; avtonəqliyyatın iqtisadiyyatını, idarəetmənin, əməyin elmi təşkilini; hesablama texnikasının, istismar qaydasını və təşkilini; əmək qanunvericiliyinin əsaslarını; yol hərəkəti qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili, mütəxəssis vəzifələrində 3 ildən az olmayaraq iş stajı.

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil.

8-ci dərəcə: ali texniki təhsil və 3 ildən az olmayaraq mühəndis vəzifəsində iş stajı.

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

10-11-ci dərəcələr: ali texniki təhsil və uyğun olaraq 2-3 ildən az olmayaraq 9-cu və 10-cu dərəcəli mühəndis vəzifəsində iş stajı.

Vəzifə borcu, Müəyyən olunmuş uçot formaları üzrə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında hərəkətdə olan nəqliyyat vasitələrinə aqreqatlara xidmətin və təmirin aparılmasının, avtomobil şinlərinin yürüşünün, yanacaq sürtkü materiallarının sərfinin uçotunu aparır, hərəkətdə olan nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsinin planlaşdırılmasında iştirak edir. Hərəkətdə olan nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi üzrə plan qrafikin yerinə yetirilməsinin, nasaz avtomobillərin xətlərdən vaxtından əvvəl qayıtmalarının səbəbini təhlil edir. Yanacaq sürtkü materiallarına hərəkətdə olan vasitələrə, nəqliyyat vasitələrinə sifarişlərin verilməsi üçün zəruri olan hesablamaları aparır. Sənədləri qəbul edir, uçot və hesabat sənədlərində zəruri olan bütün məlumatların olmasını, onların düzgün doldurulmasını yoxlayır. Şinlərin və yanacaq-sürtkü materiallarının düzgün saxlanılmasına nəzarət edir. Avtomobillərin və aqreqatların hərəkətdə olmaları üzrə jurnalı və eləcə də texniki pasportları və formaları doldurur. Avtomobillər (qoşqular) üçün dövlət nömrə nişanlarını qəbul edir, uçota alır və hesabdan silinmiş avtomobillərin uçotdan çıxardır. Müəyyən olunmuş hesabatı tərtib edir, yanacağa qənaət edilməsi üçün mükafatın verilməsi və ya yanacağın həddən çox sərf olunması, avtoşinlərin normaya qədər işlədilməsi anlarında tutulmalar haqqında sənədləri hazırlayır.

Bilməlidir: Uçotun təşkilini və avtomaterialların, şinlərin və hərəkətdə olan vasitələrin saxlanılmasına dair normativ materialları; iqtisadiyyatın, statistikanın, əməyin və istehsalın təşkilinin əsaslarını; vəsaitlərin və materialların qənaətlə sərf olunmasına görə mükafatların verilməsi haqqında əsasnamələri; yanaсağın artıq sərf olunması, şinlərin normaya qədər işlənib yeyilməsi hallarında tutulmaların aparılma qaydasını, avtonəqliyyatın hərəkətdə olan hissələrinə texniki xidmətin köstərilməsi və onların təmirinin aparılması haqqında əsasnaməni; hesablama texnikasının istismar qaydalarını; yanacaq-sürtkü materiallarının sərf olunma, avtomobillərə texniki xidmətin göstərilməsi üzrə qaçış normalarını avtomobil şinlərinin təmirə verilənə qədər işlənmə normalarını; iqtisadiyyatın, istehsalın, əməyin elmi təşkilinin və əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas təhsili:

5-6-cı dərəcələr: orta ixtisas təhsili və 2 ildən az olmayaraq texnik və ya orta ixtisas təhsilli başqa mütəxəssis vəzifələrdə iş stajı.

7-8-ci dərəcələr: orta ixtisas təhsili və 3 ildən az olmayaraq uyğun olaraq 6-cı və 7-ci dərəcəli texnik vəzifəsində iş stajı.

Vəzifə borcu. Avtonəqliyyat müəssisəsində yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktiki işlərin aparılmasını təşkil edir. Müəssisənin bütün işçiləri tərəfindən avtomobil nəqliyyatının texniki istismar və yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə təlimatlara, əmrlərə və digər rəhbər sənədlərə daima əməl etmələrinə nəzarət edir. Daşınılan yükün növünə və sürücülərin dərəcələrinə uyğun nəqliyyat vasitələrinin xəttə lazımi texniki vəziyyətdə buraxılmasına, intizamın, sürücülərin sağlamlığının vəziyyətinə, onların xətdə işin keyfiyyətinə əməl etmələrinə, sürücülərin və digər aidiyyatı işçilərin peşəkarlıq məharətinin yüksəldilməsinə nəzarət edir. Hadisənin baş verdiyi yerə getməklə yol nəqliyyat hadisəsinin xidməti təhqiqatının aparılmasında iştirak edir və müəssisənin kollektivində bu hadisələrin və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxaran səbəblərin təhlilini təşkil edir. Yol nəqliyyat hadisələrinin və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasının uçotunu aparır, onların baş vermə şəraitini və səbəblərini araşdırır, hadisələrin və pozuntuların qarşısını ala biləcək tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil edir. Yol hərəkəti təhlükəsizliyini və yol nəqliyyat hadisələrinin qarşısını ala biləcək tədbirlərin keçirilməsi ilə əlaqədar olan müəssisənin bütün xidmətlərinin və bölmələrinin işini yoxlayır və aşkar olunmuş nöqsanların və pozuntuların əməli surətdə aradan qaldırılması üçün müəssisənin rəhbərliyinə təkliflər verir. Təhlükəsizlik kabinetini hərəkətin təhlükəsizliyi üzrə zəruri metodiki və əyani vəsaitlərlə təmin edir, burada məşğələlərin, mühazirələrin keçirilməsini, qəza etmədən işləyən sürücülərin, briqadaların, kolonların (dəstələrin) və müəssisələrin qabaqcıl iş təcrübələrinin yayılmasını təşkil edir. Müəssisənin sürücüləri tərəfindən yol verilmiş inzibati pozuntular haqqında materiallara baxılması üzrə Dövlət Yol Polisi orqanlarında fəaliyyət göstərən komissiyanın ixtisas dərəcələrinin verilməsi və ya aşağı salınması üzrə müəssisənni attestasiya komissiyasının işində iştirak edir. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar məsələlər üzrə ərazi Dövlət Yol Polisi ilə sıx qarşılıqlı əlaqədə olur. Hərəkətin təhlükəsizliyi üzrə müəyyən olunmuş hesabatı və uçotu aparır.

Bilməlidir: Yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair qərar, sərəncam, normativ və digər rəhbər materialları; avtomobillərin quruluşunu, təyinatını, konstruktiv xüsusiyyətlərini, avtomobil nəqliyyatının hərəkətdə olan hissələrinin texniki istismar qaydalarını; yol hərəkəti qaydalarını, iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; hərəkətin təhlükəsizliyinə dair hesabatın və uçotun aparılma qaydalarını; ölkənin və xarici ölkələrin qabaqcıl təcrübəsini, hərəkətin təhlükəsizliyinə dair məlumatın alınma üsullarını və təbliği metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını; inzibati və cinayət məsuliyyəti üzrə qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili, mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil.

8-ci dərəcə: ali texniki təhsil və mühəndis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

10-11-ci dərəcələr; ali texniki təhsil və uyğun olaraq 9-cu və 10-cu dərəcəli mühəndis vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.

Vəzifə borcu, Avtomobil sürücülərinin qəbulunu, qeydiyyatını və istirahət otaqlarında yerləşdirilməsini həyata keçirir. İstirahət edənlərin, boş və tutlmuş yerlərin uçotunu aparır. Zəruri hallarda müvəqqəti qeydiyyatı rəsmiləşdirir və yaşayış üzrə hesablaşmanı aparır. Növbədə olan, xidmət göstərən heyətin işinə nəzarət edir, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Avtostansiyanın dispetçeri ilə əlaqə saxlayır, Sürücülərə işə vaxtında gəlmələri haqda xəbərdarlıq edir. Avadanlığın səliqə ilə saxlanılmasını təmin edir, yataq dəyişəyinə və inventara olan tələbatı müəyyən edir və sifariş verir. Yataq dəstinin vaxtında dəyişdirilməsini, otaqlarda olan müxtəlif avadanlığın sazlığını təmin edir. İstirahət edənlər tərəfindən yanğından mühafizə və sanitariya qaydalarına riayət edilməsinə, onların şəxsi əmlakının qorunmasına nəzarət edir.

Bilməlidir: Sürücülərin istirahət otaqları haqqında əsasnaməni, sürücülərin istirahət otaqlarının daxili nizam-intizam qaydalarını; məişət və yaşayış binalarında yanğından mühafizə qaydalarını və sanitariya normalarını; istirahət edənlərin qeydiyyat qaydalarını; müəyyən edilmiş hesabatın və uçotun aparılma qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

2-ci dərəcə: ümumi orta təhsil və 3 aydan az olmayaraq xüsusi təlim.

Vəzifə borcu. Sorğu materiallarının köməyi ilə telefonla və ya bilavasitə yazılı və ya şifahi arayışlar verir. Arayışların verilməsi üçün lazımi operativ məlumatlar yığır. Müvafiq qərar və göstərişlər əsasında tətbiq olunan sorğu materiallarında vaxtında dəyişikliklər və əlavələr edir. Alınmış informasiyanı növbətçi kitabına yazır. Sərnişinlərin tələbi ilə sərnişin nəqliyyatının gecikməsi barədə yazılı arayışlar verir.

Bilməlidir. Sorğu kitabçaları, kartoteka və digər materiallardan istifadə qaydalarını; rabitə vasitələrindən istifadə qaydalarını; uçot və müəyyən olunmuş hesabatın tərtib olunma qaydasını; daxili nizam-intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil və ya 3 aylıq fərdi təlim.

Vəzifə borcu. Əl yükü və baqajının və poçtun daşınması üçün qəbzləri və yol cədvəllərini tərtib edir. Gediş haqqı məbləğini təyin edir və əl yükü və baqajının daşınması və saxlanmasına görə sərnişinlərlə haqq-hesab çəkir. Rabitə müəssisə və təşkilatları üçün poçtun daşınmasına görə nağdsız hesablaşmalar üzrə pul köçürmələrinin miqdarını təyin edir. Əl yükü və baqajının və poçtanın göndərilməsi, daxil olması və verilməsinə aid uçot kitablarını aparır. Kassa hesabatını tərtib edir. Əl yükü və baqajının daşıma haqqının ödəniş çeklərini və pullarını böyük kassirə, yaxud inkassatora təhvil verir. Pul vəsaitlərinin, qəbzlərin, yol cədvəllərinin və çeklərin saxlamasını təmin edir. Müvafiq orqanlarının qərarlarından irəli kələn dəyişiklikləri tariflərə daxil edir.

Bilməlidir: Baqaj bölməsinin işinin yerinə yetirilmə qaydasını, tarifləri; daşıma sənədlərinin formalarını; müvafiq nəqliyyat şəbəkəsinin sxemini; nəqliyyatın əsas yol marşrutlarını; baqajı daşıma qaydalarını; fəhlə və qulluqçuların maddi məsuliyyəti haqqında qaydanı; çap və hesablayıcı maşınların istismar qaydalarını; daxili əmək nizam-intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil və 3 aydan az olmayaraq fərdi təlim.

4-cü dərəcə: ümumi orta təhsil və 3-cü dərəcəli baqaj kassiri vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

Vəzifə borcu. Gözləmə zallarında təmizliyə və nizam-intizama riayət edilməsi, sərnişinlərə rahatlığın yaradılması üçün tədbirlər görür. Sərnişinlərə zəruri olan məlumatları verir. Xidmət edən heyət tərəfindən binanın vaxtında və keyfiyyətlə yığışdırılmasına və təmizlənməsinə nəzarət edir.

Avadanlığın saz saxlanılması və səliqə ilə işlədilməsi üçün tədbirlər görür.

Bilməlidir: Gözləmə zallarından istifadə qaydalarını; vağzalın bölmələrinin iş qaydalarını və rejimini; yol sənədlərinin formalarını və onların rəsmiləşdirilməsi qaydalarını; nəqliyyatın hərəkət cədvəlini; saxlama kameralarından və kassa-avtomatlardan istifadə qaydalarını; sərnişin daşımaların təşkili üzrə əsas müddəaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

2-ci dərəcə: ümumi orta təhsil və 1 aydan az olmayaraq xüsusi təlim.

Vəzifə borcu: Daşınma sənədlərinə (yol vərəqlərinə, əmtəə-nəqliyyat fakturasına və s.) taksa (nırx) qoyur, gediş haqqı məbləğlərini, hər bir göndərilən (gətirilən) yük üzrə xidmət rüsumlarının hesablanmasını sənədləşdirir. Gətirilmiş yüklərin və baqajın düzgün taksalanmasını, daşınma sənədlərinin tam və düzgün doldurulmasını yoxlayır, yol vərəqlərində və əmtəə-nəqliyyat fakturasında olan rekvizitlərin düzgünlüyünü müqayisə edərək yoxlayır. Avtonəqliyyat müəssisəsi (birliyi) ilə yükgöndərən (yükalan) arasında yük daşımaları həcminin yerinə yetirilməsinə görə qarşılıqlı hesablaşmaların tutuşdurulmasında, müştərilərin yük daşımalarına tarifləri düzgün tətbiq etmələrinin yoxlanılmasında, işlərin və xidmətlərin göstərilməsinə dair reklamasiyalara baxılmasında iştirak edir. Qazancın operativ uçotunu aparır və müəyyən edilmiş formada hesabatlar tərtib edir.

Bilməlidir: Tariflərə aid vasitələri; daşıma sənədlərinin formalarını; sənədlərin taksalanma qaydasını; yüklərin daşınma qaydasını; müvafiq nəqliyyat şəbəkəsi sxemini; nəqliyyatın əsas marşrutlarını; operativ uçotun aparılması və hesabatın tərtib edilməsi qaydasını; hesablama texnikasından istifadə qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; daxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş. dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə; iş stajına tələb qoyulmadan orta ixtisas təhsili.

4-cü dərəcə: orta ixtisas təhsili və taksa qoyan vəzifəsində ən azı 1 il iş stajı.

Vəzifə borcu: Təyin edilmiş cədvələ uyğun olaraq xidməti radiotranslyasiya şəbəkəsilə xüsusi proqram və operativ məlumatın verilişini aparır. Rəhbərliyin sərəncamlarını və ehtiyac olduqda vətəndaşların xahişilə elanları səsucaldanla verir. Vağzallarda avtobusların yola salınmasını telemexaniki göstəricilərlə idarə edir. İnformasiya verilişi üzrə radioaparaturanın, qurğuların və digər vasitələrin işini izləyir və onların nasazlıqlarının aradan qaldırılması üçün tədbirlər görür.

Bilməlidir: Proqram, operativ məlumat və digər xəbərlərin veriliş qaydasını; radiotranslyasiya aparaturasından istifadə qaydalarını, telemexaniki göstəricilərlə idarəetməni, qabaqcadan hazırlanmış mətnləri aydın oxuma qaydalarını; daxili əmək nizam-intizam qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ödəniş. dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: ümumi orta təhsil və fərdi təlim. Mətni dəqiq və aydın tələffüz etmək qabiliyyətinə malik olmalıdır.

Vəzifə borcu. Əhalidən müxtəlif nəqliyyat növləri ilə bir və qarışıq istiqamətlərdə yüklərin və əmlakın daşınmasına və nəqliyyat-ekspedisiya agentliyinin göstərdiyi digər xidmətlərə sifarişlər qəbul edir. Daşıma sənədlərini rəsmiləşdirir, qüvvədə olan tariflər üzrə sifarişçilərlə hesablaşmalar aparır. Qəbul edilmiş sifarişləri icra üçün agentliyin dispetçer xidmətinə göndərir. Ona təhkim olunmuş yük avtomobilləri və yükləyicilərin işini ərazi-qəbul məntəqələrində təşkil edir. Avtonəqliyyatla şəhərdaxili və şəhərlərarsı daşımalara qəbul olunmuş sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Gün ərzində aparılan iş, qazanc və növbə ərzində ciddi nəzarətdə olan hesabat blanklarının sərfi haqqında hesabatlar tərtib edir və müəyyən olunmuş vaxtda onları mühasibatlığa təhvil verir. Pul vəsaitinin və hesabat blanklarının saxlanmasını təmin edir.

Bilməlidir: Sifarişlərin qəbulu qaydalarını; xidmətlərə olan tarifləri; əhaliyə nəqliyyat-ekspedisiya xidməti üzrə sənədlərin formalarını və rəsmiləşdirmə qaydalarını; nəqliyyat şəbəkəsi sxemini və nəqliyyatın marşrutlarını; yükləmə-boşaltma işlərinin, yüklərin (əmlakın) nəqlinin təşkilini; hesabatın tərtib etmə qaydasını; ilkin uçot sənədlərini; fəhlə və qulluqçuların maddi məsuliyyəti haqqında əsasnaməni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş. dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil və 3 aylıq fərdi təlim.

Vəzifə borcu: Avtomobil nəqliyyatı ilə dəmiryol stansiyalarından, limanlardan yüklərin mərkəzləşdirilmiş qaydada gətirilib aparılması, yaxud ünvanının dəyişdirilməsi üçün daşınma sənədlərini hazırlayır və rəsmiləşdirilməsində iştirak edir. Yükgöndərənləri və yükalanları yüklərin gətirilməsinin mümkünlüyü və yük məntəqələrindən yüklərin aparılmasının zəruriliyi haqqında xəbərdar edir. Yük məntəqələrinin rəhbərliyi ilə razılaşdıraraq yüklərin aparılmasına buraxılış vəsiqələri yazır, yüklənmiş yüklərə verilmiş sənədlərin uçotunu aparır.

Bilməlidir: Daşınma sənədlərinin formalarını və rəsmiləşdirmə qaydalarını, yüklərin kəlmə və yola salınmasının uçot qaydalarını, yükgöndərən və yükalanların ünvanları və telefonlarını; daxili nizam-intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

3-cü dərəcə: ümumi orta təhsil və 3 aylıq fərdi təlim.

Vəzifə borcu; Minik zamanı sərnişinlərdə gediş və əl baqajının aparılması üçün lazımi sənədlərin olmasını yoxlayır. Nəzarət nöqtəsində intizamın gözlənilməsini və sərnişinlərin sərnişin nəqliyyatına vaxtında minməsi üçün buraxılmasını təmin edir. Sərnişinlərə xidmət göstərilən zaman nöqsanların kim tərəfindən buraxıldığından asılı olmayaraq onların aradan qaldırılması üçün tədbirlər görür.

Bilməlidir: Sərnişinlərdə gediş və daşımalar üçün sənədlərin yoxlanılması və onların miniyə buraxılması qaydalarını; sərnişin nəqliyyatının hərəkət cədvəlini; avtovağzalın sxemini; sərnişinlərin və baqajın daşıma qaydalarını; sərnişin nəqliyyatının hərəkət cədvəlini; avtovağzalın sxemini; daxili əmək nizam-intizam qaydalarını; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş. dərəcələrinə ixtisas tələbləri:

2-ci dərəcə: ümumi orta təhsil, xüsusi təlim.

Vəzifə borcu: Sərnişin nəqliyyatında sərnişinlərdə gediş üçün lazımi sənədlərin olmasını, əl yükünün və baqajın aparılmasını yoxlayır, Biletsiz və əl yükünü ödənişsiz aparan və ya aparılma qaydasını pozan sərnişinləri üzə çıxarır. Qaydaları pozduqlarına görə sərnişinləri müəyyən olunmuş formada cərimələndirir, Avtomobil nəqliyyatı işçiləri tərəfindən sərnişin daşımaları və xidmət göstərilmə qaydalarının yerinə yetirilməsinə nəzarət edir. Konduktorlar və ya sürücülər (konduktorsuz işləyən sürücülər) tərəfindən bilet-uçot vərəqələrinin düzgün doldurulmasını və hərəkətin qrafikinə riayət olunmasını yoxlayır. Avtobusların və taksimotorların və eləcə də xətt məntəqələrinin və dayanacaq nöqtələrinin zəruri nişanlarla təchiz edilməsinə nəzarət edir. Minik taksilərinin dayanacaqlarında taksometrlərin vaxtında işə salınmasına, sürücülərin sərnişinlərlə düzgün hesablaşmalarına nəzarət edir. Avtomobil nəqliyyatı işçiləri tərəfindən yol verilmiş pozuntular barədə akt və raport tərtib edir.

Bilməlidir: Sərnişinlərin və baqajın daşınma qaydalarını; yol hərəkəti qaydalarını; avtonəqliyyatın icazə verilən sürətini və dayanacaq qaydalarını; gedişatın və daşınma sənədlərinin formalarını; gedişatın və baqaj daşınmasının tariflərini; cərimənin təyin edilməsi, alınması və qəbzin rəsmiləşdirilməsi qaydalarını; fəhlə və qulluqçuların maddi cavabdehliyi haqqında əsasnaməni; əməyin elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

2-ci dərəcə: ümumi orta təhsil və müəyyən olunmuş proqram üzrə xüsusi hazırlıq.

Vəzifə borcu: Sərnişinləri qəbul edir, qeydə alır və istirahət otaqlarında yerləşdirir, yaşayış üzrə və göstərilən xidmətlərə görə hesablaşma aparır.

Sərnişinlərin qeydə alınmalarını rəsmiləşdirir və işə aid olan sənədləri, eləcə də pasport və ödəniş haqqında qəbzləri müvafiq qaydada saxlayır, Sərnişinlərə nəqliyyatın müvafiq növünün yola düşmə vaxtı haqqında məlumat verir. Boş və tutulmuş yerlərin uçotunu aparır. Növbədə olan xidmət göstərən heyətin işinə və sərnişinlərin müəyyən edilmiş qaydalara riayət etmələrinə nəzarət edir. Sərnişinlərin istirahət otaqlarında yaddan çıxaraq qoyduqları şeylərin uçotunu aparır, onların qorunub saxlanılması və sahibinə qaytarılması üçün tədbirlər görür. Avadanlığın və inventarın sazlığını və qorunub saxlanılmasını təmin edir. Xarab olmuş və ya sıradan çıxmış qiymətli materiallar barəsində akt hazırlayır, onların dəyərlərinin müəyyən olunmuş qaydada təqsirkar şəxslər tərəfindən ödənilməsini təmin edir. Hesabatı hazırlayır və pul vəsaitlərini böyük kassirə və ya məsul şəxsə təhvil verir.

Bilməlidir: Sərnişinlərin istirahət otaqları haqqında əsasnaməni, istirahət otaqlarının daxili nizam-intizam qaydalarını; sərnişinlərin istirahət otaqlarına qeyd olunma qaydalarını, nəqliyyatın hərəkət cədvəlini, müəyyən olunmuş hesabatın hazırlanması və uçotu qaydalarını; daxili nizam-intizam qaydalarını, əməyin elmi təşkilini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş. dərəcələrinə ixtisas tələbləri:

2-ci dərəcə: ümumi orta təhsil və 3 aydan az olmayaraq xüsusi təlim.

Vəzifə borcu: İlkin sənədlərin (tapşırıqların, material mədaxil orderlərinin, tələbnamələrin, buraxılan malların və s.) qiymətlərini və hər sənəd üzrə yekun nəticələri hesablayır.

Bilməlidir: İlkin sənədlərin* formalarını və onların doldurulma qaydalarını, hesablama texnikasının istismar qaydalarını; daxili əmək nizam-intizam qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

2-ci dərəcə: ümumi orta təhsil və müəyyən olunmuş proqram üzrə xüsusi hazırlıq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver