Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında məlumat qurğuları (reklam qurğuları istisna olmaqla) lövhələrinin yerləşdirilməsi avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin) müstəsna hüququdur və mövcud qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının razılığı ilə ayrıca müqavilələr əsasında həyata keçirilir.
Avtomobil yollarının bilavasitə yaxınlığında yerləşdirilən və yol hərəkəti təşkilinin texniki vasitələrinə aidiyyəti olmayan reklam və digər məlumat qurğuları yol şəraitinin qiymətləndirilməsinə mane olmamalı və onu pisləşdirməməli, həmçinin yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməlidir.
Avtomobil yollarının torpaq sahəsində reklam qurğularının yerləşdirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.