Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Yol qurğuları üzərindən kommunikasiyaların çəkilməsi şərtləri

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə tunellərin, körpülərin, estakadaların və digər yol qurğularının üzərindən müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında normalarla qadağan olunmayan müvafiq mühəndisi kommunikasiyalar çəkilə bilər.

Yeni kommunikasiyaların və bu məqsədlər üçün lazımi qurğuların tikintisinə, habelə aparıcı (əsas) konstruksiyaların əlavə güclənməsinə sərf olunan bütün xərclər kommunikasiya mülkiyyətçilərinin üzərinə düşür.

Kommunikasiyaların çəkilməsinə icazəni yol qurğularının mülkiyyətçiləri verir.

Kommunikasiyalar çəkilərkən qurğuların təhlükəsizliyi təmin olunmazsa, yol təsərrüfatı orqanları körpülərdə və digər qurğularda kommunikasiyaların tikintisinə etiraz edə bilər.

Yol qurğularının üzərindən kommunikasiyalar çəkilərkən və ya istismar olunarkən onların sahibləri yol qurğularının zədələnməsinin istisna olunmasını təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver