Qanunvericilik › “Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.10.2014) › Tam mətn

“Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.10.2014)

“Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.10.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 01 oktyabr 2014-cü il

1.1. Bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Ehtiyat zonaları ərazi planlaşdırılması sənədlərində təsbit edilir.

2.1. Ehtiyat zonalarında yalnız müvəqqəti bina və qurğuların yerləşdirilməsinə yol verilir.

2.2. Ehtiyat zonalarında bina və qurğuların, həmçinin kommunikasiyaların yerləşdirilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.3. Ehtiyat zonalarında yeni kommunikasiyaların (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrinin və qurğularının) yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

1. 26 may 2015-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 778)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver