Qanunvericilik › “Avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələblər” təsdiq edilməsi haqqında (Nəqliyyat Nazirliyi, 08.10.2013) › Tam mətn

“Avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələblər” təsdiq edilməsi haqqında (Nəqliyyat Nazirliyi, 08.10.2013)

“Avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələblər” təsdiq edilməsi haqqında (Nəqliyyat Nazirliyi, 08.10.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NƏQLİYYAT NAZİRLİYİNİN QƏRARI

“Avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələblər” təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli, 933 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli, 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.12-ci bəndini rəhbər tutaraq

1. “Avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə (Aydın Süleymanlı) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Bu Qərarın icrasına nəzarət nazir müavini Musa Pənahova həvalə edilsin.

1.1. Bu Tələblər “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun 34-1-ci maddəsinin on birinci abzasına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Tələblərin icrasına nəzarət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

2.1. İstehsalçı tərəfindən konstruksiyasına və texniki təchizatına görə dağ-mədən yüklərinin daşınması üçün nəzərdə tutulmuş, ümumi və oxa düşən kütlələri, habelə qabaritləri ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş icazə verilən hədləri aşan, xüsusi mühərriklərlə təchiz olunan, yüksək keçicilik və yükgötürmə qabiliyyətinə malik olan yük avtonəqliyyat vasitələri karxana avtomobillərinə aid edilir.

2.2. Karxana avtomobilləri xüsusi təyinatlı yük platforması və bir və ya bir qrup xüsusi yüklərin daşınması üçün yükünü özüboşaldan xüsusiləşdirilmiş kuza ilə təchiz edilir.

2.3. Karxana avtomobilləri müxtəlif üsulla dağ-mədən işləri aparılarkən parçalanmış, böyük ölçülü (həcmli) müxtəlif növ dağ süxurlarını karxanaların əraziləri hüdudlarında daşımaq üçün istifadə olunur.

2.4. Karxana avtomobillərinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkət edilməsinə yol verilmir.

2.5. Karxana avtomobillərinin ümumi istifadədə olan avtomobil yolları ilə yüksüz hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri»nin və «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq həyata keçirilir.

1. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver