Qanunvericilik › Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəyin verilməsi Qaydası (Nəqliyyat Nazirliyi, 14.02.2011) › Tam mətn

Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəyin verilməsi Qaydası (Nəqliyyat Nazirliyi, 14.02.2011)

Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəyin verilməsi Qaydası (Nəqliyyat Nazirliyi, 14.02.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının digər infrastruktur obyektlərinin (bundan sonra – avtomobil nəqliyyatının infrastruktur obyektləri) yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəyin verilməsi qaydalarını müəyyən edir. Yeraltı keçidlərin, metro çıxışlarının və velosiped zolaqlarının yerləşdirilməsinə, o cümlədən təyinatının avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəyin verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.

1.2. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına, sərnişin və yük daşımalarının yerinə yetirilməsinə dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər tələblərə uyğun olaraq həyata keçirilir.

1.3. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasını həyata keçirmək istəyən fiziki və ya hüquqi şəxsə (bundan sonra – “ərizəçi”) rəy Agentlik, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – İdarə) tərəfindən verilir.

1.4. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yenidən qurulmasına dair rəy yalnız obyektin yenidən qurulma əsasında təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirildikdə verilir.

2.1. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasını həyata keçirmək istəyən ərizəçi və ya onun müvafiq qaydada müvəkkil etdiyi şəxs tərəfindən rəyin alınması məqsədilə aşağıdakı sənədlər təqdim edilir:

2.1.1. Rəyin alınması üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

2.1.1.1. ərizəçi fiziki şəxs olduqda - onun adı, soyadı, atasının adı, yaşadığı yer;

2.1.1.2. ərizəçi hüquqi şəxs olduqda - onun adı, hüquqi ünvanı.

2.1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.1.2.1. ərizəçi fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.1.2.2. ərizəçi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

2.1.2.3. ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşmalarının surətləri və obyekt üzrə digər zəruri texniki (eskizlər, sxemlər, çertyojlar) sənədlər.

2.1-1. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.2. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.2-1. Ərizədə qeyd olunan daşınmaz əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarına dair məlumatlar (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmış sorğu əsasında) Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.

3.1. Ərizə aidiyyəti üzrə Agentliyə və İdarəyə daxil olduqdan sonra qeydə alınır, baxılır, təqdim edilən sənədlərdə çatışmazlıqlar (bu Qaydanın 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq rəy verilməsi haqqında qərar qəbul edilir.

3.2. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (bu Qaydanın 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim edildikdə onlara bu Qaydanın 3.1.-ci bəndinə uyğun olaraq yenidən baxılır.

3.3. Rəyin verilməsi təqdim edilmiş sənədlərə baxılması və təhlil olunması, obyektin vəziyyətinin yoxlanılması və lazımi araşdırmalar aparılması əsasında həyata keçirilir.

3.4. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəyin verilməsindən Agentlik və İdarə tərəfindən aşağıdakı hallar aşkar edildikdə imtina edilə bilər:

3.4.1 avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması mövcud ərazidə sərnişin və yük axınının həcminə dair tələblərə uyğun olmadıqda;

3.4.2. avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması nəqliyyat xidmətləri istehlakçılarının tələbatlarını ödəmək qabiliyyətinə malik olmadıqda;

3.4.3. avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi və yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük daşımalarının yerinə yetirilməsinə, yol hərəkətinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair tələblərə cavab vermədikdə;

3.4.4. avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması avtomobil yollarının saxlanılması və təhlükəsiz istismarı qaydalarını pozduqda;

3.4.5. avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması respublika və yerli əhəmiyyətli avtomobil yollarının perspektiv inkişafına dair proqram və tədbirlərə uyğun olmadıqda.

3.5. Ərizəçiyə rəyin verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

3.6. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə cavabdehlik daşıyırlar.

3.7. Rəydə aşağıdakılar göstərilir:

3.7.1. rəyi verən dövlət orqanının (qurumunun) adı;

3.7.2. hüquqi şəxslər üçün – rəy verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.7.3. fiziki şəxslər üçün - adı, soyadı, atasının adı, yaşadığı yer;

3.7.4. rəyin verildiyi obyektin qısa xarakteristikası və onun təyinatı;

3.7.5. rəyin qeydiyyat nömrəsi və verilmə tarixi.

3.8. Rəy onu verən dövlət orqanının (qurumunun) rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

1. 05 dekabr 2019-cu il tarixli 010 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912050010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2019-cu il)

2. 11 may 2023-cü il tarixli 3-27/3-7-1/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305117371, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 may 2023-cü il)

3. 03 iyul 2023-cü il tarixli 3-27/3-7-5/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307037375, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2023-cü il)

4. 13 sentyabr 2023-cü il tarixli 3-27/3-7-11/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309133711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2023-cü il)

5. 22 noyabr 2023-cü il tarixli 3-27/3-7-16/2023 nömrəli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309133711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2023-cü il)

6. 12 yanvar 2026-cı il tarixli 3-27/3-7-1/2026 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601127371, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver