Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 50

Maddə 50. Avtomobil yolları istifadəçilərinin məsuliyyəti

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Avtomobil yolları istifadəçiləri yol verdikləri aşağıdakı hüquq pozuntularına görə məsuliyyət daşıyırlar:

yol konstruksiyalarının və qurğuların korlanmasına, zədələnməsinə və dağıdılmasına;

avtomobil yollarından onların təyinatına uyğun olmayaraq istifadəyə görə;

yol təsərrüfatı orqanları ilə razılaşdırmadan avtomobil yollarında və avtomobil yolları torpaqlarında iş görülməsi və xidmətlərin göstərilməsinə görə;

icazəsiz başqa yolların qovuşma və avtomobil yollarının başqa yollarla kəsişmə qurğularının tikintisinə, avtomobil yolları torpaqlarında xatirə (yaddaş) lövhələrinin qoyulmasına, reklam və digər icazəsiz tikililərə görə;

yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət olunmamasına görə;

avtomobil yol istifadəçisinin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yollarına dəymiş ziyana görə;

avtomobil yol hərəkətində fasilələrə səbəb olan hadisələr nəticəsində ziyan yetirilməsinə görə;

ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə;

buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə;

yol qanunvericiliyinin digər tələb və normalarının pozulmasına görə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver