Qanunvericilik › "Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.04.2014) › Tam mətn

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.04.2014)

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.04.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 25 aprel 2014-cü il

1.1. Bu Qayda "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin yeddinci hissəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydasını müəyyən edir.

1.2. Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra - reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.

1.3. Reyestr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaradılır və aparılır.

1.4. Reyestr kağız və elektron daşıyıcılarda aparılır. Kağız daşıyıcı ilə elektron daşıyıcıda olan məlumatlar arasında uyğunsuzluq olduqda, kağız daşıyıcıda olan məlumatlara üstünlük verilir.

1.5. Elektron daşıyıcıda olan məlumatlar dövlət reyestrinin məlumat bazasında qeydiyyata alınır.

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə həyata keçirilir.

2.4. Qeydiyyat informasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;

2.4.2. məlumatların reyestrə daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin qeydiyyatının aparılmasını;

2.4.3. digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını.

2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun müdafiə sistemi yaradılır.

2.6. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətin göstərilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

2.7. Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı texniki proqram və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

2.8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının vahid dövlət reyestrinin digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını təmin edir.

3.1. Reyestrə hər bir avtomobil yoluna dair aşağıdakılar barədə məlumatlar daxil edilir:

3.1.1. avtomobil yolunun mülkiyyətçisi və sahibi;

3.1.2. avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu;

3.1.3. avtomobil yolunun xəritəsi;

3.1.4. avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu;

3.1.5. avtomobil yolunun faktiki vəziyyəti;

3.1.6. avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti;

3.1.7. yol nişanlarının dislokasiyası.

3.2. Avtomobil yolunun mülkiyyətçisi və sahibi haqqında məlumatlara aşağıdakılar daxil edilir:

3.2.1. avtomobil yolu mülkiyyətçisinin və sahibinin adı;

3.2.2. avtomobil yolu mülkiyyətçisinin və sahibinin ünvanı;

3.2.3. telefon və faks nömrələri, elektron poçt ünvanı;

3.2.4. avtomobil yolu üzərində əşya hüququnun əmələ gəlməsinin əsası olan sənədlərin növü və rekvizitləri (adı, seriyası və nömrəsi, verilmə tarixi, verən orqanın adı).

3.3. Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlara aşağıdakılar daxil edilir:

3.3.1. avtomobil yolunun dərəcəsi;

3.3.2. avtomobil yolunun istismara verildiyi tarix, o cümlədən yolun ayrı-ayrı hissələri üzrə;

3.3.3. avtomobil yolunun hərəkət zolaqlarının sayı;

3.3.4. avtomobil yolu ilə kəsişmələr və avtomobil yoluna giriş yolları.

3.4. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsində bu Qaydaya əlavə edilmiş formada tərtib edilir (1 nömrəli əlavə).

3.5. Avtomobil yolunun məlumat vərəqəsinin (bundan sonra-məlumat vərəqəsi) tərtib edilməsi və aparılması avtomobil yolunun mülkiyyətçisi və sahibi olan hüquqi və ya fiziki şəxslər tərəfindən kağız və elektron daşıyıcılarda olmaqla yerinə yetirilir.

3.6. Məlumat vərəqəsinə daxil edilmiş məlumatlar onların mülkiyyətçisi, sahibi olan fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri tərəfindən imza və möhürlə (hüquqi şəxs üçün) təsdiq edilir.

3.7. Məlumat vərəqəsinin müvafiq sütununda məlumatlar yazılmayıbsa, həmin yerdə "məlumat yoxdur" yazılır.

3.8. Məlumat vərəqəsində dövlət sirri təşkil edən məlumatlar olduqda, həmin sətirlərin qarşısında "məxfi məlumatlar" sözləri yazılır.

4.1. Reyestr əsas və arxiv bölmələrindən ibarətdir.

4.2. Reyestrin əsas bölməsinə aşağıda göstərilən sənədlər daxil edilir:

4.2.1. reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı (bundan sonra - qeydiyyat jurnalı);

4.2.2. reyestrdən çıxarışların qeydiyyatı jurnalı (bundan sonra - çıxarışların qeydiyyatı jurnalı);

4.2.3. məlumat xəritələrinin və yolun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluq (bundan sonra - qovluq). Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi verilir.

4.3. Reyestrin arxiv bölməsinə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş və bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun və "arxiv" sözü yazılmış nömrə verilir.

4.4. Reyestrin aparılması daimi əsaslarla aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

4.4.1. hər bir avtomobil yolu üzrə qovluğun tərtib edilməsi və aparılması;

4.4.2. hər bir qovluğa yolun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilmiş məlumat vərəqəsinin yerləşdirilməsi;

4.4.3. dəyişilmiş məlumatların qovluqdakı məlumat vərəqəsində nəzərə alınması;

4.4.4. məlumat vərəqəsində xəritənin qovluqdan götürülməsi və arxiv bölməsinə keçirilməsi haqqında əsas göstərilməklə dəyişikliklərin edilməsi;

4.4.5. dəyişikliklərin kağız və elektron daşıyıcılarda aparılması.

4.5. Məlumat vərəqəsi və ona əlavə olunan sənədlərin təsdiq edilmiş nüsxələri hər bir avtomobil yoluna aid reyestr qovluğunda saxlanılır. Qovluğa reyestr nömrəsi verilir və tərtib olunduğu tarix göstərilir. Məlumat vərəqəsində sənədlərin reyestr qovluğuna qoyulması haqqında tarix göstərilir. Bütün bu əməliyyatlar qeydiyyat jurnalında qeyd edilir.

4.6. Avtomobil yolunun mülkiyyətçisinə, sahibinə sənədlərin qəbulu haqqında təsdiqedici sənəd verilir.

4.7. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü və ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar bağlanılır və reyestr arxiv bölməsinə təhvil verilir. Reyestr qovluğunda qovluğun arxivə təhvil verilməsi haqqında sənədin əsası və tarixi göstərilir. Yerinə yetirilən əməliyyatlar qeydiyyat jurnalında da qeyd edilir.

4.8. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi və ya məhv edilməsi qadağandır. Reyestr qovluqları daimi mühafizə üçün dövlət arxivinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq təhvil verilməlidir.

4.9. Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılır.

4.10. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır və xüsusi yerlərdə saxlanılır.

5.1. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada verilir.

5.2. Reyestrə daxil edilmiş məlumatların reyestrdən çıxarış şəklində (2 nömrəli əlavə) verilməsi (və ya reyestrdən çıxarışın verilməsindən imtina edilməsi) bu haqda sorğu daxil olduğu gündən 10 gün müddətində yerinə yetirilir.

5.3. Reyestrə daxil edilmiş məlumatların reyestrdən çıxarış şəklində verilməsi (və ya reyestrdən çıxarışın verilməsində imtina edilməsi) barədə məlumatlar çıxarışların qeydiyyatı jurnalında qeyd edilir.

1. Avtomobil yolunun mülkiyyətçisi və sahibinin:

1.1. tam adı ______________________________________________________________________________________

________________________________________________________________________________________________

1.2. ünvanı_______________________________________________________________________________________

________________________________________________________________________________________________

1.3. telefon/faks nömrəsi___________________________________________________________________________

1.4. elektron poçt ünvanı__________________________________________________________________________

1.5. əşya hüququnun əmələ gəlməsinin əsası olan sənədlər____________________________________________

________________________________________________________________________________________________

1.6. əşya hüququnun adı___________________________________________________________________________

2. Avtomobil yolunun adı və indeksi_______________________________________________________________

3. Avtomobil yolunun uzunluğu (km) ______________________________________________________________

4. Avtomobil yolunun xəritəsi

5. Avtomobil yolunun və ya onun sahələrinin təsnifat göstəriciləri_____________________________________

________________________________________________________________________________________________

6. Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar:

6.1. avtomobil yolunun dərəcəsi ____________________________________________________________________

6.2. istismara verildiyi tarix _______________, o cümlədən ayrı-ayrı hissələri üzrə_________________

________________________________________________________________________________________________

6.3. avtomobil yolunun hərəkət zolaqlarının sayı ____________________________________________________

6.4. avtomobil yolu ilə kəsişmələr və avtomobil yoluna giriş yolları_____ _____________________________

7. Avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti _________________________

________________________________________________________________________________________________

8. Yol nişanlarının dislokasiyası____________________________________________________________________

9. Əlavə edilən sənədlərin siyahısı _________________________________________________________________

________________________________________________________________________________________________

Rəhbər________________________________________________________________________________________

M.Y. _________________________

Məlumat vərəqəsi reyestrə daxil edilmişdir

M.Y. ________________________

Məlumat vərəqəsi arxivə verilmişdir ____________________________________________________________

M.Y. ________________________

Bu çıxarış _____________________________________________________________________________________

__________________________________________________________________________________________________________

avtomobil yolu haqqında məlumatları özündə əks etdirir

Vəzifəli şəxs ___________________________________________________________________________________

*Avtomobil yoluna reyestr nömrəsinin verildiyi gün, ay və ilin son iki rəqəmi.

** Məlumatların adı avtomobil yolunun məlumat vərəqəsinə uyğun olaraq göstərilir.

*** Məlumatlar olmayan sütunda "yox" sözü yazılır.

1. 13 sentyabr 2021-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 sentyabr 2021-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1065)

2. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver