Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40-1

Maddə 40-1. Avtomobil yollarının layihələndirilməsində təhlükəsizliyə dair tələblər

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Avtomobil yolları hərəkətin təhlükəsizliyinin təmin edilməsi, habelə sürət dəyişmələrinin və məhdudiyyətlərinin minimum səviyyəyə endirilməsi nəzərə alınmaqla layihələndirilir.

Avtomobil yollarının tikintisi və ya yenidən qurulması üzrə layihələr aşağıdakıları təmin etməlidir:

- nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün hesabi sürəti;

- sürücülərin yolu aydın görməsini;

- piyadaların yolu rahat və təhlükəsiz keçmələrini;

- yol kəsişmələri və birləşmələrinin təhlükəsiz yerləşməsini;

- nəqliyyat vasitələrinin şinləri ilə yolun hərəkət hissəsi arasında zəruri ilişkənliyini;

- avtomobil yollarının abadlaşdırılmasını, o cümlədən qoruyucu yol qurğuları ilə təchizatını;

- avtomobil nəqliyyatı və yol xidmətləri üçün zəruri binaların və qurğuların tikilməsini.

İstehsalat bazaları, yol xidmətləri və avtomobil nəqliyyatı üçün binalar və qurğuların layihələndirilməsi zamanı ətraf mühitin (havanın, su və torpağın) normadan artıq çirklənməsinə yol verilməməlidir.

Tikinti layihəsinin sənədləri hazırlanarkən yolun və yol hərəkətinin insanlara, ətraf mühitə, tarixi-mədəni abidələrə, yolkənarı xidmət və infrastruktur obyektlərinə, habelə mənzərəyə birbaşa və dolayı təsiri qiymətləndirilməlidir. Magistral avtomobil yollarının, körpülərin, tunellərin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Yaşıllıq zolaqlarının salınması hərəkət zamanı vizual görüntünü yaxşılaşdırmalı, hər hansı təhlükə yaratmamalıdır.

Yollar layihələndirilərkən, yol nişanlarının quraşdırılması yerləri və üsulları göstərilməklə, sxemlər tərtib edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver